www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi
Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...
Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...
Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?
İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?
Xəbərlər>Manşet / ÖLKƏ
21-08-2019, 19:39

Sentyabrda kimlərin maaşı nə qədər artacaq?

Sentyabrda kimlərin maaşı nə qədər artacaq?

Prezidentin 18 sərəncamı, Nazirlər Kabinetinin 1 qərarı 1 milyon 350 min nəfəri əhatə edəcək

Sentyabrın 1-dən Azərbaycanda dövlət qurumlarında çalışan yüz minlərlə insanın əmək haqqında ciddi artımlar olacaq. Buna Prezident İlham Əliyevin iyun ayında imzaladığı fərman və sərəncamlar imkan verəcək.

Qeyd olunan tarixdə kimlərin maaşı nə qədər artacaq? Prezidentin sərəncamı ilə sentyabrın 1-dən Azərbaycanda minimum əmək haqqı 180 manatdan 250 manata qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu artım ümumilikdə 950 min nəfəri əhatə edəcək. Bunların 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir.

Sərəncamın icrası olaraq Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40 faizədək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə  1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40 faiz artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş  məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq,  dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40 faizdən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Prezidentin iyun ayında imzaladığı 17 sərəncamda Mərkəzi Seçki Komissiyasının üzvləri, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşları, dövlət qulluqçusu olmayan mülki işçiləri, eləcə də büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşlarının orta hesabla 40 faiz artırılması nəzərdə tutulur.

Bundan başqa, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan məktəb və peşə məktəblərinin müəllimlərinin, peşə məktəblərində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları sentyabrın 1-dən etibarən orta hesabla 20 faiz artırılır.

Ümumilikdə, 18 iyun tarixli sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanı əhatə edəcək. Bunlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.

Prezidentin sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. əməkhaqlarının ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

ƏƏSMN-in məlumatına görə, artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 1 milyard 20 milyon manat, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 318 milyon manat əlavə vəsait ayrılacaq.

Qeyd edək ki, əmək haqqı artımlarından yaranan xərclərin qarşılanması üçün dövlət büdcəsinə ciddi bir dəyişiklik olunmayıb. Belə ki, büdcəyə edilən dəyişikliyə əsasən ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsi 2018-ci ildən qalmış qalıq vəsait hesabına 15 milyon manat artırılıb. Bununla əlaqədar "Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddi 215 milyon manat artırılıb, dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləği isə 150 milyon manat azaldılıb.

Onu da bildirək ki, büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı artımları təsərrüfat hesablı dövlət şirkətlərində də maaşların artırılmasına rəvac verib. Belə ki, ən çox işçiyə malik olan Dövlət Neft Şirkətinin(SOCAR) prezidenti Rövnəq Abdullayevin əmri ilə şirkət əməkdaşlarının vəzifə maaşları sentyabrın 1-dən 20 faiz artırılıb. Qeyd edək ki, SOCAR 55 min nəfərlik işçi heyətə malikdir.

İqtisadiyyat şöbəsi,
"Yeni Müsavat”

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …
Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi
Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ:
Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ: "Qızlarımızı gəzib buraxmayın!" - VİDEO
Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...
Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...
Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?
İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?
Dəhşətli cinayət – Ər ondan boşanan qadının boğazını kəsdi – (VİDEO 22+)
Dəhşətli cinayət – Ər ondan boşanan qadının boğazını kəsdi – (VİDEO 22+)
ETSN əhaliyə müraciət edib: Meşələrimiz hər birimizin evidir, xahiş edirik, onu yanğından qoruyun
ETSN əhaliyə müraciət edib: Meşələrimiz hər birimizin evidir, xahiş edirik, onu yanğından qoruyun
Bakıda klinikadan çıxan şəxs itkin düşüb
Bakıda klinikadan çıxan şəxs itkin düşüb
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çağırış edib
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çağırış edib