www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Xəbərlər>Manşet / Baş xəbər / Gündəm / ÖLKƏ
13-09-2019, 09:57

Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)

Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
Reportyor.tv-yə daxil olan məlumata əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisindən keçən Samur Abşeron Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəliklər daşımaqla Bakı boyda böyük bir şəhərin əhalisini təhlükə qarşısında qoyur. Belə ki. Samur Abşeron Su Kanalın Ceyranbatan qəsəbəsi hissəsindən keçən əraziyə baxış keçirən zaman açıq-aydın bəlli olur ki, adıgedən kanal çirkablıqla doludur. Belə ki, Samur Abşeron Su Kanalının mühafizə zolağının Əhməd Əhmədzadənin işçiləri tamah ücbatından satılması da bunun baris nümunəsidir. Təqdim edəcəyimiz şəkillərdən bəlli olur ki, Samur Abşeron Su Kanalının mühafizə zolağı 45 metr təşkil edirsə həmin ərazilərə satılaraq beş metirə endirilmişdir. «Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» layihəsinə çəkilən xərc 1 milyard 380 milyon manata çatıb. Bu vəsaiti xərcləyən dövlət əhalisinin təmiz və saf su ilə təmin etməsi Əhməd Əhməzadənin prinsiplərinə uyğun gəlmir. "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin idarə edilməsi və sifarişçisi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (AMST ASC) tapşırılıb. Səhimdar Cəmiyyət bəs nə edir? Səhimdar Cəmiyyət kanalın istifadəsi zamanı onun təmizliyini, suyun vaxtlı vaxtında təmin edilməsinə öhdəlikləri üzərinə götürsə də ancaq bu öhtəliklərin heç birini təmin etmir. 

Göstəricələrə diqqət yetirək. "Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyektləri üzrə ümumilikdə, 406,2 milyon manat, o cümlədən, "Texniki və tender sənədlərinin hazırlanması” işləri üzrə 1,7 milyon manat, "Kompensasiyaların ödənilməsi” məqsədilə 2,8 milyon manat və "Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyekti üzrə 401,7 milyon manat məbləğində vəsait sərf edilib.

Taxtakörpü-Ceyranbatan kanalının tikintisi zamanı bu boyda kompensasiyalar ödəyib başa çatdırılan tikintinin sonunda Əhmədzadənin işçiləri kompensasiya ödəyib kanalın mühafizə zolağını 45 metirlik ərazisini boşaltdıqdan sonra yenidən həmin əraziləri satırlar. Belə demək olarsa, Əhmədzadənin adıçəkilən kanal üçün dövlət büdcəsindən vəsait ayrılaraq 45 metiri boşaldılması sadəcə dövlətə kələk gəlməkdən başqa bir şey deyilmiş. Belə ki, kanalın sağ-sol hissəsində olan 45 metirlik ərazilər Ceyranbatan qəsəbəsi hissəsində tam olaraq satılıb. Bu günkü araşdırmamızda bəlli oldu ki, kim Samur Abşeron Su Kanalının mühafizə zolağında iş görmək istəyirsə mütləq Samur Abşeron Su Kanalının İstismar İdarəsinin əməkdaşların cibinə mütləq şəkildə şirinlik qoymalıdılar. Samur Abşeron Su Kanalının İstismar İdarəsinin rəis müavini Elbrus müəllimlə əlaqə saxladıq. Elbrus müəllim bildirdi ki, sizin maraqlandığımız bu məlumatlarla bağlı Əhməd Əhmədzadənin xəbəri var. Belə çıxır ki, xəbəri olmasına baxmayaraq hansı bir ölçünün götürülməsi ətrafında heç bir yeniliklər yoxdur? Yeniliklər olsaydı, ən azından kanalın təmizlənməsi və kanal ətrafı evlərin kanalizatsiyası Samur Abşeron Su kanalına axıdılmazdır. Araşdırmamız davam edir. Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.
Nesimi Zahidoglu Quliyev adlı şəxsin şəkli.
  
скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR