www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Xəbərlər>Manşet / Şou-biznes
2-10-2019, 10:19

Sevgi fədaisi Fədayə Laçının hekayəsi

Sevgi fədaisi Fədayə Laçının hekayəsi

"Yalnız o, bütün həyatını, karyerasını fədakarcasına sevgisinə qurban verə bilərdi”

Həbsdə olan tanınmış müğənni Fədayə Laçın, onun məhkəmə prosesləri, məşhurların onun azadlığa çıxması haqda müraciətləri, ardınca oktyabrda azad olunacağı ilə bağlı xəbərlər bir neçə gündür ki, ölkə mediasının gündəmindədir. Əksəriyyət mətbuatda, sosial şəbəkələrdə müğənnini "Məhəbbət fədaisi Fədayə Laçın” adlandırır.

Xatırladaq ki, bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Fədayə Laçın ile ilgili görsel sonucu

Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu il oktyabrın 23-də başa çatacaq və müğənni azadlığa qovuşacaq. Məhkəmə zalında müğənni ictimaiyyətə təşəkkür edərək bildirib: "Tezliklə azadlığa çıxacam. Hamıya təşəkkür edirəm, çox sağ olsunlar. Enerji yığmışam, 1 aya cəzam başa çatır, azadlığa çıxdıqdan sonra yenidən sənətimlə məşğul olacağam”.

Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs ediliblər.

Hadisələrin gedişatından məlum olmuşdu ki, sənətçi "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla bir neçə il sevgili münasibətlərində olub. Mətbuatda yayılan məlumatlara görə, Nəsimi Rayon Məhkəməsində müğənni özü bunu etiraf edib. Hətta müğənninin həbsindən sonra onun "Qoca”nın əlindən tutaraq ona "Ölürüm, ölürüm... ” mahnısını ifa etməsi ilə bağlı videogörüntülər yayılmışdı.

Qeyd edək ki, "Qoca” şeirlər də yazıb. Yayılan məlumatlara görə, o, şeirlərini məhz Fədayə Laçına həsr edib.

Lakin polisdən qaçan zaman öldürülən Etibar Məmmədov dəfn olunan zaman yaxınları mətbuata açıqlama verərək bildirmişdilər ki, o, şeirlərini müğənniyə deyil, öz həyat yoldaşına həsr edib: "”Qoca" və həyat yoldaşı bir-birini uşaqlıqdan istəyiblər. Etibar 18 yaşında həbsə düşəndən sonra belə sevgilisi onu gözləyib. Həbsdən çıxandan sonra isə nişanlanıblar. 10 il ailəli olublar, ancaq bəzi səbəblərdən 2014-cü ildə rəsmi nikaha girə biliblər. Bu müddət ərzində bir neçə dəfə uşaqları doğulmamış dünyasını dəyişib. "Qoca” mətbuatda deyildiyi kimi, şeirləri Fədayəyə yox, xanımına həsr edib. Fədayə ilə "Qoca” evlərindəki qonaqlıqda tanış olublar. Həmin qonaqlıqda xanımı Fədayəyə üzük bağışlayıb və yoldaşının nömrəsini özü ona verib. O, "Qoca”nın adının Fədayə ilə hallanmasına pis olub".

"Məhəbbət fədaisi Fədayə Laçın kimdir?

Bəs sevgi hekayəsi dillərdən düşməyən "Məhəbbət fədaisi Fədayə Laçın kimdir? Adətən ətrafındakılara sakit, mülayim, qalmaqallardan uzaq sənətçi təsiri bağışlayan müğənninin gözlənilmədən kriminal aləmlə bağlılığı hələ də bir çoxları üçün sual olaraq qalır.

Müğənni Fədayə Məmmədova Baris qızı 1977-ci il 3 iyun tarixində Laçın şəhərində dünyaya göz açıb. Bir dəfə ailəli olan xanım müğənninin 22 yaşlı Əlhəm adlı oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan F.Laçın elə o zamandan müğənniliyə başlayıb. F.Laçına bu yolda mərhum muğam ustası İslam Rzayev dəstək olub. O, İ.Rzayevin tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Məhz İslam Rzayev onu Fədayə Laçın kimi tanıdıb.

Daha sonra müğənni həmkarı Tacir Şahmalıoğlu ilə birgə duetlər oxuyaraq populyarlıq qazanmağa başlayıb. Bir müddət sənətçilər arasında sevgi münasibətləri olduğu barədə şayiələr yayılmşdı. Maraqlıdır ki, hər iki müğənni münasibətlərini gizlətməyərək, bu haqda etiraflar etmişdilər.

Tacir Şahmalıoğlu ile ilgili görsel sonucu

Müğənni Fədayə Laçının bu haqda dedikləri:

"Tacir Şahmalıoğlundan uşağım olmasını istəmirdim, çünki xasiyyətimiz düz gəlmirdi. Nə olsun ki, altı il bir yerdə olmuşuq. ”Adın çıxınca canın çıxsın" məsələsini düşünüb altı il münasibətləri davam etdirmişəm. Amma sonra gördüm ki, canım da çıxır. Onda dedim ki, adım çıxıb, heç olmasa, canım çıxmasın".

Beləliklə, müğənni həmkarından ayrıldıqdan sonra Fədayə Laçının yeni sevgisi ortaya çıxdı. Həmkarlarının dediyinə görə, Fədayə Laçın bu sevgisi uğrunda çox iztirab çəkib.

Əməkdar artist Lalə Məmmədova ile ilgili görsel sonucu

Əməkdar artist Lalə Məmmədovanın bu barədə müsavat.com-a dedikləri: "Allah heç kəsin başına bu cür hadisə gətirməsin. Təbii ki, əgər cinayət işləyibsə, hər kəs qanun qarşısında cavab verməlidir. Amma Fədayə Laçın həqiqətən çox saf, ürəyi təmiz, genişqəlbli bir insandır. Ancaq genişqəlbli insan sevərək hər şeyi gözə ala bilərdi. Sözün düzü, bilmirdim ki, onun sevdiyi şəxs kimdir. Amma bilirdim ki, çox əziyyət çəkirdi, kefi yox idi. Arada bizim yazışmalarımız olurdu. Görürdüm ki, vaxtaşırı depressiyaya düşür. Yalnız axır vaxtlar ”Nanəli" verilişinə çıxanda depressiyadan çıxa bilirdi. Yəni özünə qapanmışdı. Bilirdim ki, sevgilisi uzaqdadır. Amma bu sevgi haqqında dərin məlumatım yox idi. Bir qadın olaraq onun durumu ürəyimi ağrıdır. Bir daha qeyd edirəm ki, yalnız o, bütün həyatını, karyerasını fədakarcasına sevgisinə qurban verə bilərdi. Əlbəttə ki, o, bir qadın və ən əsası anadır. Bildiyim qədər böyük övladı var".

Fədayə Laçının müğənni bacısı İlahə Fəda isə son müsahibəsində bu sevgidən xəbərsiz olduğunu deyib:

"Heç Fədayə ilə də həmin adam haqqında danışmamışam, heç danışmayacam da”. Bacısı onu da qeyd edib ki, ailə üzvlərinin hamısı Fədayə Laçının "əlinə” baxıb. Onun həbsindən sonra ailənin vəziyyəti pisləşib.

Fədayə Laçın həbs olunduqdan sonra diqqətlər uzun illər bir yerdə çalışdığı həmkarı Tacir Şahmaloğluna yönəldi. Müğənni olayla bağlı mətbuatda sərt açıqlamaları ilə yadda qaldı: "Ağlının ucbatından bu hala düşdü. Düşünmədən atdığı addımların ziyanını gördü. Bir dəfə mənə zəng elədilər. Dedilər ki, Fədayə Laçın həbs olunub. Dedim ki, bu, belə də olmalı idi. Fədayə öz sənəti, öz işi-gücü ilə məşğul olsaydı, belə olmazdı... Mən həmişə Fədayə haqqında müsbət fikirdə olmuşam. 3 gün yol getsən, darıxmazsan. Özü də qoymaz ki, kimsə əlini cibinə salsın. Dost üçün pul xərcləyər. Fədayə düşünmədən atdığı addımların ziyanlarını görür. Heç bir günahı yox idi, elə bil aldadıldı. Qadınları tez aldatmaq olur. Gərək belə olmayaydı. Bütün günü ona dua edirəm. Oğlu var, Allah saxlasın. Başını salsın aşağı, oğlunu böyütsün”.

İlahə Fəda ile ilgili görsel sonucu

Xatırladaq ki, müğənni həbs olunduğu ərəfədə xalq artistləri Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova bir araya gələrək ölkə prezidentinə və birinci xanıma müraciət etmiş, müğənninin azad olunmasını, bağışlanmasını istəmişdilər. Lakin məhkəmə prosesləri 12 dəfə təxirə salınır, uzadılırdı.

Bugünlərdə isə jurnalist Mir Şahin Ağayev, deputat Çingiz Qənizadə, bir sıra sənətçilər, ictimaiyyət nümayəndələri, hüquq müdafiəçiləri müğənninin bağışlanması üçün çağırış etmişdilər.

Türkel Süleymanlı ile ilgili görsel sonucu

Müğənninin vəkili Türkel Süleymanlı mətbuat konfransı keçirərək, müğənninin vəziyyətinin ağır olduğunu, ona qarşı ədalətsiz yanaşıldığını demişdi:

"Ədalət Fədayə Laçın üçün işləmir. O, Hepatit C xəstəsidir. Tam müalicə olunmalıdır. Vəziyyəti yaxşı deyil. Hər an xəstəliyi şiddətlənə bilər. Başına bir iş gəlsə, ədalət qarşısında necə cavab verəcəklər? Fədayə xanımın işində nə ədalət var, nə də mərhəmət. Qanunda olan ən ağır cəzanı ona tətbiq edirlər. Fədayəni başqalarına görk olsun deyə, cəzalandırırlar. Ancaq bu, düzgün mövqe deyil.

Hər gün oturub gözləyirik ki, sabah nə olacaq. Bu, normal deyil. Nə ilə əsaslandıracaqlar ki, altı aydır məhkəməni təxirə salıram? Bu 12 proses ərzində hakimlə görüşə bilməmişik. Buna icazə yoxdur".

Mətbuat konfransının ardınca isə müğənninin tezliklə azadlığa çıxacağı barədə qərar qəbul edildi.

Sevginin qurbanı olmaq qanunu yumşalda bilərmi?

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

Hüquq müdafiəçi Novella Cəfəroğlu bununla bağlı "Yeni Müsavat”a danışıb: "Bu son olaydan belə anlamaq olar ki, belə şeylər keçərlidir. Əlbəttə, hər birimiz Fədayə Laçının azad olunmasını arzulayırdıq. Mən, ümumiyyətlə, heç bir qadının həbs olunmasını istəmirəm.

Lakin hər şeydə qanun vacibdir, öz sözünü deməlidir. Qanunu hər dəfə sevgi məsələsinə, bu və ya digər məsələlərə görə yumşaltmaq olmaz. Qanun hər kəs üçündür. Məhkəmə prosesində vəkil, prokuror, hakim, istintaq orqanları, hər kəs dürüst olmalı, qanunu təbliğ etməlidir".

Xalidə GƏRAY,

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR