www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Xəbərlər>Manşet
5-10-2019, 10:15

Bələdiyyələrin icra başçılarından asılılığı götürülə bilər

Bələdiyyələrin icra başçılarından asılılığı götürülə bilər

Dekabr seçkilərinə hazırlıq gedir; müxalif partiyalar bir ay ərzində mövqelərini rəsmiləşdirəcək

Dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri kampaniyasının başlanmasını Mərkəzi Seçki Komissiyası (MSK) təyin edir. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməlidir. Seçki kampaniyasına oktyabrın 28-də start veriləcəyi gözlənilir.

Bələdiyyə seçkiləri işğal altındakı rayonlara aid 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək. MSK seçici sayını dəqiqləşdirib. Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5212902 seçici daxil edilib ki, onların da 49,17 faizi kişi, 50,83 faizi isə qadınlardır. 2019-cu ildə bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı dövlət büdcəsindən 53 milyon 900 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Ancaq bu vəsait əsasən seçkilərin keçirilməsi üçün təşkilati-texniki məsələlərə xərclənməsi nəzərdə tutulur. Yəni namizədlərə və ya seçkilərdə partiya şəkilində iştirak edəcək partiyalara ayrılması üçün heç bir vəsait nəzərdə tutulmur.

Bələdiyyələrə seçkilərin qaydaları haqqında Qanunda bildirilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir. 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan vətəndaşlarının bələdiyyələrə üzv seçmək və seçilmək hüququ vardır.

İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin şəxslərin qeydiyyatı ləğv edilir.

Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər bələdiyyə üzvü seçilə bilməzlər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər. Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Əldə etdiyimiz məlumata görə, növbəti seçkidə formalaşacaq bələdiyyələrin, bələdiyyə sədrlərinin rayon icra başçılarından asılılığının azaldılması nəzərdə tutulub. Qanunvericilikdə onsuz da seçkili özünü idarəetmə orqanı bələdiyyələr, bələdiyyə sədrləri əslində tamamilə müstəqil, yerli icra hakimiyyətlərinə tabeçiliyi olmayan institutdur.

Lakin bəllidir ki, 20 il ərzində qanunvericiliyin bu tələbi faktiki olaraq işləməyib. Siyasi partiyaların 27 dekabr bələdiyyə seçkilərinə münasibətinə gəlincə, hakim Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə hazırlıq işlərini sürətləndirdiyini bu yaxınlarda açıqlamışdı. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Müxalifət partiyalarında isə bələdiyyə seçkilərinə maraq yoxdur. Onların əksəriyyəti bunu həm bələdiyyələrin əhəmiyyətsizləşdirilməsi, həm də seçkilərin düzgün keçiriləcəyinə inanmadıqları ilə əsaslandırırlar.

Artıq bəzi müxalif partiyalar seçkidə partiya olaraq iştirak etməmək barədə rəsmi qərar da qəbul ediblər. Məsələn, ALDP iki həftə öncə belə bir qərar verib. Digər partiyaların da rəhbərliyinin bu cür mövqedə olduğu ötən saylarımızda onların özlərindən aldığımız açıqlamalarda bəlli olub. Partiyaların bu ay ərzində rəhbər strukturlarının keçirəcəyi toplantılarda bələdiyyə seçkiləri ilə bağlı rəsmi qərar veriləcək.

Musavat.com

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR