www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Xəbərlər>Manşet / Dünya
5-10-2019, 10:42

Kırmdakı Diaspor təşkilatı niyə parçalanır?-FOTO

Kırmdakı Diaspor təşkilatı niyə parçalanır?-FOTO

Krım Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının parçalamaq istəyən Oktay Ramazanov kimdir?

Bu barədə Reportyor.tv-yə etibarlı mənbədən məlumat daxil olub.Xoşagəlməz planın başında duran isə Krımdakı "Marxal” restoranının sahibi Ramazanov Oktay Muxtar oğludur.Onun və ona dəstək verənlərin məqsədi isə Krımda ikinci bir Azərbaycan cəmiyyəti açmaqla uzun müddətdir fəaliyyətdə olan diaspor təşkilatını parçalamaqdır.Bu addım isə son illərdə Azərbaycan dövlətinin soydaşlarımızın həmrəyliyinə nail olmaq üçün həyata keçirdiyi ideoloji siyasətlə daban-dabana ziddir.Əldə etdiyimiz məlumata görə,adıçəkilən şəxs və onun ətrafındakı bir neçə nəfər hazırkı Krımda fəaliyyət göstərən diaspor təşkilatının sədri Hafiz Abbasovu gözdən salmaq üçün onun haqqında həqiqətəuyğun olmayan informasiyalar yayırlar.3 il Krım Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının sədr Hafiz Abbasovun müavini işləyən Arifə Muxtarova adlı şəxs də sosial şəbəkələrdə bu istiqamətdə öz "fəaliyyəti”ni davam etdirir.Və şəxsi ambisiyalarından çıxış edərək,digər təşkilat üzvlərini aşağılayan fikirlər səsləndirir.

"Marxal” restoranının sahibi Oktay Ramazanovun dəstəyi ilə üzərinə götürdüyü "missiya”nı yerinə yetirmək üçün "dünya azərbaycanlıları və diaspor rəhbərləri” qrupunda da müxtəlif səpkili qalmaqallı yazılar paylaşıb.

Mənbəmiz bildirir ki,bu xanımın diaspor təşkilatından uzaqlaşıdrılmasının səbəbi onun diaspor fəallarına yuxardan aşağı baxmağı və onlara qarşı yeri gəldi-gəlmədi kobud davranışlar sərgiləməsi,o cümlədən yerli dövlət qurumları ilə bir neçə dəfə konfiliklər yaratması olub.

Krım Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının  sədri Hafiz Abbasov belə faktın olmasını təsdiqləyib və bildirib ki,Arifə Muxatarova düz yolda deyil və onun atdığı addımlar Azərbaycan dövlətinin milli-ideoloji və siyasi maraqlarına ziddir.Diaspor rəhbəri onu da deyib ki,vaxtı ilə bizim təşkilatın aktiv üzvlərindən olan Arifə Muxtarova səhv yolda olduğunu anlayacaq və azərbaycanlıların birliyinə zərbə vuran hərəkətlərinə son verəcək.Azərbaycanlılar parçalamaq erməni dəyirmanına su tökməkdir.

Xatırladaq ki, Krım Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının-diaspor təşkilatının sədri, tanınmış hüquqşünas,istefada olan polkovnik,Hüquq elmlər doktoru  Abbasov Hafiz Həsən oğludur.O, 2011-ci ildən bu quruma rəhbərlik edir.Prokurorluq Dövlət Unversitetində Kafedra müdiri işləyən Hafiz Abbasov həm də bir  təşkilatçı kimi diaspor üzvləri ilə birgə mütəmadi olaraq soydaşlarımızı bir araya gətirərək,onların maarifləndirilməsi üçün,problemlərin həlli üçün addımlar atır.

Onu da qeyd edək ki,saytımıza "Marxal” restoranının sahibi Oktay Ramazanov və onun yönləndirdiyi şəxslər barəsində ilğinc məlumatlar da daxil olub.Çox maraqlıdır,qardaşının gah şəhid,gah da erməni girovluğunda olduğunu deyən şəxs necə ola bilər ki,azərbaycanlıların parçalanmasına qol qoyur? Anti-Azərbaycan qüvvələrlə iş birliyi qurur?

Bəli,şəhidlərimiz də,qazilərimiz də bizim hər birimizin baş tacıdır…Amma,onların üzərindən çirkin oyunların oynanılması yolverilməzdir.

"Marxal” restoranının sahibi Oktay Ramazanov və onun iş birliyində olduğu şəxslərlə bağlı redaksiyamıza daxil olan məlumatların araşdırılması istiqamətində iş aparılır.Yaxın günlərdə geniş yazı ilə çıxış edəcyəyik.


Reportyor.tv-nin Moskva bürosundan Sənan Həsənoğlu

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR