www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Xəbərlər>Manşet / Foto
7-10-2019, 12:59

"Baş həkim yeni vəzifəyə görə qonaqlıq verirdi" - "Koroğlu" ləqəbli generalın ifadəsi

Saxta generalın tora saldığı baş həkim 120 mini aldı, şikayətçi olmadı- rüşvət verməkdə ittiham edilir

Özünü DTX polkovniki və generalı kimi təqdim edərək baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Rövşən Əliyev sərbəst ifadə verib. O deyib ki, baş verənlərdə heç bir günahı yoxdur.

Onun sözlərinə görə, Elxan Hümbətovla birlikdə həbsxanada olublar: "Biz həbsxanada olanda aramızda cüzi pul söhbəti var idi. O mənə kömək edəcəkdi ki, mənim bir illik şərti cəzamı həll edək və mən ölkəni tərk edim. Mənim 3 oğlum təzyiqlərdən sonra Ukraynaya köçdü. Mən heç bir işdə iştirak eləməmişəm. Mən sadəcə Elxanın xahişi ilə baş həkim Mübariz Zeynalovla görüşə getmişəm".

Məhkəmənin suallarına cavab verən Rövşən Əliyev bildirib ki, özünün baş həkim Mübariz Zeynalova general kimi təqdim edilməsindən xəbəri olmayıb:

"Elxan məni qonaqlığa çağırmışdı. Hətəmxanla birlikdə ora getmişdik. Qonaqlığın səbəbi baş həkim Mübariz Zeynalovun Sumqayıta yeni vəzifəyə getməsi ilə bağlı idi. Həmin qonaqlıqda mən özümü general kimi təqdim etməmişəm. Elxan da məni şəxsən general kimi təqdim etməyib. Əgər mənim yanımda Elxan məni baş həkimə general kimi təqdim etsəydi, mən buna etiraz edərdim".

Amma növbəti suallarda Rövşən Əliyevin ifadələrində ziddiyyətlər üzə çıxıb. Məlum olub ki, Rövşən Əliyev özünün general kimi təqdim edilməsindən əlavə Hətəmxanın da Prezident Administrasiyasının vəzifəli şəxsi kimi təqdim edilməsindən xəbəri olub.

Rövşən Əliyev prokurorun suallarına cavabında deyib ki, bu planın bir parçası olmasını Elxana olan hörmətlərinə görə ediblər.

"Mən sonradan bildim ki, Elxan məni general kimi təqdim edib. Mənim burada bir məqsədim yox idi. Sadəcə Elxana olan hörmətimə görə heç nə demədim"- deyən Rövşən Əliyev sonradan özünün baş həkim Mübariz Zeynalovdan 15 min manat almasının səbəbini də izah edib.

O deyib ki, Mübariz Zeynalovdan 15 min manatı iş üçün alıb: "Baş həkim artıq Elxana 125 min vermişdi. Amma pulu geri ala bilmirdi. Özü də mənə dedi ki, Daxili İşlər Nazirliyinə şikayət etmək istəyir. Hətta bir məktub da yazmışdıq. Mən baş həkimə bu işdə kömək edə biləcəyimi dedim. O məndən 125 minini geri qaytarmağımda kömək etməyimi istəyirdi. Mən də razılıq verdim. Moskvada olan vəzifəli tanışım Mübariz Zeynalovun Sumqayıta vəzifəyə getməyinə kömək edəcəkdi. Amma mən 15 mini öz ehtiyacım üçün aldım. Satmaq üçün iki "Niva" aldım. Mən maşın satırdım. Hətta həbsdə olanda da maşın alıb- satırdım".

Rövşən Əliyevin dedikləri məhkəməyə inandırıcı gəlməyib. Çünki Rövşən Əliyev ilk mərhələdə baş həkimdən 125 min manat alınmasında iştirakçı olub. İkinci dəfə isə baş həkimdən özü 15 min manat alıb.

Təqsirləndirilən Elxan Hümbətov deyilənlərə etiraz edib. O bildirib ki, Rövşən Əliyev düzgün ifadə vermir.

Suallardan o da məlum olub ki, bu iş üzrə daha bir şəxs barəsində cinayət işi açılıb. Həmin şəxs Mübariz adlı şəxsdir və o da baş həkimin aldadılmasına iştirak edib. Həmin şəxs də Rövşən Əliyevin qohumu olub.

Rövşən Əliyevin dediklərində ziddiyyətin olması bir daha üzə çıxıb. Məlum olub ki, Rövşən Əliyev özünü həqiqətən də Ukraynanın generalı kimi təqdim edib və hətta forması da olub. Belə ki, Ukraynada fəaliyyət göstərən ictimai birliklərdən biri vasitəsi ilə general rütbəsi aldığını deyən Rövşən Əliyev bu əməlinə görə səmimi peşmançılıq çəkdiyini bildirib.

Xatırladaq ki, Rövşən Əliyev bir neçə gün əvvəl Bakıda həbs edilən "generallar"dan olub. Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov da general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırmışdı. Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək aldadaraq pullarını almışdı. Bundan sonra eyni əməllərlə vətəndaşları aldadan iki general da həbs edilmişdi.

Məhkəmənin davamında şahidlərdən Elxan Hümbətovun dayısı və bacısı oğlu barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Belə ki, Elxanın dayısı Ələkbər Həsənov bu işdə adı çox hallanan şəxslərdən. Məlumata görə, Elxan dayısı vasitəsi ilə baş həkimi yeni vəzifəyə göndərəçəkmiş.

Əldə etdiyimiz məlumata görə, "general Rövşən Əliyev" daha əvvəllər "Koroğlu" ləqəbi ilə tanınıb. O daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Məhkəmə iclası oktyabrın 16-da davam etdiriləcək.

Xatırladaq ki, baş həkim necə aldadılmasını, başına gətirilən oyunları məgkəmədə danışıb. Həmin ifadəni bu linkdən oxuya bilərsiniz:

https://musavat.com/news/bakida-saxta-general-ve-polkovnikin-mudhis-plani-bas-hekimi-ele-bir-tora-saldilar-ki-ozel_641482.html

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Bu iş üzrə ümumilikdə 3 nəfər zərərçəkmiş var. Onlardan biri də keçmiş məktəb direktorudur. Zərərçəkmişlər təqsirləndirilən şəxslərlə barışıb. Baş həkim və digərlərinə dəymiş zərər ödənilib.

Reportyor.tv

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR