www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevdən və Məhkəmə sədri Tahir Qubadovdan Prezidentə şikayət. (video)
Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevdən və Məhkəmə sədri Tahir Qubadovdan Prezidentə şikayət. (video)
Xəbərlər>ÖLKƏ / Foto
26-03-2019, 13:30

Vidadi İsayevdən Əli İnsanova simpatiya mesajı: “ağsaqqalımızdır, böyük şəxsiyyətdir…”

Vidadi İsayevdən Əli İnsanova simpatiya mesajı: “ağsaqqalımızdır, böyük şəxsiyyətdir…”

Keçmiş səhiyyə naziri Əli İnsanov hələ həbsxananın qapısından uzaqlaşmamış elan etdi ki, siyasətdə iştirak edəcək. Ermənistan doğumlu Əli İnsanov həbsdən əvvəl də, bu bölgədən olanların arasında nüfuzu ilə tanınırdı. Bu nüfuz hələ də var və Əli İnsanovun azadlığa indi çıxması təsadüfi deyil, o, hakimiyyətdə zəifləməkdə olan və Ermənistandan qaçqın gəlmiş adamların liderinə çevrilə bilər. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Əli İnsanovun azadlığa çıxması, düşünülmüş bir plan idi: "Bu ssenarinin müəllifi qərbi azərbaycanlılar qruplaşmasıdır. Ola bilsin ki, İlham Əliyevə deyiblər ki, yaşlı adamdır, buraxaq onu. Amma hesab edirəm ki, İlham Əliyev üçün Əli İnsanov çox ciddi bir təhlükə faktorudur. Siz bilirsiz ki, qərbi azərbaycanlılar, naxçıvanlılar klanı kifayət qədər sıxışdırılır və Bakı- Şirvan qruplaşması iqtisadi cəhətdən kifayət qədər nüfuz qazanıb”.
Əli İnsanov qərbi azərbaycanlılar arasında elə nüfuzlu idi ki, bir çox siyasətçilər onu, hətta o özü də özünü Heydər Əliyevdən sonrakı prezident kimi təsəvvür edirdi. Bununla bağlı məlumatlarda bildirilir ki, İnsanov hələ içəridə olanda bəzi Qərb təmsilçiləri onunla görüşüb və siyasi mübarizəyə başlayarsa, dəstək verəcəyini bildiriblər. Burada bir məqama diqqət yetirək.
Məlumatların təhlili onu deməyə əsas verir ki, yüksək post tutan bəzi məmurlar artıq İns. Belə ki, Gəncə anova mesajlar göndərməyə, onun bayrağı altına keçməyə hazır olduqlarını bildiriblər. Artıq bununla bağlı müəyyən işartılar da var. Bəzi məmurlar bu və ya digər şəkildə sabiq nazirə simpatiya mesajları göndərirlər. Rəsmən təsdiq olmasa da mənbənin verdiyi məlumata görə belə mesajlardan biri də bu günlərdə Bərdə rayon icra başçısı Vidadi İsayev tərəfindən göndərilib. Mənbənin iddiasına görə, bayram günlərində dar çərçivədə keçirilən bir məclisdə icra başçısı "Əli müəllim ağsaqqalımızdır, böyük şəxsiyyətdir. Biz (qərbi azərbaycanlılar nəzərdə tutulub-red.) hər zaman dövlətçiliyə sadiq olmuşuq, xırda incikliklər də aradan qalxacaq. Biz birliyimizi qorumalıyıq”-deyə fikir bildirib. Deyilənə görə, məclisdə Ə.insabova yaxın olan və bu mesajı ünvanına çatdıracaq şəxs də iştirak edib ki, icra başçısı da məhz bu məqamı nəzərə alıb.
Xatırladaq ki, Vidadi İsayev Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalında anadan olub. Tarix elmlər doktoru, yazıçı-publisist kimi tanınan indiki icra başçısı elmi yaradıcılığında bu bölgəyə xüsusi diqqət ayırıb. Amma onun indiki mesajı doğurdan da olubsa bunu yalnız regionçuluq prinsipinə bağlamaq olmaz. Məsələ burasındadır ki, Gəncə meri Elmar Vəliyevdən sonra V.İsayev demək olar ki, havadan asılı vəziyyətdə qalıb. Hakimiyyətdaxili qruplaşmada "köhnələr”lə bağlantını itirən, "yenilər”in sırasına isə daxil ola bilməyən icra başçısının çıxış yolları aramaq üçün bu kimi gedişlər etməsi təbii görünür.

RealMeda.az

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR