www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevdən və Məhkəmə sədri Tahir Qubadovdan Prezidentə şikayət. (video)
Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevdən və Məhkəmə sədri Tahir Qubadovdan Prezidentə şikayət. (video)
5-04-2019, 15:14

Heydər Quliyevin vəkili Qaradağ RPİ İstintaq şöbəsinin müstəntiqini qərəzli hesab edir - AÇIQLAMA

Heydər Quliyevin vəkili Qaradağ RPİ İstintaq şöbəsinin müstəntiqini qərəzli hesab edir - AÇIQLAMA
Qaradağ RPİ İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib məhkəməyə verilmiş Bərdə rayon Kətəlparaq kənd sakini Quliyev Heydər Qasım oğlunun başına gətirilənlərlə bağlı yeni nüanslar ortaya çıxıb.. Əvvəlcə Heydər Quliyevin nədə ittiham olunduğu haqda:

Hörmətli oxucu, izləyici!

Bir jurnalist kimi Sizin müzakirənizə Qaradağ RPİ İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib məhkəməyə verilmiş Bərdə rayon Kətəlparaq kənd sakini Quliyev Heydər Qasım oğlunun başına gələnləri və yaxud da gətirilənləri vermək istəyirəm. Əvvəlcə Heydər Quliyevin nədə ittiham olunduğuna fıkir verək:

Quliyev Heydər Qasım oğlu Azərb. Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə ittiham edilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq iki və daha çox şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməklə hadisə yerində qaçmışdır.

Belə ki, o, 05 dekabr 2017-ci il tarixdə saat 18 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mersedes Benz Atego» markalı 99 - ES - 746 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Lökbatan- Xocasən yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 9-cu kilometrində, Xocasən qəsəbəsi istiqamətindən Lökbatan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Heydər Quliyev hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara əməl etməmiş, mövcud şəraitdə idarə etdiyi «Mersedes Benz Atego» markalı avtomobilin qabaq sol hissəsi ilə qarşıdan əks hərəkət zolağı ilə hərəkətdə olan və ötmə əməliyyatı edərək, onun hərəkət zolağına çıxıb, yenidən öz hərəkət zolağına istiqamətlənmiş sürücü Hüseynov Sakit Nuru oğlunun idarə etdiyi «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Mersedes Benz 190» markalı avtomobildə olan səmişinlər Hüseynova Telnaz Şiraslan qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol gicgah sümüyünün kəllə əsasəna keçən sınıqları, beyin toxumasına, beyin mədəciklərinə, beynin yumşaq qişasına qansızmalar, sol çənə sümüklərinin, sol baldır və sağ bud sümüklərinin sınıqları xəsarətlərinin, Hüseynova Selcan Vüqar qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyin qişansına və mədəciklərinə qansızmalar, sol alt çənə sümüyünün sınığı, sol mil-bilək nahiyəsinin açıq, sol baldır sümüyünün qapalı sınıqları, alının sol yarısında sol gicgah nahiyəsində, sol çənə oynağı nahiyəsinə doğru geniş həcmli hematoma, sol mil-bilək nahiyəsinin və sol baldırının orta 1/3-nin iç səthinin cırılmış yaraları xəsarətlərinin, Hüseynova Cənnət İntamiz qızının ölümünə səbəb olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid beyin toxumasının hissəvi əzilib- dağılması (evakuasiyası), sağda alın-gicgah-təpə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları xəsarətlərinin, Kərimova Samirə Sakit qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol alın-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, beyin toxumasına, qişasına qansızmalar, döş sümüyünün və solda 4-5-6-7-8 qabırğaların sınıqları, sol baldırın yuxarı 1/3-nin qapalı sınıqları xəsarətlərinin və «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hüseynov Sakit Nuru oğlunun ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan

sağlamlığa ağır zərər vurmaya aid sol alın- gicgah sümüklərinin açıq, qəlpəli kəllə əsasına keçən mürəkkəb sınıqları, baş beyin qişasına və mədəciklərinə qansızmalar, qabırğaların çoxsaylı sınıqları, sol ağ ciyərin cırılması, sol baldır və bud sümüklərinin açıq, sağ baldırın qapalı sınığları xəsarətlərinin yetirilməsinə, habelə mərhum Hüseynova Telnaz Şiraslan qızına məxsus «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı minik avtomobilinə 5.500 manat ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub baş vermiş hadisədən sonra müvafıq orqanlara xəbər vermədən və xəsarət alan şəxslərə köməklik göstərmədən hadisə yerindən qaçmışdır.

Bununla da, Quliyev Heydər Qasım oğlu Azərbaycan Respublikası CM-nin 263.3. və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

Sözün düzü bu işin halları mənə çox qəribə və maraqlı gəldi. İlk öncə maraqlı olan elə Heydər Quliyevin iş üzrə dördüncü - sonuncu müstəntiqə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi oldu. Həmin ifadədən» aydın deyil kim-kimi ittiham edir», müstəntiq təqsirləndirilən şəxsi, yoxsa təqsirləndirilən şəxs müstəntiqi. Bir anlıq fıkirləşdikdə ki, təqsirləndirilən şəxs haqlıdır, onda belə istintaqdan adamış başında tüklər biz-biz durur. (təqsirləndirilən şəxsin haqlı olduğunu ehtimal etməyə isə onun istinad etdiyi faktiki hallar əsas verir!). Beləliklə də təqsirləndirilən Heydər Quliyevin ifadəsini olduğu kimi diqqətinizə çatdırıram:

«Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələrində nəzərdə tutulmuş və mənə müdafıəçimin iştirakı ilə elan edilmiş ittihamın mahiyyəti aydındır, ittihamda özümü təqsirli bilmirəm və ittihamın mahiyyətinə dair aşağıdakıları göstərə bilərəm:

Verilmiş suallara cavab olaraq bildirirəm ki, verilmiş ittihamı özümə qarşı son dərəcə qərəzli və saxtalaşdırılmış ittiham kimi qəbul edirəm. Bu hadisədə mənim ümumiyyətlə heç bir təqsirim yoxdur və ola da bilməzdi. Ona görə ki, qarşıdan gələn «Mersedes» markalı avtomobil təxminən 40 metr məsafədən qəflətən mənim üzərimə istiqamətlənmiş və həmin anda bir saniyənin içində toqquşma baş vermişdir. Hadisənin məhz mən deyən kimi baş verməsi hadisə yerində çəkilmiş fotoşəkillərdən də açıq-aydın görünür. Sonra iş üzrə ekspertiza keçirilmiş və mənim hadisədə təqsirsiz olmağım müəyyən edilmişdir. Lakin bu nədənsə kimlərinsə xoşuna gəlməmiş və mənim barəmdə əsl istintaq oyunları başlanmışdır. Heç bir səbəb olmadan dərhal işi müstəntiq İftixar müəllimdən götürüb başqa müstəntiqə, Cavid adlı müstəntiqə vermişlər. Sonra Cavid Məmmədov məni əvvəlki müdafıəçim Ceyhun Yusifovla hadisə yerinə çıxarmış, hadisə yerində metrəsiz, addımla ölçmələr apararaq razılaşmışdır ki, həqiqətən də «Mersedes» markalı avtomaşın 37-40 metr məsafədən mənim yoluma istiqamətlənmişdir. Elə hadisə yerində müstəntiq Cavid Məmmədov mənə və vəkilim Ceyhun Yusifova bildirmişdir ki, protokol yazmağa vaxtı yoxdur, İsmayıllı və ya Göyçay rayonunda qaynatasının il mərasiminə getməlidir. Bu yolla müstəntiq Cavid mənim və vəkilim Ceyhun Yusifovun etibarından istifadə edərək ondan xahiş etmişdir ki, biz ağ kağızları imzalayaq, sonra o yas yerindən qayıdıb ifadələrin hadisə yerində yoxlanması protokolunu tərtib edər. Hətta onu da qeyd edim ki, vəkil Ceyhun Yusifov Cavid Məmmədova qaynatasının ildönümü ilə başsağlığı verərək, özü də onunla birlikdə rayona getməyə hazır olduğunu bildirdi. 

Cavid Məmmədov Ceyhun Yusifova minnətdarlığını bildirib rayon hüzr yerinə getməyə ehtiyac olmadığını bildirdi. Ceyhun Yusifov ağ kağızların imzalanması barədə mənə göstəriş verdi və özü də həmin vərəqləri imzaladı. Cavid Məmmədov bizə minnətdarlıq etdi və bildirdi ki, hər şeyi protokola olduğu kimi yazıb bir də bizi cinayət işinin icraatına xitam verilməsi barədə qərarı qəbul etməyə çağıracaqdır. Bundan sonra biz də arxayın çıxıb oradan getdik. Mən də evimdə oturub xitam qərarını gözləyirdim. Tarixini dəqiq xatırlamadığım gündə Qaradağ RPİ İŞ-nin digər müstəntiqi Tural müəllim mənimlə əlaqə saxlayıb məni istintaqa dəvət etdi. İŞ-nə gəldikdən sonra müstəntiq Tural müəllimin deməsindən bildim ki, cinayət işi ekspertizadan gələn gün Cavid Məmmədovun icraatından alınıb müstəntiq Turala verilmişdir. Həmçinin Tural mənə bildirdi ki, ekspertiza mənim təqsirli olmağım barədə rəy vermişdir və buna da səbəb Cavid Məmmədovun tərtib etdiyi protokolda məni və vəkilim Ceyhun Məmmədovu aldadaraq «140 metr» yazması olmuşdur. Cinayət işi ekspertizadan qayıdan gün ona görə Cavid Məmmədovdan götürülüb Turalın icraatına verilmişdir ki, Cavid Məmmədov bizimlə bir daha üz-üzə gəlməsin və bizi aldatdığına görə bizimlə üz-üzə qalaraq çətin vəziyyətə düşməsin. Cinayət işinin Turala verilməsi Turala imkan verdi ki, bir müstəntiq kimi «mənim nə günahım var, heç bir saxtakarlığda iştirak etməmişəm, gəl qanun qarşısında cavab ver» desin. Bu yollarla Qaradağ RPİ İŞ-də min-bir fırıldaqla heç bir təqsirim olmadığı halda - el dili ilə desək - «torbamı tikdilər». Bu cür mən təqsirləndirilən şəxsə çevrildim və növbəti külli saxtakarlıqları müstəntiq Tural etdi. Məhz onun saxtakarlıqlarına, yəni müdafıə hüququmu pozduğuna görə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasından geri qayıtdı. Məndə də bir azərbaycan vətəndaşı olaraq fıkir formalaşdı ki, Qaradağ RPİ-nin İŞ-də istintaqı düzgün aparmağdan başqa hər bir fırıldağı və hər bir hoqqabazlığı bilirlər. Bilmədikləri isə yalnız düzgün və ədalətli istintaq aparmaqdır. Əgər iş üzrə dördüncü müstəntiq olaraq doğurdan da ədalətli istintaq aparmaq fıkrindəsinizsə, onda birinci və ən əsas vəsatətim odur ki, məni hadisə yerinə çıxararaq, ifadələrimi bir daha hadisə yerində yoxlayasınız. Onda görərsiniz ki, 34 il sürücülük stajına malik ağsaqqal bir insan birinci dəfə 40 metr göstərdiyi halda, ikinci dəfə maksimum birincidən 5-6 metr fərqli məsafə göstərə bilər və heç bir halda 40 metr məsafəni 140 metr məsafə ilə səhv sala bilməz. Əgər Siz doğurdan da obyektiv istintaq aparmaq istəyirsinizsə, xahiş edirəm ki, məni hadisə yerinə çıxarıb ifadəmi yenidən hadisə yerində yoxlayasınız. Bütün göstərilən səbəblərdən özümü tam təqsirsiz bilirəm. Ən azı ona görə ki, iki dəfə ifadələrin hadisə yerində yoxlanması arasında kəskin ziddiyyət vardır. Hesab edirəm ki, Siz mənim ifadəmi hadisə yerində yoxlamalısınız. Bu vəsatətin qaçılmaz olduğunu hesab edirəm. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, müstəntiq Tural da məni hadisə yerinə çıxartmışdı və müəyyən etmişdi ki, doğurdan da «Mersedes» markalı avtomaşın mənim yoluma təxminən 40 metr məsafədən çıxmışdır. Lakin nədənsə o bu barədə protokol tərtib etməmişdir. İndi başa düşürəm ki, o həmin protokolu tərtib etsəydi, yenə də mənim təqsirsizliyim sübuta yetəcəkdi, o isə cinayət işinin icraatına xitam vermək məcburiyyətində qalacaqdı. Buna görə də Tural məni aldadıb heç bir rəsmiləşdirmə aparmamışdır.
Sual: İstintaq zamanı Sizinlə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və ölçmə yolu ilə müəyyən olunmuşdur ki, hadisə zamanı «Mersedes Benz 190» markalı, 99-MB-195 dövlət qeydiyyat nişanlı avtomobil Sizin hərəkət yolunuza

çıxdığı anda Sizin idarə etdiyiniz «Mersedes Benz Atigo» markalı yük avtomobili ilə həmin avtomobilin arasındakı məsafə 140 metr olmuşdur. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Yuxarıda verdiyim ifadəmin fonunda bildirirəm ki, mən 40 metr məsafə ilə 140 metr məsafəni səhv sala bilmərəm. «Mersedes» markalı avtomobil mənim hərəkət yoluma çıxanda aramızda 40 metr məsafə olmuşdur.

Sual: İstintaq zamanı Qaradağ RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfmdən tərtib olunmuş raportdan və ifadələrdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən dərhal sonra Siz hadisə yerindən uzaqlaşmısınız və hadisə yerinə gəlmiş yol-patrul xidmətinin inspektorları Sizi hadisə yerində görməmişlər. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bütün bunlar yalandır. Mən hadisə baş verdikdən sonra hadisə yerindən dərhal uzaqlaşmamışam. Məni hadisə yerindən dərhal polis idarəsinə aparıblar. Daha sonra isə təcili yardımdan həkimlər gəlib mənə yardım göstərmişlər».

Daha sonra Heydər Quliyev mənə müdafıəçisinin Bakı ağır Cinayətlər məhkəməsində məhkəmə kollegiyasına təqdim etdiyi və işin yenidən istintaq orqanına, yəni Qaradağ RPİ İŞ-nə qaytarılmasına səbəb olmuş vəsatətinin surətini təqdim etdi. Həmin vəsatəti də olduğu kimi diqqətinizə təqdim edirəm:



Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Cənab Novruz Kərimova.



170030326 №-li cinayət işi üzrə Azərb. Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə təqsirləndirilən Quliyev Heydər Qasım oğlunun müdafıəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlu tərəfindən (051-361-46-50)



VƏSATƏT

(cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında)



Hörmətli sədr, hörmətli proses iştirakçıları!

Müdafıəçisi olduğum Quliyev Heydər Qasım oğlu Azərb. Respublikası CM- nin 263.3 və 264-cü maddələri ilə ittiham edilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq iki və daha çox şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməklə hadisə yerində qaçmışdır.

Belə ki, o, 05 dekabr 2017-ci il tarixdə saat 18 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mersedes Benz Atego» markalı 99 - ES - 746 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Lökbatan- Xocasən yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 9-cu kilometrində, Xocasən qəsəbəsi istiqamətindən Lökbatan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci

hissəsinin tələblərini pozmuş, yəni sürücü Heydər Quliyev hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara əməl etməmiş, mövcud şəraitdə idarə etdiyi «Mersedes Benz Atego» markalı avtomobilin qabaq sol hissəsi ilə qarşıdan əks hərəkət zolağı ilə hərəkətdə olan və ötmə əməliyyatı edərək, onun hərəkət zolağına çıxıb, yenidən öz hərəkət zolağına istiqamətlənmiş sürücü Hüseynov Sakit Nuru oğlunun idarə etdiyi «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Mersedes Benz 190» markalı avtomobildə olan səmişinlər Hüseynova Telnaz Şiraslan qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol gicgah sümüyünün kəllə əsasəna keçən sınıqları, beyin toxumasına, beyin mədəciklərinə, beynin yumşaq qişasına qansızmalar, sol çənə sümüklərinin, sol baldır və sağ bud sümüklərinin sınıqları xəsarətlərinin, Hüseynova Selcan Vüqar qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyin qişasına və mədəciklərinə qansızmalar, sol alt çənə sümüyünün sınığı, sol mil-bilək nahiyəsinin açıq, sol baldır sümüyünün qapalı sınıqları, alnın sol yarısında sol gicgah nahiyəsində, sol çənə oynağı nahiyəsinə doğru geniş həcmli hematoma, sol mil-bilək nahiyəsinin və sol baldırın orta 1/3-nin iç səthinin sınlmış yaraları xəsarətlərinin, Hüseynova Cənnət İntamiz qızının ölümünə səbəb olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid beyin toxumasının hissəvi əzilib- dağılması (evakuasiyası), sağda alın-gicgah-təpə sümüklərinin kəllə əsasa keçən qəlpəli sınıqları xəsarətlərinin, Kərimova Samirə Sakit qızının ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol alın-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, beyin toxumasına, qişasına qansızmalar, döş sümüyünün və solda 4-5-6-7-8 qabırğaların sınıqları, sol baldırın yuxarı 1/3-nin qapalı sınıqları xəsarətlərinin və «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hüseynov Sakit Nuru oğlunun ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol alın- gicgah sümüklərinin açıq, qəlpəli kəllə əsasına keçən mürəkkəb sınıqları, baş beyin qişasına və mədəciklərinə qansızmalar, qabırğaların çoxsaylı sınıqları, sol ağ ciyərin cırılması, sol baldır və bud sümüklərinin açıq, sağ baldırın qapalı sınığları xəsarətlərinin yetirilməsinə, habelə mərhum Hüseynova Telnaz Şiraslan qızına məxsus «Mersedes Benz 190» markalı 99-MB-195 dövlət qeydiyyat nişanlı minik avtomobilinə 5.500 manat ziyan vurulmasma səbəb olan yol-nəqliyyat hadisəsini törətməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub baş vermiş hadisədən sonra müvafıq orqanlara xəbər vermədən və xəsarət alan şəxslərə köməklik göstərmədən hadisə yerindən qaçmışdır.

Bununla da, Quliyev Heydər Qasım oğlu Azərbaycan Respublikası CM-nin 263.3. və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

Hesab edirəm ki, müdafıəçisi olduğum şəxs istintaqçı tərəfindən şərlənərək məhkəmə məsuliyyətinə verilmiş və bu şərləmə prosesində gizlədilməsi mümkün olmayan çox ciddi prosessual pozuntulara yol verilmişdir ki, həmin prosessual

pozuntular hal-hazırda cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsini istisna edir və bu prsessual pozuntular aradan qaldırılması üçün cinayət işi istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır.

Bu pozuntuları müəyyən etməkdən ötrü cinayət işinin materiallarına bir nəzər salaq:

05.12.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verir və fakta görə həmin gün Azərb. Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanır.

Həmin gün, yəni 05.12.2017-ci il tarixdə saat 21-00-dan 22-40-a qədər Quliyev Heydər Qasım oğlu iş üzrə şahid qismində dindirilir və ifadəsində qeyd edir ki, qarşıdan gələn «Mersedes Benz 190» markalı avtomaşın onun hərəkət zolağına 25-30 metr məsafədən daxil olmuşdur.

Saat 23-40-da Quliyev Heydər Qasım oğlu narkoloji müayinədən keçirilir və müəyyən edilir ki, o spirtli içki qəbul etməmişdir və ayıqdır.

06.12.2017-ci il tarixdə saat 00-20-dən 00-55-dək o şübhəli şəxs qismində dindirilir və yenə də bildirir ki, qarşıdan gələn «Mersedes Benz 190» markalı avtomaşın onun hərəkət zolağına 25-30 metr məsafədən daxil olmuşdur.

Bu sübutları toplayan və sair zəruri istintaq hərəkətlərini yerinə yetirən müstəntiq, polis mayoru Əhmədov İftixar Mahmud oğlu 06.12.2017-ci il tarixdə iş üzrə məhkəmə-avtotexniki ekspertizası təyin edir.

Quliyev Heydər Qasım oğlunun bu yol-nəqliyyat hadisəsində heç bir təqsirinin olmadığını açıq-aşkar görən İftixar Əhmədov səhəri gün, yəni 07.12.2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Quliyev Heydər Qasım oğlunu həbsdən azad edir.

Nəhayət, istintaq orqanına yol-nəqliyyat hadisəsi ekspertizasının 11.01.2018-ci il tarixli 31779 №-li rəyi istintaq orqanına daxil olur. Həmin rəydə ekspertlər bildirirlər ki, göstərilən şəraitdə «Heydər Quliyevin hərəkətlərini tədqiq etmək mümkün deyildir».

İstintaqçı bu halı görüb, məlumatları dəqiqləşdirmək üçün 15 mart 2018-ci il tarixdə Quliyev Heydər Qasım oğlunun ifadələrini müdafıəçisi Yusifov Ceyhun Salman oğlunun iştirakı ilə hadisə yerində yoxlayır. İfadələrin hadisə yerində yoxlanılması zamanı bəlli olur ki, Quliyev Heydər Qasım oğlu öz hərəkət hissəsi ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən, qarşıdan gələn «Mersedes Benz 190» markalı avtomaşın onun hərəkət zolağına 40 metr məsafədən daxil olmuşdur.

Bu məlumatı dəqiqləşdirdikdən sonra, həmin istintaqçı, yəni polis mayoru Əhmədov İftixar Mahmud oğlu iş üzrə kompleks məhkəmə-avtotexniki və trasoloji ekspertiza təyin edir.

Təyin edilmiş kompleks məhkəmə-avtotexniki və trasoloji ekspertizanm 23.04.2018-ci il tarixli 7313 №-Iİ rəyi istintaq orqanına daxil olur və bəlli olur ki, istintaq orqanı tərəfindən müəyyən edilmiş şəraitdə, yəni Quliyev Heydər Qasım oğlunun öz hərəkət hissəsi ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən, qarşıdan gələn «Mersedes Benz 190» markalı avtomaşın onun hərəkət zolağına 40 metr məsafədən daxil olması şəraitində Quliyev Heydər Qasım oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Yəni, Quliyev Heydər Qasım oğlu bu hadisədə təqsirsizdir.

Belə halda növbəti qərar nə olmalı idi? Təbii ki, iş üzrə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi.

Lakin belə olmur və ekspertiza rəyi daxil olan gün, yəni 03 may 2018-ci il tarixdə Qaradağ RPİ İŞ-nin rəisi polis polkovnik-leytenantı Həsən İsmayılov müstəntiq Əhmədov İftixar Mahmud oğluna iş üzrə hər hansı bir istintaq hərəkəti etməyə imkan vermədən, naməlum səbəbdən (əslində isə cinayət işi üzrə məlumatları saxtalaşdıraraq, təqsirsiz Heydər Quliyevi təqsirləndirilən şəxsə çevirmək məqsədilə) cinayət işini onun icraatından götürür və digər müstəntiq, polis mayoru Məmmədov Cavid Abil oğlunun icraatına verir.

Cavid Məmmədov da dərhal iş üzrə iki nəfər DYPB-nin əməkdaşlarını formal olaraq dindirib iş üzrə icraatı dayandırır.

30.06.2018-ci il tarixdə Cavid Məmmədov iş üzrə icraatı təzələyərək, bundan sonra heç bir lüzum olmadan, naməlum səbəbdən (əslində isə ilkin məlumatları saxtalaşdırmaq məqsədilə) Quliyev Heydər Qasım oğlunun ifadələrini müdafıəçisi Yusifov Ceyhun Salman oğlunun iştirakı ilə hadisə yerində təkrarən yoxlamaq qərarına gəlir və yoxlayır.

Təqsirləndirilən şəxs Quliyev Heydər Qasım oğlunun və onun müdafıəçisi olmuş Yusifov Ceyhun Salman oğlunun mənə birmənalı şəkildə bildirmələrinə görə, Cavid Məmmədov həmin ifadələrin yerində yoxlanması protkolunu saxtalaşdırmış və «40» metrin əvəzinə protokolda və sxemdə 140 metr göstərmişdir.

Beləliklə də təhlükənin yaranma anını 40 metrdən 140 metrə qədər saxtakarlıqla uzadaraq, müstəntiq Cavid Məmmədov iş üzrə yeni ekspertiza təyin edir və vəkilin ekspertizanın təyin edilməsi barədə qərarla tanış olarkən bu hoqqabazlığı görəcəyini, bu isə qalma-qala səbəb olacağını başa düşən müstəntiq müdafıəçini ekspertizanın təyin edilməsi barədə qərarla tanış etmir və işi ekspertizaya göndərir.

Sonra iş üzrə məhkəmə-avtotexniki ekspertizasının 12.07.2018-ci il tarixli 17734 №-li rəyi alınır və təbii ki, bu dəfə əməlində heç bir cinayət tərkibi olmayan Quliyev Heydər Qasım oğlu təqsirləndirilən şəxsə çevrilir.

İstintaqm rəisi başa düşür ki, hər bir halda bu saxta 140 metrə görə müdafıəçi müstəntiqlə mübahisə edəcək, ondan birbaşa saxtakarlığa görə şikayət edəcək və müstəntiqi vəziyyətdən çıxarmaq üçün iş ekspertizadan İstintaq Şöbəsinə daxil olan kimi, həmin gün, yəni 13.07.2018-ci il tarixdə cinayət işini müstəntiq Cavid Məmmədovun icraatından götürərək, digər müstəntiq kapitan Alıyev Tural Cahangir oğlunun icraatına verir.

Bir daha qeyd edim ki, bu yalnız o məqsədlə edilir ki, müstəntiq Cavid Məmmədov öz saxtakarlıq funksiyasını yerinə yetirdiyindən, məqsəd onu vəkillə və hadisəni törətmiş şəxslə üz-üzə gəlməkdən və çətin vəziyyətə düşməkdən qorumaq olmuşdur.

Cinayət işini icraata qəbul edən gün, yəni 13.07.2019-ci il tarixdə müstəntiq kapitan Alıyev Tural Cahangir oğlu dərhal ittiham elan edilməsi üçün Quliyev Heydər Qasım oğlunun tutulması barədə qərar qəbul edir.

Həmin gün eyni adlı protokol tərtib edilir və protokolda göstərilir ki, guya Quliyev Heydər Qasım oğlu və onun müdafıəçisi Yusifov Ceyhun Salman oğlu protokolu imzalamaqdan imtina edirlər.

Müstəntiq Alıyev Tural Cahangir oğlu saxtakarlıqda əvvəlki müstəntiq Cavid Məmmədovu da geridə qoyur. Belə ki, o 14.07.2018-ci il tarixdə Quliyev Heydər Qasım oğlunun Azərb. Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə

təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edir, onun dindirmə protokolunu tərtib edir, ekspertiza rəylərini təqdim etməsi barədə çoxsaylı protokollar tərtib edir və hər bir protokolda da imza yerlərində öz xətti ilə qeyd edir ki, guya təqsirləndirilən şəxs və onun müdafıəçisi müvafıq protokolu imzalamaqdan imtina etdilər. Halbuki bütün bu sənədlərin tərtib edilməşi həm Quliyev Heydər Qasım oğlundan, həm də onun müdafıəçisi Yusifov Ceyhun Salman oğlundan gizlədilir, onlar istintaq orqanına dəvət edilmir və bu sənədlər onlara göstərilmir.

Daha sonra müstəntiq öz hərəkətlərinə qunun görüntüsü vermək məqsədi ilə işə Şükür Şıxıyevi müdafıəçi qismində buraxır və təkrar cəlb prosedurlarını guya həmin vəkilin iştirakı ilə keçirərək, guya onun iştirakı ilə də istintaqı yekunlaşdırıb, cinayət işini məhkəməyə göndərir. Halbuki bu gün də nə Şükür Şıxıyev təqsirləndirilən Heydər Qasımovu, nə də ki, Heydər Quliyev Şükür Şıxıyevi tanımır.

Hörmətli proses iştirakçıları!

Təqsirləndirilən şəxs müdafıəçisi Şükür Şıxıyevi həyatda bir dəfə də olsun görməmişdir və onu tanımır. Buna nə ad vermək olar?!

İstintaq orqanına haqq qazandırmağa çalışaraq ehtimal etmək olardı ki, doğurdan da istər təqsirləndirilən Heydər Quliyevin, istər onun keçmiş müdafıəçisi Yusifov Ceyhun Salman oğlu iş üzrə süründürməçiliyə yol vermək məqsədilə istintaq orqanına çağrışlara gəlməmişlər. Hətta yenə də ittham orqanının xeyrinə ehtimal etmək olardı ki, müdafıəçi dəyişdirildikdən və Şükür Şıxıyev işə müdafıəçi qismində buraxıldıqdan sonra da Heydər Quliyevin qəsdən istintaqa gəlməmiş və yaxud da gəlmiş, onun iştirakı ilə keçirilməli olan istintaq hərəkətlərində iştirak etmiş, lakin prosessual sənədləri qəsdən imzalamamışdır. Bütün bu fərziyyələri ehtimal etmək olardı, lakin bir şərtlə! - əgər cinayət işinin materiallarında Quliyev Heydər Qasım oğlunun və onun müdafıəçisi Yusifov Ceyhun Salman oğlunun istintaqa dəvət edilmələrini sübuta yetirən bircə dənə rəsmi sübut olmuş olsaydı. Lakin belə bir sübut yoxdur. Həmin insanlar istintaqa dəvət edilməmişlər!

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR