www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Deputat İqbal Məmmədov
Deputat İqbal Məmmədov "Relaks"da baş verən insidentdən danışdı
Şəhid ailəsinə iylənmiş Qurban əti göndərən  İcra Başçısı Allah qarşısında necə cavab verəcək — (VİDEO)
Şəhid ailəsinə iylənmiş Qurban əti göndərən İcra Başçısı Allah qarşısında necə cavab verəcək — (VİDEO)
Azərbaycan torpaqlarını Ərəblərə ov etmək üçün ərmağan edən Xalıqverdi Hüseynov öz kreslosunu necə qoruyub saxlaya bildi?
Azərbaycan torpaqlarını Ərəblərə ov etmək üçün ərmağan edən Xalıqverdi Hüseynov öz kreslosunu necə qoruyub saxlaya bildi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ağac kəsmini vaxtında araşdırılıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ağac kəsmini vaxtında araşdırılıb?
2-05-2019, 10:20

Xəzəri çirkləndirən otel və istirahət mərkəzlərinin adları açıqlanıb - SİYAHI

Xəzəri çirkləndirən otel və istirahət mərkəzlərinin adları açıqlanıb - SİYAHI

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələri göstərib ki, rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığından, müəssisə  və  təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı suları düzgün idarə edilmir və nəticədə çirkab sular təbii axarlar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır”.

ONA-nın xəbərinə görə, bunu ETSN-nin idarə rəisi Ərəstun Həsənov deyib.

O bildirib ki, aparılmış analitik təhlillərin nəticələrinə görə su nümunələrində səthi aktiv  və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıq olub.

ETSN rəsmisinin sözlərinə görə, Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır ki, bunlar da Xəzəri çirklənməyə məruz qoyur: "Çayların çirklənməsinə səbəb "Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır”. 

Ə. Həsənov qeyd edib ki, "Aysberq” oteli, "Aysberq” pivə və "Qafqaz” konserv zavodlarında formalaşan tullantı suları Qudyalçay vasitəsilə, Nabranda fəaliyyət göstərən "Malibu”, "Oberlyuks”, "Atlant”, "Mayak”, "Dənizçi”, "Lokomativ”, "Sunset”, "Palma” istirahət mərkəzlərində formalaşan tullantı suları isə birbaşa Xəzər dənizinə axıdılır: "Yalama-Nabran ərazisində keçirilən monitorinqlər zamanı isə yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən birbaşa dənizə axıdıldığı məlum olub. Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində bərk məişət tullantılarının düzgün idarə olunmadığı və antisanitar vəziyyətin əmələ gəldiyi müşahidə edilib”.

Ə. Həsənov aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün ETSN tərəfindən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə, bələdiyyələrə, obyekt və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verildiyini, xəbərdarlıq-bildiriş məktubları göndərildiyini vurğulayıb.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Dəhşətli cinayət – Ər ondan boşanan qadının boğazını kəsdi – (VİDEO 22+)
Dəhşətli cinayət – Ər ondan boşanan qadının boğazını kəsdi – (VİDEO 22+)
ETSN əhaliyə müraciət edib: Meşələrimiz hər birimizin evidir, xahiş edirik, onu yanğından qoruyun
ETSN əhaliyə müraciət edib: Meşələrimiz hər birimizin evidir, xahiş edirik, onu yanğından qoruyun
Bakıda klinikadan çıxan şəxs itkin düşüb
Bakıda klinikadan çıxan şəxs itkin düşüb
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çağırış edib
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çağırış edib
Sabah Sabunçu stansiyasının girişi istiqamətindəki keçiddən avtomobillərin hərəkəti dayandırılacaq
Sabah Sabunçu stansiyasının girişi istiqamətindəki keçiddən avtomobillərin hərəkəti dayandırılacaq
Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
Manafın qızı biznesmen olan ikinci ərindən də AYRILDI - Səbəbi hər kəsi ŞOKA SALACAQ - FOTO/VİDEO
Manafın qızı biznesmen olan ikinci ərindən də AYRILDI - Səbəbi hər kəsi ŞOKA SALACAQ - FOTO/VİDEO
Sentyabrda kimlərin maaşı nə qədər artacaq?
Sentyabrda kimlərin maaşı nə qədər artacaq?
Vahid Tarif Cədvəli üzrə maaşlar necə hesablanacaq? - Nazirliyin əmək siyasəti şöbəsinin müdiri ilə VİDEOMÜSAHİBƏ
Vahid Tarif Cədvəli üzrə maaşlar necə hesablanacaq? - Nazirliyin əmək siyasəti şöbəsinin müdiri ilə VİDEOMÜSAHİBƏ
Vilayət Eyvazov: “Beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya diqqət mərkəzindədir”
Vilayət Eyvazov: “Beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya diqqət mərkəzindədir”