www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi-Fakt Araşdırma
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Cəlilabadda süqut edən təhsil sistemi: İTTİHAM – VİDEO
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
5-10-2019, 10:17

"Müəllim hər zaman haqsızdımı" - Kamalə Abiyevanın yazısı

(Müəllim gününə müəllimdən özəl yazı)

"Bədbəxt”, "Xoşbəxt” cəmiyyət, "mən bu cəmiyyətdə xoşbəxt ola bilmirəm” kimi ifadələri çox işlədir və çox eşidirik. Xoşbəxt cəmyyət nədir? Təbii hamımız "xoşbəxt olduğum cəmiyyət” deyə düşünəcəyik. Bəs bu cəmiyyət necə olur və ya olmalıdır? Dövlət qanunlarına hörmət edən, qoruyan, azad, ədalətli, rüşvətsiz yaşayan, sülhsevər, sevgi dolu, bərabərhüquqlu və s. və ilaxır kimi insanların birliyi - gözəl Vətəndaş cəmiyyəti təsəvvür edin. Nə gözəl! İnsanlar xoşbəxtdirsə, cəmiyyət xoşbəxtdir. Əslində cəmiyyət xoşbəxtlik yaratmır, insanlar xoşbəxt cəmiyyət yaradır: Xoşbəxt birliklə vəhdətdə olmaq, iş birliyi yapmaq, ona arxalanmaq  olar.

Belə cəmiyyətin dövləti daha güclü olur. Hər insan birliyi cəmiyyət ola bilmir nə yazıq ki... Vətəndaş cəmiyyəti, ya cəmiyyət haqda ilkin fikirlərə Platonun, Aristotelin, Siseronun və başqa qədim yunan-roma filosoflarının əsərlərində rast gəlsək də, bu günümüzə qədər bütün filosofların,  mütəfəkkirlərin fikirlərindən ümumi bir nəticə alınır: cəmiyyətsiz dövlət, dövlətsiz cəmiyyət olmur. Dövlət və cəmiyyət bir - birini tamamlamalıdır. Əslində dövlət cəmiyyət üçündür. Cəmiyyətdəki problemlər dövlət və cəmiyyət arasında uçurum yaradır. Deməli, cəmiyyətdəki problemlərin yaranmasında birbaşa rolu olan müəllim birbaşa dövlətinə xəyanət edir.

Sovet dövründə böyümüşəm və mən tək deyiləm. Böyük bir nəsil var. Gizli bir tərəfi də yox bunun. Bu mənim həyatımdı - illərimdi. Müəllim ailəsi idik. Çətinliyimiz vardı. Yəni onda da katib, mağaza müdiri, ya kolxoz sədri kimi dolanmırdı müəllim. Ancaq heç vaxt maaş azlığı  gündəmdə olmurdu. Çünki müəllim maaşına görə yox, daha çox cəmiyyətdəki yerinə, cəmiyyətin münasibətinə, düşüncəsinə görə hörmətliidi. Fəxrlə "müəlliməm” deyirdi. "Müəllim” sözü hörmət doğururdu. Mən də müəllim ailəsindənolmağımdan qürur duyurdum. Nümunəvi, əlaçı şagirdolsam da, müəllim ailəsindən olmağım 5 + 1 nüfuzu verirdi. Müəllim kasıb, çəkinmədən hər cür tənqidobyekti (hətta təhqir), hüquqsuz kimi tanınmırdı. İndi vəziyyət başqadır. "Kasıblar” sırasına müəllimlər də aiddir. Yəni mən bu kasıb sözünü fağır, yazıq, kimi işlədirəm. İndi "güclülər” imkanlı ailələr və onların övladlarıdır. Mağaza və ya restoran işlədən birinə müəllim nə deyə bilər? Heç nə. Hətta qarşı tərəf çox mədəni, anlayışlı olsa belə, müəllim elə bilir ki, ona söz demək olmaz. Çünki müəllim çalışıb - vuruşub hörmətdən düşüb. Çünki 21 - ci əsrin ikinci onilinin son ilini yaşamağa hazırlaşsaq da, hələ təhsilmüəssisələrində, yəni elm, mənəviyyat ocaqlarındarüşvətlə mübarizə aparırıq. Müəllimin bu günkü hörmətsiz durumunun əsas səbəblərindən birincisi"rüşvət" sözünün adıyla yanaşı çəkilməsidir. Belə cəmiyyətin problemləri olacaq və hamı onlarla üz -üzə qalacaq. Başqa necə ola bilər? Ola bilərmi?

Əlbəttə yox! Təəssüf ki, müəllim vətəndaşı - cəmiyyətu düşünmür. Yəni gördüyü işin məsuliyyətini aydınlaşdıra bilmir. Bacarmır? Çoxu bacarmır. Bilirəm ki, "Müəllim günü”dür. Bilirəm ki, müəllimlərin "pul yığması” və ya "pul yığılması” mövzusu gündəmdədir artıq. Həmişə müəllimləri müdafiə edən yazılar yazardım. İndi istəmədim. Çünki "filan qədər pul yığın” deyən müəllimlər var. Və yazını onlara ünvanlayıram. Təkrar olsa da, cəmiyyəti yaradan insandır. İnsanı yaradan isə ilk növbədə müəllimdir. Cəmiyyətin, dövlətin ən böyük gücüdür əslində. Bəs niyə belə "sayılmaz” haldadır? Müəllimi bağbana da, loğmana da, rəssama, şairə də mən özüm bənzətmişəm.Amma necə bağban? Qanqal yetişdirənmi? Ya necə loğman? Xəstə ayağın yerinə sağlam ayağı kəsənmi? Heç bilirsiz, hər il nə qədər qanqal, sağlam ayağı kəsənyetişdiririk? Bilmirsiz. Bunu anlamaq üçün evinizdəki, ətrafınızdakı ailələrə, uşaqlara diqqət edin. Əksərinin məqsədi yoxdu. Harda oxuyacaqlarını dəqiq bilmirlər;çoxu universitetlərə "harasa keçərəm” prinsipi iləhazırlaşır. Müəllim olmaq məqsədi, arzusu olmayan biri necə müəllim olar? Təbii ki məqsədsiz şagirdlər yetişdirər. Halbuki sürücü olmaq da, həkim olmaq da arzu olmalıdır. Arzuları, məqsədləri olan şagirdlərimiz də var. Onlar şagird kimi də seçilir və ümidimiz onlaradır. Belə şagirdlərə rüşvət havası yaşatmaq ən böyük günah, ən bağışlanmaz səhv, ən çəkilməz ağrıdır. Buna səbəb olan müəllimin heç nədən şikayətlənmək haqqı yoxdur. Mən müəllimi təbrik etməyin əlehinə deyiləm. Əksinə, istərdim ki, imkanı çərçivəsində şagirdlər müəllimlərini təbrik etsin (Kaş hamının imkanı olaydı ilk növbədə). Mən də bayramlarda müəllimlərimi təbrik etmək istəyirdim. Hətta arada mənə verilən 20 - 30 qəpiyi aylarla yığıb hədiyyə aldığım müəllimlərim də olub. Müəllimi müəllim bayramında kim təbrik etməlidir ki? Amma məcburən, qorxudan deyil, sevgiylə, sevdikləri üçün, arzuladıqları üçün. "Bu müəllimə 5 manat, o birinə 20, digərinə 50 manat pul yığılır”- fikri ortalarda dolaşmadan. Rüşvətin nəfəsini duyan şagird rüşvətsiz cəmiyyət qura bilməz. Onun cəmiyyəti müəllimə hörmət etməz.

   Burda bir əsas məsələni də nəzərdən qaçırmaq olmaz. Müəllimin bu günkü halı məktəb - şagird - valideyn üçlüyündə tarazlığın pozulduğundan laqeydləşməsidir. Yəni müəllimin həmişə haqsız təqdim edilməsidir. Elə vəziyyət yaranıb ki, şagird , ya onun valideyni həmişə haqlıdır. Müəllimin özünümüdafiə haqqı da əlindən alınıb. Valideyn övladını məktəbə niyə göndərdiyi haqda deyil, müəllimin nə dediyi haqda düşünür. Ən intizamsızınözü də, valideyni də adamla polis kimi danışır: "səni cəzalandıraram” yəni. Heç kəs öz vəzifəsi haqda düşünmür. Bu ağrı başqa bir yazının mövzusu olaraq qalsın.

Böyük öndərimiz Heydər Əliyev deyib: Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət TƏHSİLSİZ İNKİŞAF EDƏ BİLMƏZ". "Niyə inkişaf edə bilməz? Bunu düşünək. Düşünək ki, bayram etməyə haqqımız olsun. 5 oktyabr - müəllim günüdür. Bəlkə də bu gün üçün yazı bir az sərt oldu. Amma faktlarla üzləşəndə çarəsiz qalırsan. Çarəsizliyimi sizinlə bölüşdüm. Bəs nə arzulayım həmkarlarıma? Ədalətli cəmiyyət istəyirsənsə, ədalətli ol. Yaratdığını sev. Yaratdığın O -cəmiyyət də səni sevsin. Və sevgiylə desin: Bayramın mübarək!” Cəhd edək. Bəlkə alındı?

Əlavə: Təhsildə yeniliklər yaxşıdı. Amma məktəb təcrübə sahəsi deyil, Məsələn, bizdə banan bitmir. Güclə banan əkmək olmaz. Elə zəfəran kimi qiymətli bitki becərək. İndi məktəb direktorlarının yerini dəyişirlər. Yenilikdi. Niyəsini biz anlamırıq. Əgər başqa məktəbdə vəziyyəti düzəltmək üçün yerdəyişmə edirsizsə, pis direktoru işdən azad edin.Yerini niyə dəyişirsiz? Bu tədris ilində bizim yaxşı direktoru  keçiriblər başqa məktəbə. Adam 5 il idi işləyirdi. Cavan, savadlı kadrdı. Bizim üçün təzə idi, "köhnə”lməsinə vaxt çatmadı. Yenicə doğmalaşırdıq ki, apardılar. Yasamal rayonu 31 nömrəli məktəbdən danışıram. Məktəb elə yer deyil ki, ciddi səbəb olmadan direktoru dəyişəsən. Yəni şikayət - filan yoxdu. Bir qəpik belə yığılmasına imkan vermirdi.Məktəb ayrı bir mühitdi, ərazisi, əhalisi var. Yüzlərlə şagirdi, minlərlə valideyni var. Bu ərazini, bu mühiti öyrənmək, araşdırmaq, uyğunlaşmaq elə asan deyil.Yeni direktor Akif Əliyevdən narazı deyilik. Çox mədəni insandır. Pedaqoji təcrübəsi, savadı öz yerində. Amma onun işlədiyi Nəsimi rayonu 19 nömrəli məktəbin kollektivi də bu yerdəyişməni anlamır. Bizdən şagirdlərin hüququnu qorumaq tələb olunur. Bir sözə görə müəllim işdən çıxarılır. Bəs bir məktəb kollektivinin hüququ yoxmu? Ümumiyyətlə, direktorların dəyişməsi müsbət nəticə vermir. Mən Təhsil Nazirliyinin işinə qarışmıram. Haqqım da yox. İllərin təcrübəsi danışır. Hörmətli yazıçımız Aqil Abbasın yazılarından birində "əvvəllər məktəblər direktorların adı ilə tanınardı” kimi maraqlı və özünü doğruldan fikir oxumuşdum. Əlbəttə, söhbət əsildən gedir, məktəbi hörmətli edən Şəxsiyyətdən  gedir. Sadəcə o Şəxsiyyətləri tapmaq lazımdır. Şəxsiyyət olmaq, onları tapmaq, dəyər vermək arzusu ilə.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR