loading...

Beyləqanda hakim köməkçisinin qeyri-rəsmi izdivacı ortaya çıxdı

30-08-2017 Baxış sayı :1 006
Beyləqan rayon məhkəməsində hakim köməkçisi işləyən, həmçinin Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğlu Yasin Əliyev barəsində ölkə mediasında çeşidli məlumatlara rast gəlmək elə də müşkül məsələ deyil. Hətta "Təfəkkür" Universitetinin məzunu olan Yasin Əliyevin diplomunun da legitimliyinə şübhə yaradan məlumatların, eləcə də anasının biznes imperiyasının idarə edilməsində ən yaxın silahdaşı olduğu haqqda da mətbuatda müvəssəl məlumatlar yayılıb. 
Bu günlərdə Sonolay.org-un media üzərində apardığı araşdırmalarında məlum olub ki, hələ bir müddət əvvəl bir sır KİV-də Beyləqan rayon Məhkəməsi sədrinin köməkçisi işləyərkən Yasin Əliyevin yarıtmaz fəaliyyətinə dair ilgin məlumatlar ortaya çıxıb. Belə ki, hakim Maşallah Şirvanovun sədlik etdiyi illərdə Yasin Əliyev daha çox tutduğu vəzifəsi ilə deyil, məhz malik olduğu mövqeyi ilə diqqəti lap elə əvvəldən cəlb edirmiş. 

Araşdırmamız zamanı məlum olub ki, 29 yaşında məhkəmə sədrinin köməkçisi vəzifəsinə təyin edilən Yasin Əliyev tək təhsili, savadı ilə deyil, ümumiyyətlə, heç bir kriterilərə uyğun deyil. Onun bu vəzifəyyə "təyinat” alması əvvəllər Beyləqan 3 saylı orta məktəbində direktor işləyən anası Xuraman rüstəmovanın səyləri nəticəsində baş tutub. Bununla belə, qısa vaxt ərzində Yasin Əliyev bir çox digər həmkarlarının neqativ münasibəti müqabilində olsa belə, məhz Maşallah Şirvanovun "rəğbətini” qazana bilib. Bunun səbəbi isə sədr köməkçisinin bu gün Beyləqan məhkəməsində əsil "makler” funksiyalarını yerinə yetirməsi məhz elə, o vaxtdan qalmadır. 

Media üzərində apardığımız araşdırmalar zamanı o da məlum olub ki, Beyləqan məhkəməsində rüşvətlət həll olunan bütün işlər birbaşa Yasin Əliyevin "səlahiyyətinə” aiddir. Hətta bu xüsusda ara-sıra yaşanan qalmaqallar belə, sədr köməkçisinin ümumilikdə "uğurlu” fəaliyyətinə xələl gətirə bilmir. 

Sonolay.org-un bu əsnada apardığı araşdırmaları zamanı üzləşdiyi məsələlərdən biri də, odur ki, bir müddət əvvəl mediada Yasin Əliyevin adı hərbi məhkəmədə hansısa işi "yoluna qoymaq” müqabilində vətəndaşdan 20 min manat pul almaqda hallanıb. Amma həmin məbləğin yalnız 14 min manatı "təyinatı” üzrə xərclənib. Qalan 6 min manatı isə Yasin Əliyev özü götürüb. Necə olubsa, az sonra bu məsələnin üstü açılıb. Bundan sonra Beyləqan rayon məhkəməsinə gələn "müştəri” burada böyük qalmaqal yaradıb. Lakin ara sakitləşdikdən sonra, Yasin Əliyev öz fəaliyyətinə, heç nə baş verməyibmiş kimi davam edib. Ümumiyyətlə, deyilənlərə görə məhkəmə sədrinin köməkçisi müxtəlif növ olaylara çox alışıqdır. 

Qeyri rəsmi izdivac


Sonolay.org olaraq media üzərində bu xüsusda apardığımız araşdırmalar zamanı məlum olub ki, Yasin Əliyev Aygün Bağırova(ad şərtidir) adlı, 45 yaşında bir xanımla qeyri-rəsmi nigah yaşayır.(Vertikal.az-red) Hətta bu münasibətlər artıq bir dəfə Yasin Əliyevin nişanının qaytarılmasına da səbəb olub. Bundan sonra köməkçi Xocavənd rayonundan vəzifəli məmurların birinin qızı ilə nişanlanıb. Aygün Bağırova(ad şərtidir) isə bu yeni izdivacdan xəbər tutarkən birbaşa Beyləqan rayon Məhkəməsinə gəlib və burada növbəti qalmaqal yaşanıb. Lakin bütün bunlar, qeyd olunduğu kimi Yasin Əliyevi qətiyyən narahat etmir. Onu maraqlandıran yeganə məqam şəxsi mənfəəti, əldə olunan gəlirlərdir. 

P.S. Aldığımız məlumatlarda vurğulanır ki, Yasin Əliyevin özbaşınalıqları təkcə sadə vətəndaşları deyil, həmçinin Beyləqan rayon məhkəməsinin digər hakimlərini də son dərəcə narahat etməkdədir.
Beyləqanda hakim köməkçisinin qeyri-rəsmi izdivacı ortaya çıxdı