loading...

Bakıda kürəkən general qayınatasının "Gelandewagen"inin təkərlərini deşdi

01-09-2017 Baxış sayı :964
Bakıda bahalı avtomobillərin təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.

Reportyor.tv Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda avtomobillərin sahibi Etibar Hüseynov adlı şəxs polisə müraciət edib. 
O bildirib ki, ötən gün günorta saatlarında qızının həyat yoldaşı, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlu ona məxsus, Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub. Bu zaman o idarə etdiyi "Hundai” markalı avtomaşınla həyətin darvazasını qırıb. Daha sonra həyətdəki E. Hüseynova məxsus olan, 90 FH 018 nömrəli BMW, 90 FG 494 nömrəli "Toyota” və 90 VX 949 nömrəli "Mercedess Galendevagen” markalı avtomaşınların təkərlərini bıçaqla deşib.
Xəbərdə bildirilir ki, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, E. Hüseynovun qızı boşanmaq istəsə də, həyat yoldaşı buna razı olmayıb və bu hadisəni törədib. 
E. Hüseynov general-mayor rütbəsinə sahibdir və hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutub. Eyni zamanda, o, Azərbaycanın keçmiş hərbi komissarı, Milli Məclisin deputatı, general-leytenant Əliağa Hüseynovun əmisi oğludur.
E. Hüseynovun qızı hazırda insident yaşadığı kürəkəni ilə ötən il ailə qurub.