loading...

Kəlbəcərlilər və insanları ümidsizliyə düçar edən məmur faktoru

13-09-2017 Baxış sayı :1 241
Kəlbəcər rayonu sosial inqilaba "hamilədir"

Kəlbəcərlilər və insanları ümidsizliyə düçar edən məmur faktoru
Kəlbəcərlilər və insanları ümidsizliyə düçar edən məmur faktoru
Kəlbəcərlilər və insanları ümidsizliyə düçar edən məmur faktoru
Rayonun hər sahəsində ciddi problemlər və anarxiya hökm sürür. İllərdir bu rayondan olan məcburi köçkünlərin problemləri həllini tapmamaqdadır. "Nə rayonun icra hakimiyyətinin başçısı, nə də bu rayondan millət vəkili seçilmiş Cavid Qurbanov kəlbəcərlilərin problemlərinin həlli istiqamətində cüzi də olsa dəstək olmur" bu sözləri redaksiyamıza müraciət edən məcburi köçkün ailəsi bildirir. Həmçinin o da qeyd olunur ki, rayonun bütün sahələri iflic vəziyyətindədir, tək bir sahə son dövrlər inkişafa doğru addımlamaqdadır, o da Elmira Şükürovanın müdir təyinatından sonra Kəlbəcər təhsili. Həqiqətən də uzun illər təhsil sahəsində çalışan və bu sahədə qocaman təhsil işçisinə çevrilmiş Elmira xanımın Kəlbəcər təhsilinə rəhbərliyi dönəmi bu rayonda illərdir olan problemlərin çözümündə önəmli rol oynayıb. Hətta Elmira xanımın Kəlbəcərlilərə qayğısı tək rayonun təhsil sahəsində deyil, məcburi köçkünlərin digər problemlərində də Cavid Qurbanovun belə, üz döndərdiyirayon camaatının problemlərinin həllində böyük rol oynayır. 
Növbəti yazımda Kəlbəcər rayonundan olan məcburi köçkünlərin problemləri və rayon rəhbərliyinin biganəliyi mövzusunda geniş bəhs edəcəyəm...
Elnur Vaqifoğlu