loading...

Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)

18-09-2017 Baxış sayı :881
Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)Ağgöldə qanunsuz ov nəticəsində ceyranlar, quşlar, balıqlar direktorun gəlir mənbəyinə çevrilib. Bu baradə redaksiyaya adının çəkilməyin istəməyən vətəndaş müraciət edib. Ağgöl Milli Parkında işləyən şikayətçinin iddiasına görə Ağgölə balıq ovlamağa girən hər bir şəxs əvvəlcəd 3-5 manat pul ödəməlidi. Qanunla qadağan olunmuş heyvanların ətini yemək istəyən vəzifə sahibləri isə əvvəlcədə Loğman əfəndinin bığnın altından keçməlidir. Bu bığ məsələsi də həmin vəzifə sahibinə nə az, nə çox 500 - 800 manata başa gəlir. 

Məlumat üçün bildirək ki, 2003-cü il 5 iyul tarixində ölkə başçısının sərəncamı ilə sahəsi 17,924 hektara qədər genişləndirilən, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan Ağgöl Milli Parkında ümumilikdə 500 mindən çox quş qışlayır. Qeyd edək ki, burada rast gəlinən quşların 30 növünün adı «Azərbaycanın Qırmızı Kitabı»na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə – çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir. Lakin buna baxmayaraq, hazırda Ağ göl Milli Parkında qanunsuz ov aparılır və bu səbəbdən də qoruq ərazisi istismara məruz qalıb.

Bundan başqa gələn xəbərlərə görə, qoruq rəhbərliyinin razılığı ilə yaxınlıqda yaşayan insanlar mal-qaranın otlaması üçün milli parkın ərazisindən illik pul köçürərək Milli Parkın ərazisini otlaq olaraq istifadə edirlər. Sözügedən qoruqda ovlanması qadağan olunan ceyran, çöl quşlarının ovlandığını vurğulayan şikayətçi iddia edib...

Şikayətçi öz müraciətində onuda bildirib ki, Ağgöl Milli Parkında özünə şahin quşu biznesi də yaradan Loğman Mehdiyev Ağgöl Milli Parkında yaşayan şahin quşlarını tutduraraq satır. Bu işlə ölkə miqyasında böyük bir şəbəkə məşğul olur. Şahin quşlarının alıcısı isə ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır. Ağgöl Milli Parkından tutulan hər bir şahinə görə xeyli miqdarda gəlir əldə olunur. Bütün bunlar onu deməyə əsas verir ki, Ağgöl Milli Parkında durumun ağır və dözülməzdir. Bu parkda qoruğun təyinatında kənar fəaliyyətlər o qədər genişlənib ki, artıq bura milli park deməyə adamın dili gəlmir. Belə ki, dövlət tərəfindən qorunan flora və fauna demək olar ki, məhv olmaq üzrədir. Hər il payız, qış və yaz aylarında milli parkın ərazisində qanunsuz ov nəticəsində onlarla ceyranlar məhv edilir, quşlar qırılır, hədsiz sayda balıqlar «brokonyer»lərin gəlir mənbəyinə çevrilir…

Qoruq işçisinin söylədiyinə görə, qoruq rəhbərliyinin razılığı ilə yaxınlıqda yaşayan insanlar mal-qaranın otlaması üçün milli parkın ərazisindən istifadə edirlər. Sözügedən qoruqda ovlanması qadağan olunan ceyran, çöl quşlarının ovlandığını vurğulayan məlumatlı şəxs iddia edir ki, Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev gölün kənarında torpaqdan 2 hektara yaxın hovuz düzəltdirib: «Həmin hovuzda isə Ağ göldən tutulan müxtəlif növ balıqlarlar saxlanılır və sonradan bazara çıxarılır. Loğman Mehdiyev «brokonyer»lərlə razılaşaraq göldə tor qurulmasına şərait yaradıb. Tututlan balıqların 50 faizi direktora verilir. Deyilənlərə görə, qoruq rəhbərliyi ay ərzində «dambası»na 3 tondan çox balıq atır. Hazırda Loğman Mehdiyevin gölündə 10 tondan çox balıq var və payız aylarında direktor həmin məhsulu satışa çıxardır».

Ağ göl Milli Parkında olan özbaşınalıqlar bununla bitmir. Məlumata görə, ov etmək və qayıqla balıq tutmaq üçün ayda 500 manat Loğman Mehdiyevə vermək lazımdı. Loğman müəllim isə həmin aylıqları özünə deyil Ekologiya Nazirliyində Departament müdirinə verdiyini bildirir. Bundan başqa Loğman Mehdiyev Mehriban xanım Əliyevanında adından istifadə etməkdən də çəkinmədiyi daxil olan məlumatlar sırasındadı. Həmin məlumatda da bildirilir ki, guya Loğman əfəndi 1-ci vitse-prezident Mehriban xanıma hər ay qoruq məsullarından sovqat olaraq göndərir. Və, bu səbəbdən də Ekologiya nazirliyində vəzifə tutan adamlardan qorxub çəkinmir. 

Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)
Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)
Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)
Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)
Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)
Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işaqlandırmağa hazırıq.