Reportyor.tv Reportyor.tv RSS Xidməti http://reportyor.tv tr-TR Rufiz Qonaqov; “2016-cı ildəki uğurlarımız cənab Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasətinin nəticəsidir” http://reportyor.tv/haber-29735-Rufiz-Qonaqov-2016-ci-ildki-ugurlarimiz-cnab-Prezident-Ilham-liyevin-mustqil-v--uzaqgorn-siyastinin-nticsidir.html 2016-12-29 15:32:19 Başa vurmaqda olduğumuz 2016-cı il bir sıra müsbət və mənfi məqamları ilə yadda qaldı. Dünyada, xüsusilə də, Yaxın Şərqdə geniş vüsət alan dini radikalizm, terror hadisələri, siyasi təlatümlər, yüz minlərlə insanın həlak olması, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşməsi tarixə həkk olundu. Eləcə də, neftin qiymətində müşahidə olunan qalxıb-enmələr, ayrı-ayrı ölkələrin valyutalarının dəyərdən düşməsi dünya iqtisadiyyatına ciddi təsir göstərdi. Ötən ilin yekunları və 2017-ci ildən gözləntilərlə bağlı Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov suallarımızı cavablandırıb. -Rufiz müəllim, 2016-cı ilə ötəri nəzər saldıqda daha çox hansı siyasi prosesləri, hadisələri xüsusi qabartmaq olar? Və bu hadisələr başa vurmaqda olduğumuz ilin siyasi mənzərəsinə hansı çalarlar qatdı? -Hələ 2015-ci ilin yekunları ilə bağlı dəyərləndirmə apararkən qarşıdan gələn ilin gərgin keçəcəyi proqnozlaşdırılırdı. Aparılan təhlillər əsasında yaranan gözləntilər 2016-cı ildə sülh və əmin-amanlığın təmin edilməsində ciddi problemlərin yaşanılacağından xəbər verirdi. Başa vurmaqda olduğumuz bu ildə dünyada və regionda siyasi-iqtisadi və hərbi böhranın daha da dərinləşdi, qanlı toqquşmalar artan xətt üzrə davam etdi. Yaxın Şərqdə - Suriya, İraq, Yəmən və digər qonşu ölkələrdə baş verən hərbi qarşıdurmalar və bunun nəticəsi olaraq meydana çıxan hümanitar böhran, qaçqın problemi qlobal xarakter aldı.Qaçqınların üz tutduğu Avropada irqçilik, İslamofobiya meyilləri gücləndi, sivilizasiyalararası gərginlik artdı.Türkiyə-Rusiya münasibətlərində yaşanan gərginlik nisbətən aradan qalxsa da, dekabrın 19-da Ankarada səfir Andrey Karlovun qətlə yetirilməsi hər iki ölkə üçün arzuolunmaz bir hadisə oldu.Bu hadisə növbəti dəfə Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi daşıyırdı.Türkiyəni təkləmək, ölkədəki vəziyyəti gərginləşdirmək, diplomatlar arasında vahimə yaratmaq, dövlətin imicinə zərbə vurmaq terrorçuların əsas məqsədi olub.Amma iki ölkənin bu hadisəni birmənalı şəkildə pisləməsi, birgə təhqiqatın aparılması münasibətləri korlamaq istəyən qüvvələrin arzularını gözlərində qoydu. Təəssüf ki, 2016-cı il bizə qardaş ölkə olan Türkiyə üçün xoşagəlməz hadisələrlə dolu oldu. 15 iyulda terrorçu Fətullah Gülən şəbəkəsinin hərbi çevriliş cəhdi, PKK-nın fəallaşması, Türkiyənin bir neçə şəhərində terror hadisələrinin törədilməsi və yüzlərlə günahsız insanın öldürülməsini təəssüf hissilə qeyd etməliyəm. 2016-cı ildəki siyasi proseslərə nəzər saldıqda ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərində soyuqluğun daha da artdığını, Rusiyaya qarşı sanksiyaların daha da genişləndirildiyini və nəticədə sonuncu ölkədə ciddi iqtisadi geriləmənin, maliyyə problemlərinin yaşandığını görmək mümkündür. ABŞ-da keçirilən prezident seçkiləri, Respublikaçılar Partiyasının namizədi, iş adamı kimi məşhur olan, qeyri-adi vədlərilə gündəm yaradan Donald Trampın prezident seçilməsini də mühüm siyasi hadisə kimi qeyd etmək olar. Siyasi çaxnaşmaların, oyunların nəticəsi olaraq dünya bazarında neftin qiymətinin düşməsi əsas gəliri “qara qızıl”dan olan ölkələrin iqtisadiyyatına ciddi mənfi təsir göstərdi.Azərbaycan da neftin qiymətinin süni qaydada aşağı salınmasından müəyyən qədər zərər çəkən ölkələrdəndir.Buna baxmayaraq, ölkə rəhbərliyinin çevik siyasəti, iqtisadi islahatları nəticəsində biz bu böhrandan çıxa bildik və iqtisadi-inkişaf tempini qoruduq. - 2016-cı ili Azərbaycanın siyasi və iqtisadi həyatı üçün necə dəyərləndirərdiniz? - Bu müddət ərzində Azərbaycanda siyasi sabitlik, sağlam iqtisadi mühüt qorunub saxlanıldı, dövlət idarəçiliyində islahatlar aparıldı. Dünyada cərəyan edən ictimai-siyasi gərginlik, iqtisadi böhran, hümanitar fəlakət fonunda Azərbaycandakı sabitlik, inkişaf, tolerantlıq bizə deməyə imkan verir ki, 2016-cı il ölkəmiz üçün düşərli olub. İl ərzində ölkəmizin beynəlxalq arenada dostlarının sayı artdı, mövqelərimiz daha da möhkəmləndi. Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahiblik edən ölkəmiz bu sahədə xüsusi təcrübə əldə edib. İl ərzində Bakıda BMT -nin Sivilizasiyalararası Dialoq Forumu , 5-ci Bakı Humanitar Forumu və s. dünya əhəmiyyətli tədbirlər keçirildi. Qonaqlar ölkəmizdə tolerant və multikultural mühütün əyani şahidi oldular. Sentyabrda Azərbaycanın Konstitusiyasına edilən dəyişiklikləri də uğurlu hadisə adlandırmaq olar. Referendumda Azərbaycan vətəndaşları yüksək aktivlik göstərərək cənab Prezdentin təqdim etdiyi təkliflərə "hə" dedi. Referendum Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyətli hadisə oldu. 2016-cı ildə Azərbaycan regionda sabitləşdirici rol oynayan, risklərin azaldılması üçün çalışan ölkə olduğunu bir daha sübut etdi. İqtisadi məsələlərə gəldikdə isə yuxarıda qeyd etdiyim kimi, neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə təsirsiz ötüşmədi. Düşünürəm ki, neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır.2016-cı ildə qeyri-neft sektorunun inkişafı prioritet oldu.Neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlər görüldü.İnformasiya-kommunikasiya texnologiyaları, turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanıldı.Bank sektorunda, milli təhlükəsizlik sistemində köklü islahatlar aparıldı. -2016-cı il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından hansı hadisələrlə yadda qaldı? -Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamərində görülən işlərdən danışarkən bu ilin aprel ayında cəbhə bölgəsində 4 günlük hərbi əməliyyatlar zamanı əldə etdiyimiz uğurlar xüsusi vurğulanmalıdır.Həmin döyüşlər Azərbaycanda hərbi-vətənəpərvərlik ruhunu yüksəltdi.Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı rəsmi Bakının prinsipial mövqeyi bu ildə qəti şəkildə ortaya qoydu.Artıq beynəlxalq güclər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini etiraf etmək məcburiyyətində qalıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmasa da, Ermənistanın işğalçı, sülh istəməyən ölkə olduğu bir daha dünyaya çatdırıldı. Ermənistan status-kvonu mümkün olduğu qədər uzatmağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində deyil.Ermənistan hesab edir ki, danışıqları istədiyi vaxta qədər uzada bilər.Azərbaycan isə münaqişənin qısa müddətdə həllini istəyir.ATƏT-in Minsk Qrupunun həmsədrləri bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmirlər.Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. -Necə düşünürsünüz, dünyada iqtisadi, hümanitar böhran, siyasi çalxalanmalar, hərbi qarşıdurmalar getdiyi bir vaxtda Azərbaycanın bu proseslərdən az zərərlə çıxmasının əsas səbəbləri nə ilə bağlıdır? - Əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Yuxarıda sadaladığım uğurlar birbaşa cənab Prezidentin yürütdüyü rasional siyasətin nəticəsidir. Həm siyasi, iqtisadi, sosial, həm də hərbi uğurlarımızın arxasında düşünülmüş dövlət strategiyası, proqramlar durur. Hazırda Azərbaycanda yeni islahatlar dalğası başlayıb. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında güclü islahatlar konsepsiyası hazırlanıb. Bu islahatlar Azərbaycanın dayanıqlı inkişafının məntiqi davamıdır. Prezident İlham Əliyevin “Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisi özündə çox böyük konsepsiyanı ehtiva edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi ki, Azərbaycan heç bir ölkədən yardım istəmir: "Biz borc alan ölkədən borc verən ölkəyə çevrilmişik. Bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir.Ölkəmizdə heç bir çətin vəziyyət yoxdur.Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir – istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun.Azərbaycan inamla inkişaf edir.Bizim iqtisadi inkişafımız son illər ərzində dünya miqyasında ən sürətli idi.Görüləcək işlər və aparılacaq dərin islahatlar nəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq".Əvvəlki mərhələdə başlıca resurs kimi neft strategiyası götürülürdüsə bu gün iqtisadi vektorlar fərqli amillərə yönəldilir. İqtisadiyyatın şaxələndirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Hesab edirəm ki, əvvəlki illərdə olduğu kimi, qarşıdakı mərhələdə də Azərbaycan Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyətindən irəli gələrək dinamik inkişaf tempini saxlayacaqdır -2017-ci illə bağlı gözləntiləriniz nədən ibarətdir? -Hesab edirəm ki, cənab Prezidentin müəyyən etdiyi siyasi-iqtisadi kurs gələ il də uğurla davam etdiriləcək. Azərbaycan hərbi imkanlarını arıtırır.Orduda islahatlar aparılır, müasir silah-sursatlar alınır.Özümüz də yüksək standartlara cavab verən silahlar istehsal edirik.Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlib.Qanunvericilikdə həyata keçirilmiş dəyişikliklər, Cənab prezidentin təsdiq etdiyi Strateji İqtisadi Yol Xəritələrinin həyata keçirilməyə başlanması ölkədə biznes mühitinin yaxşılaşmasına və özəl sektorun inkişafına səbəb olacaq. Bir çox iqtisadçı ekspertlər hesab edirlər ki, 2017-ci il ölkə iqtisadiyyatında dönüş ili olacaq və gələcək inkişafımızın yeni əsasları formalaşacaqdır. Hesab edirəm ki, siyasi islahatlar da gələn il uğurla davam etdiriləcək. Dünyada sülh və əmin-amanlığın təmin olunmasına çalışan Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək. Düşünürəm ki, gələn il ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf tempi qorunub saxlanacaq. 5 rayonun qaytarılmasına - Rusiyadan açıqlama http://reportyor.tv/haber-29283-5-rayonun-qaytarilmasina---Rusiyadan-aciqlama.html 2016-10-18 17:53:33 Hacı Nuran xərçənglə mübarizəsindən danışdı - Video http://reportyor.tv/haber-29156-Haci-Nuran-xrcngl-mubarizsindn-danisdi---Video.html 2016-10-13 12:27:39 Ramil Usubov ANS-in bağlanmasının səbəbini açıqladı - VİDEO http://reportyor.tv/haber-28676-Ramil-Usubov-ANS-in-baglanmasinin-sbbini-aciqladi---VIDEO.html 2016-08-31 16:26:11 Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfəri həmkarı Əfqan Ala ilə görüşüb. AzVision.az “Haberler.com”-a istinadən xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Türkiyənin daxili işlər naziri Əfqan Ala çıxışı zamanı bildirib ki, iki ölkənin Daxili İşlər Nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas yer tutur. Nazir terror təşkilatlarına qarşı birgə mübarizə aparıldığını qeyd edib. “Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması istiqamətində təsirli əməkdaşlıq davam etməkdədir. Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq”. Azərbaycan daxili işlər naziri Ramil Usubov Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu diqqətə çatırıb. Nazir qeyd edib ki, FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq: “Bu, həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik. Bu hərbi çevriliş cəhdi zamanı şəhid olmuş Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”. R.Usubov daha sonra ANS telekanalının bağlanmasından söz açıb: “15 iyul tarixindən sonra bir sıra qəzetlər, ANS telekanalı və digər qurumlar bu pozuculara dəstək verdiyinə görə qapadılıb. Bu işlər hazırda da davam etdirilir”. "Heç yerdə Bakıdakı qədər sabitlik yoxdur" - Video http://reportyor.tv/haber-28019-Hec-yerd-Bakidaki-qdr-sabitlik-yoxdur---Video.html 2016-06-20 10:03:56 Hədəf hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır http://reportyor.tv/haber-27643-Hdf-hr-bir-yasayis-mntqsinin-24-saat-keyfiyytli-icmli-su-tchizatina-nail-olmaqdir.html 2016-06-03 11:47:03 Qorxmaz Hüseynov: “Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən layihələr müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı “Azərbaycan xalqına demək istəyirəm ki,..” — Nazir cəbhədən danışdı http://reportyor.tv/haber-27417-Azrbaycan-xalqina-demk-istyirm-ki--Nazir-cbhdn-danisdi.html 2016-05-18 20:56:58 "Selfie"də ortaya çıxan məqam sosial medianı heyrətə gətirdi və qorxutdu - FOTO http://reportyor.tv/haber-26551-Selfied-ortaya-cixan-mqam-sosial-mediani-heyrt-gtirdi-v-qorxutdu---FOTO.html 2016-04-18 11:08:41 Hasan Oktay: “Azərbaycan 6 saata torpaqlarını azad edə bilər” - MÜSAHİBƏ http://reportyor.tv/haber-26110-Hasan-Oktay-Azrbaycan-6-saata-torpaqlarini-azad-ed-bilr---MUSAHIB.html 2016-04-04 13:42:37 "Rusiyanın Azərbaycanla bağlı 20 illik planı var, bəs Azərbaycanın..." http://reportyor.tv/haber-25492-Rusiyanin-Azrbaycanla-bagli-20-illik-plani-var-bs-Azrbaycanin.html 2016-03-05 10:16:19 Rus tarixçidən ETİRAF: “Xocalı soyqırımı olub və rus əsgərləri günahkardır” - MÜSAHİBƏ http://reportyor.tv/haber-25238-Rus-tarixcidn-ETIRAF-Xocali-soyqirimi-olub-v-rus-sgrlri-gunahkardir---MUSAHIB.html 2016-02-23 15:40:45 Generaldan sensassiyalı müsahibə: "Qorbaçovun tapşırığı ilə ekstrasenslər "uçan boşqab"ları qarşıladı" http://reportyor.tv/haber-24888-Generaldan-sensassiyali-musahib-Qorbacovun-tapsirigi-il-ekstrasenslr-ucan-bosqablari-qarsiladi.html 2016-02-12 15:47:02 Hafiz Hacıyevdən Rafael Cəbrayılova qarşı ağır sözlər – “Vicdanı yoxdur” http://reportyor.tv/haber-24508-Hafiz-Haciyevdn-Rafael-Cbrayilova-qarsi-agir-sozlr--Vicdani-yoxdur.html 2016-01-29 19:26:38 `Neft 24 dollar olsa...` - Azərbaycanlı milyarder http://reportyor.tv/haber-24388-Neft-24-dollar-olsa---Azrbaycanli-milyarder.html 2016-01-21 19:07:43 İlham Əliyevin işdən çıxardığı nazir danışdı — "Şantajdır…" http://reportyor.tv/haber-24385-Ilham-liyevin-isdn-cixardigi-nazir-danisdi--Santajdir.html 2016-01-21 18:31:40 «İki ilə ölkənin neftdən asılılığını azaltmaq olar» http://reportyor.tv/haber-24210-Iki-il-olknin-neftdn-asililigini-azaltmaq-olar.html 2016-01-12 10:29:35 Hər şey əvvəlki kimi idi, bircə o, yox idi (VİDEO) http://reportyor.tv/haber-23897-Hr-sey-vvlki-kimi-idi-birc-o-yox-idi-VIDEO.html 2016-01-04 19:06:20 "Elə itkilər var ki, onların ölçü vahidi olmur". Tanınmışlar ANS-dən çıxdıqlarını təsdiqlədi: "Maliyyə çətinlikləri yaranıb" http://reportyor.tv/haber-23842-Taninmislar-ANS-dn-cixdiqlarini-tsdiqldi-Maliyy-ctinliklri-yaranib.html 2016-01-03 17:18:59 Azər Qaramanlı Şahin Ağabəylini xatırlayır - PORTRET http://reportyor.tv/haber-23820-Azr-Qaramanli-Sahin-Agabylini-xatirlayir---PORTRET.html 2015-12-29 23:25:02 Bakının `Putin İttifaqı` qarşısında qoyduğu şərt - Müsahibə http://reportyor.tv/haber-23589-Bakinin-Putin-Ittifaqi-qarsisinda-qoydugu-srt---Musahib.html 2015-12-25 13:17:04 Qeyri-rəsmi müsahibə-“7-dən 17-yə” Xəyalə Manaflı http://reportyor.tv/haber-23568-Qeyri-rsmi-musahib-7-dn-17-y-Xyal-Manafli.html 2015-12-25 09:17:24 Bu günkü qeyri-rəsmi müsahibim səmimi, təbii, gülərüz, mehriban, anlayışlı, üzüyola, təmiz qəlbli və xoşniyyətli, maraqlı və fərqli səs və ifa tərzi olan və mübahisələrdən qaçan dostumuz, yaradıcı və istedadlı insan Xəyalə Manaflıdır. “Bəs Ermənistan nəyi gözləyir?” - Elmar Məmmədyarov http://reportyor.tv/haber-23382-Bs-Ermnistan-nyi-gozlyir---Elmar-Mmmdyarov.html 2015-12-21 13:43:25 General-leytenant Aydəmirov: “Müharibə başlasa, səfərbərlik olmayacaq” http://reportyor.tv/haber-23129-General-leytenant-Aydmirov-Muharib-baslasa-sfrbrlik-olmayacaq.html 2015-12-16 17:07:48 “Taleh Bağırovun ucbatından gərginlik yaşandı” - Şeyx http://reportyor.tv/haber-22877-Taleh-Bagirovun-ucbatindan-grginlik-yasandi---Seyx.html 2015-12-11 17:02:19 Siqaret və araq necə kartla alınacaq? - Nazirdən açıqlama http://reportyor.tv/haber-22857-Siqaret-v-araq-nec-kartla-alinacaq---Nazirdn-aciqlama.html 2015-12-11 12:36:22 Azərbaycan vergilər naziri Fazil Məmmədov Azərtac-a müsahibə verib. AzVision.az həmin müsahibəni təqdim edir: - Cənab nazir, artıq 2015-ci il başa çatmaq üzrədir. Ölkə Prezidentinin Fərmanı ilə 2016-cı ilin iqtisadi inkişaf proqnozları və büdcəsi də artıq təsdiq edilib. Vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı nə deyə bilərsiniz? - 2015-ci il də əvvəlki illər kimi ölkə iqtisadiyyatının uğurlu inkişafı ilə yadda qalacaq. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, həm Avropada, həm də bölgədə iqtisadi, hərbi, siyasi böhran yaşandığı bir şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Doqquz ayda Azərbaycan iqtisadiyyatı bütövlükdə 3,8 faiz, qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Əhalinin pul gəlirləri 5,8 faiz artıb, inflyasiya kifayət qədər aşağı – 3,7 faiz səviyyəsindədir. Büdcə xərclərinin məlum səbəbdən azalmasına baxmayaraq, sosial infrastrukturun yaradılmasına lazım olan qədər vəsait ayrılması bir daha göstərir ki, dövlətimizin siyasətinin mərkəzində həmişəki kimi, yenə də Azərbaycan vətəndaşı dayanır və bu gələcəkdə də belə olacaq. Təbiidir ki, neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən qədər təsir göstərib. Lakin Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qeyri-neft sektorunun inkişafı ilə bağlı vaxtında gördüyü tədbirlər nəticəsində iqtisadiyyatımızın qeyri-neft sektorunun yüksək sürətlə inkişaf etməsi bu mənfi təsirin aradan qaldırılmasına imkan verib və cari ilin ötən 11 ayı ərzində vergi daxilolmaları üzrə büdcə proqnozlarına artıqlaması ilə əməl olunub. Vergi orqanlarında ölkə başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilən islahatlar uğurla davam etdirilir. Bu gün Vergilər Nazirliyinin fəaliyyəti əsasən elektronlaşdırılmış, ölkə vətəndaşlarına ən çox sayda elektron xidmətlər göstərən bir dövlət qurumudur. Mütərəqqi vergi sisteminin formalaşdırılmasında biz beynəlxalq təcrübənin öyrənilməsinə, vergi inzibatçılığı sahəsində dünyada mövcud olan yeni innovativ layihələrin ölkəmizə gətirilməsi və uğurla tətbiq edilməsinə böyük önəm verir, dünyada vergi sahəsində aparıcı və nüfuzlu beynəlxalq təşkilatların hamısı ilə sıx əməkdaşlıq edirik. Dünya Bankının beynəlxalq iqtisadiyyatın müxtəlif sahələri və biznes mühitinin əlverişliyi üzrə qiymətləndirməsini özündə əks etdirən “Doing business 2016” hesabatı, eləcə də Dünya Bankı ilə PWC şirkətinin tərtib etdiyi “Paying taxes 2016” hesabatı ölkəmizin milli vergi sistemini biznesin aparılması nöqteyi nəzərindən yüksək dəyərləndirir. Azərbaycan bu hesabatlarda “Vergilərin ödənişi” meyarı üzrə dünyanın 189 iqtisadiyyatı arasında 34-cü yerdədir. Vergi inzibatçılığı sahəsində aparılan islahatlar, eləcə də vergi yükünün digər ölkələrlə müqayisədə xeyli az olması səbəbindən Azərbaycanın vergi sistemi vergilərin ödənilməsinin asanlığına görə bir çox inkişaf etmiş ölkələrin göstəricilərini belə qabaqlayır. Dünya Bankı ölkəmizdə biznesə başlama imkanlarını dünya ölkələri sırasında 7-ci yerdə dəyərləndirib. Bunlar çox mühüm göstəricilərdir və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın vergi sisteminin inkişaf səviyyəsinə verilən qiymətdir. Lakin bunlar bizi qətiyyən qane etmir, çünki dövlət başçısı tərəfindən bizim qarşımızda büdcənin cari xərclərinin əsasən vergi orqanlarının və qismən də gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına formalaşdırılması kimi məsul bir vəzifə qoyulub. Cənab Prezidentin tələbi budur ki, vergi orqanları daha şəffaf və səmərəli işləməli, büdcəyə daha çox vəsait toplamalıdırlar. Bunun üçün bütün imkanlar, ehtiyatlar səfərbər olunmalı, vergi bazası genişləndirilməlidir. Sahibkarlar da ölkə başçısının vurğuladığı kimi, vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalı, biznes mühitinin daha da yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Biz Maliyyə Nazirliyi ilə birlikdə, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının yaxından köməyi ilə qarşımızda duran bu vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirməyə çalışırıq. - Prezident İlham Əliyevin Fərmanı ilə Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunvericilik sənədləri artıq təsdiq edilib. Məcəlləyə edilmiş əsas dəyişikliklər nədən ibarətdir və bu dəyişikliklər hansı zərurətdən irəli gəlir? - Məlumdur ki, ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi və bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunur. Ölkə başçısının vurğuladığı kimi, indi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vergi orqanları üçün bu situasiyanın xüsusiyyətlərindən biri də odur ki, neft gəlirlərinin azalması ilə büdcəyə vergi daxilolmalarının da azalmasına baxmayaraq, büdcəmizin sosial yönümlüyünün saxlanılması, nisbətən aztəminatlı təbəqələrə, kiçik və orta sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxilolmalarının artırılmasını tələb edir. Ona görə də vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılıb, müvafiq dövlət qurumları ilə razılaşdırmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib. Bu dəyişikliklər Milli Məclisdə geniş müzakirə olunaraq, 2015-ci ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sırasında ilk olaraq, fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini göstərmək istərdim. Bilirsiniz ki, dövlət başçısının apardığı sosial-iqtisadi siyasətə uyğun olaraq hər il ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Vergi qanunvericiliyində buna qədər qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Nəticə etibarilə muzdlu işçi həmin artımdan bəhrələnmirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımından tam bəhrələnəcəkdir. Sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək. Dəyişikliklərin mühüm bir qismi sadələşdirilmiş vergi ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200.000 manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcək. Digər mühüm məsələ, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsindəki dəyişikliklərlə əlaqədardır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni, satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yalnız bu halda, yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək. Satış dövriyyəsi 200.000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər. Ticarət dövriyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Vergi Məcəlləsi onlara bu seçim hüququnu verir. Bu halda həmin şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər. Fürsətdən istifadə edərək, bir mühüm məsələyə toxunmaq istərdim. Son zamanlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı kütləvi informasiya vasitələrində bəzi yanlış şərhlərin verildiyi, ticarət və ictimai iaşə sektorunda vergi yükünün artırılması ilə bağlı müəyyən fikirlərin yer aldığı müşahidə olunur. Mən qətiyyətlə bildirirəm ki, bu tamamilə yanlış məlumatlardır və ola bilsin ki, insanları bilərəkdən çaşdırmaq məqsədi daşıyır. Sözügedən dəyişiklik vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adıçəkilən vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli şəkildə azaldılması, eyni zamanda ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma bazasının genişlənməsi ilə nəticələnəcək. - Fazil müəllim, vətəndaşların marağına səbəb olan mühüm dəyişikliklərdən biri də daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizminin yenilənməsidir. Bu sahədə aparılmış dəyişikliklər nədən ibarətdir? - Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizmi indi daha da sadələşdirilib və bu sahədə də vergi yükü əhəmiyyətli şəkildə azaldılıb. Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən sadə dildə desək, satılmasından əldə olunan gəlirlər təqdim edən şəxs tərəfindən vergi orqanlarına müvafiq bəyannamə təqdim olunmaqla vergiyə cəlb edilirdi. Bir çox hallarda təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikintisinə, təmirinə çəkilən xərcləri təsdiq edən sənədlərin olmaması, bu əməliyyatlardan əldə edilən gəlirlərin vergiyə cəlb edilməsində çətinliklər və narazılıqlar yaradırdı. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə, daşınmaz əmlakın təqdim edilməsi (satılması) üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxır. Bir vacib məsələni də xüsusi vurğulamaq istəyirəm ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində nəzərdə tutulan ailə üzvləri tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir. Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər hər kvadratmetr sahəyə görə 15 manat ödəyəcəklər. Yəni, şəxslər yaşayış və qeyri-yaşayış sahələrini satdıqda və ya bağışladıqda vergi ödəməli olacaqlar. Vergi yaşayış və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən tutulacaq və bu zaman hesablanmış məbləğə Vergi Məcəlləsində təsbit edilmiş zona əmsalları tətbiq olunacaq. - Tikinti sektoru ölkə iqtisadiyyatının inkişaf edən mühüm sahələrindən biridir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi inşaat sektorunda çalışan vergi ödəyicilərinə nə verəcək? - Vergi Məcəlləsinə edilmiş dəyişikliklər tikinti sektorunun fəaliyyətinin canlandırılmasına və bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılmasına hesablanıb. İlk növbədə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib. Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər eyni zamanda həm sadələşdirilmiş verginin, həm də ƏDV-nin ödəyiciləri hesab olunurdular. Həmin şəxslər təməl işlərinə başladıqda, tikilən binanın layihə üzrə sahəsinin hər kvadratmetri üçün 10 manat məbləğinə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanlarına təqdim edirdilər. Təməl işlərinə başlanılmış binanın tikilib-tikilməməsindən asılı olmayaraq hesablanmış sadələşdirilmiş vergi bərabər hissələrlə 8 rüb ərzində büdcəyə ödənilirdi. Bununla yanaşı, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 225 manat məbləğinə yenə də ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə təsdiq edilmiş əmsallar tətbiq edilməklə ƏDV tutulan minimum dövriyyə müəyyən edilərək həmin sahələrin təqdim edildiyi ayda ƏDV hesablanaraq büdcəyə ödənilirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda, tikinti-quraşdırma işlərinə başlandığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir. Bu halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV, təqdim etmədən əldə edilən gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən yaranan mənfəətdən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma metodu üzrə seçim hüququnun verilməsi onlar tərəfindən sahibkarlıq fəaliyyətində maliyyə resurslarından daha səmərəli istifadə edilməsinə və tikinti sektorunun inkişafına şərait yaradacaq. - Məcəlləyə edilən dəyişikliklərdən biri də idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə bağlıdır. Çıxışlarınızın birində Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsinin təqribən 300 milyon manat olduğunu qeyd etmişdiniz. Yeni qaydalar büdcədə artıma səbəb olacaqmı? - Müasir dünyada dövlətlər büdcələrini formalaşdıran zaman ölkənin potensialının səmərəli istifadə olunmasına çalışırlar. Bu baxımdan leqal mərc oyunları dünya təcrübəsində büdcəyə gəlir gətirən əsas sahələrdən biridir. Azərbaycanda da bütün dünyada olduğu kimi idman mərc oyunları keçirilir. Məlum olduğu kimi, idman mərc oyunlarından əldə edilən uduşlar 2013-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin gəlir vergisindən azad edilib. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafını stimullaşdırılmasına, oyunların əhatə dairəsinin genişlənməsinə və bu sahədən əldə edilən gəlirlərin artmasına səbəb olub. İdman mərc oyunları dövlət büdcəsi üçün potensial gəlir mənbələrindən biridir və bütün bunlar həmin sahədən əldə edilən uduşların vergiyə cəlb olunmasını zəruri edir. Bu məqsədlə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar daxil edilib. Bu sahədən əldə edilən gəlirlərin vergiyə cəlb olunması qeyri-neft sektorundan büdcə daxilolmalarının artmasına səbəb olacaq. - Vergi Məcəlləsindəki hansı digər mühüm dəyişiklikləri qeyd edərdiniz? - Qeyd etdiyim kimi, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Bundan başqa, ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcmi 60.000 manatdan 100.000 manatadək artırılıb. Bu dəyişikliklər, ƏDV qeydiyyatında olan şəxslərə sadələşdirilmiş vergitutma metodunu tətbiq etmələrinə şərait yaradır və vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edir. Bundan başqa, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə, prioritet sahələr üzrə idxalda ƏDV-dən azadolmaların siyahısı Vergi Məcəlləsinə daxil edilib. Bu isə o deməkdir ki, həmin siyahıda dəyişiklik yalnız Milli Məclisdə müzakirə olunduqdan və cənab Prezident tərəfindən imzalandıqdan sonra mümkün olacaq. Hüquqi şəxslərin əmlak vergisi sahəsində bəzi dəyişikliklər var. Son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində də əldə edilmiş nailiyyətlər sırasında “Azerspace” telekommunikasiya peykinin uğurla orbitə çıxarılmasının xüsusi yeri var. Dünya peyk xidmətləri bazarında yüksək rəqabət mühiti mövcuddur ki, burada “Azərkosmos” ASC kimi yeni bazar iştirakçılarına rəqabətə davamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olunur. Bu səbəbdən bir çox ölkələrdə kosmik sənaye sahəsində çalışan şirkətlərin rəqabət qabiliyyətini artırmaq üçün onlara vergi və gömrük güzəştləri tətbiq edilir. Bu addımların arasında kosmik əmlakın əmlak vergisindən azad edilməsi ilə bağlı güzəştlər xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, peyklər və digər kosmik obyektlər əmlak vergisindən azad edilib. Yeniliklərdən biri də mədən vergisi ilə bağlıdır. Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən etibarən mədən vergisinin dərəcələrində dəyişikliklər edilməyib. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti və sənaye sektorunun inkişafı qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisinin dərəcələrinə yenidən baxılmasını zəruri edirdi. Bu baxımdan qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisinin dərəcələri optimallaşdırılıb. Bu dəyişiklik dövlət və bələdiyyə büdcələrinə daxilolmaların artmasına müsbət təsir göstərəcək. Xüsusilə bələdiyyə büdcələrinə artımlar gözlənilir. Çünki bir sıra qeyri-filiz təyinatlı mədən məhsulları bələdiyyə mülkiyyətinə aid edilib. -Aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş qərarlar geniş rezonans doğurub. Bu dəyişikliklər hansı zərurətdən irəli gəlib? Bu barədə bir qədər məlumat verməyinizi istərdik... - Ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi hər bir ölkədə dövlətin xüsusi nəzarətində olur və həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılması zamanın tələbidir. Bununla əlaqədar, belə malların dövriyyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Məcəlləsinə daxil edilib. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manata kimi olan aksizli malların nağd qaydada satılması inzibati xəta kimi müəyyən edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manatdan 1000 manatadək olan aksizli malların nağd qaydada satışı, habelə külli miqdarda (1000 manatdan yuxarı) satışı, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınması cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, tütün məmulatlarının topdan satışı da bu qanunun əhatə dairəsinə düşür. Dəyişikliklərə əsasən, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, (fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla) saxta aksiz markaları ilə markalanmış malları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən edilib. Qeyd edim ki, ölkədə aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisində yerləşən ticarət obyektlərində lazımi potensial mövcuddur. Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır. Ölkə ərazisində hazırda 84 min pos-terminal quraşdırılıb ki, bunun da 62 faizi Bakı şəhərinin payına düşür. Son illər ərzində Azərbaycanda elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq standartlara cavab verən ödəniş sistemi infrastrukturu yaradılıb. Hazırda əhalinin bütün təbəqələri plastik kartlardan istifadə edir. Ölkədə 6 milyona yaxın şəxsin plastik kartı var ki, bu da bizə alkoqollu içkilərin nağdsız qaydada satışını həyata keçirməyə tam imkan verir. Aksizli malların nağdsız qaydada satışı bütövlükdə bu sahədə uçotun şəffaflaşdırılmasına və nağdsız ödənişlərin stimullaşdırılmasına da müsbət təsir göstərməlidir. - Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması da nəzərdə tutulur. Bu barədə nə deyə bilərdiniz? - Nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyaları bütün sahibkarlıq subyektləri üçün artırılmayıb. Qeyd etdiyimiz kimi, dövriyyəsi 200.000 manatdan artıq olan və ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edə bilərlər. Bu halda, onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmırlar və beləliklə də, hüquqi şəxslər ƏDV, mənfəət və əmlak vergisi, fiziki şəxslər isə ƏDV və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Dövlətin bu məsələdə sahibkarlara güzəştə getməsinin əsas məqsədi ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövriyyələri 200.000 manatı aşdığı təqdirdə belə, əldə etdikləri gəlirlər üzrə vergi uçotunun sadələşdirilmiş qaydada aparılmasına və dövriyyələrin şəffaflaşdırılmasına nail olmaqdan ibarətdir. Bu halda nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə sərt maliyyə sanksiyaları yalnız satış dövriyyəsi 200.000 manatdan artıq olan və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə şamil ediləcək. Yeni qaydalara görə, təqvim ili ərzində vergi hüquqpozmalarına birinci dəfə yol verən belə şəxslərə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Ticarət və ictimai iaşə sektorlarında çalışan və dövriyyəsi 200.000 manatadək olan sadələşdirilmiş vergi ödəyiciləri və dövriyyəsi 200.000 manatdan artıq olan, lakin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən şəxslərə, vergi hüquqpozmalarına yol verdikləri təqdirdə, yenə əvvəlki kimi 400, 800 və 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq. Maliyyə sanksiyalarının artırılması vergi ödəyicilərinin məsuliyyətinin artırılması istiqamətində atılmış addımdır. Burada məqsəd sahibkarı cərimələmək yox, vergidən yayınmanın qarşısını almaq, dövriyyəni artırmaq və uçot sistemini daha da təkmilləşdirmək, vergilərin dövlət büdcəsinə tam həcmdə ödənilməsini təmin etməkdən ibarətdir. -Qanunvericiliyə edilmiş dəyişikliklərlə vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi orqanlarına səlahiyyətlər verilib. Bunun səbəbi nədir? - Vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bu il qəbul edilmiş dəyişikliklərdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilib. Miqrasiya Məcəlləsində edilən dəyişikliklərə əsasən, istər Azərbaycan Respublikasının vətəndaşının, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vergi borcu olduğu halda, vergi orqanlarının müraciətlərinə əsasən məhkəmə qərarı ilə onların ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır. Bununla yanaşı, qeyd olunan məsələ ilə əlaqədar məhkəmələrdə vergi orqanlarının müraciətlərinə baxılması qaydasını və mexanizmini tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində də müvafiq dəyişikliklər edilib. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa hazırda əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bu Qanuna edilmiş dəyişikliyə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məhkəmə qərarları əsasında verilmiş icra sənədləri ilə yanaşı, həm də vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri əsasında da həyata keçirilə bilər. Onu da nəzərə almaq lazımdır ki, yeni qaydalara görə əvvəl olduğu kimi yalnız fiziki şəxslərin deyil, eləcə də hüquqi şəxslərin icra orqanının rəhbərinin də ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Hazırda vergi borcuna görə 160-a yaxın fiziki şəxsin ölkədən getmə hüququna məhdudiyyət qoyulub və gələcəkdə intizamsız vergi ödəyicilərinə qarşı belə tədbirlərin daha geniş tətbiq ediləcəyi istisna deyil. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur və hamı öz borcunu yerinə yetirərsə, bu kimi tədbirlərə də ehtiyac qalmayacaq. Qanunla müəyyən olunmuş vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə daxil olmasına məsul olan vergi orqanları bundan sonra da vergi intizamının möhkəmləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək, ölkəmizdə əlverişli biznes mühitinin formalaşması, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin verdiyi göstərişlərin həyata keçirilməsini təmin edəcəklər. `Günəşli`dəki faciə təxribat ola bilərmi? - VİDEO http://reportyor.tv/haber-22619-Gunslidki-faci-txribat-ola-bilrmi---VIDEO.html 2015-12-07 09:09:16 Millət vəkili: "Allah Talehin başına daş salsın..." http://reportyor.tv/haber-22523-Millt-vkili-Allah-Talehin-basina-das-salsin.html 2015-12-03 17:23:52 Aqil Abbas: “Mənim bir rus dostum yoxdu e...” http://reportyor.tv/haber-22441-Aqil-Abbas-Mnim-bir-rus-dostum-yoxdu-e.html 2015-12-02 09:18:38 “Əli Abbasov dedi ki, “qara maskalı”lar ofisin qabağındadır” http://reportyor.tv/haber-22284-li-Abbasov-dedi-ki-qara-maskalilar-ofisin-qabagindadir.html 2015-11-30 09:41:21 Bakı küçələrini süpürən qocaman şair - Video http://reportyor.tv/haber-22153-Baki-kuclrini-supurn-qocaman-sair---Video.html 2015-11-27 10:21:07 Jurnalist Natiq Muxtarlı ilə Nərimanov parkında çay içib söhbət etmək imkanını əldən vermək olmazdı. 30 ilə yaxındır dostluq edirik, 2 aydan çox idi görüşmürdük. Mən parka dostumdan 10-15 dəqiqə tez çatmışdım. Var-gəl edirdim. Natiq arxadan səssiz yaxınlaşdı, ilk sözü bu oldu: - Şair, sən öl, sənin yerin cəhənnəmlikdir, bayaqdan sənə fikir verirəm. - Zarafatına zarafatla cavab verdim: - İnşallah, ölərik, görərik kim cənnətlik, kim cəhənnəmlikdir. Elə bu an qulağıma xırıltılı səs gəldi, kimsə şeir dedi: “Burda biz həsrətik bir kilo ətə Orda istəyirik düşək cənnətə...” Səsə tərəf çevrildim. Səhra rəngində sırınmaya bürünmüş (buna geyinmək demək olmazdı) kişini tanıdım – Məmməddir. Sabir adına Mərkəzi Şəhər Kitabxanasında fəaliyyət göstərən “Pərvanə” ədəbi birliyinə gələrdi. Vahid adına çay evində rəhmətlik şair Həkim Qəninin də dərnəyində müntəzəm iştirak edərdi. Həkim Qəni ona söz verməzdi. Məmməddən xeyli yaşlı olan həkim onu bəzən acılayardı da: - Ə kişi, sən şeir yazan deyilsən, otur qulaq as, - deyərdi. “Pərvanə”nin sədri Qəşəm Nəcəfzadə isə bu qoca və özünü-sözünü bilməyən adama acıyar, bəzən onun könlü xoş olsun deyə, tədbirin sonunda ona da söz verərdi ki, şeir oxusun. Sözsüz ki, Məmmədin şeirləri bitən kimi məclis də sona çatardı. Bu isə Məmmədə heç də xoş gəlməzdi. O, çox istəyirdi ki, onun da ədəbi yaradıcılığı müzakirə olunsun. Bir neçə dəfə Qəşəmlə onun arasında gərginlik də yaşanmışdı. Məmmədin mənə: - Bu tərəkəmə niyə şeirlərim haqda fikir bildirməyə şərait yaratmır? - deyə soruşmuşdu. Cin məni qurdalamış kimi demişdim: - Paxıllıqdan. Sənin bu yaşda həftəyə bir dəftər şeir yazmağını gözü götürmür. Həm də sənin mövzularını, şeirlərinin məzmununu götürüb sonradan özü yazır. Ona görə də şeirlərin müzakirə olunsa, yaddaşlarda ilişib qalar və onun plagiat olması bilinər. Məmməd mənim zarafatla dediyim sözü ciddi olaraq qəbul etmiş və bir neçə dəfə də Qəşəmin ardınca asıb-kəsmişdi. İndi, bu soyuq payız günündə əlində zibil dolu torba və süpürgə tutan Məmməd şeirlə mənim Natiqlə etdiyim söhbətə müdaxilə edirdi. - Məmməd dayı, salam, məni tanıdın? Üzümə baxdı, - yox, - dedi. - Sən şair Məmməd deyilsən? 5-6 “obşi” dəftər şeirlərin vardı. Gülümsədi, mırıq dişləri göründü. Toz basmış kimi görünən öləzimiş gözləri qırışın altında itib batdı. Yaxınlıqda uşaqlar üçün qurğunu işlədən oğlanı çağırdı: - Adə, bəri gəl, sənin nənənin... Gördün, məni şair kimi tanıyırlar. Sən isə məni lağa qoyursan. Oğlan xeyli güldü. Nənəsinin söyülməsini eşitmirmiş kimi, Məmmədə yenə də söz atdı: - Səndən necə şair çıxarsa, mənim də nənəmdən balerina olar... Məmməd bu dəfə mənə xoş bir baxış, isti bir təbəssümlə müraciət etdi: - Mənim yadıma heç düşmədin. Özümü təqdim etdim. Yaddaşını vərəqlədi, bir şey hasil olmadı. - Məmməd kişi, Sabir adına kitabxana, şeir dərnəyi, Faiqəm də. Qəşəm Nəcəfzadə... Qəşəmin adını çəkdikdən, şeirlərinin məzmununu xatırlatdıqdan sonra deyəsən, yaddaşının toz basmış qatına xəfif külək əsdi, xatırladı: - Aha, yadıma düşdü, cəlilabadlı balası... Mənə Fərqanə də, o biri qızlar da sonra dedilər ki, sən camaatı dolayırsan, Qəşəmlə məni davaya salırsan... Kişinin sözü Natiqə ləzzət elədi: - Gör, o dünyada bunun başına nə oyun gətirəcəklər... Məmmədin qoluna girdim: - Hə, zarafata nə isə deyirdim, amma mən səni heç dolamadım. Sonra Məmmədi Natiqə təqdim etdim, haqqında xoş söz dedim. Məmməd bu dəfə Natiqə diqqətlə baxdı, onun nə edəcəyini gözlədi. Natiq isə danışmaq istəmirdi, susdu. Bu, Məmmədə xoş gəlmədi: - Mən indi 30 saylı JEK-də işləyirəm. Günüm buranın təmizliyinə baxmaqla keçir. Mənim medalım da var. Bax buradadır, - sırınmasının yaxasını açdı, nimdaş pencəyinin sol yaxalığındakı medalı göstərdi. - Bunu mənim əməyimə, zəhmətimə görə şəxsən cənab prezidentimiz verib. Özümün də 23 qalın dəftər şeirim var. Bayaq dostun 10 dəftər dedi. Çoxdur, “prosto” adamım olmadı, irəli çəksin. Natiq burnunun ucunda mızıldandı: - Şair, qurtar da, gedək bir çay içək... Natiqin etinasız olmasına Məmmədin incik düşməsi səsinin qalxmasından hiss olundu: - Mən burada təmizlik işi görürəm. O gün bax bu qalınlığa bir kitab tapdım. Gördüm Zəlimxan Yaqubun kitabıdır. Bu, bilirsən nədir? Biabırçılıqdır! Götürdüm kitabı gəldim, sildim, cildini təmizlədim. Başdan-ayağa oxudum. Bəzi yerlərinə əl gəzdirdim, düzəliş etdim, dedim, necə də olmasa, öz şairimizdir. Gedəcəkdim ki, halallıq verim, yeni kitabına belə salsın. Eşitdim böyrəyi xəstədir, əməliyyat olunub, getmədim. Allah şəfa versin. Məmmədlə gəzişirik. Qarşısına çıxan park işçilərinə eyni sözləri deyir: - Bəs deyirdin mən şair deyiləm. Hər ikisi böyük yerdə işləyir, məni görən kimi tanıdılar. Məmmədin həyatını, dolanışığını soruşuram, “buna da şükür”, - deyir: - O vaxt mənə “upravlyaşi” Lütfəli 3 otaqlı ev verirdi, götürmədim. “İt damında yaşayaram, sənin verdiyin evdə yaşamaram”, - dedim. İndi başıma döyürəm... Nə isə fikirləşdi, gözlərimə baxdı, sonra əlavə etdi: - Götürəndə Lütfəli pis kişi deyildi. Eşitmişdi ki, 15 nəfər qaçqını himayəmə götürmüşəm, rəhmi gəlmişdi mənə. - Məmməd dayı, o vaxtı nə qaçqın? - Naxçıvandan qohum-əqrəba gəlmişdi, işə düzəlmişdi bizim trestə. Həyətimdə ev tikib vermişdim, yaşayırdılar. Evi almadım, neynirdim evi. “Uçaskovı” ilə danışmışdım. Tikintidən materialı-zadı “Kraz”la gətirib tökürdüm, iki gecəyə gecəqondunu tikirdim. Amma gərək o evi də götürəydim. Arada parkda selfi çəkdirən, dodaqlarını qabağa, ayaqlarının birini geriyə verən qızlara baxıb ah çəkir. - Nə olub, a kişi, ahın ah görməmiş, günah işlətməmiş qəlblərə... Cavan qızlardır da.. - Bunlar da mənim balam, gözəl qızdılar, amma... Kaş cavan olaydım... - Nə edərdin cavan olsaydın? - Düz yola çəkərdim, deyərdim, bu qədər erkəyin içində belə durmayın, əzilib büzülməyin. - Qoca kişisən, sənin məsləhət verib, yol göstərməli vaxtın, əslində, indidir. - Yox, indi məni eşitməzlər. Amma cavan olsam, deyərəm ki, sizi sevirəm, inanarlar. Deyərəm ki, bax, belə olmayın, onlar da sevgiyə görə belə olmaz.. Natiq mənə baxır, əli ilə saatını göstərir: - Şair, hələ Keşlə bazarına da getməliyik, topdansatışdan balıq alacağıq. Məmməd isə məni buraxmaq istəmir. Ona xoşdur xatirələrini çözmək. Məmmədi inandırıram ki, sabah gələcəyəm, səndən həm yazı yazacağam, həm də şəklini çəkəcəyəm. - De, göy haqqı? Kişi kimi de! Göyə, Yerə and içib, kişi kimi söz verirəm ona: - Sabah saat 2-də burada görüşürük. Ertəsi gün əməkdaşımız fotoqraf Natiq Azəri ilə görüş yerinə getdik. Məmməd dayı orada idi: Əynində palto, paltonun yaxalığında isə medal vardı. Var-gəl edir, səbirsiz halda ətrafa boylanırdı. Saata baxıram, 20 dəqiqə gecikmişik. Məni görən kimi üzünün nigaranlığını sevinc hissləri əvəzlədi: - Sən nə yaxşı adamsan, dedin də, gəldin də... - Səni çox adam aldadıb? - İndi heç kimə etibar yoxdur. Al, bax budur, Zəlimxanın kitabı. Bütün şeirlərini dəftərə köçürmüşəm, - sellofandan 3 qalın dəftər çıxardı, bir də - bax budur, - dedi. - Niyə sən bu şeirləri dəftərə köçürmüsən? - Qorxdum ki, hamı atar onun kitablarını, itib-batar bu şeirlər, köçürdüm ki, gələcək nəsillərə saxlayım... Məmmədin üzündə qəribə, yenicə xeyirxahlıq etmiş insanın sifətində dolaşan məmnunluq ifadəsi vardı. - Sən gərək öz şeir dəftərlərini gətirəydin. Seçərdim, dərc edərdik... Çiyinlərini çəkdi, sifətinə günah işlətmiş uşağın üzrxahlıq edərkən boy verdiyi ifadə “dağıldı”. Qoluna girdim, mənə tərəf qısıldı. - Məmməd dayı, sənin ən böyük arzun nədir? - İstəyirəm şeirlərim çap olunsun. Amma pulum olmadığına görə dərc etmirlər... Bir də istəyirəm ki, bayramlar da bizim maaşımızdan tutmasınlar. Maaşımız azdır axı. Sağ olsunlar, mənim medalıma, şair olmağıma hörmət edirlər. Məndən 28 manat tuturlar. - Məmməd dayı, sənin arzunun birini gerçəkləşdirəcəyik, şeirini dərc edərik. - Hamısı yaxşı adamdır. Mənə hörmət edirlər. - Əlini cibinə salır. - bax, bu mənim medalımın “qnijka”sı, bu mənim YAP “qnijkam”, bu da mənim, sən də məni bağışla, arvadımın ölüm kağızı... Tək kişiyəm də... - A kişi, evlənmək istəyirsən bəlkə? - Yox, yox... - Oğuldan-uşaqdan nəyin var? - Qızım 38 yaşında rəhmətə getdi. Oğlum var, mənə yaxşı baxır. Özüm işləyirəm, işləməsəm, ölərəm. Səndən bir xahişim var. - Buyur, hər nəyin vardır, de gəlsin... -Gedək bağın o başında qoca kişilər yığışıb nərd, domino oynayır ha, orada məni danışdır, orada mən şeir deyim. Onlar mənə həmişə lağ edir. Məmməd dayının bu xahişini də yerinə yetirdik. Nərd oynayan veteranlar kameranın qarşısında şəstlə durub şeir deyən Məmmədə tərəf baxdılar, əllərini bir anlıq da olsa, oyundan çəkdilər. Qara eynəkli bir kişi Məmmədə yaxınlaşdı, şeir dediyi yerdə onun boynunu qucaqladı: - Başına dönərəm sənin, sən yaxşı kişisən. Öpüşdülər. Məmmədin gözləri yaşarmışdı. Çox xoşbəxt görünürdü. "Məşqdən qayıdanda eşitdik ki, ermənilər Ağdama hücum edib" http://reportyor.tv/haber-21766-Msqdn-qayidanda-esitdik-ki-ermnilr-Agdama-hucum-edib.html 2015-11-19 15:03:27 Gülağa Məmmədov. O, uzun illər “Qarabağ”ın futbolçusu olub. Komandaya “Qarabağ” adı veriləndən sonra onun ilk rəsmi qolunu da məhz G.Məmmədov vurub. Bir müddət əvvəl hər bir ata üçün çox ağır olan oğul itkisi yaşasa da, yenə də doğma komandanın taleyi ilə ürəkdən maraqlanır. Dia.az Məmmədovun qol.az-a müsahibəsini təqdim edir: Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər - Müsahibə http://reportyor.tv/haber-21653-vvl-5-sonra-2-rayon-qaytarila-bilr---Musahib.html 2015-11-15 21:59:22 Oğlu yüksək vəzifəyə təyinat alan deputat: O, Qarabağda döyüşüb http://reportyor.tv/haber-21476-Oglu-yuksk-vzify-tyinat-alan-deputat-O-Qarabagda-doyusub.html 2015-11-05 19:12:22 Deputat Elman Məmmədov oğlu Elşad Məmmədovun Daxili İşlər Nazirliyində yeni vəzifəyə təyin olunması xəbərinə çox sevindiyini bildirib. Əliağa Kürçaylı küçədə qızları öpən oğlanı döydü - VİDEO http://reportyor.tv/haber-21438-liaga-Kurcayli-kucd-qizlari-opn-oglani-doydu---VIDEO.html 2015-11-02 15:45:50 Moskvada yaşayan azərbaycanlı gənc Bakıda yenidən qeyri-adi layihə hazırlayıb. Ağdamda seçki qarşıdurması - YAP-ın namizədindən sensasion müsahibə http://reportyor.tv/haber-21343-Agdamda-secki-qarsidurmasi---YAP-in-namizdindn-sensasion-musahib.html 2015-10-27 13:14:53 Ağdam 118 saylı dairədən namizədliyini YAP-ın rəsmi namizədi kimi irəli sürmüş Ağdam Mərkəzi Xəstəxananın baş həkimi Gülnar Hadı qızı Abbasovanı dəstəkləyən seçicilərin müraciətini təqdim edilmişdi. Lakin bu dəqiqələrdə Ağdamdan YAP-ın namizədi barədə olduqca narahatverici məlumat əldə etdik. Məlumatda bildirilirdi ki, Ağdam rayon rəhbərliyi, YAP-ın Ağdam rayon şöbəsinin müdiri İsgəndər Quliyev, hətta rayon prokuroru belə Gülnar Abbasovaya hər cürə mane olmağa çalışır, onu namizədliyini onunla alternativ olan Bəxtiyar Əliyevin xeyrinə geri götürməyə məcbur edirlər və əks halda ona pis olacağı və s. kimi hədə-qorxu da gəlirlər. `Azərbaycanlı hakerlərlə əlaqəmiz var` - MÜSAHİBƏ http://reportyor.tv/haber-21135-Azrbaycanli-hakerlrl-laqmiz-var---MUSAHIB.html 2015-10-15 21:40:47 “Ayyıldız Tim” – 2002-ci ildə qurulan və özlərini patriot, dindar kimi təqdim edən türk haker qrupudur. Qrupun daxilində əsgəri rütbə sisteminin olduğu deyilir. Qrup Pentaqonun saytını hack edəndən sonra dünyada məşhurlaşmışdı. “İstəyirsən kilsə tik, amma məscid olmaz” - İcra başçısının müavini http://reportyor.tv/haber-21095-Istyirsn-kils-tik-amma-mscid-olmaz---Icra-bascisinin-muavini.html 2015-10-13 21:53:37 “Şəmkir rayonunun Zəyəm qəsəbəsində camaatın illərdir qəpik-qəpik yığdığı pulla tikilən məscidi icra hakimiyyəti sökdürmək istəyir”. Ziya Məmmədovun işdən çıxması xəbərinə rəsmi açıqlama http://reportyor.tv/haber-20800-Ziya-Mmmdovun-isdn-cixmasi-xbrin-rsmi-aciqlama.html 2015-10-01 13:11:02 "Son günlər kütləvi informasiya vasitələrində Nəqliyyat Nazirliyilə bağlı cəfəng xəbərlər gedir. Yayılan xəbərlərin heç biri həqiqətə uyğun deyil”. Rauf Arifoğlu: "Heç kimdən gözləntim yoxdur" - VİDEO http://reportyor.tv/haber-20275-Rauf-Arifoglu-Hec-kimdn-gozlntim-yoxdur---VIDEO.html 2015-09-02 13:54:52 "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün APA internet televiziyasının qonağı olub. Musavat.com-un məlumatına görə, baş redaktor ölkədə strat götürmüş parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb, televiziya əməkdaşlarının ünvanladığı suallara cavab verib. Həmin verilişin tam versiyasını təqdim edirik: Kişilər oxusun! Qadınlar niyə xəyanət edir? - SƏBƏBLƏR http://reportyor.tv/haber-20211-Kisilr-oxusun-Qadinlar-niy-xyant-edir---SBBLR.html 2015-08-31 20:45:14 Əvvəllər xəyanət dedikdə göz önünə ancaq kişilərin qadınlarını başqa qadınla dəyişməsi gəlirdi. “Günahkarlar cəzasını alacaq” - Əli Həsənov http://reportyor.tv/haber-20166-Gunahkarlar-czasini-alacaq---li-Hsnov.html 2015-08-31 09:41:20 Bu həftə Mir Şahinin qonağı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Aysel Əlizadə: Ərim məni yesə... http://reportyor.tv/haber-19169-Aysel-lizad-rim-mni-yes.html 2015-04-19 00:02:06 Bölgələrdə insident baş alıb gedir Avropada cinsini dəyişən azərbaycanlı gənclə müsahibə - FOTOLAR http://reportyor.tv/haber-18947-Avropada-cinsini-dyisn-azrbaycanli-gncl-musahib---FOTOLAR.html 2015-04-10 17:36:00 “16 yaşımda anama dedim ki, oğlanlardan xoşum gəlir…” Ramir Zabratlı : Mən həmişə istəmişəmki…. MÜSAHİBƏ http://reportyor.tv/haber-18225-Ramir-Zabratli--Mn-hmis-istmismki-MUSAHIB.html 2015-01-20 18:11:07 Eldar Həsənov: “O torpaqların külünü belə qucaqlamaq istəyirəm” http://reportyor.tv/haber-6033-Eldar-Hsnov-O-torpaqlarin-kulunu-bel-qucaqlamaq-istyirm.html 2014-04-04 08:58:49 Aqil Abbas: “Allahın işinə qarışa bilmərəm, amma 75 yaşı görmək pis olmaz” - MÜSAHİBƏ - FOTOSESSİYA http://reportyor.tv/haber-5812-Aqil-Abbas-Allahin-isin-qarisa-bilmrm-amma-75-yasi-gormk-pis-olmaz---MUSAHIB---FOTOSESSIYA.html 2014-04-02 07:30:27 “Çox yaşamaq Allahın lənətinə gəlmək deməkdir” Hüseyn Dəryanın anası danışdı- Müsahibə http://reportyor.tv/haber-5553-Huseyn-Dryanin-anasi-danisdi--Musahib.html 2014-03-25 22:19:39 Lent.az-n əməkdaşı Hüseyn Dəryanın ölümünə qədər bacısı Ofeliya və onun ailəsi ilə Qaraçuxur qəsəbəsində yaşadığı mənzilə gedərək mərhumun anasından müsahibə alıb. "Anam məni efirdə görəndə o qədər döydü ki ..." http://reportyor.tv/haber-4326-Anam-mni-efird-gornd-o-qdr-doydu-ki-.html 2014-01-11 20:02:22 Aşıq Telli Borçalı həyatı ilə bağlı maraqlı etiraflar edib. İtirilmiş ömür-Fərqanə Gülağaqızı http://reportyor.tv/haber-4025-Itirilmis-omur-Frqan-Gulagaqizi.html 2013-11-20 14:38:43 Mehriban Xanlarova mənim qizim artiq onlarindi heç kəs inanmaz ki mənim qizim rayon yerində gedib yaşaya mənim qizimi çəkirəm qiraga hər şey yaxşi olacaq getmisən dözməlisən sən artiq onlarin gəlinisən ac qalirlar ac qalmalisan Afət Telmanqızı olanları xatırlatdı http://reportyor.tv/haber-4018-Aft-Telmanqizi-olanlari-xatirlatdi.html 2013-11-19 22:08:37 Afət Telmanqızı başına gələnləri eksklüziv olaraq, Vision.tv 'də "İtirilmiş ömür" verilişinə danışdi... O, Səhiyyə Nazirliyinin nümayəndəsini nə ilə iddiham etdi ? Afət Telmanqızının kəskin iddihamları...Məşhur teleaparıcının pərişan İsa Qəmbərin oğlu Jurnalist olmaya-olmaya onun mətbuat konfransında nə işi var? http://reportyor.tv/haber-3728-Isa-Qmbrin-oglu-Jurnalist-olmaya-olmaya-onun-mtbuat-konfransinda-n-isi-var.html 2013-10-11 16:17:32 “Qarşıdurmanı İsa Qəmbərin oğlunun başına yığdığı dəstə yaratdı” Ruhəngiz Allahverdiyeva: “Gəlinim mənə “ana” demir” - MÜSAHİBƏ http://reportyor.tv/haber-3688-Ruhngiz-Allahverdiyeva-Glinim-mn-ana-demir---MUSAHIB.html 2013-10-09 17:51:02 Gəlindən söz düşəndə dad edən qayınanaların sayının çox olmasına baxmayaraq, müsahibim ciddi-cəhdlə gəlininə olan sevgisindən danışdı. Açığı ilk dəfə idi ki, belə bir qayınana ilə həmsöhbət oldum. Müğənni, əməkdar artist Ruhəngiz Allahverdiyevanın öz təbirincə desək, “doşab alıb, bal çıxıb”… “Ermənilər nağıllarımızı da oğurlayır“ http://reportyor.tv/haber-3649-Ermnilr-nagillarimizi-da-ogurlayir.html 2013-10-07 20:11:27 Şakir Albalıyev: "Folklorşünasların qarşısında böyük bir məsul iş dayanır ki, bu da oğurlanmış milli-mənəvi incilərimizi yenidən özümüzə qaytarmaqdır" Şahbaz Xuduoğludan kitab nəşri ilə bağlı sensasion açıqlama http://reportyor.tv/haber-3379-Sahbaz-Xuduogludan-kitab-nsri-il-bagli-sensasion-aciqlama.html 2013-09-22 17:51:20 “Azərbaycandakı kürdlərin hamısı qəlbində PKK-nı Milli Azadlıq Hərəkatı kimi qəbul edir” http://reportyor.tv/haber-3307-Azrbaycandaki-kurdlrin-hamisi-qlbind-PKK-ni-Milli-Azadliq-Hrkati-kimi-qbul-edir.html 2013-09-12 16:37:38 Tahir Süleymandan sensasion açıqlamalar Prezident: "İlk növbədə müstəqillikdir!" - MÜSAHİBƏ http://reportyor.tv/haber-2988-Prezident-Ilk-novbd-mustqillikdir---MUSAHIB.html 2013-08-09 00:06:49 Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrinin 2013-cü ilin avqust buraxılışında Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi dərc olunub. “Sevgilim Azərbaycanın nüfuzlu ailələrindən birinin oğludur”-FOTO http://reportyor.tv/haber-2973-Sevgilim-Azrbaycanin-nufuzlu-aillrindn-birinin-ogludur-FOTO.html 2013-08-07 15:11:26 Hacı Tahir Abbaslı: “Yad kişinin yad qadına baxması təcavüzdür” http://reportyor.tv/haber-2867-Haci-Tahir-Abbasli-Yad-kisinin-yad-qadina-baxmasi-tcavuzdur.html 2013-08-02 00:43:52 “İnsan bu ayda müəyyən mənada özünü Allaha bənzədir” “Ərindən başqaları üçün ətirlənmək İslamda haramdır” Müsahibimiz Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslıdır. “Ən böyük arzum Aygün Səmədzadədən mahnı ifa etməkdir” http://reportyor.tv/haber-2852-n-boyuk-arzum-Aygun-Smdzaddn-mahni-ifa-etmkdir.html 2013-08-01 12:30:23 Vurğun Əyyub: "Heç bir halda seçkiləri boykot etməkdən söhbət gedə bilməz" http://reportyor.tv/haber-2851-Vurgun-yyub-Hec-bir-halda-seckilri-boykot-etmkdn-sohbt-ged-bilmz.html 2013-08-01 11:37:18 “Unibankı Zahid Oruc vasitəsi ilə məhkəməyə verəcəm” http://reportyor.tv/haber-2762-Unibanki-Zahid-Oruc-vasitsi-il-mhkmy-vercm.html 2013-07-29 13:32:27 Gürcüstan prezidentliyinə namizəd Daşqın Gülməmmədov: Ölkənin müsəlman və türkdilli əhalisi mənə səsverəcək http://reportyor.tv/haber-2624-Gurcustan-prezidentliyin-namizd-Dasqin-Gulmmmdov-Olknin-muslman-v-turkdilli-halisi-mn-ssverck.html 2013-07-23 10:19:55 Məşhur aparıcı: “Saçımı saraltsam kişi olmaram axı” MÜSAHİBƏ http://reportyor.tv/haber-2615-Mshur-aparici-Sacimi-saraltsam-kisi-olmaram-axi-MUSAHIB.html 2013-07-23 01:39:36 “Bəyaz bizdə işləsə siyah olar” Siyasət-sevgisiz, şeirsiz seksdir http://reportyor.tv/haber-2556-Siyast-sevgisiz-seirsiz-seksdir.html 2013-07-18 07:53:32 Məşhur aktyor danışır Həbib Ələkbərsoy: “Türkiyənin hətta milliyətçi kəsimi belə Türk Birliyi istiqamətində qəti mövqe nümayiş etdirmir”- Müsahibə http://reportyor.tv/haber-2530-Hbib-lkbrsoy-Turkiynin-htta-milliytci-ksimi-bel-Turk-Birliyi-istiqamtind-qti-movqe-numayis-etdirmir--Musahib.html 2013-07-16 12:30:39 Aytəkin Alxaslı: "Azərbaycanlı olduğum üçün məni sıxışdırırdılar" MÜSAHİBƏ http://reportyor.tv/haber-1746-Aytkin-Alxasli-Azrbaycanli-oldugum-ucun-mni-sixisdirirdilar-MUSAHIB.html 2013-06-04 00:30:54 “Mənə həsəd aparırlar” Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı ANS telekanalının Qusar bürosunun əməkdaşı Aytəkin Alxaslıdır. - ANS-dən başqa hansı media qurumlarında çalışmısınız? “Dağılmışın nəyi dağılacaq?” http://reportyor.tv/haber-1734-Dagilmisin-nyi-dagilacaq.html 2013-06-02 19:20:19 Xalq artisti Aygün Kazımovanın APA-ya müsahibəsi - Son vaxtlar mətbuatda Qarabağda döyüşməyinizlə bağlı yayılan xəbərlərə münasibətiniz necədi? Nurəddin Xoca ilə münasibətləriniz barədə yazıldı. Onun sizin haqınızda dedikləri nə qədər həqiqətə uyğundur? Orxan Fikrətoğlu: “Diktora kömək etmək istədim, məni bıçaqladılar” MÜSAHİBƏ http://reportyor.tv/haber-1624-Orxan-Fikrtoglu-Diktora-komk-etmk-istdim-mni-bicaqladilar-MUSAHIB.html 2013-05-27 11:28:04 Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı ATV telekanalının “Nə xəbər” proqramının aparıcısı Orxan Fikrətoğludur. - Sizinlə görüşən zaman gənc bir oğlanın xahişi ilə fotonuzu çəkdim. Belə hallar çox olur? "Bu, Azərbaycan ordusunun ən zəif nöqtəsidir" (MÜSAHİBƏ) http://reportyor.tv/haber-1557-Bu-Azrbaycan-ordusunun-n-zif-noqtsidir-MUSAHIB.html 2013-05-22 08:23:17 Hərbi ekspert: "İstəyirəm ki, özümüzü aldatmayaq" Səddam Hüseynə, Bin Ladenə bədənini təklif edən deputat danışır http://reportyor.tv/haber-1554-Sddam-Huseyn-Bin-Laden-bdnini-tklif-edn-deputat-danisir.html 2013-05-22 07:43:29 80-ci illərin porno ulduzu, sabiq italyan millət vəkili Çiççolina mayın 26-sı Roma Bələdiyyə Məclisinə üzvlük üçün keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək fikrindədir. Çiççolina dünyada tanınmış porno ulduzdur. Dünyada sülhü bərqərar etmək üçün əvvəlcə Səddam Hüseynə, sonra Əl-Qaidə lideri Üsamə bin Ladenə seks təklif edəndən sonra çox məşhurlaşıb. 1987-ci ildə millət vəkili seçilmiş müğənni bu günlərdə yenidən siyasətə qayıtmağı planlaşdırır. Namizədliyini Liberallar Partiyasından irəli sürüb. Kulis.az 62 yaşlı Stallerlə müsahibəni təqdim edir: - Əvvəl Yaşıllar Partiyasının, sonra Radikal Partiyanın üzvü olmusunuz. İndi də yolunuza Liberallar Partiyası ilə davam edirsiniz. Siyasətdəki hədəfiniz nədir? - Liberallar Partiyasının siyasi ideologiyasını bəyənirəm. Birinci hədəfim italyan siyasətindəki korrupsiya ilə mübarizədir, çünki axır dövrlərdə çox artıb. Sonra gənclər rahat sevişsin deyə “Sevgi parkı” saldırmaq istəyirəm. Orada öpüşmək, sevişmək sərbəst olacaq. Bundan başqa ailədaxili zorakılığa məruz qalan qadınlara, diqqətdən kənar qalan yaşlılara kömək etmək niyyətindəyəm. - Parlamentdə olduğunuz vaxtlarda eynicinslilərin evliliyini dəstəkləyirdiniz. İndi nələr etməyi düşünürsünüz? - Mən heteroseksualam, düşünürəm ki, homoseksualların da bizə verilən hüquqlardan yaralanmaq haqları var. Bunun üçün əlimdən gələni edəcəyəm. - Başqa nə planlarınız var? - Heyvanlara qarşı zorakılıq edənlərin cəzalandırılmağını, məhbuslara insan ləyaqət və şərəfinə münasib davranılmağını istəyirəm. Fahişəlik, marixuana və xaşxaşın eynən Amsterdamdakı kimi leqal olmağını təklif edəcəyəm. Çünki fahişəlik və marixuana leqallaşmasa, indiki kimi müxtəlif mafiyaların əlində cəmləşəcək. Gənc qadınlar pul qazanmaq üçün küçələrdə, yollarda özlərinə müştəri axtarırlar. Hələ üstəlik zorakılığa məruz qalır, həyatlarını təhlükəyə atırlar. Ona görə, bu sahənin də dövlətin nəzarətinə keçməyi daha faydalı olar. Dövlətin bu qadınlara tibbi dəstəyi çox vacibdir. - Deputat olanda da porno filmlərə çəkilirdiniz. O vaxtdan nələr dəyişib? - O vaxtlar “pis qız” idim (gülür). Təkcə İtaliyada deyil, dünyada da porno diva sayılırdım. Parlamentdəki ən yaxın dostlarım yaşıllar və sosialistlər idi. Mühafizəkarlar məni sevmirdilər. İtaliyada korrupsiya kimi böyük problem olduğu halda mənim porno filmdə çəkilməyim adi bir şeydir. Parlamentdəki deputatlar yaxşı maaş alırlar və yaxşı yaşayırlar, halbuki gənclər işsizdir və bəzi ailələr ayda cəmi 300 evroya yaşamaq məcburiyyətindədir. Bunlarla məşğul olmaq lazımdır. - Sülh qarşılığında Səddam Hüseynə, 11 sentyabrdan sonra isə Üsamə bin Ladenə seks təklif etmişdiniz. Təklifiniz ciddi idi? - Bəli, çox ciddiydim. Müharibəyə qarşıyam və sülh üçün yatardım onlarla. - Hazırda sülh üçün kimə seks təklif edərdiniz? - İndi dünyada müharibəyə səbəb olan o qədər insan və hadisələr var ki! Hansına seks təklif edəsən?! Dünyanın hər yeri müharibələr qaynayır. Yoxsulluq yüksək həddədir. Mənbə: “Hürriyət” qəzeti Pərviz Bülbülə: "Soruşurlar ki, haralısan, deyirəm, cenevrəliyəm" http://reportyor.tv/haber-1540-Prviz-Bulbul-Sorusurlar-ki-haralisan-deyirm-cenevrliym.html 2013-05-21 07:57:27 “Yas məclisində yaxınlaşırlar ki, şəkil çəkdirək” “Qarabağı təkcə Ermənistan unutdurmur, həm də özümüz unuduruq” http://reportyor.tv/haber-1426-Qarabagi-tkc-Ermnistan-unutdurmur-hm-d-ozumuz-unuduruq.html 2013-05-14 14:37:41 Bir neçə il il bundan əvvəl vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə münasibəti öyrənmək üçün qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət arasında keçirilən sorğuya əsasən respondentlərin 54 faizini Qarabağ problemi ilə bağlı aparılan təbliğat işinin qane etmədiyi məlum olmuşdu. Rəyi öyrənilənlərin cəmi 18,5 faizi təbliğat işindən qismən razı olduğunu bildirmişdi. Hüquq müdafiəçisi jurnalistin müdafiəsinə qalxdı http://reportyor.tv/haber-1403-Huquq-mudaficisi-jurnalistin-mudafisin-qalxdi.html 2013-05-12 16:41:59 İnsan Hüquq və Azadlıqlarını Müdafiə Təşkilatını sədri Rasim Əlizadə hesab edirki Vasif Turanın uşaqlarının ölümü hadisəsi sifarişlidir "Bunu birbaşa deməyə kişiliyi və cəsarəti çatmır" http://reportyor.tv/haber-1395-Bunu-birbasa-demy-kisiliyi-v-csarti-catmir.html 2013-05-11 18:51:06 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi - Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılması istiqamətində ciddi iş getdiyini, qurumun yaxın zamanlarda yaradılacağını açıqlayıb. Sizcə, belə olacaqmı? "O zaman Qarabağdan qovulmuş 750 min insan silaha sarılacaq" http://reportyor.tv/haber-1320-O-zaman-Qarabagdan-qovulmus-750-min-insan-silaha-sarilacaq.html 2013-05-05 10:57:14 Bəxtiyar Əliyev: "Prezident azərbaycanlıların soyqırımında iştirakdan qürur duyan Ermənistanın cinayətkar prezidenti ilə bir masa arxasında oturmaq istəmir" “Prezidentin sərəncamını təbii qarşılayıram“ http://reportyor.tv/haber-1124-Prezidentin-srncamini-tbii-qarsilayiram.html 2013-04-26 09:00:09 "Aprelin 24-də mən AMEA-nın vitse prezidenti seçilmişəm. Bu, seçki yolu ilə olsa da, prezidentin mənə olan etimadının göstəricisidir. İki vəzifəni eyni vaxtda həyata keçirə bilməzdim. Buna görə də, Naxçıvan Dövlət Universitetinin rektorluğundan xaric edilməyimlə bağlı prezidentin sərəncamını təbii qarşılayıram". Bunu Teleqraf.com-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin sabiq rektoru, millət vəkili İsa Həbibbəyli prezidentin dünən imzaladığı məlum sərəncama münasibət bildirərkən qeyd edib. İ.Həbibbəyli qeyd etdi ki, AMEA-nın vitse prezidenti olmaq daha məsuliyyətli işdir: "Bundan sonra Bakıda olacam. Amma Naxçıvan Dövlət Universiteti ilə əlaqələrimi kəsmiyəcəm. Ora mənim həyatımın ayrılmaz hissəsidir". “Allah bizi Siyavuş Novruzov olmaqdan qorusun” http://reportyor.tv/haber-956-Allah-bizi-Siyavus-Novruzov-olmaqdan-qorusun.html 2013-04-18 19:02:37 Nürəddin Məmmədli hakimiyyətin müxalifətlə dialoqa girəcəyinə inanmadığını deyir "Təsadüfi insanların hakimiyyətə gəlməsi xalqı fəlakətlə üz-üzə qoya bilər" http://reportyor.tv/haber-746-Tsadufi-insanlarin-hakimiyyt-glmsi-xalqi-flaktl-uz-uz-qoya-bilr.html 2013-04-04 18:10:56 Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın nüfuzlu “The Buisness Year” jurnalına müsahibə verib "Ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib" http://reportyor.tv/haber-709-Ermnilrin-xalqimiza-olan-tarixi-munasibti-dyismyib.html 2013-03-31 12:35:57 G.Baxşəliyeva bildirib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir “Bircə qaldı eşşək versiyası” http://reportyor.tv/haber-669-Birc-qaldi-essk-versiyasi.html 2013-03-27 11:07:07 “Hakimiyyətə Hikmət Hacızadə kimisi yox, təxminən İsa Qəmbər kimi bir adam gəlməlidir” General yol polisi ilə bağlı qalmaqaldan danışdı http://reportyor.tv/haber-559-General-yol-polisi-il-bagli-qalmaqaldan-danisdi.html 2013-02-13 20:59:31 Sahib Mirzəyev: "Onun dedikləri hamısı polisə qarşı böhtan və yalandan başqa bir iş deyil" “Qardaşını Elşad Abdullayev özü aradan götürdüb” - MÜSAHİBƏ http://reportyor.tv/haber-489-Qardasini-Elsad-Abdullayev-ozu-aradan-goturdub---MUSAHIB.html 2013-01-22 17:00:16 Elşad Abdullayevin son açıqlamalarına tanınmış vəkil Ramiz Zeynalovdan sərt reaksiya gəlib. R.Zeynalov “Təzadlar” qəzetinə müsahibəsində E.Abdullayevin ittihamlarına cavab verib: