Reportyor.tv Reportyor.tv RSS Xidməti http://reportyor.tv tr-TR Prezidentdən Novruz Məmmədovla bağlı - Sərəncam http://reportyor.tv/haber-30493-Prezidentdn-Novruz-Mmmdovla-bagli---Srncam.html 2017-03-13 18:10:18 Rusiya qoşunları Ermənistanda döyüş hazırlığına başladı (VİDEO) http://reportyor.tv/haber-30394-Rusiya-qosunlari-Ermnistanda-doyus-hazirligina-basladi-VIDEO.html 2017-03-01 21:56:59 Rusiyanın Ermənistanda yerləşən hərbi bölmələrinə döyüş hazırlığının yoxlanılması məqsədilə həyəcan siqnalı verilib. Rusiya hərbi bazasının birləşmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb. AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi (CHD) məlumat yayıb. "Həyəcan siqnalı üzrə döyüş hazırlığında motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə hava hücumlarını dəf etmək, zəhərli maddələrin, daş uçqunlarının və şərti təxribat-kəşfiyyat qruplarının olduğu zonaların dəf edilməsi üzrə bacarıqlarını artırır", - CHD-nin yaydığı məlumatda bildirilib. Hava Hücumundan müdafiə bölmələri hava məkanını Rusiyanın Erebunidəki hərbi bazasına məxsus "Buk M1-2", "S-300V" kompleksləri, "MiQ-29" qırıcı təyyarəsi, eləcə də "Mi-8Mt" və "Mi-24p" tipli helikopterlərdən istifadə edərək qoruyur. Düşmən xəttinə yaxın yaşayış məntəqəsindən — VİDEOREPORTAJ http://reportyor.tv/haber-30340-Dusmn-xttin-yaxin-yasayis-mntqsindn--VIDEOREPORTAJ.html 2017-02-25 20:55:41 Lənkəranski polislə qarşılaşanda: dialoqlar... – Video http://reportyor.tv/haber-29866-Lnkranski-polisl-qarsilasanda-dialoqlar--Video.html 2017-01-02 23:20:34 “Vorzakon”ların polislərə olan münasibəti və onlar arasında aparılan dialoqlar həmişə maraq obyekti olub. Qanuni oğrular polislə rastlaşanda nə edir? “Vorzakon” olduğunu etiraf edirmi? Axar.az sözügedən şəxslərin Rusiya polisi ilə rastlaşarkən apardığı dialoqların toplusunu təqdim edir. Bu videoda avqust ayında dünyasını dəyişmiş məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski (Canıyev) də yer alıb. Videoda Rövşən öz adını və ləqəbini deməsə də, polisə “vorzakon” olduğunu, Bakıda yaşadığını deyir. Özünü Natiq kimi qələmə verən Lənkəranski burda qohumlarıgilə gəldiyini və “vor” olduğunu deyir. Daha ətraflı videoda: Reportyor.tv oxucularını təbrik edir http://reportyor.tv/haber-29804-Reportyortv-oxucularini-tbrik-edir.html 2016-12-31 08:45:24 Öz kabinetində qətlə yetirilən nazirimiz – Araşdırma http://reportyor.tv/haber-29137-Oz-kabinetind-qtl-yetiriln-nazirimiz--Arasdirma.html 2016-10-12 22:19:31 "Azərbaycan torpaqlarının azad edilməsi üçün səfərbər olacaq" http://reportyor.tv/haber-28737-Azrbaycan-torpaqlarinin-azad-edilmsi-ucun-sfrbr-olacaq.html 2016-09-07 09:44:59 İlham Əliyev sərəncam imzaladı http://reportyor.tv/haber-28544-Ilham-liyev-srncam-imzaladi.html 2016-08-05 22:11:08 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, xalqımızın mənəvi dəyərlərinə, tarixi-dini və mədəniyyət abidələrinə həssas münasibət müasir Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm prioritetlərindəndir. Son illərdə qədim dini abidələrin, ziyarətgahların bərpası ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, dini-memarlıq incilərindən Bibiheybət və Əjdərbəy məscidləri, Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə” kompleksi yenidən qurulmuş, Bakı şəhərində "Heydər Məscidi” kompleksi inşa edilmişdir. Ölkə müsəlmanlarının başlıca ibadət mərkəzi olan Təzəpir məscidində dövlətin dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılmışdır. Bununla yanaşı, XX əsrin əvvəllərində Bakı şəhərinin mərkəzi hissəsində, əhalinin sıx məskunlaşdığı ərazidə inşa edilmiş Təzəpir məscidi ətrafındakı yol infrastrukturunun hazırda köhnəlməsi və bir çox tikililərin qəzalı vəziyyətə düşməsi nəticəsində məscid yaxınlığında nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti məhdudlaşmışdır ki, bu da yerli sakinlərin narahatlığına səbəb olmuş, dindarlar tərəfindən məbədin istifadəsini və ölkəmizin qonaqlarının həmin abidəni ziyarət etməsini xeyli çətinləşdirmişdir. Sərəncama əsasən, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işlərinin həyata keçirilməsi üçün "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. İlham Əliyevdən Türkiyə ilə bağlı - YENİ TƏYİNAT http://reportyor.tv/haber-28386-Ilham-liyevdn-Turkiy-il-bagli---YENI-TYINAT.html 2016-07-18 19:33:51 Dövlət həmişə ona güvənib – General-polkovnik Ramil Usubov haqda düşüncələrimiz http://reportyor.tv/haber-28249-Dovlt-hmis-ona-guvnib--General-polkovnik-Ramil-Usubov-haqda-dusunclrimiz.html 2016-07-04 10:02:18 Prezidentdən Baş nazir və nazirlə bağlı - Sərəncam http://reportyor.tv/haber-28120-Prezidentdn-Bas-nazir-v-nazirl-bagli---Srncam.html 2016-06-23 19:25:58 Obamadan Əliyevə növbəti jest http://reportyor.tv/haber-27604-Obamadan-liyev-novbti-jest.html 2016-05-27 16:54:23 Sahil qəsəbəsi təhlükə altında:hər an partlayış ola bilər-FOTO/VİDEO http://reportyor.tv/haber-27215-Sahil-qsbsi-thluk-altindahr-an-partlayis-ola-bilr-FOTO-VIDEO.html 2016-05-24 21:18:31 Prezidentdən mühüm fərman http://reportyor.tv/haber-27458-Prezidentdn-muhum-frman.html 2016-05-21 18:34:55 "Yevlaxa qədər getməliyik!" - Ermənilərin növbəti sayıqlaması http://reportyor.tv/haber-27287-Yevlaxa-qdr-getmliyik---Ermnilrin-novbti-sayiqlamasi.html 2016-05-13 19:28:18 "Həmin gecə öncə kəşfiyyat qrupumuz ermənilərin içərisinə sızdı" — CƏBHƏDƏN REPORTAJ http://reportyor.tv/haber-27240-Hmin-gec-onc-ksfiyyat-qrupumuz-ermnilrin-icrisin-sizdi--CBHDN-REPORTAJ.html 2016-05-12 13:24:27 Rusiyadan Qarabağın taleyi ilə bağlı mühüm açıqlama http://reportyor.tv/haber-27149-Rusiyadan-Qarabagin-taleyi-il-bagli-muhum-aciqlama.html 2016-05-09 17:15:07 Trofimçukdan ilginc Qarabağ mesajı http://reportyor.tv/haber-26939-Trofimcukdan-ilginc-Qarabag-mesaji.html 2016-05-02 12:19:34 Atəşkəsdən dərhal sonra Bakının nəzarəti altında rayonların azad olunması ilə bağlı danışıqlar başlanmalı idi. Lakin bu, baş vermədi. Axar.az xəbər verir ki, bu sözləri “Exo” qəzetinə müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, vəziyyət gərgin olaraq qalır və 2 apreldən öncə yaranmış şəraitə qayıtmaq mümkün deyil: “Atəşkəsdən dərhal sonra Bakının nəzarəti altında rayonların azad olunması ilə bağlı danışıqlar başlanmalı idi. Lakin bu, baş vermədi. Azərbaycan başqa yolla gedə bilməz. Buna baxmayaraq, Bakı döyüş proqramı ilə özünü bütün dünyaya bir daha xatırlada bilər. Sergey Lavrovun atəşkəsdən sonra Azərbaycan və Ermənistana yeni planla getməsi ilə bağlı mediada yayılanlar həqiqəti əks etdirmir. Heç bir sensasiya yoxdur. Ermənistan Rusiya üçün strateji müttəfiqidir və ona hər hansı bir təzyiq edəcəyi inandırıcı deyil. Ermənistanın rayonları verməsi üçün hansı təzyiqi etmək olar? – bir rayon, rayonların bir hissəsi, bütün rayonlar və yaxud rayonlar və Qarabağ? Hazırda rayonların qaytarılması ilə bağlı nə Azərbaycan, nə də beynəlxalq təşkilatlarla razılaşdırılmış konkret bir sxem var. Belə olan halda hər hansı bir təzyiq etmək mümkün deyil. Rusiya Qarabağ münaqişəsində sülhün əsas qoruyucu olduğunu göstərməyə davam edəcək”. Politoloq bildirib ki, Qərb Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq üçün bütün təzyiqləri edəcək və onu Avropa İttifaqına tərəf çəkməyə çalışacaq. Onun sözlərinə görə, problemin həlli Rusiya, Azərbaycan və Ermənistanın dövlətüstü, sərhədlərin rol oynamadığı quruma qoşulması ilə mümkün ola bilər: “Ermənistanın bütün prezidentləri regional təhlükəsizliyin onlar üçün əsas məsələ olduğunu bildirirlər. Bu gün Qarabağ münaqişəsi Ukrayna, Suriya müharibələri fonunda Rusiya və Qafqazda yaranacaq ocaqların altına atılmış növbəti oduna bənzəyir”. Milli Qəhrəman adı alan şəhid mayorun ailəsindən reportaj - Video http://reportyor.tv/haber-26672-Milli-Qhrman-adi-alan-shid-mayorun-ailsindn-reportaj---Video.html 2016-04-21 22:41:01 Qarabağ döyüşlərində darmadağın olan ermənilər yaralı əsgəri belə daşıyır (VİDEO) http://reportyor.tv/haber-26537-Qarabag-doyuslrind-darmadagin-olan-ermnilr-yarali-sgri-bel-dasiyir-VIDEO.html 2016-04-17 20:47:23 “Rus qoşunları Azərbaycana gəlsə həmişəlik ölkəmizdə qalacaqlar” http://reportyor.tv/haber-26494-Rus-qosunlari-Azrbaycana-gls-hmislik-olkmizd-qalacaqlar.html 2016-04-15 14:37:28 7 ermənini məhv edən zabit: Yenidən döyüşməyə hazıram http://reportyor.tv/haber-26487-7-ermnini-mhv-edn-zabit-Yenidn-doyusmy-haziram.html 2016-04-15 12:15:42 Şəhid pilotun xanımı: Deyirdi, biz şərəfsiz deyilik – FOTO http://reportyor.tv/haber-26484-Shid-pilotun-xanimi-Deyirdi-biz-srfsiz-deyilik--FOTO.html 2016-04-15 11:19:57 Serj Sarkisyan jurnalistlər qarşısında belə sındı - VİDEO http://reportyor.tv/haber-26443-Serj-Sarkisyan-jurnalistlr-qarsisinda-bel-sindi---VIDEO.html 2016-04-14 16:55:33 Reportyor.tv bu videonu sizlərə təqdim edir. “Mən çıxış yolu görmürəm, Qarabağda toqquşmalar davam edəcək...” http://reportyor.tv/haber-26401-Mn-cixis-yolu-gormurm-Qarabagda-toqqusmalar-davam-edck.html 2016-04-10 17:18:58 Zabit Səmədov Qarabağda vuruşmaq üçün Bakıya gəldi – FOTO http://reportyor.tv/haber-26399-Zabit-Smdov-Qarabagda-vurusmaq-ucun-Bakiya-gldi--FOTO.html 2016-04-10 12:55:34 Avtomat atanda deyirik ki, elə-belə şeydir` - Ağdamdan reportaj (VİDEO) http://reportyor.tv/haber-26289-Avtomat-atanda-deyirik-ki-el-bel-seydir---Agdamdan-reportaj-VIDEO.html 2016-04-07 12:16:12 Bir neçə gündür erməni silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərindən bir çox rayonlarımızı o cümlədən Ağdamda yaşayan dinc əhalini iriçarplı silahlardan və toplardan atəşə tutub. Femida.az Ağdamın Baharlı, Xındırıstan , Sarıcallı kəndləri ərazilərində çəkilişlər aparıb. Apardığımız müşahidələr zamanı düşmənin atəş səsləri altında yaşayan, işləyən sakinlərin əhvali-ruhiyyəsinin yüksək olduğunu görmək mümkündür. Çəkiliş zamanı erməni tərəfinin kəndlərimizi güclü artilleriya atəşinə tutuğu da kameralardan yayınmayıb. Buna baxmayaraq kənd əhalisi yaşadıqları evlərini tərk etməyib. Düşmənlə üz-üzə yerləşən kəndin sakinləri güllə səsləri altında yaşamağın çətinliyindən də danışıb. Kameralarımıza tuş gələn məktəbli qız isə ermənilərin tez-tez məktəblərini atəş tutduğunu, buna görə də iki gündür məktəbə getmədiyini söyləyib. Çəkiliş qrupumuz gecə boyu cəbhədə baş verən hadisələri də kənd sakinləri, o cümlədən digər rayonlarımızdan Ağdama döyüşmək üçün gələn insanlarla birlikdə izləyib. "Ermənilərin gecə boyunca cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, biz evlərimizi tərk etməmişik. Əksinə, hər birimizi ön cəbhədə ordumuza dəstək olmağa hazırıq. Səfərbərlik olsa sabah hamı döyüşə hazırdır. Hamı ruh yüksəkliyi ilə səfərbərliyi gözləyir. Biz Ordumuza inanırıq, öz evimizdəyik" – deyə cəbhədə yaşayan sakinlər bildiriblər. Ermənilər bu dəfə Naxçıvanı atəşə tutdu - Atəşkəsdən dərhal sonra - Rəsmi http://reportyor.tv/haber-26269-Ermnilr-bu-df-Naxcivani-ats-tutdu---Atsksdn-drhal-sonra---Rsmi.html 2016-04-06 22:42:42 Döyüşən ordumuz və ona güvənən, mərmi altındakı kəndlilər- cəbhədən REPORTAJ, VİDEO http://reportyor.tv/haber-26231-Doyusn-ordumuz-v-ona-guvnn-mrmi-altindaki-kndlilr--cbhdn-REPORTAJ-VIDEO.html 2016-04-06 12:20:25 Aprel ayının 2-dən cəbhə bölgəsində başlayan döyüşlərdən Azərbaycan ordusu alnıaçıq çıxdı. Düşmən təxribatlarının qarşısını uğurla alan ordumuz keçirdiyi bir neçə əməliyyatlarla işğal altında olan ərazilərimizdəki yüksəkliklərdə möhkəmləndi. Ordumuz təmas xəttinin əksər istiqamətlərində strateji əhəmiyyətli məntəqələrin geri qaytarılması üçün həyata keçirdiyi əməliyyatlarda düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Rəsmi məlumatlara görə, Azərbaycan ordusu 31 şəhid verib. 4 mülki şəxs ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində dünyasını dəyişib. Ermənistan tərəfinin açıqladığı rəsmi məlumatlarda belə itkilərinin bizdən qat-qat artıq olduğu görünür. Təmas xəttindəki döyüşlərdə Azərbaycan ordusu kimi dinc əhali də öz qəhrəmanlığını göstərməyi bacardı. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar, düşmənin məhv edilməsini əks etdirən videogörüntülər və məlumatlar barədə Müdafiə Nazirliyi hadisələr baş verdiyi gündən mütəmadi olaraq rəsmi məlumatlar verməkdə davam edir. Əsgərin səngərdə döyüşdüyü bir vaxtda kəndləri tərk etməyən həmvətənlərimiz də onlara dəstəyini bu cür göstərməyə çalışdı. Cəbhə bölgələrinin qorxmaz insanlarının bu cəsarətli addımını işıqlandırmaq üçün atəş xəttinə yollanan media nümayəndələri arasında “Yeni Müsavat” qəzetinin reportyor qrupu da oldu. Əməkdaşlarımız Ağdam rayonunun təmas xəttində yerləşən bir neçə kəndində olaraq sakinlərin əhval-ruhiyyəsini, yaşadıqları vəziyyəti yerində görmək, düşmən atəşi nəticəsində kəndlərə dəyən ziyanları ictimaiyyət üçün işıqlandırmağa çalışıb. Reportyorlarımızın aprelin 4-ü və 5-də Ağdamın müxtəlif kəndlərində gördüklərini, lentlə aldıqlarını təqdim edirik: *** Aprelin 4-də Ağdama yollanarkən ilk olaraq axşam saatlarında mərkəzdə- Quzanlı qəsəbəsində olduq. Qəsəbənin mərkəzində xeyli sayda şəxsin toplaşdığını, ətrafda polis əməkdaşlarının olduğunu gördük. Ərazidə toplaşan şəxslərlə söhbətimizdə öyrəndik ki, onların əksəriyyəti qəsəbə sakinləridir. Ətrafda olan xeyli sayda maşında isə yalnız qadın və uşaqlar var idi. Ağdam sakinləri deyir ki, döyüşlər başlayandan yalnız qadınlar, uşaqlar və xəstə olan yaşlılar kəndlərdən çıxarılıb. Qalan insanlar isə öz evlərindədir. Əksər kəndlərdən qadınlar axşam çıxarılsa da hava işıqlananda geri qayıdırlar. “Kişilərin hamısı kəndlərdədir. Yalnız uşaqlarını və ailəsini çıxarmaq üçün kənddən çıxan var. Bu əraziyə gələnlər də ev olmadığından maşınlarda ailəsini yerləşdirdikdən sonra kəndə qayıdır. Ən azından hər evdən bir kişi öz kəndindədir”- deyən Ağdam sakinləri evlərini tərk etmədiyini bildirir. Ətrafda olan xeyli sayda polis əməkdaşları isə 24 saat rayon və kəndlərdə nəzarəti həyata keçirir. “Qaqa, tonqala kartof atmışıq. Qonağımız olun...” Gecəni Ağdamın Alıbəyli-2 qəsəbəsində keçirməyi planlaşdırmışdıq. Qəsəbəyə aparan yollarda qruplar şəklində toplaşan sakinləri görürük. Tonqal ətrafına toplaşan kişilər, gənclər bizim mətbuat nümayəndələri olduğumuzu bilib, onlarla söhbətə çağırırlar. Qəsəbədə işıq yanmır, bəzi evlərdə generator işığı görünür. Gecənin uzun olduğunu deyən 20-25 yaşlı qəsəbə sakinlərindən biri “Qaqa, tonqala kartof atmışıq. Qonağımız olun. Onsuzda işıq yoxdur, qaz da kəsilib. Gəlin söhbət edək” deyərək bizi tonqal ətrafına çağırır. Elə ilk söhbətimizdə kənd sakinlərinin əhvali-ruhiyyəsinin yüksək olduğunun, keçirilən uğurlu əməliyyatların onlara güvən və inam verdiyini hiss edirik. Ümumi söhbət Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatlar ətrafında davam edir. Söhbət əsnasında ağdamlılardan başqa şəxslərdən eşitdikləri döyüş xəbərlərini də dinləyirik. Qəsəbəyə elektrik enerjisinin verilişi aprelin 4-də günorta saatlarından sonra dayanıb. Buna səbəb ermənilərin qəsəbəni elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasını vurması idi. Tonqal ətrafındakı söhbətlərimiz Ağdam, Tərtər istiqamətlərində ağır artileriyadan atılan atəşlərlə kəsilir. Səhəri Alıbəyli 2 qəsəbəsində açırıq. Yolumuz təmas xəttində olan kəndlərədir. “Başlamışıqsa, işi bitirmək lazımdır” Yolumuzu ilk olaraq Səfərli qəsəbəsindən salırıq. Səfərli və ona bitişik olan Baharlı qəsəbəsi qaçqınlar üçün salınan yaşayış məntəqələridir. Artıq bir dəfə qaçqınlıq həyatı yaşayan bu insanlar bir daha eyni aqibəti yaşamaq istəmirlər. Elə bu səbəbdəndir ki, söhbətləşdiyimiz insanlardan “başlamışıqsa, işi bitirmək lazımdır” cümləsini tez-tez eşidirik. Ordumuza, əsgərimizə olan inamı, güvəni hər cümlələrində bizə çatdırmağa çalışan Ağdam sakinləri son hadisələrdən sonra işğal altında olan ərazilərimizin azad ediləcəyini səbirsizliklə gözləyir. Hər iki qəsəbənin mərkəzi yollarında kənd sakinləri toplaşıb. Onlar uşaqları və yaşlıları evlərdən çıxardıqdan sonra kəndlərində sakin kimi yox, əsgər kimi növbə çəkirlər. İlyas Quliyev Baharlı qəsəbəsinin sakinidir. Ehtiyatda olan zabit kimi deyir ki, bir əmrlə döyüş bölgəsinə getməyə hazırdır: “Biz 24 ildir bu günü gözləyirdik. Artıq zamanıdır. Torpaqlarımız işğaldan azad edilməlidir. Biz ali baş komandan İlham Əiliyevin əmrini gözləyirik. Bilirik ki, ordumuzun lazımı qüvvəsi var. Ancaq istəyirik ki, əsgərimiz bilsin ki, biz onun yanındayıq”. Yol boyu əkin sahələrində çalışan kənd camaatını, heyvan otaran sakinləri görürük. İnsanlarla söhbətimizdə müharibə abu-havasını aydın müşahidə edirik. Səfərli qəsəbəsinə bu günədək düşmən zərbələri dəyməsə də Baharlı qəsəbəsinə aprelin 2-də bir neçə mərmi düşüb. Eyni ilə sonrakı günlərdə də. Nəticədə evlərə və həyətyanı sahələrə ciddi ziyan dəyib. Yolda qarşımıza heyvanlarını otladan Taleh Piriyev çıxır. Ondan gəldiyi kənddəki vəziyyəti və insanların əhval-ruhiyyəsini soruşuruq. Aldığımız cavab heç də bu vaxtadək eşitdiklərimizdən fərqli olmur: “Döyüşlər başlayandan hər gecə burda olmuşuq. Yisfcanlı kəndində yaşayırıq. Qadınları və uşaqları yola salmışıq. Özümüz kəndimizdə postdayıq. Heyvanları otlağa aparıb geri qayıdıram. Ordumuzun gücünə inanırıq. Şükürlər olsun ki, artıq qələbə yaxınlaşır. Vətənimiz üçün canımızdan da keçməyə hazırıq” Baharlıdan sonra yolumuz Əhmədağalı kəndinədir. Əhmədağalı xain düşmənin atəşi nəticəsində mülki şəxslərindən itki verən Ağdam kəndlərindən biridir. Yaşayış məntəqələrini gecə-gündüz atəşə tutmaqdan çəkinməyən ermənilər bu kənddə xeyli sayda evi yararsız vəziyyətə salıb, mal-heyvan tələfatına səbəb olublar. Aprelin 4-də kənd məscidinin yaxınlığına düşən mərmi kənd sakini Qaraş Dadaşovun həyatına son qoyub. Kənd sakininin 16 baş heyvanı da məhv olub. Mərmi düşən evlər tamamilə dağılıb. Qonşu evlərə mərmi düşsə də kənd sakinləri öz evlərində görürük. “Biz gecələr kənddə posta çıxırıq. Əsgərimzin yanındayıq” Ərazidə xidmət aparan polis əməkdaşları ilə də söhbətləşib, rayondakı ümumi vəziyyəti öyrənirik. Polis əməkdaşları deyir ki, düşmənə lazım olan cavabı ordumuz verir, onlar isə sadəcə olaraq kənddə nəzarəti həyata keçirilər. Torpaqlarımızın işğalından sonra hər gün düşmən gülləsi ilə üz-üzə olan Çəmənli kəndi bizə heç də yad deyil. Düşmənin atəşkəsi pozması nəticəsində mərmi altında olduğunu Müdafiə Nazirliyinin rəsmi məlumatlarında daim gördüyümüz Çəmənli bu dəfə normal günlərdən qat-qat artıq düşmənin hədəfinə çevirilib. Aprel ayının 2-dən etibarən kəndə onlarla mərmi düşüb. Xoşbəxtlikdən insan təlafatı qeydə alınmasa da xeyli sayda mal-heyvan tələf olub. Kəndin məktəbi də düşmən gülləsinin hədəfində olub. Hazırda kənddən uşaqlar və yaşlılar çıxarılıb. Aprelin 3-də kənd sakini Şakir Şahlarovun evi düşmən mərmisinə tuş gəlib. Evin bir hissəsi uçub, tövlə tamamilə dağılıb. Tövlədə olan inək və digər xırda buynuzlu heyvanlar tələf olub. Ev yararsız vəziyyətdə olduğundan sakinlər oranı etməli olublar. Aprelin 4-ü və 5-də də kənd müxtəlif vaxtlarda atəşə tutulub. Aprelin 5-də səhər saat 10 radələrində Çəmənliyə atılan mərmilərdən biri Nərminə Soltanovanın yaşadığı evin həyətinə düşüb. Soltanovlar ailəsi və qonşuları bu zaman evlərində yox, həyətdə olublar. Kənd sakinlərindən təxminən 150 metr kənara düşən mərmilər evlərə ziyan vurub. Nərminə Soltanova deyir ki, evlərdə olmadıqları üçün onlardan heç biri xəsarət almayıb. Lakin həyətdə olan qoyunlar və at mərmilərin qəlpəsindən ciddi xəsarət alıb. Bir neçə heyvan məhv olub. Evlərin tavanı, pəncərələr dağılıb. Həyətdə olan ağaclar da qırılıb. “Dünən də kəndə atırdılar. Bir iki evə də ziyan dəymişdi. Bu gün də səhərdən atmağa başladılar. Qonşularla həyətdə yığışmışdıq. Əsgərlərimizin cavab atəşindən sonra susdular. Hamımız kənddəyik. Əsgərlərimiz bizi qorumaq üçün səngərdədir. Biz buranı qoyub hara gedə bilərik? Səngərdəkilər bizim balalarımızdır”- deyən N.Soltanova döyüşlər başa çatana qədər evlərini tərk etməyəcəklərini deyir. Həsən Məmmədovun evi də atılan atəşlər nəticəsində zərər görüb. Sahədə olan mal-qaraya isə ziyan dəyib. “Səhərdən evdən çıxmışdıq. Mal-heyvanı çölə aparmışdıq. Elə bu döyüşlər başlayanda olduğu kimi indi də evdəyik. Uşaqları qohumların evinə göndərmişik, ancaq özümüz torpağımızda, yurdumuzdayıq. Əvvəl necə, indi də elə həyatımızı yaşayırıq” - deyən H.Məmmədov mülkünə və həyətyanı sahəsinə dəyən zərəri göstərir. Kənd camaatı gecələr posta çıxır... Kənd sakini Qaməddin Qurbanov hava qaraldıqdan sonra bir yerə toplaşdıqlarını və gecə saatlarınadək kənd mərkəzində və girişlərdə oturduqlarını söyləyir: “Bəzən kəndə tanımadığımız insanlar gəlir. Bunlar arasında jurnalistlər də olur, nə məqsədlə gəldiklərini bilmirik. Rusiyadan gələn jurnalistlərin nə əməl törətdiklərini gördük. Ona görə biz də kənd sakinləri olaraq dövlətimizə dəstək olmağa çalışırıq. Axşamlar da, səhərlər də kənddə postdayıq. Heç kim, heç bir yerə getmir. Özümüz üçün kənd içində sığınacaqlar düzəltmişik. Axşamlar burada müşahidələr aparırıq”. Çəmənliyə qonşu olan Zəngişanlı da atılan atəşlər nəticəsində ziyan görən kəndlərimizdəndir. Kənddə bir neçə ev tamamilə dağılıb. Aprel ayının 2-dən kəndin müxtəlif ərazilərinə xeyli sayda artileriya zərbələri endirilib. Aprelin 5-də səhər saatlarında atılan mərmilər kənd sakini Cavid Qurbanovun həyətyanı sahəsinə düşüb. Həyətdəki ağaclar qırılıb, evin dam örtüyünü yararsız vəziyyətə salıb. 1-ci Sarıcalı lənd tam orta məktəbi də düşmənin atəş zərbələrinə məruz qalıb. Məktəbin dam örtüyü dağılıb, binanın bir hissəsi uçub. Ordunun cəbhədəki qəhrəmanlığından ağız dolusu danışan Ağdam sakinləri mətbuatdan eşitdikləri xoş xəbərlə qələbəyə daha çox ümidlənirlər. Gördüyümüz, müşahidə etdiklərimiz budur ki, artıq 24 ilin həsrəti hər kəsin səbrini daşırıb. “Başlamışıqsa, bu işi bitirək” deyən cəbhə bölgəsinin insanları döyüş əmrini gözləyir. Ağdam Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elçin Qasımov da bizi ürəkləndirən sözlər deyir. Polis rəisi ordumuzun uğurlarından danışarkən inamlı olmağımızı istəyir. “Ordumuz irəlidədir. Xoş xəbərləri neçə gündür hamımız eşidirik. Biz də xidmətdəyik. Hər an veriləcək əmrə hazırıq”- deyən polkovnik hər kəsi təmkinli olmağa çağırır və vəziyyətin daim nəzarət altında olduğunu əminliklə bildirir. Biz Ağdamdan ümidlə, aldığımız böyük xoş xəbərlərlə, gördüyümüz möhtəşəm mənzərə ilə qayıdırıq. Səngərdə əsgər, onların arxasındakı kəndlilər və daim cəbhədən gələn xəbərləri izləyən, ürəyi qələbə sevinci ilə çırpınan məmləkətimizin insanları... Qarabağda erməni əsgəri məhv edildi http://reportyor.tv/haber-25729-Qarabagda-ermni-sgri-mhv-edildi.html 2016-03-17 19:28:49 Rusiya Bakını itirməmək üçün Qarabağı qaytarır? – İrəvanda SOS http://reportyor.tv/haber-25683-Rusiya-Bakini-itirmmk-ucun-Qarabagi-qaytarir--Irvanda-SOS.html 2016-03-16 19:41:49 Putinin tələbə yoldaşı Samir Şərifovu “3 qat agent” elan etdi http://reportyor.tv/haber-25607-Putinin-tlb-yoldasi-Samir-Srifovu-3-qat-agent-elan-etdi.html 2016-03-10 12:45:17 Prezidentdən yeni təyinat http://reportyor.tv/haber-25541-Prezidentdn-yeni-tyinat.html 2016-03-07 19:24:09 ABŞ-ın Avropa komandanı Dağlıq Qarabağ münaqişəsi haqda http://reportyor.tv/haber-25461-ABS-in-Avropa-komandani-Dagliq-Qarabag-munaqissi-haqda.html 2016-03-03 17:04:16 "Rusiya Azərbaycana silah satmaqla və eyni zamanda Ermənistanda öz ordusunun mövcudluğunu dəstəkləməklə faktiki olaraq regionda qeyri-stabilliyi artırır”. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Avropa komandanlığının komandanı Filip Bridlavın 25 fevral tarixli illik hesabatında qeyd edilir. O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun bir hissəsi olduğunu qeyd edib: “Fakt olaraq təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində son iki ildə zorakılıq halları nəzərəçarpacaq dərəcədə artıb. 2015-ci il atəşkəsin elan olunduğu 1994-cü ildən sonra ən çox ölüm hallarının baş verdiyi il olub. Mürəkkəb Dağlıq Qarabağ münaqişəsi yəqin ki, Avropadan Qafqaza qədər sülh və təhlükəsizliyin genişlənməsinin qarşısında duran ən böyük maneədir”. Hesabatda Rusiyanın münaqişənin aid olduğu ərazilərdə öz təsirini saxlamaq üçün tərəflərə dəstək verdiyi, həmçinin diplomatik səylərdə iştirak etdiyi qeyd olunub. F.Bridlav bildirib ki, Rusiya dondurulmuş münaqişələrdən xarici siyasət aləti kimi istifadə edir: “Rusiyanın periferiyasında olan dövlətlərdəki həlli uzadılmış münaqişələrin dondurulmuş kimi təsvir edilməsi əslində bu münaqişələrin davam edən və ölümcül olması və Rusiya tərəfindən dəstəklənməsi faktı ilə ziddiyyət təşkil edir”. Prezidentdən yeni mesajlar http://reportyor.tv/haber-25278-Prezidentdn-yeni-mesajlar.html 2016-02-24 21:30:39 "Sarkisyan Xocalıda türk qadının qarnını gözüm önündə yardı” – Erməni döyüşçünün etirafı http://reportyor.tv/haber-25249-Sarkisyan-Xocalida-turk-qadinin-qarnini-gozum-onund-yardi--Ermni-doyuscunun-etirafi.html 2016-02-23 21:34:26 Mən 2010-cu ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində olarkən vaxtilə Qarabağ müharibəsinin iştirakçısı olmuş bir erməni (Ermənistan vətəndaşı) ilə təsadüfən görüşdüm. Həmin erməni ilə uzun çəkən söhbətim elə alındı ki, o, mənə şahidi olduğu bir neçə fakt açıqladı. Onu da bildirim ki, mən həmin faktların bəziləri haqda “27 ildən sonra” (Bakı, “Nurlan”, 2013) adlı kitabımda yer almış “Silinməyən ləkə” romanımda bəhs etmişəm. Aşağıda həmin faktların bəzilərini nəzərinizə çatdırıram və bildirmək istəyirəm ki, bir bədii əsərdə yer alsa da, bunlar heç bir bədiilik qatılmamış faktlardır. * * * “Fevralın 25-də axşam saat 23:00 radələrində rus hərbi birləşmələrinə məxsus 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutdular. 1-ci əsas zərbəni mayor Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçdilər. Əhali dağılırdı… Hərə bir yana qaçaraq köməksiz vəziy­yətdə qalmışdı. Qarqar çayı istiqamətində, «Donuzçuluq ferması» deyilən yerdə dinc əhaliyə qarşı əsl qırğın başladı. Xocalıdan çıxarkən gecə saat 4 radələrində Xocalıdakı bir neçə postdan düşmənə müqavimət göstərilir, atəş səsi gəlirdi…”. “Keçmiş döyüşçü” olan erməni Xocalıda əsir düşmüş vətəndaşlarımızdan biri olan Məmməd Nağıyevin söylədiklərini danışırdı: «Ermənilər bizi aldadaraq, deyirdilər ki, kim əsirlikdən qurtarmaq, yaxud dəyişilmək istəyirsə, bizimlə gəlsin. Bu minvalla azərbaycanlı əsirləri bir-bir aparırdılar. Sonradan öyrəndik ki, onları ölən erməni əsgərlərinin qəbri üstə apararaq başlarını kəsirlərmiş. Yenə bir gün də ermənilərdən biri azərbaycanlı əsirlər saxlanılan yerə gələrək,13 nəfəri seçib apardı və dedi ki, meşədə onun qohumunu öldürüblər. “Bir erməniyə görə 13 türk, monqol, azərini öldürəcəm”-deyə o, dedi. Sonra məlum oldu ki, dediyi kimi də etmiş – apardığı əsirlərin başını kəsmişdi». Ermənilərin sözlərinə görə, Yaşar adında bir əsir deyirmiş ki, onu çox döyürmüşlər. Orda ayrıca işgəncə otağı var imiş, hətta sobanı yandıraraq, əsirlərin əllərini ona basırmışlar… ”Ermənilər içəri girərək qadınlara sataşırdılar. Ermənistandan qaçqın düşərək Xocalıda məskunlaşan Məmməd adlı bir kişinin oğlu Söhbət ermənilərin bu hərəkətinə qarşı çıxdı. Ermənilər hamının gözü qarşısında Söhbətin başını kəsərək futbol topu kimi bir-birlərinə ötürdülər. Ermənilərin bu hərəkətinə etiraz edən atası Məmməd kişinin də başını kəsdilər. Əsirlərin başı üstündən avtomatdan atəş açırdılar. Güllələr divara dəyərək oradakı daş parçalarını qızdırırdı. Qızmış daş hissələri də bir yandan əsirlərin üstünə düşürdü… Əsirlər imdad istəyirdilər, Allaha yalvarırdılar. Ermənilər də divarlara durmadan atəşi davam etdirirdilər. Əsirlərin fəryadı, yalvarması ermənilərə xoş gəlirdi. Hətta divardan güllə şığıyaraq əsirlərə dəyirdi. Onlar da bundan ləzzət alırdılar». *** …Samvellə çox söhbətləşdik. Öz sözlərimlə təsdiq edirəm ki, o, mənə çox şeylərdən bəhs etdi. Başlatdıqları müharibənin «qaydalarını» yaxşı bilirdi… O deyirdi ki, Zori Balayanın, Arkadi Qukasyanın, İrəvandan gəlmiş erməni generallarının, 366-cı alayın komandiri Zerquqarovun görüşünü, onların nə barədə danışdıqlarını bilir. ”Zerquqarov həmin görüşdə Zori Balayana deyib ki, “sovet hökuməti yoxdur, sovet ordusu yoxdur, 366-cı alay mənim öz şəxsi ordumdu. Pulumu verin, Xocalını azərbaycanlılardan təmizləyim. İstəyirsiniz, lap xırda silahlardan tutmuş ta tanklara, vertolyotlara qədər bütün döyüş texnikasını, hətta şəxsi heyəti sizə verim””. Və deyilən kimi də olub! “25 fevral, 1992-ci ildə isə 366-cı alay Xocalını hər tərəfdən mühasirəyə aldı. Şəhərin müdafiəsinə qalxan dörd dəstənin hər birində demək olar ki, silahların yarısı adi ov silahı idi… Amma 366-cı ordunun bütün artilleriya qurğuları, «Alazan» tipli raketləri və minomyotları var idi”. …Bəlli olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrin iştirakçısı, ermənilərin ən çox sevdiyi yazıçı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitab nəşr etdirib. Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır: “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan-C.Q.) uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”. Bu “İttihamnamə” ilə tanış olan hörmətli xanımlar və cənablar! Zori Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir! Bu sualı haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən buna fikir vermir? Nədən ötən əsrdə faşist Almaniyasında, sonra Bosniya, Serbiya və başqa yerlərdə insanlara qarşı amansız qətllər həyata keçirən və ya təşkilatçılıq edənlər kimi o da mühakimə olunmur? Bu “həkim-yazıçı” hər iki peşənin estetikasına, fəlsəfəsinə qarşı çıxaraq, öz ixtisasına, sənətinə üzqaralığı gətirib, Qarabağda dinc əhaliyə qarşı nə qədər terror əməliyyatı həyata keçirib… …Azərbaycan dövləti İnterpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarışa verib. Ermənilər bu işə siyasi don ge­yin­di­rə­rək hamını inandırdılar ki, bu, “siyasi terror”dur… Və Zo­ri Balayanı buraxdırdılar. …İşgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha nə qədər dəlil-sübut lazımdır?! * * * Samvel mənimlə Tiflisdəki söhbətində daha dəhşətli bir faktı da açıqlayaraq bildirdi ki, Ermə­nis­ta­nın hazırkı prezidenti Serj Sərkisyan Xocalı soyqırımında şəxsən aman­sız qətllər törədib. O, bir hadisənin canlı şahidi olduğunu söylə­di: “Ermənilər hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da, getməyə yer tapmayan azərbaycanlılara rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini yaşayanlar, donub qalanlar və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki, onları öldürməyək. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, “nəyimiz var, sizin olsun”. Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı verin, sizi oradan Ağdama yola salacağıq. Balayan aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyləri qalmayıb. Zinət əşyaları, bank kartları, rus pasportları – nələri varsa, yığıb verdilər. Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın. Bu vaxt Sərkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını, bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi. Onun əynində kürk var idi. O qədər arıq idi ki, hərbi buşlatın yaxalığı onun çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər idi ki, qırxdırmamışdı, qara, uzun saçı var idi. Əlinin qanını üstünə silib «bəri verin topladıqlarınızı » dedi. Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi NK 0001 idi”. …Samvel deyirdi: “Biz Xocalının işğal gününü “Sumqayıt hadisələri”nin ildönümünə salmışdıq. Hazırlıq görürdük. Bizimlə də görüşdülər, məsləhət aldılar ki, 366-cı alaydan nə qədər hərbi texnika, canlı qüvvə alaq. Əsgəran polisi Xocalıya yaxşı bələd idi. Biz tərəfdən mən idim, batalyon komandiri Vitali Balasyan, yanğınsöndürmə xidmətinin rəisi Karo Petrosyan idi. Polislərdən isə rəis Mavrik Qukasyan, Arkadi Qakasyan, Saqen Barseqyan, Karlen Aqasenyan, Karen Babayan və Manvel Sayan o görüşdə idi. Fikrimizi öyrənmək üçün bizimlə danışığa gələnlər isə Qarabağın o vaxtkı liderlərindən Arkadi Qukasyan və 366-cı alayın bölük komandiri, sonralar isə hərbi hissə komandirinin müavini olmuş Seyran Ohanyan idi. Belə qərara gəldilər ki, 366-cı alayın bütün texnikası və şəxsi heyəti, ermənilərin Qarabağdakı bütün hərbi və quldur dəstələri döyüşməlidir. Bir neçə gündən sonra Arkadi Qukasyan bizi toplayaraq bildirdi ki, 366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox baha başa gəldi. Əmr belə verilmişdi: evlərdən, meyitlərin üstündən çıxan pulun-qızılın hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaqdı. Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaqdı… Bizə – Əsgəran polisinin batalyonuna tapşırıq belə oldu ki, Əsgəran dəstəsinin yarısı yüksəkliklərdə mövqe tutaraq Xocalı sakinləri koridorla çıxan zaman atəş açmalı, bir adamı da sağ buraxmamalıdır. 366-cı alayın təyyarələri camaatın yerini onlara bildirəcəkdi ki, onlar hansı istiqamətdə hərəkət etsinlər. Onlar öz postlarını Əsgəran, Naxçıvanik, Qarqar çayı, Şelli, Qaraqaya istiqamətində yerləşdirməyi qərarlaşdırdılar və mənimlə də razılaşdırıldı ki, Xocalı 366-cı alayın bütün texnikasından, o cümlədən ağır texnikadan dayanmadan atəş altında saxlanılsın. Şəhərin altını-üstünə çevirsinlər. Sonra isə şəhərə hava limanı istiqamətində dörd tərəfdən girsinlər. Biz 366-cı alayın qərargahında olanda onlar bildirdilər ki, artıq alayın komandiri ilə son olaraq görüşüblər, daha elə bir problem qalmayıb”. * * * Qeyd edim ki, bu müdhiş hadisələr bəzi erməni döyüşçülərindin psixikasından da yan keçməyib. Belə ki, Xocalı soyqırımında iştirak edən əsgərlərin 5-i psixoloji xəstəliyə tutulub, biri isə özünü asaraq intihar edib… Yenə Samvelin dediklərini əlavə edirəm: “İşğaldan iki ay sonra tərəfimizdən araşdırıldı ki, psixoloji xəstəliyə tutulan xəstələrin hamısı Xocalının işğalında iştirak edən erməni əsgərləri olub. Onlar işğaldan sonra Xocalıdakı evlərin zirzəmisindən meyitləri yığaraq yandırmaq və basdırmaqla məşğul olan əsgərlər imiş. Onlar verilən göstərişlərə əməl edərək bəzi əsirləri diri-diri yandırdıqları zaman özləri də ciddi psixoloji sarsıntı keçiriblər”. Samvelin dediyinə görə, o, həmin əsgərlərin 5-ni də şəxsən tanıyır­mış. Samveldən soruşdum ki, insanları harada yandırmısınız, harada basdırmısınız? Söylədi ki, şəhərdən kənarda – hava limanından təxminən 400-500 metr aralıda, bir də ki, “Fin evləri” deyilən yerdən bir az aralıda basdırıblar. O həmçinin danışdı ki, ekskavatorla çuxurlar qazılmışdı, meyitləri oraya ataraq yandırır, sonra da üstünü torpaqla örtürdülər. Hətta Xocalı şəhərinin yaxınlığında 3 elə yer tanıdığını dedi. Samvel Babayan onu da əlavə etdi ki, lazım gələrsə, beynəlxalq ekspertlər bu gün də gəlib qazıntı aparsalar, Xocalıdan 1200 metrlik məsafədə öz gözləri ilə hər şeyi görə bilərlər. Əgər bu, ekspertlərə və beynəlxalq aləmə maraqlı olsaydı, Avropa Şurası və başqa təşkilatlar insan hüquqları üzrə araşdırma aparsaydı, bu hadisə barədə çox məlumat əldə edə bilərdi. Zori Balayanın başqa bir həmkarı, livanli erməni yazıçı isə belə yazır (“Xaç naminə” kitabında son dərəcə soyuqqanlıqla yazır, öz xalqinin terrorçu oldugunu öz kitabında göstərib): “O şaxtalı qış günlərində biz yaxınlıqdakı metrlərlə dərinliyi olan bataqlığı keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən meyitlərin üzərindən keçib getmək istəmirdim. Onda polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım, bu, müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlarındakı qan içində olan qızın sinəsi üstünə çıxdım və yeriməyə başladım. Mənim çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə, mən meyitlərin üstündən keçdim”. Həmin kitabın 62-63-cü səhifələrində müəllif yazır: “Mart ayının 2-də “Qaflan” adlı erməni qrupu (meyitlərin yandırılması ilə məşğul idi) türklərin yüzlərlə meyitini yığdı və onları ayrı-ayrı yığınlarla Xocalıdan bir neçə kilometr qərbdə yandırdı. Sonuncu yük maşınında 10 yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı mənim nəzərimi cəlb etdi. Diqqətlə baxdığımda onun asta-asta nəfəs aldığını gördüm. Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq uşaq hələ də yaşayırdı. Mən o uşagın ölümlə mübarizə aparan gözlərini heç vaxt unutmayacağam. Sonra əsgərlərdən Tiqranyan adlı birisi onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Mən orda kiminsə kömək istəyərək çığırdığını eşitdim. Daha yeriyə bilmirdim. Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türklərdən Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə” yürüşlərini davam etdirdilər”. * * * Beləliklə, 366-cı alayın bütün gücündən istifadə edərək dinc əhaliyə qarşı divan tutulmuşdu. Bəlli olduğu, şahid ifadələri ilə və rəsmi orqanlar tərəfindən təsdiqini tapdığı kimi, Xocalı qurbanları ilə bağlı məlumatları belədir: 613 nəfər öldürülüb; Onlardan 63 nəfəri azyaşlı uşaq olub; 106 qadın işgəncə ilə öldürülüb; 8 ailənin bütövlüklə məhv edilməsi faktı qeydə alınıb; 1273 nəfər girov götürülüb; 150 nəfərdən isə bu günə qədər də xəbər yoxdur; Ermənilər satmaq məqsədilə girovların daxili orqanlarını çıxarıb, özlərini isə yandırıblar. * * * 129 nəfərdən ibarət zabit heyətli 366-cı alayın komandiri Zerquqarov Yuri Yuryeviç olub. Ştat üzrə sıravi əsgərlərin sayı 1800 nəfər olan, alayda (1992-ci ilin yanvar ayında) 630 rus əsgəri qalıbmış. 580 erməni əsgəri də burada yerləşdirilmisdi. Öz cinayətlərini ört-basdır etməyə tələsən 366-cı alayın komandiri və yüksək rütbəli zabit heyəti fevralın 28-də hərbi texnikanı Dağlıq Qarabağdan çıxarmaq əmrini alıb. Texnikanın böyük bir hissəsi erməni mayoru (o vaxtkı rütbəsi ilə desək) Seyran Ohanyanın tabeçiliyinə verilərək Xankəndində saxlanılıb… Martın 2-də axşam saatlarında 523 nəfərdən ibarət şəxsi heyəti Gürcüstanda yerləşən Vaziyanın hərbi bazasına aparıblar. Martın 10-da isə marşal Şapoşnikovun əmri ilə 366-cı alay ləğv edilib. O dövrdə, xüsusən də 26 fevral, 1992-ci ildə 366-cı alayın bir neçə əsgəri verilən əmrlərə qarşı çıxaraq Azərbaycan tərəfinə keçmişdi. Hətta azərbaycanlı mərhum jurnalist Cingiz Mustafayev onlardan müsahibə də almışdı. Azərbaycan prokurorluğu onları dindirmiş və alayın bütün şəxsi heyətinin və hərbi texnikasının Xocalı soyqırımında iştirak etdiyi sübuta yeti­rilmişdi. Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev 1 mart, 1994-cü ildə bu haqda xüsusi fərman vermiş, 26 fevral “Xocalı soyqırımı – milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdi. İndi hər il fevralın 26-sı Azərbaycan Respublikasında Xocalı soyqırımı günü kimi qeyd olunur. * * * Bu hadisələrin əsl günahkarları Cenevrə Konven­si­ya­sı­nı, Ümumdünya İnsan Haqları Bəyannaməsini, vətəndaş və si­yasi hüquqlar barədə sazişi, fövqəladə vəziyyət və hərbi mü­na­qişə zamanı qadınların və uşaqların müdafiəsi bəyan­namə­sini həyasız­casına pozublar. Bu qatillər sonralar Ermənistan Respublikası­na rəhbərlik edən Köcəryanlar, Qukasyanlar, Sərkisyanlar, Balayanlar, onların köməkçiləridir. Onlar beynəlxaq məhkəmə qarşısında cavab verərək layiqli cəzalarını alma­yınca bölgədə barışdan danışmaq çətin olacaq! …Rəsmi olaraq bildirilir ki, erməni əsirlyində olan azərbaycanlıların sayı 800 nəfərdir. Bu faktı oradan buraxılan əsirlər də təsdiq edib. Əsirlikdə olan 7 nəfərdən ibarət bir ailədən iki nəfəri dəyişdirilib. Həmin o iki nəfər deyib ki, ailənin qalan 5 üzvü də Ermənistandadır. Amma Ermənistan tərəfi bunun yalan olduğunu bildirir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) o vaxtkı nümayəndələri də əsirlərlə görüşərək onlar haqqında qeydlər aparıb. Ermə­nistan tərəfi israrla orada azərbaycanlı əsirlərin olmadığını deyir. Qarabağ müharibəsi dövründə əsir və girovlarla bağlı, əməliyyat-istintaq və axtarış qrupunda çox dəhşətli faktlar olub. Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq İşçi Qrupunun üzvləri, eləcə də BQXK azərbaycanlılardan bir qisminin həqiqətən də əsir götürülməsi barə­də məlumatları təsdiq edir. Lakin sözügedən azərbaycanlıların taleyi bu günədək namə­lumdur. Hüseynova Mehriban Allahverdi qızı – Xocalı şəhərinin işğalı zamanı üç azyaşlı uşağı ilə birlikdə girov götürülüb. Əsirlikdən azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə İrəvan şəhərində istintaq təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan Mayılın onlardan heç bir xəbəri olmayıb. Erməni tərəfi Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir. Əmirova Xəzangül Təvəkkül qızı – Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götür­müşdü. Ermənilər Xəzangülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin tökərək yandırıblar. Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80 nəfərə yaxınını yerindəcə güllələyiblər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər. Xocavənd rayonu, Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin ermənilər tərəfindən diri-diri yandırılmasının şahidi olub. Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb sonra yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürüblər. 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdı. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsir­liyindən azad ediləndən bir müddət sonra vəfat edib. Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeri­dilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdı. Hərbi əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalan­mışdı. 16 fevral 1994-cü ildə Ermənistanın Xarici İşlər Nazirliyi guya, qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdi. Bakıda meyitlər üzərində keçirilən məhkəmə-tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya “qaçmağa cəhd edərkən öldürülməsi” fikrini rədd etmişdi. Kəlbəcər şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı uşağı – Kərimova Nurlanə ilə birlikdə girov götürül­müşdü. Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin özünün məruz qaldığı işgəncələrə dözməyən Səmayə 15 may, 1993-cü il tarixdə özünə qəsd etmişdi. İlham Nəsirov 1992-ci il, iyulun 27-də Ağdərə uğ­runda gedən döyüşlərdə başından, boynundan və çiynindən ya­ralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüşdü. Av­qust ayının 8-də Xankəndindən İlhamın ailəsinə zəng edilmiş və onun İrəvanda Arakelyan familiyalı bir ermə­ni­nin evində saxlanıldığı bildirilmişdi. Ailə İlham Nəsirovun azad edilməsi üçün itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərtini irəli sürmüşdü. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İ.Nəsirov sonradan İrəvan hospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmamışdı. Hospitalın rəisi Ş.Arakelyanın 24 noyabr, 1993-cü il tarixli, 06/134 saylı məktubunda da göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya diaqnozundan vəfat etmişdi. Heydər Heydərov Şuşa həbsxanasında saxlanıldığı müd­dətdə məruz qaldığı işgəncələrin və mütəmadi döyülmələrin təsi­rindən vəfat etmişdi. Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyitinin qalıqları əsasında məhkəmə-tibbi ekspertizası sübut etmişdi ki, o, müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdi. İmarət Məmişovanın ifadəsinə görə, o, Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə girov götürülmüşdü. İmarət Məmişovanın gözləri qarşısında ermənilər 8 mülki şəxsi, o cümlədən, onun 8 yaşlı oğlu Talehi güllələmiş və meyitləri yandırmışdı. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar. Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əh­mədovlar ailəsinin verdiyi ifadəyə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələyiblər. Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc sakinin ermənilər tərəfindən öldürüldüyünü bildirir. 61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsir­liyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi işlədilərək öldürdüyünün şahidi olmuşdu. Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını “Kirovabad” de­mə­diyinə görə, erməni hərbçisi tərəfindən güllələnib. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məm­mədov və digərləri şahidlik edir. Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may, 1993-cü il tarixdə Şuşa həbsxanasında 1973-cü il tə­vəl­lüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin erməni nəza­rət­çiləri tərə­findən boğularaq qətlə yetirildiyini bildirib. Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirirdi ki, 1992-ci ilin mayında Xankəndində qarajda saxlanılarkən qarajın sahibi Mero və Sarkisyan Vazgen adlı digər erməni, bir nəfər adını bilmədiyi lal girova öncə müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişdilər. Eyni zamanda, əsirlikdə saxlandığı müddətdə minlərlə gü­nahsız azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, iş­gən­cələrin təsirindən ölmüş, amansız rəftara məruz qalmaqla və ləyaqəti mütəmadi alçaldılmaqla özünü öldürmə dərəcəsinə çat­dırılmışdı. * * * Hələ SSRİ dövründə Azərbaycanın Dağlıq Qarabağ böl­gəsində yaşayan ermənilər Ermənistan Respublikası tərə­findən provakasiya edilmişdi. Yerli azərbaycanlılara nisbətən çox az olan ermənilərin müstəqillik tələbləri 1989-cu ildən bəri silahlı mü­naqişəyə, nəhayətdə geniş işğalçılıq aktlarına səbəb oldu. Azər­baycan müstəqillik əldə etdikdən sonra isə bu münaqişə iki ölkə arasında müharibəyə çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ da daxil və ona bitişik 13 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan milyondan artıq azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 mindən çox insan həlak olub, 50 min nəfər yaralanıb və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10 mindən çox azərbaycanlı həlak olub. İrəvanda “Milli vətəndaş təşəbbüsü” qurumu ictimai dinləmələr təşkil edib. Dinləmələr zamanı insan haqları üzrə müvəkkil Larisa Alaverdiyan çıxış edib və bir maraqlı fakt üzərində dayanıb – terror faktı üzərində! Ondan soruşublar ki, ombudsmanın ən güclü silahı nədir. L.Alaverdiyan beynəlxalq praktikaya əsaslanaraq cavab verib ki, “abır-həyanın ortaya qoyulması”. Bu vaxt parlamentin vitse-spikeri Vaan Ovanesyan qəribə bir replika ilə çıxış edib: “Bizdə olmayan şeyi nə cür ortaya qoyacaqsınız?”. * * * Beləliklə, mən bir hüquq-mühafizə orqanlarının əməkdaşı, zabit, asayişin keşiyində durmağa and içmiş şəxs, yaxınları, qohumları, dostları Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi terror, soyqırımı aktlarının, ümumən elan olunmamış müharibənin acı nəticələrini öz üzərində hiss edən vətəndaş olaraq, sənətin ülvi amallarına, ədəbiyyatın estetik dəyərlərinə sayğı duyan bir yazıçı, nəhayət, bir insan olaraq bütün əlaqədar şəxslərdən, beynəlxalq qurumlardan bu məsələyə hüquqi qiymət verməyi, cinayətkarların cəzaya cəlb olunması məsə­ləsinə baxmağı xahiş edirəm! Qoy, bizdən sonrakı nəsillər terror, soyqırımı görməsinlər! (Modern.az, Cəlaləddin Qasımov, Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, polis mayoru) "Bakıda yığılan pullar ermənilərin cibinə gedəcək" http://reportyor.tv/haber-25139-Bakida-yigilan-pullar-ermnilrin-cibin-gedck.html 2016-02-19 16:34:58 Qarabağda işğalçı məhv edildi http://reportyor.tv/haber-25105-Qarabagda-isgalci-mhv-edildi.html 2016-02-18 21:14:28 Başını dik tut Türkiyem..... http://reportyor.tv/haber-25100-Basini-dik-tut-Turkiyem.html 2016-02-18 20:06:40 “İran Qarabağ savaşında həmişə Ermənistanı dəstəkləyib” – sensasion iddia http://reportyor.tv/haber-25005-Iran-Qarabag-savasinda-hmis-Ermnistani-dstklyib--sensasion-iddia.html 2016-02-16 21:35:03 “Suriyada və İraqdakı konflikt, həmçinin, onların doğurduğu miqrasiya problemi digər problemləri kölgədə qoydu. Misal üçün, Liviya və Yəməndəki konflikt, yaxud Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ikinci plana keçib. Son zamanlar “dondurulmuş” adlandırılan Dağlıq Qarabağ münaqişəsində gərginlik xeyli artıb və tez-tez iki ölkə arasında yeni qanlı müharibənin başlayacağı haqda xəbərdarlıqlar eşidilir”. Bu sözlər Çexiyanın “Echo24” portalında yayımlanan “Qafqazda yeni müharibə kimə əlverişlidir?” sərlövhəli məqalədə yer alıb. Portal yazır ki, Dağlıq Qarabağ ərazisi beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır: “Lakin burada etnik ermənilər yaşayır və ərazi Ermənistanla sərhəddədir. İki ölkə hələ I Dünya müharibəsi dövründə bu ərazi uğrunda vuruşurdu, lakin Sovet İttifaqı buna son qoydu. Ötən əsrin 80-ci illərinin sonunda isə münaqişə yenidən qızışdı. 1994-cü il atəşkəs imzalanana qədər Qarabağda müharibə getdi, nəticədə Azərbaycan öz ərazilərini itirməklə üzləşdi. Ermənistanın zəbt etdiyi bu ərazilərdə “Dağlıq Qarabağ Respublikası” yaradıldı. Bu kvazidövləti heç kim tanımır. “DQR” müstəqil olduğunu iddia edir, lakin heç kəsdə şübhə yoxdur ki, onu Ermənistan, dolayısı ilə Rusiya dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə zəif Ermənistan müharibədən qalib çıxmışdı. Azərbaycan münaqişə boyunca həmişə Türkiyənin dəstəyindən istifadə edib. Hər şeydən əvvəl hər iki dövlətin xalqı türkdür, həmçinin, Ankaranın Qafqaza dair öz siyasi maraqları var. Azərbaycana dəstək verənlər sırasında Qərbin də əksər ölkəsi var idi. Müsəlman İran isə həmişə Ermənistanı dəstəkləyib. Burada İranın Türkiyə ilə rəqabəti ilə yanaşı, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar faktoru da önəm daşıyır. Tehran hesab edirdi ki, Azərbaycanın müharibədə mümkün qələbəsi cənubdakı azərbaycanlıların ayağa qalxması və ona qarşı çıxması ilə nəticələnə bilər”. Məqalədə vurğulanır ki, münaqişə boyunca zaman-zaman gərginlik müşahidə olunub: “Lakin heç vaxt ağır artilleriyadan istifadə qeydə alınmamışdı. Son iki ildə isə cəbhədə vəziyyət xeyli gərginləşdi, iriçaplı silahlar və ağır artilleriya dövriyyəyə girdi. Yeni minillikdə Rusiya Vladimir Putinin rəhbərliyi ilə yüksəlməyə başladı və Moskva Ermənistana dəstəyini daha da artırdı. Azərbaycan ağıllı davranaraq, Moskva ilə sıx münasibətlər qurdu. Rusiya müasir silahları Azərbaycana satmağa başladı, lakin, çox baha qiymətə. Buna paralel olaraq da Ermənistana güzəştli şəkildə silahlar verməyə davam etdi. Azərbaycan öz hərbi büdcəsini artırdı və Ermənistanın dövlət büdcəsindən də yüksək həddə çatdı. Bu, Rusiyanı narahat etməyə bilməzdi, məhz buna görə İrəvana böyük miqdarda silahlar verdi”. Məqalədə qeyd olunur ki, artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişib: “Cəbhə xəttində artilleriya, vertolyotlar, pilotsuz təyyarələrin görünməsi adi hal alıb. Buna görə Dağlıq Qarabağda müharibənin başlaması gözləniləndir. Məlumatlar var ki, Azərbaycan öz arsenalına ən müasir silahları qatıb. Rusiya isə Su-30SM təyyarələrini Ermənistana verir. Beləliklə, Rusiya yenə “parçala və hökmranlıq et” siyasətini yürüdür”. Portal qeyd edir ki, Rusiya-Türkiyə qarşıdurması Dağlıq Qarabağa sıçraya bilər (Publika.az). İCRA BAŞÇISINA QARŞI ŞOK RÜŞVƏT İTTİHAMI – 60 mənzilli 3 binanı 21.000 manata satıb! http://reportyor.tv/haber-24958-ICRA-BASCISINA-QARSI-SOK-RUSVT-ITTIHAMI--60-mnzilli-3-binani-21000-manata-satib.html 2016-02-15 21:43:59 Ermənilər atəşkəsi pozdu: məktəbli yaralandı http://reportyor.tv/haber-24941-Ermnilr-atsksi-pozdu-mktbli-yaralandi.html 2016-02-15 16:29:03 Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində azərbaycanlı məktəbli yaralanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb. Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yüzlərlə azərbaycanlı Rusiyada etiraz edir – VİDEO http://reportyor.tv/haber-24910-Yuzlrl-azrbaycanli-Rusiyada-etiraz-edir--VIDEO.html 2016-02-12 22:16:00 Mühacirlər Yekaterinburqda Federal Miqrasiya Xidməti İdarəsini mühasirəyə alıb. Oxu.Az E1.ru-ya istinadən xəbər verir ki, əsasən Azərbaycan vətəndaşları qəbula düşmək və müvəqqəti yaşayış üçün icazəni almaq üçün saat 03.00-dan növbə tuturlar. “Mühacirlər gəlir və növbə tuturlar ki, saat 9.00-da inspektorun qəbuluna düşüb müvəqqəti yaşayış üçün icazəni imzalatdırsınlar. 300 azərbaycanlıdan yalnız 10 nəfər keçib! 200 qazaxdan isə yalnız 25-i. İnsanları ələ salırlar?! Məgər mühacirlər adam deyillər?! Hökumət hara baxır?!!”, - hadisələrin iştirakçısı Azər Ağazadə bildirib. Jurnalistlər tərəfindən hazırlanan videoda insanların FMX idarəsində rəisi və ya kvotaların müəyyənləşdirilməsi üzrə komissiyanın sədrini tələb etdikləri görünür. Çarxın sonunda qı Qızıl bahalaşır, dollar düşür: Bu, Azərbacana nə vəd edir? http://reportyor.tv/haber-24862-Qizil-bahalasir-dollar-dusur-Bu-Azrbacana-n-vd-edir.html 2016-02-11 22:14:58 Dünya bazarında qızıl xeyli bahalaşıb. Belə ki, qızılın bir unsiyasının qiyməti 17,4 ABŞ dolları, yaxud 1,46%, bahalaşaraq, 1208,20 dollar olub. Qızılın bahalaşmasının artan tempdə davam etməsi Azərbaycanın qızıl bazarında da kəskin yüksəlişə səbəb olub. Bəs, görəsən qızıl bazarındakı son bahalaşma və bunun davam etməsi Azərbaycan bazarı üçün hansı nəticələrə səbəb ola bilər? Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, son bir ayda dünya bazarında qızılın qiymətində artımlar müşahidə edilir: “Son 6 aylıq qiymətləndirmələrə görə də qızılın qiyməti artıb. Dünya bazarında qızılın qiyməti təxminən 9 faiz artıb və hər qramına görə 39 dollara yüksəlib. Qiymət artımının əsas səbəbi son bir həftədə dolların ucuzlaşmasıdır. Belə ki, dolların ucuzlaşması fonunda investorların bir qismi valyuta bazarında olan vəsaitlərini qızıl bazarına yönəltməyə çalışırlar. Təbii ki, bu da tələbatın artmasına, qızılın bahalaşmasına səbəb olur. Digər bir səbəb isə odur ki, qızıl əsasən dünya bazarında dollarla alınıb-satılır və dollar ucuzlaşdıqca, qızılın qiyməti də aşağı düşür. Son günlər dollar avro və funt-sterlinq qarşısında dəyər itirib”. İqtisadçının sözlərinə görə, qızılın bahalaşmasına neft bazarındakı qeyri-müəyyənlik də təsir edir: “Çünki, investorlar üçün yığım imkanları məhdudlaşır. Vayuta bazarında risklər var və bu da həm iş adamlarının, həm də dövlətlərin qızıla tələbatını artırır”. Bu prosesin Azərbaycana təsirindən danışan iqtisadçı ekspert bildirdi ki, bu qiymət artımı zinət məqsədilə istifadə olunan qızılın da bahalaşmasına səbəb olub: “Çünki, Azərbaycan istehlak etdiyi qızılın əhəmiyyətli hissəsini xaricdən idxal edir. Rusiya, İtalya, BƏƏ və Türkiyədən qızıl idxal edirik. Dünya bazarında qızıl bahalaşdıqca, ölkənin qızıl bazarında da artımlar müşahidə edilir”. Qızılın bahalaşmasının Neft Fondunun ehtiyatlarına müsbət təsir etdiyini bildirən V. Bayramov bunun elə də böyük həddə olmadığını vurğuladı: “Dövlət Neft Fondunun ehtiyatlarının 5 faizinin qızılda saxlanılmasını da nəzərə alsaq, qızılın bahalaşması dövlət rezervlərinin dəyər ifadəsində artması baxımından da vacibdir. Ancaq hələ ki, qızılın bahalaşması DNF-nin qızıl alışı zamanı itirdiyi vəsaitləri bərpa etmir. Çünki, Neft Fondu qızılı dünya bazarında ən baha olduğu vaxtlarda alıb. Bununla bağlı rəsmi açıqlama olmasa da, Dövlət Neft Fondunun qızıl ehtiyatlarının formalaşması ilə bağlı qəbul etdiyi qərarın tarixinə diqqət yetirsək, bu fərqi görə bilərik. Bu gün dünya bazarında qızılın bir qramının qiyməti 39 dollardır. Neft Fondu qızıl alanda isə qızılın qiyməti hər qram üçün 55 dollardan çox idi. Bu baxımdan, qızılın bahalaşması dövlət rezervlərinə müsbət təsir edir, lakim dəyər ifadəsində kəskin bir fərq formalaşdırmır”. Nərgiz LİFTİYEVA, Musavat.com Baş nazir önəmli qərar verdi http://reportyor.tv/haber-24822-Bas-nazir-onmli-qrar-verdi.html 2016-02-11 10:05:44 “SAB” halallıqla təbiətdən süfrənizə http://reportyor.tv/haber-24787-SAB-halalliqla-tbitdn-sufrniz.html 2016-02-10 16:26:45 Baş redaktor avtomobilini generalın qardaşı oğluna bağışladı http://reportyor.tv/haber-24623-Bas-redaktor-avtomobilini-generalin-qardasi-ogluna-bagisladi.html 2016-02-01 16:04:41 Fikrət Fəraməzoğlu: «Bir həftə sonra maşını kreditdən çıxarıb, onu Aqil Zeynalovun adına keçirəcəm» JAM.AZ-ın baş redaktoru bu gün sahibi olduğu avtomobilini Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşı oğluna bağışlamağı qərarına gəlib. Bu barədə baş redaktor özü açıqlama verib. Fəraməzoğlunun belə bir addım atmasına səbəb avtomobilinin mütəmadi olaraq evekuatorla şəhərin müxtəlif yerlərindən cərimə medançalarına aparılmasıdır. Bu gün növbəti dəfə analoji hadisə baş verdikdən sonra JAM.AZ-ın rəhbəri qərara alıb ki, daha avtomobilini cərimə meydançasından çıxarmasın və onu elə evekuator xidmətini həyata keçirən «Evekuasiya.az» şirkətinin rəhbəri Aqil Zeynalova bağışlasın. «Avtomobilimi park edilmək üçün nəzərdə tutulmuş yerlərdə saxladığım halda belə onu cərimə meydançasına aparırlar. Bu gün Səməd Vurğun bağının yaxınlığında nəzərdə tutulmuş yerdə saxlamışdım. 15 dəqiqə sonra gəldikdə avtomobilimi yerində görmədim. Məlum oldu ki, onu evekuator vasitəsi ilə Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasına aparıblar. Ora getdim, polis kapitanı üzümə belə baxmadan 40 manat ödəməyim barədə xəbərdarlıq etdi. Bildirdi ki, həmin pulun 20 manatı BDYPİ-nin hesabına, 20 manatı isə evekuator xidmətinə görə ödənilməlidir. Mən də orada qərara aldım ki, həftədə bir neçə dəfə təkrarlanan bu olaydan sonra avtombilimi Evekuasiya.az şirkətinin rəhbəri Aqil Zeynalova bağışlayım. Çünki hər həftə bir neçə dəfə onun xeyrinə 20 manat köçürürəmsə, bu işi birdəfəlik həll edim». Fikrət Fəraməzoğlu daha sonra bildirib ki, Aqil Zeynalovun şirkəti devalivasiyadan sonra xeyli azğınlaşıb. «Belə başa düşürəm ki, bu adam general əmisinə güvənərək, özbaşınalıqla məşğul olur. Nəzərimcə, son devalivasiyadan sonra gəlirləri azalan şirkət rəhbəri, zərərlərini camaatın cibindən çıxarmağa üstünlük verir. Bu artıq heç bir qaydaya, qanuna sığmır. Bu özbaşınalıq da deyil. Nədirsə başqa bir şeydir». Baş redaktor onu da qeyd edib ki, hələlik avtomobili kreditdə olduğu üçün onu generalın qardaşı oğlunun adına keçirə bilmir. «Amma bir həftə içində kreditlə bağlı məsələni həll etdikdən sonra BDYPİ-də maşını Aqil Zeynalovun adına keçirəcəm. Başqa çıxış yolu da görmürəm. Bununla həftədə bir neçə dəfə 40 manat ödəməkdən canım qurtaracaq. Həm də Aqil Zeynalov avtomobilimdən öz məqsədləri üçün istifadə edərək, yararlana biləcək». . Xatırladaq ki, "Evakuasiya.az" şirkəti "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) vasitəsi ilə maşınları meydançalara aparır. Sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir. Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib. Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır". Qarşı tərəfi də dinləməyə hazırıq. Putinin növbəti qurbanı Azərbaycan olacaq http://reportyor.tv/haber-24614-Putinin-novbti-qurbani-Azrbaycan-olacaq.html 2016-02-01 14:00:13 Deputat: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır!” http://reportyor.tv/haber-24611-Deputat-Dagliq-Qarabag-Muxtar-Vilayti-brpa-olunmalidir.html 2016-02-01 13:09:17 Odundağın ətəyində düşmənlə üz-üzə qalanlar: susuz… Quşçu Ayrımdan reportaj VİDEO http://reportyor.tv/haber-24577-Odundagin-tyind-dusmnl-uz-uz-qalanlar-susuz-Quscu-Ayrimdan-reportaj-VIDEO.html 2016-01-31 20:24:07 Qazax rayonunun Quşçu Ayrım kəndi Ermənistanla sərhəddə yerləşən, düşmənə ən yaxın yaşayış məntəqələrimizdəndir. Düşmənlə üz-üzə olan kənd demək olar ki, hər gün atəş altındadır. Kənd sakinləri həyətyanı sahələrdə işləyərkən, heyvan sürülərini otlaqlara apararkən, hətta rayona gedərkən belə düşmən postlarının qarşısından keçirlər. Ermənilərin dağ postları kəndin bütün məntəqələrini nəzarətdə saxlayır. Qazax rayonundan kəndə aparan yol boyunca düşmən postları görünür. Quşçu Ayrım kəndinin əsas dayaq mərkəzi Odundağ hesab olunur. Olduqca əhəmiyyətli olan və Quşçu Ayrım kəndinin ətəyində yerləşdiyi bu dağ tam şəkildə Azərbaycan ordusunun nəzarətindədir. Bu dağ sayəsində Azərbaycan ordusu Ermənistanın Noyemberyan yaşayış məntəqəsini də nəzarətində saxlaya bilir. Düşmənlə üz-üzə qalan həmyerlilərimizin belə çətin şəraitdə yaşamaqları az deyilmiş kimi onlar bir çox sosial problemlərlə də mübarizə aparırlar. Musavat.com-un Quşçu Ayrım kəndinə yollanan reortyor qrupu sakinlərin qarşılaşdıqları problemlərin şahidi olub. Qış aylarında kəndin əsas problemı suyun olmamasıdır. Kəndin bir hissəsi içməli su ilə təmin edilsə də böyük hissəsi susuzluqdan əziyyət çəkir. Kənddə uzun illər su problem olub. Bir neçə ilə əvvəl kəndin bir hissəsinə su çəkilib. Lakin iş yarımçıq dayandırılıb. İndi kənd sakinləri suya olan təlabatlarını ödəmək üçün kilometrlərlə yolu piyada, atla, eşşəklə qət edərək dağlar arasından su gətirməyə gedirlər. Kəndin mərkəzinə damcı-damcı gələn su qış ayarında donur. Bu xəttən su götürmək istəyən sakinlər günlərlə növbə gözləyirlər. Kənd sakinlərinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Su problemi sakinlərin bu məşğuliyyətinə də imkan vermir. İçməli su tapa bilməyən kənd sakinləri qış aylarında mal-heyvan üçün suyu yağış və qar sularından əldə etməyə çalışırlar. İşsizlikdən əziyyət çəkən kənd sakinləri sosial yardım ala bilməməkdən də şikayətlənirlər. Çətin şəraitdə yaşadıqlarını deyən kənd sakinləri su problemlərinin həll olunmasını istəyirlər. Kənd sakinləri uzun illər yol problemindən də əziyyət çəkib. Gec də olsa yol problem öz həllini tapıb. Qazax-Quşçu Ayrım yolunun təmiri üçün 2014-cü ildə 1,7 milyon manat pul ayırıb. Ondan əvvəl də yolun tikintisi üçün əvvəlcə 6,9 milyon, sonra isə iki milyon manat vəsait ayrılmışdı. Nəhayət ki, bu qədər məbləğlə kəndə aparan yol asfaltlanıb. Susuzluq isə əsas problem olaraq qalır. Düşmənlə üz-üzə qalan, təsərrüfatla məşğul olmaqdan başqa məşğuliyyətləri olmayan kənd sakinlərinin susuz vəziyyəti olduqca acınacaqlıdır… İki məmur ölkənin pul damarını niyə doğrayır – sensasion təfərrüat http://reportyor.tv/haber-24524-Iki-mmur-olknin-pul-damarini-niy-dograyir--sensasion-tfrruat.html 2016-01-30 10:07:40 Samir Şərifovla Elman Rüstəmovun təxribata bərabər addımları; Maliyyə naziri ilə Mərkəzi Bank rəhbərinin “şok terapiyası” Azərbaycanın bank sistemini çökdürə bilər; böhran o həddə dərinləşir ki, ən iri banklar belə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb; “Texnikabank”ın lisenziyasının alınması xəbərləri yayıldı... Ölkədə bir ayda altı bankın bağlanması bank sistemində ciddi proseslərin getdiyindən xəbər verir. Əksər banklar hətta birləşmə təklif edilmədən bağlanıb. Son olaraq “Texnikabank”ın lisenziyasının alındığı bildirilir. Bankın İdarə Heyətinin sədri Etibar Əliyev bankın lisenziyasının ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib. O, Musavat.com-a açıqlamasında Mərkəzi Bankın belə bir qərarının olduğunu təkzib edib. Etibar Əliyev bankın bağlanması barədə qərarın artıq əməkdaşlara elan olunduğunu da təkzib edib: “Mən əməkdaşlara heç nə elan etməmişəm. Hamı iş başındadır. Bankın lisenziyasının ləğvi barədə qərar yoxdur. Belə bir qərar olsa, ona hörmətlə yanaşacağıq”. Bankdakı mənbə isə Musavat.com-a bildirib ki, həqiqətən “Texnikabank”ın bağlanacağı gözlənilir. Amma Mərkəzi Bankın bu barədə qərarı rəsmən elan edilməyib. Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra Azərbaycanda bankların bağlanmasına, bəzilərinin isə birləşdirilməsinə başlanılıb. İndiyədək 6 bank bağlanıb, bir neçə iri bankın isə konsolidasiyası, birləşdirilməsi gözlənilir. Ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirib ki, dünya praktikasında qısa müddətdə bir neçə bankın lisenziyasının əlindən alınması baş verməyib: “Çox təəssüf ki, Mərkəzi Bankın bankların lisenziyasının alınması ilə bağlı strategiyası indiki məqamda bank sektoruna inamın artırılmasına xidmət etmir. Bank sektoruna inamı azaldır. Mərkəzi Bank prosesə xeyli müddət əvvəl başlamalı idi. Məsələn, "Bank of Azerbaijan" iki ildən artıqdır ki, müştərilərin depozitlərini və depozit faizlərini belə geri qaytara bilmirdi. Amma Mərkəzi Bank sözügedən bankın lisenziyasını həmin bank müştərilərə iki il əziyyət verdikdən sonra geri aldı. Halbuki bunu mərhələli şəkildə almalı idi ki, bank sektoruna inamın azalması formasında ciddi zərbə dəyməsin. Təəssüf ki, bunu etmədi və nəticədə bank sektoru birmənalı şəkildə son qərarlardan ziyan çəkir. Düşünmürəm ki, bankların bağlanması indiki halda bank sektorunun sağlamlaşdırılmasıdır. Əksinə, bankların ardıcıl olaraq bağlanması bank sektoruna inamın ciddi şəkildə itməsinə gətirib çıxarır. Ona görə ki, vətəndaşlar öz depozitlərini artıq banklardan götürmək haqqında düşünürlər. Bu, banklara depozitlərin yerləşdirilməsi baxımından inamın kəskin azalmasına gətirib çıxarır. Əslində Mərkəzi Bank başqa metodlardan istifadə etməli idi. Çalışmalı idi ki, bankların birləşdirilməsi həyata keçirilsin. Təəssüf ki, Mərkəzi Bank bankların birləşdirilməsini deyil, qısa zamanda bağlanması siyasətini həyata keçirdi. Halbuki bankları birləşməyə təşviq etmək olardı. Son proseslər müflis olmayan bankların bir qismi üçün də ciddi risklər yaradır". Ekspert Natiq Cəfərli isə qeyd edib ki, bankların ardıcıl olaraq bağlanması bank sistemində bir ildən artıq davam edən stressin nəticəsidir: “Bu stressli vəziyyət bir ildən çox davam edirdi. İki devalvasiyadan sonra banklar çox çətin duruma düşdülər, indi həm aktivləri, həm passivləri problemlidir. Həm verdikləri krediti adamlardan yığa bilmirlər, həm də beynəlxalq təşkilatlara borcları var, borclar az deyil. Banklar ona görə bir-birinin ardınca bağlanır ki, çox kiçik bankları tamamilə sıradan çıxarmaq istəyirlər. Ondan sonra böyük bankların birləşdirilməsi barədə düşünəcəklər. Yaxud da dəstək proqramları barədə fikirləşəcəklər. Bankların bağlanması prosesi davam edəcək. Bankların bağlanması vətəndaşın bank sisteminə olan güvənini tamamilə azaldır. Mərkəzi Bank bağlanmanın izahını normal şəkildə verə bilmir. İnsanlarda da narahatçılıq var. Banklar yarıya qədər azaldıla bilər, yəni bankların yarısı, 20-yə qədəri bağlana bilər. Sonra ortalıqda qalan bankların birləşdirilməsi və iri banklar tərəfindən ”udulması" baş verə bilər. Bankların sayı kəskin şəkildə aşağı düşdükdən sonra hökumət dəstək haqqında qərar verə bilir. İndi dəstək vermir və göz görə-görə bankların batmasını kənardan izləyir. Axıra böyük bankların qalmasını gözləyir. Dövlətin dəstəyi olmadan banklar ayaqda qala bilməz". Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a bildirib ki, problemli bankların lisenziyasını ləğv etmək bu istiqamətdə aparılan alternativsiz siyasətin ən asan mərhələsidir: “Belə qərarların ümumi bank-maliyyə sektorunun sağlamlaşdırılmasına gətirib çıxarması üçün Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və ləğvetmə komissiyası ilə birlikdə əhəmiyyətli işlər görməlidir ki, əmanətçilər narazı qalmasın, eyni zamanda həmin banklardan kredit götürənlər ondan sui-istifadə etməsinlər. Bu isə ciddi hazırlıq və monitorinq tələb edir. Əgər bağlanan banklardan əmanətlərin geri götürülməsi ilə əlaqədar problemlər yaranarsa və bu ictimailəşərsə, son nəticədə ondan bütün bank sistemi ziyan çəkəcək. Bu həssas məsələdə Mərkəzi Bankın üzərinə böyük məsuliyyət düşür. Bank öz missiyasını yalnız qərar qəbul etməklə başa çatdırmamalı, qəbul edilmiş qərarların icrasına da nəzarət etməlidir. Odur ki, prosesi izləyib, gedişinə də monitorinq etmək Mərkəzi Bankın məsuliyyətində qalır”. Xatırladaq ki, ölkənin bank-maliyyə siyasətini hazırda iki məmur - maliyyə naziri Samir Şərifovla Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov icra edirlər. Səhnədə, göz önündə, kameralar və diktofonlar önündə onlar görünür. Hər iki məmur gündəlik media qarşısına çıxaraq apardıqları siyasətlə bağlı məlumat və izahat verirlər. 21 dekabr devalvasiyasından sonra S.Şərifovla E.Rüstəmovun fəaliyyətini ən obyektin iqtisadçı ekspertlər belə normal qiymətləndirə bilmirlər. Sanki bu məmurlar bilərəkdən Azərbaycanın maliyyə-bank sistemini iflic etmək üçün yarışır. Bu prosesin sonunun haralara varacağını isə demək çətindir. Daha doğrusu, baş verənlərin ölkəmiz üçün yaxşı aqibət vəd etmədiyi göz önündədir... Zahid Oruc dollarla olan kreditlərdən danışdı: “Çıxış yolu...” http://reportyor.tv/haber-24521-Zahid-Oruc-dollarla-olan-kreditlrdn-danisdi-Cixis-yolu.html 2016-01-29 23:37:11 Amerikadan Qarabağda müharibə ANONSU http://reportyor.tv/haber-24520-Amerikadan-Qarabagda-muharib-ANONSU.html 2016-01-29 23:17:10 “Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət Qafqazda ən təhlükəli məqamlardan biri kimi qalır”. Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The National İnterest” nəşri yazır. Nəşr qeyd edir ki, münaqişə iştirakçıları arasında əsas məsələ Dağlıq Qarabağın statusu, erməni ordusunun nəzarətində olan Azərbaycan ərazilərinin qaytarılması və qaçqınların probleminin həllidir: “Lakin tərəflər bu məsələdə heç bir irəliləyiş olmadan 2016-cı ilə daxil olub”. Nəşr əlavə edir ki, Dağlıq Qarabağda müharibənin başlaması həm Rusiyanı, həm də Qərbi narahat edir. “İran bu bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsindən ehtiyat edir, çünki yad oyunçuların bura cəlbi onu oyundan kənarda saxlaya bilər. Amma Türkiyə ilə Azərbaycanın, Rusiya ilə Ermənistanın yaxınlığı fonunda Rusiya-Türkiyə qarşıdurması Qarabağda da vəziyyətin nəzarətdən çıxması riskini artırdı. Bu, faktiki olaraq Qafqaz üçün partlayış nöqtəsinə çevrilib”, - deyə məqalədə bildirilir. “The National İnterest” bildirir ki, Qarabağda kövrək status-kvonun dəyişməsinin nəticələri Rusiya üçün qorxulu olacaq: “Birincisi bu, onu Ermənistana siyasi və hərbi dəstək verməyə məcbur edir. Halbuki, bunun baş verməsi Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi Avrasiyaya inteqrasiya layihələrinin perspektivinin təhlükə altına düşməsi deməkdir. İkincisi, Moskva ilə Bakının arasındakı münasibətlər kəsilə və maraqlar toqquşa bilər. Üçüncüsü, münaqişənin həllində vasitəçilik rolunu oynayan Rusiyanın mövqeyi zəifləyəcək və onun təsir imkanlarını azaldacaq”. Nəşr Dağlıq Qarabağda müharibənin baş verməsi ehtimalını iki amilə görə irəli sürür. “Birincisi, Rusiya və Türkiyə qarşıdurmasının dərinləşməsi, ikincisi isə sərhəd ərazilərdə şiddətli toqquşmalar. Lakin mövcud vəziyyətdə müharibədə kimin qalib gələcəyini demək çətindir. Burada daha çox münaqişənin davam edəcəyi ehtimalı görünür”, - deyə nəşr vurğulayır. Qarabağda müharibə alovu: Həmsədrlərin sonu yaxınlaşır http://reportyor.tv/haber-24516-Qarabagda-muharib-alovu-Hmsdrlrin-sonu-yaxinlasir.html 2016-01-29 22:12:58 Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Avropa Birliyinin iştirakı effektiv ola bilər. Publika.az xəbər verir ki, bu barədə britaniyalı politoloq Denis Sammut deyib. Onun bu təklifini şərh edən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarov bunu rəsmi şəxsin yox, bir ekspertin fikri olduğuna diqqət çəkib. “Mövcud formatın yararlığı haqda bu formatın iştirakçılarından soruşmaq lazımdır. Elmi dairələr, politoloqlar münaqişələrin həlli ilə bağlı təkliflər verə, mümkün axtarışlar aparaq bilərlər. Bu politologiya elminin fəaliyyətidir. Lakin bu, rəsmi deyil. Britaniyalı politoloqun fikrinə gəlincə, deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı format beynəlxalq razılaşdırmalar əsasında yaradılıb”, - deyə o bildirib. Qeyd edək ki, son dövrlər Dağlıq Qarabağ ətrafında yaranmış gərginlik beynəlxalq ictimaiyyəti narahat edir. Bu baxımdan, mövcud formatın dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilir. Misal üçün, Londonda fəaliyyət göstərən “Janes İntelligence” analitik mərkəzinin ekspertləri vəziyyəti belə şərh edir: “Qarabağda müharibə ehtimalı hər keçən gün artır və beynəlxalq maraq dairələrinin hər biri burada öz çıxarlarını qorumaq şəraiti ilə üz-üzə qalıb. Müharibə nə tərəflərə, nə də regionda marağı olan güclərə sərf etmir. Lakin bununla bağlı mümkün gözləntilər də artmaqdadır. Bu baxımdan, beynəlxalq arenada münaqişənin həlli üçün formatın dəyişdirilməsi təklifləri gündəmə gəlməkdədir”. Qeyd edək ki, rəsmi Bakı da Minsk qrupunun hazırki formatından narazıdır. Xüsusilə Minsk qrupunun həmsədrlərinin AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında britaniyalı deputat Robert Volter tərəfindən hazırlanan “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində zorakılığın eskalasiyası” qətnaməsinin qəbul edilməməsi ilə bağlı çağırışı qeyri-obyektiv yol tutan bu formatın dəyişdirilməsini gündəmə gətirib. Bu arada, üzərindən sanksiyalar götürülən İran da münaqişəninin həlli üçün vasitəçilik etmək istəyini gizlətmir. Bayrağımız tərsinə... səfirimiz fərqində də olmadı (FOTO) http://reportyor.tv/haber-24465-Bayragimiz-trsin-sfirimiz-frqind-d-olmadi-FOTO.html 2016-01-28 20:30:39 Bayrağımız tərsinə... səfirimiz fərqində də olmadı - FOTO Tarix: 28 Yanvar 2016 / 18:10 Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov dünən Tacikistan Hökuməti Yanında Gömrük Xidmətinin rəisi Abdufattoh Qoib ilə görüşüb. Bu barədə məlumatı səfirlik yayıb. Görüşdə iki ölkə arasında gömrük sahəsində 2007-ci ildə imzalanmış əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin bu sahədə əlaqələri inkişaf etdirmək üçün hüquqi baza yaratdığı qeyd olunub. A.Həsənov ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da genişləndirmək üçün gömrük sahəsində bəzi islahat xarakterli tədbirlər görülməsi və gömrük prosedurlarının Azərbaycan iş adamları üçün sadələşdirilməsini təklif edib. A.Qoib gömrük işində çətinliklərin yaranmaması üçün iki ölkə arasında qiymətlərin müəyyən edilməsi ilə bağlı informasiya mübadiləsi haqqında əlavə protokolun imzalanmasının vacibliyini bildirib. Lakin görüşdə diqqəti cəlb edən başqa məqam da olub. Publika.az xəbər verir ki, bu, bayrağımızın səhv asılması ilə bağlıdır. Abdufattoh Qoib bu xoşagəlməz hala göz yuma bilərdi. Maraqlıdır, görəsən, səfirimiz niyə bunun fərqinə varmayıb? Deputat İranda ölən uşaqdan yazdı - “Həll olunacaq...” http://reportyor.tv/haber-24398-Deputat-Iranda-oln-usaqdan-yazdi---Hll-olunacaq.html 2016-01-21 22:01:44 Qorbaçov: Bakıya qoşun göndərmək həyatımın ən böyük səhvi idi http://reportyor.tv/haber-24346-Qorbacov-Bakiya-qosun-gondrmk-hyatimin-n-boyuk-shvi-idi.html 2016-01-20 19:44:38 Bakı, Tiflis, Riqa, Vilnüs… faciələrini o törədib http://reportyor.tv/haber-24344-Baki-Tiflis-Riqa-Vilnus-facilrini-o-tordib.html 2016-01-20 19:26:57 Qorbaçova və onun başcılıq etdiyi ölkəyə tarixin özü hökm oxuyub. Bu barədə Axar.az-a politoloq İlqarVəlizadə danışıb. O, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində bir çox cinayətlərə imza atan Qorbaçovun hələ də beynəlxalq axtarışa verilməməsini çox böyük səhv adlandırıb: “Qarbaçov kimiləri öz cinayət addımları ilə əslində SSRİ-nin varisi olan Rusiyanın cinayət məcəlləsini pozublar. Təəssüfər olsun ki, Qorbaçov nəinki heç bir məsuliyətə cəlb olunmayıb, o hətta Nobel sülh mükafatına da layiq görülüb. Bu, həmin nüfuzlu mükafat üçün çox böyük bir ləkədir. Dünyada hökm sürən ikili standartlar bu məsələdə də qabarıq şəkildə öz əksini tapıb. Qorbaçova və onun başcılıq etdiyi ölkəyə tarixin özü höküm oxuyub. O, nəinki Azərbaycanda, həm də Tiflis, Riqa, Vilnüs, Alma Atada da bir çox cinayətlər törədib. Onun hələ də beynəlxalq axtarışa verilməməsi çox böyük siyasi səhvdir. Əlbəttə, Qorbaçovun məsuliyyətə cəlb olunması çətin məsələdir. Buna ilk növbədə Qərb imkan verməz. Hazırda isə Qərbdə çox güclü himayədərları olan Qorbaçova qarşı beynəlxalq axtarış elan olunmamasının arxasında çox güclü siyasi məqamlar dayanır”. Qeyd edək ki, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Sovet ordusunun qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları məhv edilib, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak sıradan çıxıb. Azərbaycanlı hakerlər erməni saytlarını dağıtdı (SİYAHI) http://reportyor.tv/haber-24320-Azrbaycanli-hakerlr-ermni-saytlarini-dagitdi-SIYAHI.html 2016-01-20 13:18:43 Türk hakerlər Rusiya səfirliyinin saytına Azərbaycan bayrağı yerləşdirdi - FOTO http://reportyor.tv/haber-24298-Turk-hakerlr-Rusiya-sfirliyinin-saytina-Azrbaycan-bayragi-yerlsdirdi---FOTO.html 2016-01-17 20:45:41 Devalvasiya ixracla məşğul olan fermerlərin işinə yarayıb http://reportyor.tv/haber-24293-Devalvasiya-ixracla-msgul-olan-fermerlrin-isin-yarayib.html 2016-01-17 13:15:08 İranın nef bazarına qayıtması Azərbaycanı da narahat etməlidirmi? http://reportyor.tv/haber-24292-Iranin-nef-bazarina-qayitmasi-Azrbaycani-da-narahat-etmlidirmi.html 2016-01-17 13:04:39 İranın üzərindən beynəxalq sanksiyaların qaldırılması bu ölkənin 14 ildən sonra neft bazarına qayıtması deməkdir. Azadliq.org-un məlumatına görə, fərq yalnız bundadır 2012-ci ildə sanksiyalar sərtləşdiriləndə və İranın günə 700 min barel nefti bazarı tərk edəndə, neftin qiyməti bir barel üçün 109, 5 dollar idi. Sanskiyalar qaldırılan gün isə qiymət 29 dollara düşüb. Bununla belə, İran artıq bu bazar ertəsindən öz neftini hətta 25 dollardan satmağa hazır olduğunu bildirib. Bir çox ekspertlər bu qənaətdədirlər ki, İranın neft bazarına qayıdışı qiymətlər üçün yeni təlatüm olacaq. Təhlilçilər bunu da deyirlər ki, neft bazarındakı qiymətlər İran faktoru olmadan da enişdə idi. Bunun ilkin və başlıca səbəbi neftin dünyada ən böyük alıcısı olan Çində iqrtisadiyyatın yavaşımasıdır. Sosial təlatüm Buna baxmayaraq, İranın bazara qayıdışı barədə xəbər investorlar arasında əsl panikaya səbəb olub. Onlar narahatdırlar ki, qiymətlərin bundan sonra da enməsi nəticəsində Rusiya, Azərbaycan, Venesuela və İraq kimi tamamilə neftdən asılı olan ölkələrdə sosial təlatümlər başlana bilər. WTRG Economics şirkətindən James Williams-ın sözlərinə görə, İran qlobal neft təchizatının tələbdən günə 2 milyon barel artıq olduğu bir vaxtda, bazara daha 500 min barel çıxarmağa hazırlaşır. Təhlilçilərin fikrincə, Avropa coğrafiyası və Hindistan kimi ölkələr böyük bir ehtimalla ucuz İran neftinə müştəri olacaqlar, bu isə o deməkdir ki, neft bazarında hansısa ölkələrin "piştaxtaları" daralacaq. Neft qiymətlərinin düşməsi son həftələrdə səhm bazarlarındakı qiymətləri də tənəzzülə uğradıb. Avropa üzrə əsas birja indeksləri yanvarın 15-də 2 faiz, Wall Street-dəki səhm qitymətləri isə bundan da çox enib. Aparıcı Moskva indeksi 5, 8 faiz düşüb, Braziliyanın İbovespa indeksi 2, 4 faiz itirib. Çin səhmlərinin Shanghai Composite Index göstəriciləri 3, 55 faiz düşüb. Dolların güclənməsi Brent markasından olan neftin barreli 29 dollardan aşağı enib. Bu, bir həftə ərzində 13 faiz ucuzlaşma deməkdir. Neftin qiyməti 2014-cü ildən bəri 70 faiz düşüb. İndi neft ekspertləri qiymətlərin 20 dollara düşmək ehtimalını tam real sayırlar. Ucuzlaşan neftdən azalan gəlirlərin yerini doldurmaq üçün Rusiya kimi ölkələr rekord həcmlərdə neft hasilatına başlayıblar. Neft qiymətlərinin düşməsi səbəbilə Azərbaycanda və hökumətlərin neftdən tam asılı olduğu başqa ölkələrdə artıq sosial narazılıqlar müşahidə olunmağa başlayıb. Neft gəlirlərinin azalması şəraitində əhali üçün ərzaq və digər mühüm malların alınmasında müəyyən problemlər yaranıb. Təhlilçilər bildirirlər ki, neft qiymətlərinin bundan sonra da düşməsi bir sıra neft istehsalçısı olan ölkə və şirkətləri müflisləşdirə bilər. Bütün bunlardan başqa, investorları qorxudan dolların güclənməsi, habelə ABŞ-ın bu il bank faizlərini artırmaq niyyətində olması barədə xəbərlərdir. Üç həftədir ki, dünya birjalarında itkilər yaşanır. Avropa səhmləri 2014-cü ildən bəri ən aşağı qiymət həddinə enib. Bütün dünya birjalarını birləşdirən MSCI indeksi 2, 1 faiz azalıb. Bu, 2013-cü ildən bu yana ən aşağı həddir. “Azərbaycan manatı kimə lazımdır axı?” - Keçmiş prezident http://reportyor.tv/haber-24237-Azrbaycan-manati-kim-lazimdir-axi---Kecmis-prezident.html 2016-01-15 14:25:44 Rusiya Qarabağa qoşun yeritməyin yollarını axtarır - ABŞ kəşfiyyatı http://reportyor.tv/haber-24230-Rusiya-Qarabaga-qosun-yeritmyin-yollarini-axtarir---ABS-ksfiyyati.html 2016-01-15 13:07:46 “Rusiya İrana qədər tranzit şəbəkəsini genişləndirmək istəyir, lakin bu, ağır olacaq. Xüsusilə Qafqaz bölgəsi Moskvanın qarşısında maneədir”. Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi yazıb. Məqalədə qeyd olunur ki, Tehran və Moskva Qafqaz bölgəsini maneə olaraq aradan qaldırmaq üçün səylərini birləşdirəcəklər: “Onlar başqa böyük dövlətin bu bölgədə olmağını istəmirlər. Hələlik, Rusiya Cənubi Qafqaz vasitəsilə İrana iki yol açmağı bacarıb. Birincisi, Xəzər dənizinin sahil boyunca Azərbaycandan, ikincisi isə Gürcüstanın ərazisinə daxil olan dağlardan keçir. Birinci yol Azərbaycan və İran arasındakı tarixi gərginliyə görə bağlanıb. İkinci yol isə qış vaxtı keçilməz olur və avtomobillər gedə bilmir. Buna görə də Rusiya, İran və Ermənistan quru ticarət yolunun genişləndirilməsinə çalışırlar”. Mərkəz yazır ki, bu problemlərə görə son iki ildə Rusiya İrana daha etibarlı nəqliyyat dəhlizi tapmağa çalışır: “Variantlardan biri kimi Xəzər sahilindən keçən dəmir yolunun tikintisinə baxılır. 2014-cü ilin sonunda Rusiyanın istismar olunan dəmir yolları İranın dəmiryol şəbəkəsi ilə birləşdi. Burada birləşdirici nöqtələr Qazaxıstan və Türkmənistan ərazisindən keçirdi. Tehran həmin vaxtdan başlayaraq İran Astarasına qədər uzanan Qəzvin-Rəşt dəmir yolunu çəkməyə başlayıb. Tikinti tamamlanandan sonra bu yol Azərbaycanın dəmir yolu sistemi ilə birləşdiriləcək və Rusiyaya çıxış əldə edəcək. Amma hərbi texnikanı keçirmək üçün Rusiyaya avtomobil yolu lazımdır. Bu variant isə avtomobil yolu üçün sərfəli deyil. Azərbaycan və Türkmənistan öz ərazilərindən hərbi texnikanın daşınmasına icazə vermirlər. Bu baxımdan, Rusiya alternativ dəhlizləri tapmaqdan ötrü fəaliyyətini genişləndirir. Mümkün variantlardan biri Şimali Qafqazdan Cənubi Osetiyaya qədər yolun çəkilməsidir ki, bu da Gürcüstan və Azərbaycan limanları ilə birləşən “Şərq-Qərb” avtomobil magistralına qoşula bilər. Digər variant Şimali Qafqazın Alaqir şəhəri ilə Gürcüstanın Qori şəhəri arasında 160 kilometrlik dəmiryolu xətti tikməkdir. Bu, Rusiyanın Cənubi Qafqazın bütün ölkələrinə çıxışını asanlaşdıra bilər. Daha bir variant isə Gürcüstandan qopardılmış Abxaziya ərazisindən keçən dəmiryolu xəttidir. Lakin ağlasığmazdır ki, rəsmi Tiflis nə vaxtsa Rusiyaya bunu reallaşdırmağa icazə versin”. “Stratfor” qeyd edir ki, bütün maneələrə baxmayaraq, Moskva və Tehran öz niyyətlərindən imtina etmir. Məqalədə Cənubi Qafqazın tranzit şəbəkəsi uğrunda mübarizənin artdığı vurğulanır. “Qafqazda Rusiyanın mövcudluğuna maneələr böyüyüb və hərbi eskalasiya üçün potensial şərait yaranıb. Moskva tranziti həm də ona görə ələ almaq istəyir ki, baş verə biləcək konfliktlərə dərhal müdaxilə edə bilsin. Belə təhdidlərdən biri Azərbaycan və Ermənistan arasında ola bilər. Qarabağ münaqişəsi potensial müharibə təhlükəsi ilə çox yüklənib. Bu baxımdan, Cənubi Qafqazın nəqliyyat dəhlizlərini ələ almaq Rusiyaya həm də Qarabağda müharibə olacağı təqdirdə bölgəyə daha böyük hərbi güc transfer edə bilmək üçün vacibdir. Lakin Azərbaycan, Türkiyə və Gürcüstan arasında yüksələn hərbi əməkdaşlıq bölgədə əsas gücə çevrilməkdədir. Dolayısı ilə bu NATO-nun da bölgəyə nüfuz etməsinə imkan yaradır. Belə bir vaxtda İranla Rusiya da Qərb qarşı bölgədə möhkəmlənmək niyyətindədir”, - deyə “Stratfor” qeyd edir. İlham Əliyev: Ermənistan rəhbərliyi panikada, isterikadadır... http://reportyor.tv/haber-24205-Ilham-liyev-Ermnistan-rhbrliyi-panikada-isterikadadir.html 2016-01-11 23:16:21 “Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Deyə bilərəm ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı bildirib ki, sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilib: “Bu görüş də deyə bilərəm ki, formal xarakter daşıyırdı - görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır”. İlham Əliyev vurğulayıb ki, Azərbaycan torpaqları işğal altındadır və bu işğala son qoyulmalıdır: “Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq. Əlbəttə ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Onu da qeyd etməliyəm ki, postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən aşağı əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir”. Dövlət başçısı bildirib ki, Azərbaycan bu istiqamətdə öz siyasətini aparacaq: “Əlbəttə ki, diplomatik səylər davam etdiriləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir və olmalıdır. Biz bu məsələni bütün beynəlxalq tribunalarda qaldırırıq və qaldıracağıq, diplomatik və siyasi səylərimizi artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə bütün layihələrdən kənarda saxlayacağıq, öz hərbi gücümüzü artıracağıq”. İlham Əliyev bildirib ki, Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənib: “Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir. Onlarla işğalçı məhv edildi, Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: Erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər. Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq. Bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır”. Kənd təsərrüfatında sərmayə problemi… http://reportyor.tv/haber-24196-Knd-tsrrufatinda-srmay-problemi.html 2016-01-11 21:28:28 Rəsmə sevgi gözü ilə bax http://reportyor.tv/haber-24195-Rsm-sevgi-gozu-il-bax.html 2016-01-11 21:21:03 “Bakı ilə əlaqə kəsilsə, Gürcüstan donacaq...” http://reportyor.tv/haber-24170-Baki-il-laq-ksils-Gurcustan-donacaq.html 2016-01-11 15:55:48 Hökumət “Qazprom” şirkəti ilə aparılan danışıqların detallarını dərhal açıqlamalıdır. Axar.az xəbər verir ki, bu barədə bəyanatı müxalif Gürcüstan Milli Hərəkat Partiyası yayıb. Partiya hökumətin bunu etməyəcəyi təqdirdə hökumətə qarşı genişmiqyaslı aksiyalara başlayacağını bildirib: “Gürcüstan hökuməti gürcü xalqından gizli Rusiya ilə danışıqlar aparır. Bu danışıqlar “Qazprom”un Gürcüstan energetika bazarına girişini nəzərdə tutur. Hökumətin bunu diversifikasiya üçün həyata keçirdiyi tam yalandır. Qazın Gürcüstana verilməsi “Qazprom”un boru kəməri vasitəsi ilə “Qazprom”un nəzarəti altında həyata keçiriləcək. Bu, birbaşa Rusiyanın siyasi maraqları ilə bağlıdır. Bununla da Gürcüstan hakimiyyəti ölkənin suverenliyi və enerji azadlığına təhlükə yaradır. Bu kontrakt bizi uzun illər stabil şəkildə enerji ilə təmin edən Azərbaycanla da enerji əməkdaşlığımıza zərbə vuracaq. “Qazprom”dan asılılıq soyuq, donmuş Gürcüstan deməkdir. Rusiya bir dəfə bunu 2006-cı ildə Gürcüstana qarşı həyata keçirib”. Qeyd edək ki, Milli Hərəkat Partiyası eks-prezident Mixail Saakaşvilinin partiyasıdır. Bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən, Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş və onun nəticələri barədə indiyə qədər heç bir məlumat yaymır. Dollar qıtlığı və...Rüstəmov nə etsin?! http://reportyor.tv/haber-24140-Dollar-qitligi-vRustmov-n-etsin.html 2016-01-10 22:51:59 Adnan Oktar: "Ermənilərlə biz qardaş idik, Azərilər şeytanlıq etdi aramızı vurdu". http://reportyor.tv/haber-24001-Adnan-Oktar-Ermnilrl-biz-qardas-idik-Azrilr-seytanliq-etdi-aramizi-vurdu.html 2016-01-07 20:42:42 İranın Qarabağda tikdiyi gizli Su Elektrik Stansiyası - Foto http://reportyor.tv/haber-23923-Iranin-Qarabagda-tikdiyi-gizli-Su-Elektrik-Stansiyasi---Foto.html 2016-01-05 14:07:36 Azərbaycanda şok qiymətə alça – VİDEO http://reportyor.tv/haber-23794-Azrbaycanda-sok-qiymt-alca--VIDEO.html 2015-12-29 14:53:34 “800 manata yolka olar, a kişi?!” - Fotolar http://reportyor.tv/haber-23775-800-manata-yolka-olar-a-kisi---Fotolar.html 2015-12-29 11:16:14 Krediti ödəməsək, nə olacaq? - VİDEO http://reportyor.tv/haber-23752-Krediti-odmsk-n-olacaq---VIDEO.html 2015-12-28 21:44:52 Dollarla kredit götürmüş şəxslər devalvasiyadan sonra banklara ödəniş etmirlər. Borcların silinəcəyi və ya köhnə məzənnə ilə ödəniləcəyi ilə bağlı yayılan şayiələr səbəbilə çoxları gözləmə mövqeyi tutub. Nəhayət bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Kreditlər köhnə məzənnə ilə ödəniləcək, borclar silinəcək və s... Manatın ucuzlaşmasından sonra bu qəbildən olan xəbərlər krediti olan vətəndaşlarda çaşqınlıq yaradıb. Kimi ödəniş məbləği artdığına görə banka borcunu qaytara bilmir, kimi də imkanı olsa belə, ona güzəşt olunacağını gözləyib öhdəliyini yerinə yetirmir. Nəticədə dekabr ayının ödənişləri gecikir. Bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasında “Naxçıvanbank”a dollarla borcu olan şəxslərin kreditlərinin köhnə, məzənnə ilə ödənilməsi qərarının eynisini ölkə miqyasında tətbiq etmək olmaz. Çünki, “Naxçıvanbank”ın portfelində devalivasiya nəticəsində yaranan fərq cəmi 420 min manatdır. Ancaq ölkə miqyasında əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir. Buna görə də, eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradar. Mərkəzi Bankın tövsiyəsinə əsasən, hər bank öz imkanlarına uyğun müştərilərinə güzəşt edəcək. Yəni hamı üçün ortaq qərarın veriləcəyi gözlənilmir. Bankların təklif etdiyi güzəştlərlə razılaşmayıb ödənişdən yayınanlarla bağlı isə hüquqi tədbirlər görüləcək. Kərəm Həsənovun hərrac oyunları və milyonluq əmlakları http://reportyor.tv/haber-23720-Krm-Hsnovun-hrrac-oyunlari-v-milyonluq-mlaklari.html 2015-12-28 13:55:00 “Arzu, salamat qal” yazan neftçi dəfn olundu http://reportyor.tv/haber-23715-Arzu-salamat-qal-yazan-neftci-dfn-olundu.html 2015-12-28 12:55:03 Sahibkarlardan Biləsuvar gömrüyünə rüşvət ittihamı http://reportyor.tv/haber-23659-Sahibkarlardan-Bilsuvar-gomruyun-rusvt-ittihami.html 2015-12-26 23:19:56 Şəki polisləri tərəfindən döyülən və pulu alınan sürücü Ramil Usubova müraciət edib http://reportyor.tv/haber-23634-Ski-polislri-trfindn-doyuln-v-pulu-alinan-surucu-Ramil-Usubova-muracit-edib.html 2015-12-26 12:08:32 Rövşən Lənkəranski toyda - Video http://reportyor.tv/haber-23619-Rovsn-Lnkranski-toyda---Video.html 2015-12-25 21:18:41 Gediş haqqı 1 manat 30 qəpik oldu http://reportyor.tv/haber-23614-Gedis-haqqi-1-manat-30-qpik-oldu.html 2015-12-25 19:53:19 Sovetlər dönəmində yenidən yaşamaq istərdinizmi? — VİDEOSORĞU http://reportyor.tv/haber-23599-Sovetlr-donmind-yenidn-yasamaq-istrdinizmi--VIDEOSORGU.html 2015-12-25 15:08:19 Ermənilərin azad etdiyi azərbaycanlı evində - Video http://reportyor.tv/haber-23555-Ermnilrin-azad-etdiyi-azrbaycanli-evind---Video.html 2015-12-24 20:56:09 Ermənistanda həbsdə olan azərbaycanlı: “Məndən Qarabağ haqqında soruşurdular” http://reportyor.tv/haber-23527-Ermnistanda-hbsd-olan-azrbaycanli-Mndn-Qarabag-haqqinda-sorusurdular.html 2015-12-24 14:48:26 Leyla Əliyeva: "Çox xoşbəxtəm ki, mənim belə atam var" http://reportyor.tv/haber-23511-Leyla-liyeva-Cox-xosbxtm-ki-mnim-bel-atam-var.html 2015-12-24 10:33:15 Bakıda dollar spekulyasiyaları - REPORTAJ (VİDEO) http://reportyor.tv/haber-23393-Bakida-dollar-spekulyasiyalari---REPORTAJ-VIDEO.html 2015-12-21 16:13:40 Deputat sakinin 165 min manatını belə mənimsədi - ŞOK ŞİKAYƏT http://reportyor.tv/haber-23387-Deputat-sakinin-165-min-manatini-bel-mnimsdi---SOK-SIKAYT.html 2015-12-21 14:53:24 Quranı yandırmaqda suçlanan qızın anası ilə söhbət - VİDEO http://reportyor.tv/haber-23350-Qurani-yandirmaqda-suclanan-qizin-anasi-il-sohbt---VIDEO.html 2015-12-20 23:00:44 Ermənilərə qan udduran qaçaq qadın – “Kişi Tavat” - ARAŞDIRMA/FOTO http://reportyor.tv/haber-23346-Ermnilr-qan-udduran-qacaq-qadin--Kisi-Tavat---ARASDIRMA-FOTO.html 2015-12-20 21:49:39 Erməni qorxusu: düşmən hərbi doktrinanı dəyişir http://reportyor.tv/haber-23269-Ermni-qorxusu-dusmn-hrbi-doktrinani-dyisir.html 2015-12-19 00:59:51 Serj Sarkisyan Ermənistan Ordusunu peşəkarlığı artırmağa çağırıb. Rafael Cəbrayılova qarşı yeni iddia: 217 min manatlıq ittiham http://reportyor.tv/haber-23259-Rafael-Cbrayilova-qarsi-yeni-iddia-217-min-manatliq-ittiham.html 2015-12-18 14:01:14 ABŞ-ın dollar qərarı: İkinci devalvasiya gəlir? http://reportyor.tv/haber-23222-ABS-in-dollar-qrari-Ikinci-devalvasiya-glir.html 2015-12-17 21:25:04 Rusiya Türkiyəyə hücuma keçdi http://reportyor.tv/haber-23210-Rusiya-Turkiyy-hucuma-kecdi.html 2015-12-17 19:17:56 Cavid Qurbanovdan İTTİHAM: “İcra hakimiyyətləri, bələdiyyələr yolun ətrafını satıblar” http://reportyor.tv/haber-23187-Cavid-Qurbanovdan-ITTIHAM-Icra-hakimiyytlri-bldiyylr-yolun-trafini-satiblar.html 2015-12-17 13:47:34 “Bakı-Sumqayıt qatarında qiymətlər artırılmayacaq” Cərimələr artır! Bəs maaş necə olacaq? http://reportyor.tv/haber-23184-Crimlr-artir-Bs-maas-nec-olacaq.html 2015-12-17 13:09:42 Mərkəzi Bankdan bədbin açıqlama - “Bizə də təsir edəcək...” http://reportyor.tv/haber-23179-Mrkzi-Bankdan-bdbin-aciqlama---Biz-d-tsir-edck.html 2015-12-17 12:06:10 Bunlar kimi aldadır axı?.. http://reportyor.tv/haber-23170-Bunlar-kimi-aldadir-axi.html 2015-12-17 10:15:58 Bakıda evakuator şousu davam edir; giriş qadağandır, amma girir - VİDEO http://reportyor.tv/haber-23166-Bakida-evakuator-sousu-davam-edir-giris-qadagandir-amma-girir---VIDEO.html 2015-12-17 09:29:29 Bu sürücülərin son günlər kütləvi qayda pozuntularına yol verməsi adi hal alıb Mərkəzi yollar bağlanır — Sürücülərin nəzərinə http://reportyor.tv/haber-23155-Mrkzi-yollar-baglanir--Suruculrin-nzrin.html 2015-12-16 23:49:55 Cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır - Dəhşət http://reportyor.tv/haber-23142-Cinsi-laqy-girdiyi-qizlara-vvlc-cilpaq-namaz-qildirir---Dhst.html 2015-12-16 19:49:44 Prezident ehtiyat fondundan 12 milyon ayırdı http://reportyor.tv/haber-23135-Prezident-ehtiyat-fondundan-12-milyon-ayirdi.html 2015-12-16 18:40:35