Reportyor.tv Reportyor.tv RSS Xidməti http://reportyor.tv tr-TR Beyləqanda baş həkim “anket şirinliyi” yığdırır - Analoqsuz qərarlar http://reportyor.tv/haber-30283-Beylqanda-bas-hkim-anket-sirinliyi-yigdirir---Analoqsuz-qrarlar.html 2017-02-14 11:38:28 Beyləqan sakinləri Rayon Mərkəzi Xəstəxanasından narazıdırlar Bu barədə Politika.Az-a şikayət edən beyləqanlılar qeydiyyat şöbəsində analoqsuz tələblə üzləşdiklərini deyirlər. Onların sözlərinə görə, içəri daxil olmaq üçün qeydiyyat vərəqəsi (anket) alan xəstələrə 5-6 tibb işçisi xidmət edir. Adıçəkilən şöbədə işləyən tibb işçiləri xəstələrə xidmət edərkən onlardan şirinlik adı ilə rüşvət istəyirlər. Tibb işçiləri qeydiyyat vərəqi verdikləri bütün xəstələrin qarşısına onlara şirinlik vermək tələbi qoyurlar. Bu da ciddi narazılıq doğurub. Sakinlər hesab edirlər ki, bu tapşırıq baş həkimdən gəlib. Beyləqan Rayon Mərkəzi Xəstəxanasında əhaliyə normal tibbi xidmət göstərilmir. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir. Media üzərindən əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, xəstəxananın baş həkimi Əli Məmmədov müxtəlif dərman firmaları ilə razılığa gələrək xəstələrə həmin firmaların dərmanlarını resept şəklində təqdim edir. Politika.Az-ın xəbərinə görə, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təkcə 3-4 maliyyə əməliyyatından heç də kiçik məbləğdə pullar qazanmayıb. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayıb. Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb ki, bu işlər də «Araş Medikal» MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesini isə «Aysu-2» MMC həyata keçirib. Bu məqsədlə ayrılmış 17905 manat isə baş həkimə çatıb. Yəni avtomobil və avadanlıq məsələsi sadəcə sənəd üzərində var. Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: «Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman «Paritet» MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub». Politika.Az xatırladır ki, 185 çarpayılıq tibb ocağında ümumi vəziyyət heç də ürəkaçan deyil. Qəhrəmanlı, Əlinəzərli, Aşağı Çəmənli, Örənqala, Şərq, Əhmədli, Türklər, İkinci Şahsevən, Tatalılar, Yuxarı Aran, Milabad, Eyvazallar, Birinci Aşıqlı, Bünyadlı və Kəbirli, həkim məntəqələrində, eləcə də Yuxarı Çəmənli, Qaradağlı, Şəfəq, Qarallar, İmamverdilər, Aşıqallar, Bolsulu, Əmirzeyidli və Mayak tibb məntəqələrində də təxminən, eyni acınacaqlı vəziyyət yaşanmaqdadır. Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür. İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır. Burada müayinələrin konkret qiymətləri var. Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir. Mövzunu diqqətdə saxlayacağıq. Pensiyaçılarla bağlı daha bir qərar http://reportyor.tv/haber-30282-Pensiyacilarla-bagli-daha-bir-qrar.html 2017-02-14 11:20:18 Murovda həlak olmuş Azərbaycan əsgəri Ağcabədidə dəfn edildi - VİDEO http://reportyor.tv/haber-30249-Murovda-hlak-olmus-Azrbaycan-sgri-Agcabdid-dfn-edildi---VIDEO.html 2017-02-13 11:40:10 Hansı ana öz balasını gümansız vəziyyətdə, -darda qoyar? http://reportyor.tv/haber-30224-Hansi-ana-oz-balasini-gumansiz-vziyytd--darda-qoyar.html 2017-02-11 18:49:21 Oğul hər gün işdən evə gələndə cibindən çıxardığı kağız pulu anasına verər və sonra keçib əynini dəyişərdi. Subaylığından buna vərdiş etsə də ailə qurandan sonra da bu adətini pozmadan davam etdirirdi. Buna qıcıqlanan və oğulu anasına qısqanan gəlin isə hər dəfə qarğış edər, "ehsana qismət olsun" deyərək köks ötürərdi. Min bir əzab-əzyyətlə oğul böyüdən ana hər dəfə gəlininin qarğışlarını eşitsə də özünü eşitməməzliyə vurar, balasının verdiyi pulları "dar gün" üçün toplardı. Bir gün gəlininin şiddətli ağrılardan əziyyət çəkdiyini görən ana oğluna zəng edərək onun təcili evə gəlməsini və gəlininin xəstəxanaya aparmaq lazım olduğunu bildirir. Oğul evə gəlir və vəziyyəti ağırlaşan gəlini xəstəxanaya çatdıraraq müayinə etdirirlər. Məlum olur ki, gəlinin bədənində şiş var və gəlin təcili əməliyyat olunmalıdır. Əks halda həyatı təhlükə qarşısında olacaq. Əməliyyat isə xəstəxana məsrəfləri ödənildikdən sonra mümkündür. Oğul anasının illərdir topladığı pulları xatırlayıb əminliklə həkimə yaxınlaşır və lazımi ödəniş üçün onu arxayın edib əməliyyata başlamasını xahiş edir. Sonra isə anasının yanına gəlib vəziyyəti anasına başa salır. Ana oğluna pul lazım olduğunu eşidib bir qədər qüssələnir və qəmli-qəmli başını aşağı dikib oğluna deyir. -Oğlum, məndə indi pul yoxdur. -Topladığım pulları uzaq bir qohumuma əl borcu vermişəm. -Bilməzdim ki, bizə bu qədər vacib pul gərək olar. Palatada uzanmış gəlin qayınanasının cavabını eşidəndə təbdən çıxaraq uca səslə qadını təhqir etməyə başlayır və bütün öfgəsi ilə danışır. -Sən mənim ərimin pullarını yığıb qohum-əqrabana səpələyirsən, mən isə burada can verirəm. -Sənin ucbatından ölüm ayağındayam. Qaynana gəlininin dediklərinə münasibət bildirmədən sakit dayanaraq oğlunun gözlərinin içinə baxır və onun da anasını məzəmmət edəcəyini gözləyir. Oğul isə anasının əllərini ovcuna alıb onun könlünü alır. -Eyib etməz, ana!-Yəqin ki, elə lazım olub. -Mən bir yerdən pul tapıb ödəyərəm. -Sən də pulunu geri alarsan, borcumuzu qaytarıb verərik. Gəlin əməliyyat olunmuş və bu gün xəstəxanadan evə buraxılmışdı. Qaynana sevinir, gəlininin böyük bir təhlükədən xilas olduğu üçün Allaha dua edirdi. Oğlu isə fikirli-fikirli oturub aldığı borcu necə qaytaracağını düşür, içində var-gəl edirdi. Ana oğlunun boynunu qucaqlayıb təbəssümlə üzünə baxdı. Əllərini oğlunun qəmli çöhrəsində gəzdirib, -"anan qəminə qurban, oğul" deyərək övladının "boyunu oxşadı" və sürətlə yan otağa keçib ilıq ovuclarında tutduğu güllü kəlağayının arasına bükdələdiyi topa kağız pullarla geri qayıtdı. Neçə illərdir topladığı pulları oğlunun başından səpib dolxusunaraq dilləndi. -"Dar gününə mən qurban olum sənin, oğul!" -Hansı ana öz balasını gümansız vəziyyətdə, -darda qoyar? Oğlu hələ də təəccüblə anasına baxır, sual dolu gözləri gülürdü. -Bu nədir, ana? -Bəs deyirdin. ..? Anası onun sözünü kəsdi. -Yox, oğlum. -Mən pulu heç kimə verməmişdim. -Amma sən hər dəfə mənə pul verəndə gəlinimin qarğışını qulaqlarımla eşidirdim. -Odur ki, cürət edib bu pulları sənə vermədim. -Qorxdum ki, nəsə pis bir şey olar. -Sonra səndə əzab çəkərsən, məndə. Qaynanasının dediklərini eşidən gəlin yatağında süst qalmışdı. Gözlərində isə iki damla yaş kipriklərindən asılı qalaraq donmuşdu və bu iki damla göz yaşı pəncərədən otağa düşən hərarətli günəş şəfəqlərini özündə əks etdirən bir cüt mirvariyə bənzəyirdi. Nicat Ülfətoğlu Əhaliyə gözlənilməz ŞAD XƏBƏR – Su, işıq və qazın tarifi… http://reportyor.tv/haber-30170-haliy-gozlnilmz-SAD-XBR--Su-isiq-v-qazin-tarifi.html 2017-01-31 09:36:05 Pensiyaçılarla bağlı daha bir qərar http://reportyor.tv/haber-30157-Pensiyacilarla-bagli-daha-bir-qrar.html 2017-01-27 14:07:10 Qadınlar da 65 yaşında pensiyaya çıxacaq Qaçqınkom sədrindən köçkünlərə tövsiyə - Pulu hara gəldi xərcləməyin (VİDEO) http://reportyor.tv/haber-30133-Qacqinkom-sdrindn-kockunlr-tovsiy---Pulu-hara-gldi-xrclmyin-VIDEO.html 2017-01-26 20:25:18 Süd, ət, yumurtanın qiyməti dəyişdi http://reportyor.tv/haber-30101-Sud-t-yumurtanin-qiymti-dyisdi.html 2017-01-13 22:28:54 “Sürət məsafəni deyil, ömrü qısaldır!” — Ümumrespublika Maarifləndirici Marafonu başladı http://reportyor.tv/haber-30082-Surt-msafni-deyil-omru-qisaldir--Umumrespublika-Maariflndirici-Marafonu-basladi.html 2017-01-12 19:49:11 Respublikanın hər bir regionunda keçiriləcək Marafonun əsas məqsədi yol mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməklə, həm sürücülər, həm də piyadalar tərəfindən yol təhlükəsizliyinə əməl olunmasını təşviq etməkdir. Marafon çərçivəsində televiziya və radio proqramlarının hazırlanması, maarifləndirici materialların tərtib olunması, ictimai müzakirələrin keçirilməsi, sərgi, festival və digər tədbirlərin təşkili planlaşdırılır. Marafon müddətində yol təhlükəsizliyinə cavabdeh olan bütün dövlət qurumları, avtomobil və sığorta şirkətləri, təhsil müəssisələri, kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq ediləcəkdir. Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə mətbuata açıqlamasında bildirmişdir ki, bu Marafonun başladılması zəruri idi. Son illər yol təhlükəsizliyi sahəsində ciddi problemlərin yaşanmasını müşayət edirik. Belə ki, yol təhlükəsizliyinə əməl edilmədiyi üçün yüzlərlə insan avtomobil qəzalarında dünyalarını dəyişir, bəziləri isə ehtiyatsızlıqdan digərlərinin sağlamlığına ağır zərər vuraraq, onların əlil qalmasına səbəb olurlar. Təbii ki, bütün bunları yaradan səbəb sərnişin və ya sürücülərin məsuliyyəti ilə bağlı olan məsələdir. Vətəndaş məsuliyyətinin, xüsusilə də sürücü məsuliyyətinin təşviq edilməsi bu gün çox aktualdır. Çünki avtomobilləri idarə edə bilmək, yaranmış vəziyyətlərdən çıxmaq və s. yol təhlükəsizliyi demək deyil. Çünki burada hamı özünü düşünməməli, eləcə də digərlərinin həyatını da düşünməlidir. Qeyd edək ki, bu Marafon hazırlanarkən BMT-nin qəbul etdiyi 2011-2020-ci illər üzrə yol təhlükəsizliyi dekadasının tövsiyələri də nəzərə alınmışdır. Marafon 1 il müddətində davam edəcək. Dollar kəskin bahalaşdı - RƏSMİ MƏZƏNNƏ http://reportyor.tv/haber-30062-Dollar-kskin-bahalasdi---RSMI-MZNN.html 2017-01-10 11:37:55 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - Video http://reportyor.tv/haber-30038-Mubariz-Mnsimovdan-FHN--xususi-hdiyy---Video.html 2017-01-09 15:07:08 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA http://reportyor.tv/haber-30037-Azrbaycanda-olumcul-virus-yayilib---ACIQLAMA.html 2017-01-09 14:55:59 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı http://reportyor.tv/haber-30034-Azrbaycanli-milyarder-Turkiyni-ayaga-qaldirdi.html 2017-01-09 13:54:58 Millət vəkili nəşi düşmən əlində olan əsgərin ailəsində - Foto http://reportyor.tv/haber-30018-Millt-vkili-nsi-dusmn-lind-olan-sgrin-ailsind---Foto.html 2017-01-08 22:34:04 Qənirə Paşayeva dağılmış şəhid məzarlarını bərpa etdirəcək http://reportyor.tv/haber-30002-Qnir-Pasayeva-dagilmis-shid-mzarlarini-brpa-etdirck.html 2017-01-07 13:46:07 Məhkəmədə işgəncəyə məruz qalan Nuraydan son xəbər http://reportyor.tv/haber-30000-Mhkmd-isgncy-mruz-qalan-Nuraydan-son-xbr.html 2017-01-07 12:59:01 Azərbaycanda məşhur otel satışa çıxarıldı - 17 milyona http://reportyor.tv/haber-29984-Azrbaycanda-mshur-otel-satisa-cixarildi---17-milyona.html 2017-01-06 10:11:27 Azərbaycanın ən çox rüşvətxorluq olan universitetləri - SİYAHI http://reportyor.tv/haber-29978-Azrbaycanin-n-cox-rusvtxorluq-olan-universitetlri---SIYAHI.html 2017-01-05 20:48:30 Hakimiyyətdən islahat: Abutalıbovun səlahiyyətləri əlindən alınır http://reportyor.tv/haber-29976-Hakimiyytdn-islahat-Abutalibovun-slahiyytlri-lindn-alinir.html 2017-01-05 19:59:21 Bakı şəhər İcra Hakimiyyətində saysız-hesabsız idarələr var ki, ləğvinə zərurət yaranıb Politika.Az-a meriyadakı mənbələrdən daxil olan xəbərə görə, bir çox qurumların struktur islahatları çərçivəsində ləğvi gündəmə gəlib. Bu idarələrin bəzilərinin siyahısını ötən ilin sonunda təqdim etmişdik. Onların ardınca daha üç idarənin ləğvi gündəmə gəlib. Əslində, bu idarələrin varlığı hökumətin də, Bakı meri Hacıbala Abutalıbovun da yadından çıxıb. Bəlkə də ictimaiyyət onların adını ilk dəfə eşidir. Ən dəhşətlisi budur ki, büdcəyə izafi xərc olan bu qurumların fəaliyyəti faydasız olub və heç bir nəticəyə əldə edilməyib Gələn bilgilərə görə, İcra Hakimiyyəti Yanında Layihə Smeta Bürosu, Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən "İnterservis" müdriyyəti və Şəhər Kino Xidməti İdarəsi ləğv ediləcək. Bu qurumların indiyə qədər fəaliyyətinin nədən ibarət olduğu, əməkdaşlarının hansı işləri həyata keçirdiyi, nə üçün əmək haqqı aldığı bilinmir. İqtisadi böhran bu cür səmərəsiz qurumların ləğvini və birləşdirilməsini şərtləndirib. Çünki büdcədən artıq xərclər gedir və nəticə ortada yoxdur. İcra Hakimiyyəti Yanında Layihə Smeta Bürosu, Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən "İnterservis" müdriyyəti və Şəhər Kino Xidməti İdarəsinin funskiyasının nə olduğu mətbuatda indiyə kimi görünməyib. Politika.Az yada salır ki, Bakı şəhər İcra Hakimiyyətində kompleks struktur islahatları başlanır. Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti ləğv olunacaq. Bu qurumlardan birinin işini Ekoogiya və Təbii Sərvətlər Nazirliyi, digərinin işini isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirə bilər. Məlumatda deyilir ki, Bakı Şəhər Yollarının İstismarı İdarəsinin də səlahiyyətlərinin əlindən alınmasına hazırlıq gedir. Onsuz da “Azəravtoyol” ASC və Nəqliyyat Nazirliyi, kimi qurumlar fəaliyyətdədir. BŞİH-nin Gənclər və İdman İdarəsi də ləğv ediləcək. Gənclər və İdman Nazirliyi bu qurumun funksiyalarını yerinə yetirə bilər. Həmçinin, Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti də ləğv oluna bilər. Bu qurumlar illərlə büdcə pullarını talan edib və heç bir əhəmiyyəti olmayan işlər həyata keçirib. Meriyaya qarşısında qoyulan öhdəliklərdən biri də strukturl islahatlarına getmək, xərcləri azaltmaqdır. Ərzaq bazarında kəskin bahalaşma http://reportyor.tv/haber-29973-rzaq-bazarinda-kskin-bahalasma.html 2017-01-05 19:07:31 Azərbaycanlı avtoritetlərin müharibəsi başlayır - SON DÖYÜŞ http://reportyor.tv/haber-29965-Azrbaycanli-avtoritetlrin-muharibsi-baslayir---SON-DOYUS.html 2017-01-05 16:37:50 13 deputata ev verilir: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev… http://reportyor.tv/haber-29964-13-deputata-ev-verilir-Oqtay-sdov-Hadi-Rcbli-Bxtiyar-liyev.html 2017-01-05 16:18:58 Daha bir kommunal xidmət bahalaşdı - Azərbaycanda http://reportyor.tv/haber-29961-Daha-bir-kommunal-xidmt-bahalasdi---Azrbaycanda.html 2017-01-05 15:11:20 Əziz Əzizov Kərəm Həsənovu necə satdı: Cəlilabadda saray çevrilişi http://reportyor.tv/haber-29948-ziz-zizov-Krm-Hsnovu-nec-satdi-Clilabadda-saray-cevrilisi.html 2017-01-05 09:40:25 Müdafiə Nazirliyi bəyanat yaydı http://reportyor.tv/haber-29947-Mudafi-Nazirliyi-byanat-yaydi.html 2017-01-05 09:28:37 Kommunal xidmətlər bahalaşacaq http://reportyor.tv/haber-29937-Kommunal-xidmtlr-bahalasacaq.html 2017-01-04 21:19:04 Ekspertlər kommunal xidmətlərin özəlləşməyə çıxarılması ideyasını dəstəkləyirlər, amma... BAKIDA İMKANSIZLIQDAN BÖYRƏYİNİ SATAN VƏTƏNDAŞLAR http://reportyor.tv/haber-29936-BAKIDA-IMKANSIZLIQDAN-BOYRYINI-SATAN-VTNDASLAR.html 2017-01-04 20:27:24 Bakının Nizami küçəsində divarda "Böyrəyimi satıram" ı iki elan yapışdırılıb. Bu elanın fotosunun sosial şəbəkədə yayımlandığını nəzərə alıb bu problem haqda bir neçə kəlmə yazmaq istədik. Elandan da göründüyü kimi qiymətlərin 40-50 min manat olması, ya bu biznesin qalxmasına, ya da satan adamların təcili pula ehtiyacı olduqlarına dəlalət edir. Əslində isə bu problem üzücü olduğundan o elanları yapışdıranları mühakimə edə bilmərik. Qanun isə donor orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir. Sfera.az olaraq bu problemin ciddiliyini bildiyimizdən problemi işıqlandırmaq qərarına gəldik. Araşdırmamız nəticəsində məlum olub ki, qaraciyər köçürülməsi əməliyyatının qiyməti Azərbaycanda 50 min manatdan çoxdur. Qonşu Türkiyəyə üz tutanlar isə hətta 100 min dollarından belə keçməli olur. Statistikaya inansaq, qara ciyər serrozu olan təcili donora ehtiyacı yaranan 7 nəfərdən yalnız ikisinin sonda üzü gülür. Oxşar vəziyyət böyrək çatışmazlığı zamanı da yaranır. Amma bu astarın o biri üzü də var. Bu bazarda yüksək məbləğlərdən söhbət getdiyindən, daxili orqanlarını satmaqla pul qazanmaq istəyənlərin sayı da artıb. Xarici ölkələrə getməyə risk etməyənlər daxildə özləri üçün bazar axtarır. Tanınmış transplantoloqlar etiraf edir ki, onlar hər gün daxili orqanlarını satmaq niyyətilə yanlarına gələn bir neçə nəfəri qapıdan geri qaytarmalı olur. Hətta bunun üçün elan verənlər də var. Deyilənləri yoxlamaq üçün internetə girmək kifayət edir. Sadəcə axtarış saytlarından birində yazırıq "böyrəyimi satıram”. Nəticəni gözləməyə çox vaxt tələb olunmur. Bir neçə elan qarşımıza çıxır. Müxtəlif qan qrupuna aid vətəndaşlar öz böyrəklərini təklif edirlər. Elanda şəxsin adı və əlaqə saxlamaq üçün mobil telefonu da qeyd olunur. Bir neçəsi ilə əlaqə saxlayırıq və hansı amilin onları bu addımı atmağa sövq etdiyini öyrənməyə çalışırıq. Bir-iki kəlmədən sonra jurnalist olduğumuzu bilib, qarşı təfər gözlənildiyi kimi telefonun dəstəyini asır. Yalnız bir nəfər anonimliyi qorumaq şərtilə, niyə bu yola düşdüyünün səbəbini danışdı. "Ailəm çox kasıbdır. Məni bu addımı atmağa məhz imkansızlıq vadar edir. Bilirəm ki, bir böyrəyə görə 15 min manat pul qazana bilərəm. Bu pul ən azı bir neçə ay bizə problemsiz yaşamağa kifayət edər”, - deyə böyrəyini satan şəxs əməlini belə izah etdi. Xatırladaq ki, orqan satışı ilə bağlı bir müddət əvvəl "Azərbaycan” qəzetində də elan yer almışdı. Göründüyü kimi, sosial şəbəkələrdə və saytlarda orqan satışı ilə bağlı elanlar verilir. Bəs qanun bununla bağlı nə deyir? Donor satışı ilə bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanununun 16-cı maddəsində deyilir: "Transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir”. Qeyd edək ki, hazırda Azərbaycanda rəsmi olaraq orqan köçürülməsi yalnız Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirilir. Tibbi ekspert Adil Qeybulla bildirir ki, azərbaycanlıların daxili orqanları ən çox xarici bazara çıxır. Qeyri-rəsmi məlumatlara görə, daxili bazarda böyrəyin qiyməti təxminən 8-10 min Birləşmiş Ştatlar dolları civarındadırsa, İranda bu qiymət 6-15 min, Rusiyada isə 20-30 min dollar həndəvərində dəyişir. Qaraciyərin qiyməti isə bundan dəfələrlə artıqdır. Qanun isə donor orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir. Xarici ölkələrin təcrübəsində də belədir. Məsələn, Rusiya qanunlarına görə, donorluq yalnız humanist məqsədlə könüllü olmalıdır, pul qazanmaq mənbəyinə çevrilməməlidir... Pul qazanmaq istəyənlərə şad xəbər http://reportyor.tv/haber-29930-Pul-qazanmaq-istynlr-sad-xbr.html 2017-01-04 18:18:30 Azərbaycanlı qadın əlində avtomatla odxod deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO http://reportyor.tv/haber-29924-Azrbaycanli-qadin-lind-avtomatla-odxod-deyn-deputati-hdldi-Sni-dlik-desik-edrm---VIDEO.html 2017-01-04 15:05:21 İnsan bədənində yeni orqan kəşf edildi - FOTO http://reportyor.tv/haber-29923-Insan-bdnind-yeni-orqan-ksf-edildi---FOTO.html 2017-01-04 13:52:30 Bakıda 26 yaşlı oğlana zəng edib 14 min dollar müqabilində elə bir şey təklif etdilər ki... http://reportyor.tv/haber-29922-Bakida-26-yasli-oglana-zng-edib-14-min-dollar-muqabilind-el-bir-sey-tklif-etdilr-ki.html 2017-01-04 13:40:03 “O azərbaycanlı kimi cəsur şəxs görməmişəm” - VİDEO http://reportyor.tv/haber-29921-O-azrbaycanli-kimi-csur-sxs-gormmism---VIDEO.html 2017-01-04 13:02:15 O, elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi! Rusiya və Sovet telejurnalisti, sənədli filmlər rejissoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı Alexander Nevzorov bugünlərdə bir müsahibə verib, müsahibəsində Dağlıq Qarabağ müharibəsi haqda xatirələrini bölüşüb. A.Nevrozov bir neçə müharibədən keçib, yaralanıb, terrorçuların insanları azad etməsi qarşılığında könüllü əsir olub, Vilnüs, Dnestryanı və Dağlıq Qarabağda təhlükəli yerlərdən bir çox çəkilişlər aparıb, tele-verilişlər hazırlayıb. Yeni müsahibəsində o, deyib ki, artıq çoxdandır bu və ya digər müharibədə haqlı tərəf, nahaq tərəf böü aparmaqdan imtina edib. "Belə hadisələrdə hər kəs eyni dərəcədə haqlı və haqsızdır. Əsas odur ki, bu haqlılıq və ya haqsızlıq bizim həyatımıza necə təsir göstərir.” A.Nevzorov Qarabağ müharibəsi vaxtı Goranboydan material hazırladığı vaxtlardan danışarkən deyib: ‘Həyatımda gördüyüm ən cəsur əsgər bir azərbaycanlı idi. Onun adı Vəzir idi. Çirkli balon gödəkçəli balacaboy, balıq iyi verən bir adam idi. Adi, ağsaç bir kişi. Goranboy batalyonu uduzanda panika başlandı. Mən əsgərlərin onları cəbhədən geri aparan avtobuslara necə doluşduğunu öz gözümlə gördüm. Adamlar avtobusa oturub getmək uğrunda bir-birilə dalaşırdılar. Birdən mən Vəziri gördüm. O, UAZ maşında oturmuşdu, adamların tərk etdiyi yerə sürürdü. Orada dəhşətli bir cəhənnəm qarışıqlığı vardı. Yerdə təxminən 500 ölü əsgər sərilmişdi. Ermənilər hücuma keçmişdilər, hər şey titrəyir, uçub dağılırdı. Mən o dəhşətli yerə getmək istəyən bu adamı görəndə ona sual verdim: "Dəlisən?” O, cavab verdi: "Yaralılar ordadı.” Və biz o tərəfə birlikdə getdik. Biz ora çatanda düşmənin azərbaycanlıları bu qədər tez necə məğlub edə bildiyi mənə aydın oldu. Məlum oldu ki, təkcə ermənilər yox, ermənilərin xeyrinə muzdla Pskov əsgərləri vuruşur azərbaycanlılara qarşı. Vəzirin maşını zərbə aldı, biz güllələrdən yayınmaq üçün aşağı əyildik. Elə orada Pskov paraşütçüləri məni tanıyıb dedilər: "Yaxşısı budur biz tərəfə keçəsən. Bəs bu azərbaycanlını nə edək?” Mən dedim: "Buraxın getsin!” Onlar mənimlə razılaşdılar və başqalarını xəbərdar etdilər ki, qaçan adamı güllələməsinlər. Amma Vəzir qaçmadı. Əvvəlcə o, sınıq-salxaq maşınına girib biraz oturdu, sonra silahını çıxardı, mənə tərəf çevrilib əlimi sıxdı, sonra getdi. O, addım-addım elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi! O, öz gedişilə göstərirdi ki, heç vaxt qaçmazdı. Güllə səslərini eşidəndə də addımlarını yeyinlətmirdi. Əsgərlər səmaya atəş açırdılar.” …Vəzir Orucov Surxay oğlunun bioqrafiyasından: Vəzir Orucov 26 dekabr, 1956-cı ildə Tərtər rayonunda doğulub. 1949-cu ildə onun atası 150000 azərbaycanlı ilə birlikdə o zaman Ermənistan SSRİ-nin azərbaycanlılara məxsus Dərələyəz rayonundan köçürülüb. 1984-cü ildən etibarən Vəzir Orucov Arxangelskdə işləyib. 1992-ci ildə Qarabağda müharibə başlananda o, Azərbaycana qayıdıb. 4 may, 1992-ci ildən Tərtər batalyonu tərkibində vuruşub. 1 sentyabr, 1992-ci ildə Vəzir ciddi xəsarət alıb, amma iki ay sonra cəbhəyə qayıdıb. Könüllü əsgər kimi vuruşmağa başlayıb, sonra Tərtər batalyonunun baş komandiri olub. Qarabağın Sərsəng, Çıldıran ərazilərində döyüşüb, 22 mart, 1993-cü ildə Qarabağ uğrunda döyüşlərdə həlak olub. Onun ölümündən sonra həyat yoldaşı və Yadigar adlı bir oğlu qalıb. Vəzir Orucov Şəhidlər Xiyabanında dəfn edilib. Elman Rüstəmovun 2017 gəlişi: inflyasiya, bahalaşma, yoxsulluq... - Təfərrüat http://reportyor.tv/haber-29919-Elman-Rustmovun-2017-glisi-inflyasiya-bahalasma-yoxsulluq---Tfrruat.html 2017-01-04 12:16:29 Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı - Rəsmi açıqlama http://reportyor.tv/haber-29915-Bakida-terrorcu-oldugu-deyiln-sxsl-bagli---Rsmi-aciqlama.html 2017-01-04 11:11:43 Ata oğlunun meyidini gözləyir: ermənilər vermir - Şəhidin evindən - VİDEO http://reportyor.tv/haber-29905-Ata-oglunun-meyidini-gozlyir-ermnilr-vermir---Shidin-evindn---VIDEO.html 2017-01-04 08:55:03 Bakıda şübhəli suriyalı peyda olub - Polisdən xəbərdarlıq+Foto http://reportyor.tv/haber-29896-Bakida-subhli-suriyali-peyda-olub---Polisdn-xbrdarliqFoto.html 2017-01-03 19:15:19 Bu ərzaqların qiyməti kəskin bahalaşdı - SİYAHI http://reportyor.tv/haber-29894-Bu-rzaqlarin-qiymti-kskin-bahalasdi---SIYAHI.html 2017-01-03 18:31:41 Mərkəzi Bankın manat qərarı: Pul gözləməyin! http://reportyor.tv/haber-29889-Mrkzi-Bankin-manat-qrari-Pul-gozlmyin.html 2017-01-03 14:18:03 Nuranənin ilk və son səfəri: Moskva, İstanbul, Bakı... http://reportyor.tv/haber-29887-Nurannin-ilk-v-son-sfri-Moskva-Istanbul-Baki.html 2017-01-03 13:22:45 Şəhidimizlə bağlı son xəbər http://reportyor.tv/haber-29880-Shidimizl-bagli-son-xbr.html 2017-01-03 11:48:14 Ermənistan əsgərimizin nəşinin qaytarılmasından imtina edir Həyət evi tikmək istəyənlər - BU XƏBƏRİ MÜTLƏQ İZLƏYİN!+VİDEO http://reportyor.tv/haber-29875-Hyt-evi-tikmk-istynlr---BU-XBRI-MUTLQ-IZLYINVIDEO.html 2017-01-03 10:45:34 İstanbul terrorunda öldürülən Nuranənin fotosu yayıldı - FOTO http://reportyor.tv/haber-29852-Istanbul-terrorunda-olduruln-Nurannin-fotosu-yayildi---FOTO.html 2017-01-02 20:35:50 Mərkəzi Bankın manata mesajları… http://reportyor.tv/haber-29848-Mrkzi-Bankin-manata-mesajlari.html 2017-01-02 19:53:47 Kredit borcu olanların nəzərinə - VACIB MƏLUMAT - VİDEO http://reportyor.tv/haber-29843-Kredit-borcu-olanlarin-nzrin---VACIB-MLUMAT---VIDEO.html 2017-01-02 18:15:15 Beş ay əvvəl bağlanan kredit kartına görə borc gəlib. Xezerxeber.az məlumat verir ki, Lənkəran sakini Ravin Əliyev 2013-cü ildə bankdan 2000 dollar kredit götürüb və 1 il ərzində ödəməni tam bitirib. Ödəmələri vaxtlı-vaxtında həyata keçirdiyi üçün ona bankdan 300 manat məbləğində kredit kartı verilib. Ravin Əliyev kartdan istifadə edib və götürdüyü məbləği də faizi ilə geri ödəyib. Ötən ilin avqust ayında Ravin Əliyev banka dəvət edilib və bildirilib ki, kredit kartının vaxtı bitdiyi üçün borc bağlanmalıdır. O da deyilən məbləği ödəyərək kartı bağlatdırıb. Bununla bağlı bankda sənədləşmə də aparılıb. Lakin ötən gün ona 347 manat borcu olması barədə məhkəmə bildirişi gəlib. Hüquqşünas Anar Ramazanov deyir ki, Ravin Əəliyev əlindəki sənədlər və ödəniş qəbzləri ilə birgə banka müraciət edərək borcu bağlatdıra bilər. Anar Ramazanov məsləhət görür ki, vətəndaşlar krediti bağladıqdan sonra 3 il ərzində ödəniş qəbzlərini özlərində saxlasınlar. Bu çıxarışları paytaxtdakı və bölgələrdəki "ASAN Xidmət" mərkəzlərindən də əldə etmək mümkündür. Mövzu ilə bağlı daha ətraflı vodeomaterialı əqdim edirik: Kommunal xidmətlərlə bağlı mühüm qərar http://reportyor.tv/haber-29842-Kommunal-xidmtlrl-bagli-muhum-qrar.html 2017-01-02 17:50:33 "WhatsApp" istifadəçilərinə BƏD XƏBƏR http://reportyor.tv/haber-29836-WhatsApp-istifadcilrin-BD-XBR.html 2017-01-02 14:30:26 Bürclərə görə 2017-ci ilin ən dəqiq proqnozu: Xoruz kimin üzünə güləcək? http://reportyor.tv/haber-29824-Burclr-gor-2017-ci-ilin-n-dqiq-proqnozu-Xoruz-kimin-uzun-gulck.html 2017-01-01 18:33:25 Rəsmi açıqlama: Ermənistan şəhidimizin nəşini... http://reportyor.tv/haber-29813-Rsmi-aciqlama-Ermnistan-shidimizin-nsini.html 2016-12-31 11:40:42 Şəhidimizin fotolarını kim çəkib? - ADLAR (FOTOLAR) http://reportyor.tv/haber-29801-Shidimizin-fotolarini-kim-ckib---ADLAR-FOTOLAR.html 2016-12-30 22:38:18 Nəqliyyat Nazirliyinə yol polisinin səlahiyyətləri veridli – Yeni cərimələr olacaq http://reportyor.tv/haber-29789-Nqliyyat-Nazirliyin-yol-polisinin-slahiyytlri-veridli--Yeni-crimlr-olacaq.html 2016-12-30 17:55:58 Azərbaycanda bu şəxslərə xüsusi vəsiqələr veriləcək http://reportyor.tv/haber-29780-Azrbaycanda-bu-sxslr-xususi-vsiqlr-verilck.html 2016-12-30 14:41:38 Cəbhədə vəziyyət nə yerdədir? - SON MƏLUMAT http://reportyor.tv/haber-29768-Cbhd-vziyyt-n-yerddir---SON-MLUMAT.html 2016-12-30 10:02:16 Mərkəzi Bankdan yeni qərar http://reportyor.tv/haber-29755-Mrkzi-Bankdan-yeni-qrar.html 2016-12-29 21:09:28 Ağdaşda Heydər Əliyevin heykəli yoxa çıxdı - MÜƏMMA http://reportyor.tv/haber-29754-Agdasda-Heydr-liyevin-heykli-yoxa-cixdi---MUMMA.html 2016-12-29 20:37:18 Azərbaycan ordusundan düşmənə daha bir zərbə http://reportyor.tv/haber-29749-Azrbaycan-ordusundan-dusmn-daha-bir-zrb.html 2016-12-29 19:19:07 Heydər Əliyevə həsr olunan mahnılar (VİDEO) http://reportyor.tv/haber-29720-Heydr-liyev-hsr-olunan-mahnilar-VIDEO.html 2016-12-12 21:08:50 Ulu öndər Heydər Əliyevin dünyasını dəyişməsindən 13 il ötür. Reportyor.tv axşam.az-a istinadən ümummilli liderə həsr olunan mahnıları təqdim edir. Siyahıda Ağadadaş Ağayev " Heydər xalqım deyəcək”, Bilal Əliyev "Heydər ata", Faiq Ağayev "Dahi”, Aygün Kazımova və İlqar Muradov "Xatirə”, Almaz Ələsgərli "Ulu öndər", Gülyaz və Gülyanaq Məmmədova "Ulu öndər", Roza Zərgərli "Ulu öndər", Zülfiyyə Xanbabayeva "Elegiya”sı var. 1770 hektar torpaq QMİ-dən alındı http://reportyor.tv/haber-29716-1770-hektar-torpaq-QMI-dn-alindi.html 2016-12-08 10:55:23 Nazirlər Kabineti “Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarında dəyişiklik edib. “Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 tarixli qərara əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün keçmiş Dəvəçi (hazırkı Şabran) rayonunda ləğv edilmiş “Yeni həyat” kolxozunun ərazisindən bir hissə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün ayrılıb. Qafqaz Müsəlmanları Ruhani İdarəsinə daimi istifadəyə verilən torpağın ümumi sahəsi 1770 hektar (857 hektar əkin yeri, 244 hektar biçənək, 440 hektar orüş, 53 hektar kəndaltı sahə, 176 hektar sair torpaqlar) olub. “Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarda edilən dəyişikliyə əsasən, həmin torpaqlar Qafqaz Müsəlmanları İdarəsinin daimi istifadəsindən çıxarılıb. Qeyd edək ki, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq belə bir qərar qəbul edib. Əmlak Məsələləri Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Şabran Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. (APA) Brent markalı neftin qiyməti 54 dolları keçib http://reportyor.tv/haber-29702-Brent-markali-neftin-qiymti-54-dollari-kecib.html 2016-12-02 00:21:02 Dünya birjalarında neft bahalaşmaqda davam edir. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci ilin oktyabrın 9-dan bu vaxtadək ilk dəfə olaraq 54 dolları keçib. APA-nın xəbərinə görə, saat 20.05-ə olan məlumata görə, Brent markalı neftin 1 barelinin dəyəri 3,99 faiz artaraq 53,92 dollar olub, bundan bir az əvvəl isə qiymət 54,02 dollaradək qalxmışdır. WTI neftinin yanvar füçersləri isə 3,90% artaraq 1 barelə görə 51,37 dollar təşkil edib. Qeyd edək ki, neftin kəskin bahalaşmasına səbəb OPEK-ə üzv olan ölkələrin hasilat həcminin məhdudlaşdırılmasına dair qərar qəbul etməsi olub. Marketlər boşaldıldı, mallar anbara yığıldı, qiymətlər bahalaşdı - Bakıda ajiotaj http://reportyor.tv/haber-29682-Marketlr-bosaldildi-mallar-anbara-yigildi-qiymtlr-bahalasdi---Bakida-ajiotaj.html 2016-12-01 12:39:17 Zavoddan çörəyin bahalaşacağı xəbərinə cavab - Yeni ildən sonra... http://reportyor.tv/haber-29667-Zavoddan-coryin-bahalasacagi-xbrin-cavab---Yeni-ildn-sonra.html 2016-11-30 23:00:21 Gömrük-keçid məntəqələrində xoşagəlməz mənzərələr – VİDEO http://reportyor.tv/haber-29663-Gomruk-kecid-mntqlrind-xosaglmz-mnzrlr--VIDEO.html 2016-11-30 21:36:08 Zakir Həsənovdan bayrağımıza böyük sayğı - FOTO http://reportyor.tv/haber-29651-Zakir-Hsnovdan-bayragimiza-boyuk-saygi---FOTO.html 2016-11-30 18:30:37 Ərzaq bazarında kəskin bahalaşma - firmalar mal satışını dayandırdı! http://reportyor.tv/haber-29648-rzaq-bazarinda-kskin-bahalasma---firmalar-mal-satisini-dayandirdi.html 2016-11-30 17:29:24 İşdən çıxarılan yol polisinə vəzifə verildi http://reportyor.tv/haber-29643-Isdn-cixarilan-yol-polisin-vzif-verildi.html 2016-11-30 16:15:56 Azərbaycanda un bahalaşdı - Fotolar http://reportyor.tv/haber-29640-Azrbaycanda-un-bahalasdi---Fotolar.html 2016-11-30 15:45:49 Əhaliyə bəd xəbər: Daha bir qiymət artımı xəbəri yayıldı http://reportyor.tv/haber-29639-haliy-bd-xbr-Daha-bir-qiymt-artimi-xbri-yayildi.html 2016-11-30 15:36:50 Bakıda ikinci əl avtomobillər sürətlə bahalaşır - Rəsmi http://reportyor.tv/haber-29621-Bakida-ikinci-l-avtomobillr-surtl-bahalasir---Rsmi.html 2016-11-22 18:37:25 Rayon qeydiyyatında olanlara bəd xəbər http://reportyor.tv/haber-29618-Rayon-qeydiyyatinda-olanlara-bd-xbr.html 2016-11-22 17:55:14 Ermənistana gedən azərbaycanlı qız - Sizin əsgərlərinizi ermənilər öldürüb ki? http://reportyor.tv/haber-29614-Ermnistana-gedn-azrbaycanli-qiz----Sizin-sgrlrinizi-ermnilr-oldurub-ki.html 2016-11-22 14:52:42 Kasıblara satılacaq mənzillərin şərtləri və qiyməti açıqlandı - Rəsmi http://reportyor.tv/haber-29612-Kasiblara-satilacaq-mnzillrin-srtlri-v-qiymti-aciqlandi---Rsmi.html 2016-11-22 13:58:06 Azərbaycanda tikilicək sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqından artıq olmasın. Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev AzTV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur. «Uzunmüddətli ödəniş istemi baxımından biz çalışacağıq ki, həmin ödənişlər orta kirayə haqqından artıq olmasın. Yəni faktiki olaraq bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın. Qiymətlər elə olmalıdır ki, insanlar bu gün icarəyə ödədikləri vəsait qədər ödəniş etməklə bir qədər sonra həmin evin mülkiyyətçilərinə çevrilsinlər» SOSİAL MƏNZİLLƏRİN SAHƏSİ Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq. Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib. Onun sözlərinə görə, kompleksdə mənzillər 1-2 və 3 otaqlı olacaq. Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq: “Özü də bu ölçülər daxili ölçülərdir, yəni mənzillərin sahəsinə divarların qalınlığı və eyvanın ölçüləri daxil deyil. Məlum olduğu kimi, hazırda satılan bəzi mənzillərin sahəsi çöldən ölçülür, bizdə belə olmayacaq” – deyə direktor bildirib. S.Nuriyevin sözlərinə görə, mənzillərin ölçülərini daha aşağı etmək olardı: “amma normalar var ki, bir ailəyə nə qədər sahə lazımdır. Ona görə də bir otaqlılar 30-35 kvadratmetrdən başlayacaq”. Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Araşdırmalarımız göstərir ki, ən çox 2 otaqlılar istənilir onların ölçüləri də münasibdir. Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək. Bildirilib ki, hazırda tikilən layihədə insanlar üçün hər cür şəraitin yaradılması planlaşdırılır: “Xüsusilə də, gənc ailələr üçün rahat olacaq ki, onlar öz gələcəklərini burada quracaqlar. Burada bütün sosial obyektlər də tikiləcək”. HANSI ŞƏHƏRLƏDƏ OLACAQ? Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda 2-ci belə kompleksin inşası də planlaşdırılır və bu çox güman ki, şəhərin ətrafında olacaq. Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib. Onun sözlərinə görə,artıq Agentlik paytaxtın ətrafındakı bəzi sahələrə baxış keçirib və yerlərin seçilməsi ilə məşğuldur. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi üçün sahələrə baxılır. Agentlik rəhbəri bildirib ki, sosial mənzillərə ehtiyacı olanlar arasında sorğu keçirməklə evlərin tikintisi üçün yerlər də seçiləcək: “Evləri elə yerlərdə tikmək istəyirik ki, vətəndaşlara uyğun olsun. İlk öyrənldiyimiz rəylər odur ki, belə evlər Bakı ətrafında olsın. Ona görə də ikinci layihəmiz də çox güman ki, Bakı ətrafında olacaq”. MÜRACİƏTLƏR NƏ VAXTDAN BAŞLAYACAQ? Samir Nuriyev bildirib ki, ölkədə inşa edilən sosial evləri almaq üçün müraciətlərin qəbuluna yaxın 3-4 ay ərzində başlanacaq. Onun sözlərinə görə, prezident İlham Əliyevin fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaradılacaq “Güzəştli mənzil» sistemilə müraciətlər 2017-ci May ayının 1-dən başlanacaq: “Vətəndaşların mənzillərin alması üçün elektron müraciətlərə mayın 1-dən başlayacaq”. O vaxta qədər isə əhali sosial evləri almaq üçün elektron olmasa da, kağız formasında ASAN Xidmət vasitəsilə müraiətlər edə biləcək: “Amma ona qədər ASAN xidmət vasitəsilə, kağız formatda qəbul ediləcək. Ona görə də qeydiyat daha tez olacaq. Bu proses 3-4 aya başlanacaq. Ona görə də kim hesab edirsə ki, bu kateqoriyaya daxildir, o müraciət edə bilər”. Agentlik direktoktoru bildirib ki, sosial mənzillərlə bağlı sifarişlər qəbul edildikdə onların nə vaxt edildiyi nəzərə alınacaq. Üstünlük ilk növbədə müraciət edənlərə veriləcək: “Elan verildikdən sonra ilk növbədə müraciət edənlər daha böyük üstünlük əldə edəcəklər. Bu məlumatdan sonra da onlar hazırlaşıb elektron qeydiyyata müraciət edəcəklər”. Direktor bildirib ki, sənədlərə baxılması 5 gün çəkəcək. Mənzillərin azı 30% tikintisi başa çatdıqdan sonra isə onların satışı barədə elan veriləcək. Vətəndaşlar elektron üsulla binaların layihələrinə, buradakı ayrı-ayrı mənzillərin layihələrinə və ölçülərinə baxaraq sifariş edə bilərlər: “Sifariş edilən mənzillər bloklanacaq və onu başqa şəxsə satmaq mümkün olmayacaq. Amma insan həmin mənzildən imtina edirsə, o mənzil yenidən satışa çıxarılacaq” – deyə Samir Nuriyev bildirib. Direktor sosial mənzillərin satışı və kirayə verilməsi ilə bağlı 3 illk qadağaya da aydınlıq gətirib. Onun sözlərinə görə, insanlar həmin mənzilləri ucuz qiymətə aldıqdan sonra bazara çıxarsalar bu əmlak bazarına mənfi təsir edə bilər. Buna görə də məhdudiyyətlər var. Yəni 3 il ərzində mənzilləri nə sata, nə də kirayəyə verə bilər. Mənzillər elə birinci gündən tam mülkiyyətə veriləcək. Bu ərzaqların qiyməti kəskin bahalaşdı - SİYAHI http://reportyor.tv/haber-29604-Bu-rzaqlarin-qiymti-kskin-bahalasdi---SIYAHI.html 2016-11-22 10:43:43 Kəmaləddin Heydərova ağır itki http://reportyor.tv/haber-29598-Kmalddin-Heydrova-agir-itki.html 2016-11-22 09:12:05 Bir generalın manifesti: baytarlıqdan gömrüyə gələn sürücü indi hansı oyunu oynayır? http://reportyor.tv/haber-29590-Bir-generalin-manifesti-baytarliqdan-gomruy-gln-surucu-indi-hansi-oyunu-oynayir.html 2016-11-21 23:20:08 Neftin qiymətində kəskin bahalaşma http://reportyor.tv/haber-29589-Neftin-qiymtind-kskin-bahalasma.html 2016-11-21 23:09:37 ŞOK: Geyinib-soyunma otağında qadınlarımız bu yolla izlənilir – VİDEO http://reportyor.tv/haber-29583-SOK-Geyinib-soyunma-otaginda-qadinlarimiz-bu-yolla-izlnilir--VIDEO.html 2016-11-21 19:46:54 İnsan həyatı ya pul? Kanal15.tv-nin əməkdaşına xəstəxanada qəsd… http://reportyor.tv/haber-29578-Insan-hyati-ya-pul-Kanal15tv-nin-mkdasina-xstxanada-qsd.html 2016-11-21 17:49:40 Lənkəranski ilə bağlı dəhşətli fakt açıldı - MÜHÜM http://reportyor.tv/haber-29566-Lnkranski-il-bagli-dhstli-fakt-acildi---MUHUM.html 2016-11-21 12:56:00 Dövlət avtomobilləri hərraca çıxarılır: qiymətlər min manatdan başlayır (SİYAHI) http://reportyor.tv/haber-29563-Dovlt-avtomobillri-hrraca-cixarilir-qiymtlr-min-manatdan-baslayir-SIYAHI.html 2016-11-21 12:07:20 AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN GİNEKOLOGİYA ÜZRƏ PROFESSORU ŞAHBAZ ŞAHBAZOVUN SİLSİLƏ FIRILDAQLARI – NİGAR KLİNİKASININ İZİ İLƏ http://reportyor.tv/haber-29560-AZRBAYCAN-TIBB-UNIVERSITETININ-GINEKOLOGIYA-UZR-PROFESSORU-SAHBAZ-SAHBAZOVUN-SILSIL-FIRILDAQLARI--NIGAR-KLINIKASININ-IZI-IL.html 2016-11-21 10:24:42 Milyarder icra başçısı: Xaləddin İsgəndərovun sərvəti və hakimiyyəti http://reportyor.tv/haber-29558-Milyarder-icra-bascisi-Xalddin-Isgndrovun-srvti-v-hakimiyyti.html 2016-11-21 09:49:20 Ət yenə bahalaşdı - VİDEO http://reportyor.tv/haber-29552-t-yen-bahalasdi---VIDEO.html 2016-11-20 23:18:54 Bakıda maşınlar yeni üsullarla - KREDİTƏ VERİLİR - VİDEO http://reportyor.tv/haber-29551-Bakida-masinlar-yeni-usullarla---KREDIT-VERILIR---VIDEO.html 2016-11-20 23:10:06 Rəsmiləşdirilməmiş, satıcı ilə alıcı arasında razılaşdırılmış kreditlər. Yəni alıcı avtomobili sahibindən kreditlə götürür və ödənişi də elə ona edir. Reportyor.tv xezerxeber.com-a istinadən bildirir ki, avtomobilin nağd satışı 8000 manatdır. Lakin ilkin ödəniş 4000 manat etməklə, 24 aylıq kreditlə də avtomobili almaq mümkündür. Söhbət hər hansı bankla bağlanmış kredit müqaviləsindən getmir. Bu krediti avtomobil sahibləri özləri təklif edirlər. Avtomobil satışı saytlarında kifayət qədər bu cür kredit elanları görmək mümkündür. Məsələ bundadır ki, belə halda alıcı ilə satıcı arasında heç bir rəsmi sənədləşmə getmir. Satıcı ilkin məbləği aldıqdan sonra alıcıya sadəcə müvəqqəti etibarnamə verəcəyini deyir. Müvəqqəti etibarnamə isə heç də avtomobilə mülkiyyət hüququ vermir. Sahibi istənilən vaxt onu ləğv elətdirə bilər. Hüquqşünas Asif Abdullayev qeyd edir ki, nəqliyyat vasitəsi ilə əlaqəli istənilən müqavilə Bakı Şəhər Yol Polisi İdarəsində qeydiyyatdan keçməlidir. Müəmmalı şəkildə həlak olan birinci prokuror - VİDEO http://reportyor.tv/haber-29550-Mummali-skild-hlak-olan-birinci-prokuror---VIDEO.html 2016-11-20 22:52:37 Rövşən Lənkəranskinin ölüm müəmması: “Qanuni oğru”nun anası və məzarlıqdakı molla nələr danışdı? - REPORTAJ http://reportyor.tv/haber-29518-Rovsn-Lnkranskinin-olum-mummasi-Qanuni-ogrunun-anasi-v-mzarliqdaki-molla-nlr-danisdi---REPORTAJ.html 2016-11-08 19:10:13 Bakının bu ÜNVANlarındakı binalar söküləcək (SİYAHI) http://reportyor.tv/haber-29507-Bakinin-bu-UNVANlarindaki-binalar-sokulck-SIYAHI.html 2016-11-08 13:10:44 Erməni Ordusu Qarabağda fəallaşdı - Ağır artilleriya işə düşdü http://reportyor.tv/haber-29503-Ermni-Ordusu-Qarabagda-fallasdi---Agir-artilleriya-is-dusdu.html 2016-11-08 12:04:17 Kredit borcu olanlara BƏD XƏBƏR http://reportyor.tv/haber-29490-Kredit-borcu-olanlara-BD-XBR.html 2016-11-08 09:08:50 Kredit borcu olanların şəxsiyyət vəsiqəsi əlindən alınır Dollar bahalaşır http://reportyor.tv/haber-29495-Dollar-bahalasir.html 2016-11-07 22:47:35 Prezident orduya müharibə əmrini verdi http://reportyor.tv/haber-29482-Prezident-orduya-muharib-mrini-verdi.html 2016-11-07 18:45:20 SURAXANIDA 21 NƏFƏRİN SƏNƏDLİ TORPAĞINI KİMLƏR ZƏBT EDİB … – RƏCƏB HÜSEYNOVUN HAVADARLARI KİMLƏRDİ? (VİDEO) http://reportyor.tv/haber-29467-SURAXANIDA-21-NFRIN-SNDLI-TORPAGINI-KIMLR-ZBT-EDIB----RCB-HUSEYNOVUN-HAVADARLARI-KIMLRDI-VIDEO.html 2016-11-06 23:06:53 Vaqif Abdullayevi gözləyən böyük təhlükə… – İcra başçısının kreslosu laxlayır http://reportyor.tv/haber-29457-Vaqif-Abdullayevi-gozlyn-boyuk-thluk--Icra-bascisinin-kreslosu-laxlayir.html 2016-11-04 18:05:30 Gələn il bu xəstəliklərdən milyonlarla uşaq öləcək http://reportyor.tv/haber-29450-Gln-il-bu-xstliklrdn-milyonlarla-usaq-olck.html 2016-11-03 23:12:18 Sürücülük vəsiqəsi yeni qaydada veriləcək - Video http://reportyor.tv/haber-29447-Suruculuk-vsiqsi-yeni-qaydada-verilck---Video.html 2016-11-03 21:55:43 Azərbaycan təhsilində biabırçılıq: Direktor ərə gedib, məktəbi atası idarə edir http://reportyor.tv/haber-29439-Azrbaycan-thsilind-biabirciliq-Direktor-r-gedib-mktbi-atasi-idar-edir.html 2016-11-03 18:33:13 Siqaretlə bağlı QADAĞA http://reportyor.tv/haber-29431-Siqaretl-bagli-QADAGA.html 2016-11-03 15:11:39 Azərbaycanda bu məhsullar kəskin bahalaşdı (QİYMƏT CƏDVƏLİ) http://reportyor.tv/haber-29430-Azrbaycanda-bu-mhsullar-kskin-bahalasdi-QIYMT-CDVLI.html 2016-11-03 15:00:34 Yenilik - Azərbaycanda bu sürücülük vəsiqəsi ilə yalnız bir ay maşın sürmək olar http://reportyor.tv/haber-29422-Yenilik---Azrbaycanda-bu-suruculuk-vsiqsi-il-yalniz-bir-ay-masin-surmk-olar.html 2016-11-03 10:46:26 Yol polisindən sürücülərə xoş xəbər http://reportyor.tv/haber-29406-Yol-polisindn-suruculr-xos-xbr.html 2016-11-02 19:28:52 Cərimə olmayacaq Ermənilər Ağdama mərmi atdı-TƏCİLİ http://reportyor.tv/haber-29405-Ermnilr-Agdama-mrmi-atdi-TCILI.html 2016-11-02 19:15:41 Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik - Yeni qaydalar http://reportyor.tv/haber-29402-Suruculuk-vsiqlri-il-bagli-dyisiklik---Yeni-qaydalar.html 2016-11-02 18:15:45