www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Xəbərlər>Şou-biznes / Cemiyyət
4-12-2019, 22:14

Əxlaqsız təkliflər alan müğənni: “Ərli qadınam, oxumaq istəyirəm” – VİDEO

Əxlaqsız təkliflər alan müğənni: “Ərli qadınam, oxumaq istəyirəm” – VİDEO

"Tanınmış sənət adamlarının, iş adamlarının çoxunun yanına getmişəm. Ərli qadınam, gözəl ailəm, üç övladım var. Mən sənət istəyirəm, əylənmək yox”. Bu sözləri 32 ildir sənətdə olan, lakin subyektiv səbəblərdən parlaya bilməyən Gülarə adlı müğənni deyib.

BAKU.WS xəbər verir ki, o, ATV-nin "BizimləSən” proqramında dəstək üçün qapısını döydüyü insanlardan əxlaqsız təkliflər aldığını açıqlayıb:

"Bu oxumaq uşaqlıqdan mənə verilən bir vergidir. Səsimi bəyənməyən yoxdur. 8-ci sinifdən oxuyuram. Mənim efirdə parlamağım anamın-atamın ən böyük arzusu idi. Efirlərdə o qədər səsi olmayan, danışığıını-geyimini bilməyən sənət admları var. Məgər siz görmürsüz? Yaxşı müğənnilərin də adını batıran elə o müğənniciklərdir. Telekanal rəhbərləri məgər bunları görmür? Mənim pulum yoxdursa, kənarda qalmalıyam? Mən niyə görə səsimə görə pul verməliyəm?”

Xalq artisti Bəsti Sevdiyeva ona yumşaq şəkildə etirazını bildirib:
"45 yaşınız var, bu yaşadək sənətdə çox şey edilir. Bu sözləri 25 yaşında desəydin, bəlkə nəticəsi olardı.”

Tanınmayan sənətçi özünə belə haqq qazandırıb:

"Demədim. Həmişə abrımı-həyamı, qadınlığımı gözlədim. İndi baxıram ki, gərək bu sənətdə bir az öz sözünü-geyimini bilməyəsən. Baxıb əsəb keçirirəm. Ailə həyatı qurdum, 17 ilimi ailəmə-uşaqlarıma həsr etdim”.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR