www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Video
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Generalın maaş kartı girov qoyulub
Generalın maaş kartı girov qoyulub
Göygölün
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar
İcra başçısının saysız-hesabsız obyektləri: Qayınanasının adına subsidiya… – VİDEO
İcra başçısının saysız-hesabsız obyektləri: Qayınanasının adına subsidiya… – VİDEO
Xəbərlər>Siyasət
4-11-2019, 12:29

Milli Məclisin deputatı Oqtay Gülalıyevə baş çəkib

Milli Məclisin deputatı Oqtay Gülalıyevə baş çəkib

Aydın Mirzəzadə: "Müalicə tamamilə dövlətin hesabınadır”

Oktyabrın 29-da yolu keçərkən avtomobil vuran hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağır olaraq qalır. YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə hüquq müdafiəçisinin müalicə olunduğu Neyrocərrahiyyə Xəstəxanasında olub, onun səhhəti ilə maraqlanıb.

Bununla bağlı "Yeni Müsavat”a onun özü məlumat verib.

Deputat bunları deyib: "Oqtay Gülalıyevin səhhəti ilə maraqlandım. Bununla əlaqədar onun müalicə aldığı xəstəxanaya getdim. Ailə üzvlərindən kimsəni görmədim. Onlar gündə bir dəfə gəlirlər. Onlara icazə verirlər ki, gedib baş çəksinlər. Müxalifətçilərdən də kimsəni görmədim. Ola bilər ki, kimlərsə gəlmişdi. Sadəcə tanıdıqlarımdan kimsəni görmədim.

Reanimasiyaya icazəsiz girmək olmaz. Aşağıda müxalifətçilərdən kimsəyə rast gəlmədim. Qəlbimdən keçdi ki, gedim o insana baş çəkim. Ona boru vasitəsilə yemək verilir. Müalicə tamamilə dövlətin hesabınadır. Nə lazımdırsa, hamısı edilir. Bu ziyarət öz təşəbbüsümlə baş tutdu. Mən YAP-da şöbə müdiriyəm. Zamanında müsavatçı İkram İsrafilin oğlunun toyuna getmişəm. O zaman aləm bir-birinə dəymişdi. Müxalifətçilər onun üzərinə getmişdilər. Burada nə var axı? Belə məsələlərə normal baxıram”.

Reportyor.tv

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR