www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Video
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Generalın maaş kartı girov qoyulub
Generalın maaş kartı girov qoyulub
Göygölün
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar
İcra başçısının saysız-hesabsız obyektləri: Qayınanasının adına subsidiya… – VİDEO
İcra başçısının saysız-hesabsız obyektləri: Qayınanasının adına subsidiya… – VİDEO
Xəbərlər>Siyasət
5-11-2019, 09:21

Tanınmış müsavatçıdan Arif Hacılıya sərt ittihamlar

Tanınmış müsavatçıdan Arif Hacılıya sərt ittihamlar

Başxanım Abbaslı: "Arif Hacılı karyerası üçün bütün dostlarını xərcləməyi bacaran adamdır”

Noyabrın 3-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Qurultaydan sonra keçirilən ilk iclasda gizli səsvermə yolu ilə Məclisin sədri və katibi müəyyənləşib. Həmçinin MNTK-da boş qalan yerlərə və Divana seçkilər keçirilib. Nüşabə Sadıqlı yenə də Məclisin sədri seçilib. Fəridə Ələsgərli isə Məclisin katibi olub.

Tamilla Axundova və Sadiq Abdullayev MNTK üzvü seçiliblər. Divana isə Almaz Əliqızı, Fəridə  Ələsgərli, Könül Əliyeva, Nüşabə Sadıxlı, Fərəc Kərimli, Gülağa Aslanlı, Hidayət İsmayıl, Mustafa Hacıbəyli, Nemət Kərimli, Osman Kazımov, Rafiq İsmayıl, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Yusif Tağı üzv seçiliblər. 

Müsahibimiz Divana seçilən bəzi şəxslərin onun üçün gözlənilməz olduğunu da qeyd etdi: "Almaz Əliqızı seçilməli idi, seçildə də. Hər zaman proseslərin içərisində olub. KXCP-dən Müsavata gəldi, həmçinin Nüşabə xanım.  Limunət xanım namizədliyini vermişdi. Respublikada nailiyyətləri olan alimlərdən biridir. Partiyada tapşırıqları can-başla yerinə yetirən bir adamdır. Təsəvvür edin ki, ona cəmi 7 səs verdilər. Tutaq ki, mənə səs verməmələri üçün başqa səbəblər var idi. Təsəvvür edin ki, seçilənlərin hamısı çox yüksək səslə seçildi. Yerdə qalanlar səslərdə onlardan çox geri qaldılar. İndi partiyada Arif Hacılıya alternativ fikirdə olanların partiyadan uzaqlaşdırılmasını gözləyirəm. Düşünürəm ki, bu baş tutacaq. Kimliyindən asılı olmayaraq, kim ona rəqibdirsə, həmin şəxsin partiyadan uzaqlaşdırılması üçün hər şeyi edir. Sizə dediyim fikirləri son beş ildə Divan iclaslarında dəfələrlə Arif Hacılının üzünə demişəm. İndi çox ürəklə danışıram. Çünki sözlərimi zamanında demişəm. Arif bəy başqanlığa gələndən bir sıra rayonlarda təşkilatlar belə yoxdur. Bir fakt deyim. 2014-cü ildə 500-ə yaxın qurultayda nümayəndə olduğu halda, indi 392 nəfər idi. Onların bəziləri səsvermədə iştirak etmədilər və 333 nəfər səs verdi. Arif Hacılı bunları görmür ki, partiya aşağı gedir? Dəfələrlə deyib ki, mən başqanlığa gələndən Müsavat 2005-ci ildəkindən daha güclüdür. Sonradan 2005-i 2009 etdi. Bu yüksəlişin şahidi olmadım. O, nədən danışır, anlamaq çətindir. Partiya hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan bir qurumdur. Əgər sən bunu edə bilməmisənsə, parlament partiyası olmamısansa, nəyi qabağa aparmısan, nə etmisən?”

B.Abbaslı Müsavatın keçmiş başqanı, MSDM rəhbəri İsa Qəmbərin, ümumiyyətlə, namizədliyini Divana vermədiyini söylədi: "İsa bəy nə 2014-cü ildə, nə də indi Divana namizədliyini vermədi. Sadəcə olaraq, Məclis üzvü kimi Məclisin iclaslarına qatılır. Namizədliyini Divana versəydi, mütləq seçilərdi.  O, şübhəsiz ki, Müsavatın lideridir. Bunu kimsə dana bilməz. Onu da deyim ki, seçilməyənlərdən biri kimi Müsavatdan heç zaman istefa vermərəm. Tofiq Yaqublu heç Məclis üzvü də deyil. O, həbsdədir, Allah qapısını açsın. Ona qarşı da haqsızlıq oldu. Arzu Səmədbəyli, İkram İsrafil kimi şəxslər namizədliyini verməmişdilər. İkram bəy rayonda yaşadığı üçün gedib-gəlməyin çətin olduğunu bildirib, namizədliyini Divana verməyib. Arif bəyin ən yaxın dost hesab etdiyi şəxslərdən də Divana düşən olmadı. Deməli, onun üçün müqəddəs dost da yoxdur. İstədiyi vaxt karyerası üçün kimi istəsə, xərcləyə bilər. Bunu tam məsuliyyətimlə deyirəm. Karyerası üçün bütün dostlarını xərcləməyi bacaran adamdır”.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR