www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi

Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...

Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)

İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?

Xəbərlər>Siyasət / Video
21-08-2019, 10:26

Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib - FOTO

Los Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda 17 avqust 2019-cu il tarixində Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. 800-dən çox yəhudinin iştirak etdiyi tədbirdə sinaqoqun dəvətilə Los Anceles Konsulluq Korpusunun duayeni (sədri), Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.

Bu barədə Musavat.com-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Tədbiri giriş nitqi ilə açan Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürünü çatdırıb. Ravvin Şofet nə tarix boyu, nə də bu gün hər hansı anti-semitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.

Baş konsul N.Ağayev öz çıxışında Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi məkan, müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, uğurlu xarici siyasəti və multikulturalizm və tolerantlıq ənənələri, eləcə də Azərbaycan yəhudilərinin tarixi barədə ətraflı məlumat verib.

Baş konsul xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirildiyini söyləyən diplomat, Azərbaycan multikulturalizminin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.

Bundan başqa, N.Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrinin qurulduğunu və bu əlaqələrin müxtəlif sahələrdə ilbəil daha da genişləndiyini bildirib.

Qeyd edək ki, Los Anceles İran və İsraildən kənarda ən çox İran yəhudisinin yaşadığı şəhərdir. Burada 60 minədək İran yəhudisi yaşayır.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …
Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi
Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ:
Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ: "Qızlarımızı gəzib buraxmayın!" - VİDEO
Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...
Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...
Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?
İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?
Dəhşətli cinayət – Ər ondan boşanan qadının boğazını kəsdi – (VİDEO 22+)

ETSN əhaliyə müraciət edib: Meşələrimiz hər birimizin evidir, xahiş edirik, onu yanğından qoruyun

Bakıda klinikadan çıxan şəxs itkin düşüb

Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çağırış edib