loading...

Ermənilər və Azərbaycan xalqı həmişə qonşu olacaq – QMİ sədri

09-09-2017 Baxış sayı :983
Ermənilər və Azərbaycan xalqı həmişə qonşu olacaq – QMİ sədriBiz görüş xatirinə görüşməməliyik. Bizim xəttimiz olmalıdır. İrəli addım atmalıyıq ki, xalq bizə inansın.Yenə görüşüb sonra bir-birimizi günahlandıracağıqsa, heç görüşməyək. Gərək aramızda inam olsun, gənclər məlumatlandırılsın. Ermənilər və Azərbaycan xalqı həmişə qonşu olacaq və bu, danılmazdır”.

SalamNews-un verdiyi xəbərə görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşündə bildirib.

QMİ sədri bu görüşün gələcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, Allahşükür Paşazadə üçtərəfli görüşdən əvvəl bütün Rusiyanın və Moskva patriarxı Kiril ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb.