www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Xəbərlər>Baş xəbər / Bölgə
9-11-2019, 17:29

”Cəlilabadda korrupsiya və rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” - Yadigar Əzizovdan PREZİDENTƏ MÜRACİƏT

”Cəlilabadda korrupsiya və rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” - Yadigar Əzizovdan PREZİDENTƏ MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: 1.Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiya və 
Rüşvətxorluğa qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevə
2. Prezident Administrasiyasının Rəhbəri cənab Samir Nuriyevə
3. Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
4. Cəlilabad RİH-nın Başçısı cənab Namiq Zeynalova
5. Cəlilabad rayon Prokuroru cənab Tariyel Ələkbərova
Cəlilabad rayonu Şabanlı kənd sakini Əzizov Yadigar Əzizağa oğlundan

Ə R İ Z Ə:

Çox hörmətli cənab Prezident Sizin son günlər apardığınız kadr islahatları biz əyalətdə yaşayanları hədsiz dərəcədə sevindirir və Sizə çox böyük minnətdarlığımızı bildirirk.”Korrupsiya və Rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” deməniz hər kəsi, o cümlədən məni qəlbən sevindirdi. Əfsuslar olsun ki dəfələrlə müxtəlif təşkilatlara, o cümlədən yuxarı və yerli inzibati orqanlara Cəlilabad rayonu Şabanlı kənd İcra Nümayəndəsi İlqar Mirzəyevin və Şabanlı Bələdiyyəsinin sədri Əliqismət Qarayevin 2016, 2017, 2018 və 2019-cu illərdə subsidiyaların verilməsi zamanı külli miqdarda ( hər il təqribən 60-70 min manat ) dövlət əmlakının mənimsənilməsi barədə məlumat vermişəm. Nəinki bu qədər Dövlətdən və xalqdan oğurlanan pullar büdcəyə və xalqa qaytarılmadı, hələ məni yalandan şərləyərək 10 gün həbsə də saldırmağa nail oldular. Bilirəm ulu tanrı onları bağışlamayacaq.Dəfələrlə tələb etdim ki, mənim iştirakımla yoxlama aparılsın. Lakin məni eşidən olmadı. Çox sözdən sonra vaxtilə oğurluq üstündə 5 il türmədə yatmış İlqar Mirzəyev İcra Nümayəndəliyindən azad edildi, lakin Bələdiyyə sədri , açıq cinayətkar Əlqismət Qarayevə isə külli miqdarda dövlətin və xalqın əmlakını mənimsəməsinə baxmayaraq, gözün üstə qaşın var deyən olmadı. Oğurluq üstündə beş il həbsdə yatan İlqar Mirzəyevi isə İH-də işə verdilər. Bu yolla əsil zəhmət adamlarını dövlətdən və Sizdən narazı salmağa cəhd etdilər. Onu da qeyd edim ki, İlqar Mirzəyevin oğlu harınlamış Vüqar Mirzəyev Abışabad kəndinin içərisində öz maşınını 160 sürətlə sürərək Dadaş adlı kənd sakinini qolundan vuraraq şikəst etdi. Digər oğlu harınlamış Zülfüqar Mirzəyev isə elektrik nəzarətçisi işlədiyi Privolni kəndində bir məişət pozğunluğu etdiyi üçün əvvəlcə işdən qovulsa da bir müddətdən sonra yenidən işə bərpa olundu. İlqar Mirzəyevin yenidən özünün işə bərpa olunması və özü də Rayon İcra Hakimiyyətində, eyni zamanda harınlamış oğlanlarının da işləməsi Sizin yeritdiyiniz BÖYÜK SİYASƏTƏ daban-dabana ziddir. Görəsən bütün bunları görə-görə rayon icra başçısının, İlqar Mirzəyev və onun İH-də işləyən oğlunun və məişət pozğunu olan digər oğlunun haqqında tədbir görməməsi hər kəsi təəccübləndirir. Şabanlı Bələdiyyəsinin sədri Əliqismət Qarayevin və onun cinayət ortağı mühasib işləyən Rafiq Ağayevin bu xalqa etdikləri zülümlər artıq əndazədən çıxıb. Çox hörmətli cənab Prezident sizin yeritdiyiniz siyasətə və dövlətçiliyə qənim kəsilmiş İlqar Mirzəyev və onun oğlanları, Şabanlı Bələdiyyəsinin sədri oğurluğu ilə ərazidə ad çıxarmış Əlqismət Qarayev və onun cinayət ortağı Rafiq Ağayev haqqında ciddi tədbir görmək sizin yeritdiyiniz siyasətlə eyniyyət təşkil edir. Artıq dərəcədə Sizdən xahiş edirəm ki, bu böyük CİNAYƏTKARLAR baradə təsirli və təcili tədbir görmək üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz və lazım gələrsə məmuniyyətlə cinayətlərin açıqlanmasına kömək etməyə can-başla hazıram. Bu məzlum xalqın canlarını bu qansoranlardan qurtarmağı böyük ümidlə bir daha Sizdən xahiş edirəm. Tanrı hər an Sizin köməyiniz olsun.


Əzizov Yadigar Əzizağa oğlu

07- 11 – 2019 
Tel: 070-564-06-17.скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR