www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Xəbərlər>Baş xəbər / Cemiyyət
9-01-2020, 22:53

Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı

Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı

Bir müddət öncə deputat Ülvi Quliyev Heydər Əliyev adına Beynəlxalq Hava limanında 12 kiloqrama yaxın kürü ilə yaxalanıb. Xəbərə görə, hazırda 15 saylı Yasamal Seçki Dairəsindən namizəd olan Ülvi Quliyev Heydər Əliyev adına Beynəlxalq Hava limanında 12 kiloqrama yaxın kürü ilə yaxalanıb. Mənbə iddia edir ki, deputat kürünü Türkiyəyə aparmaq istəyərkən yaxalanıb:

«Lakin onun statusu imkan verməyib ki, barəsində hər hansı hüquqi tədbir görülsün. Təxminən yarım saat hava limanının gömrüyündə saxlanılan millət vəkili sonradan sərbəst buraxılıb və ondan aparmaq istədiyi kürü müsadirə olunduqdan sonra üzr istənilib».

Qeyd edək ki, Ülvi Quliyev parlamentin biznesmen deputatlarındandır. Qanunvericiliyə görə, deputat seçilmiş şəxs heç bir biznes fəaliyyəti ilə məşğul ola bilməz. Ancaq Azərbaycanda millət vəkillərinin əksəriyyətinin iş adamı və biznesmen olduğu heç kəsə sirr deyil. Baxmayaraq ki, Milli Məclis sözçülərinin rəsmi açıqlamalarında millət vəkillərinin bizneslə məşğul olması təkzib edilir. Müqayisə üçün deyək ki, deputatların bizneslə məşğul olmasına Azərbaycandan fərqli olaraq bir sıra ölkələrdə ciddi etirazlar var və sərt tədbirlər görülür. Məsələn elə bir neçə ay əvvəl Rusiyada deputat Gennadi Qudkovun biznes fəaliyyəti ilə məşğul olması əsas gətirilərək onun deputat mandatı əlindən alındı. Azərbaycanda isə deputatın biznesinin olması sanki bir normaya çevrilib.

Ancaq Ülvi Quliyevin bütün biznesini yaxın adamlarının adına sənədləşdirdiyi bildirilir. Ancaq özünün isə demək olar ki, vaxtaşırı bu obyektlərə baş çəkib, obyektlərdən gələn gəlirin hesabatını apardığı iddia olunur.

Verilən məlumatda bildirilir ki, metronun "Nərimanov” stansiyasının yaxınlığındakı "Qala” restoranı da məhz deputat Ülvi Quliyevə məxsusdur. "Qala” sözügedən ərazidə ən elitar və ən baha restoran sayılır. Bu barədə redaksiyamıza göndərilən məlumatda bildirilir ki, deputatın Yasamal rayonu ərzazində də bir neçə super-marketi və kafesi var. Məlumatda o da vurğulanır ki, deputatın biznes obyektləri təkcə Bakı şəhəri ilə məhdudlaşmır. Onun İsmayıllı rayonunda da biznes obyektləri var. Ancaq deputatın bu obyektlərdə başqa iş adamları və vəzifəli şəxlərlə ortaq olduğu deyilir.

Xatırladaq ki, deputat Ülvi Quliyev həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Ülvi Quliyevin idman sahəsində ilk addımlara görə, kimə borclu olması, hansı mükafatı aldığını gizlətməsi isə başqa bir yazının mövzusudur. (azerinfo.org)

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR