Məhkəmə sədri ilə iri biznesə sahib Abdin Fərzəliyevin Nurlan adlı müəmmalı adamı kimdir?
Tarix: 10-05-2020, 23:53
Baxılıb: 1 108
Google+ Paylaş
Tumblr Paylaş

Məhkəmə sədri ilə iri biznesə sahib Abdin Fərzəliyevin Nurlan adlı müəmmalı adamı kimdir?

10-05-2020, 23:53

Hakim komandada aparılan kadr islahatları və idarəetmədəki dəyişikliklər sürətli xarakter alıb. Ölkə başçısı məmurlardan tək-tək hesabat tələb edir, ictimaiyyət qarşısında tənqidlərini bildirir, dəyişikliklərin dönməz xarakter aldığını mesaj verir. Yəqin ki, növbəti dəyişikliklər Bakı rayonlarının bəzi icra başçıları ilə vidalaşmaqdan ibarət olacaq. Prezidentin çıxışlarından bu qənaətə gəlmək mümkündür.

Məhkəmə sədri ilə iri biznesə sahib Abdin Fərzəliyevin Nurlan adlı müəmmalı adamı kimdir?Ekspertlər hesab edir ki,xalq arasında narazılıq yaradan fiqurlar dəyişməsə, sistematik işləri həyata keçirmək istənilən nəticəni verməyəcək. Ağstafa,Neftçala, Biləsuvar, ardınca İmişlinin icra başçıları kimi vəzifə səlahiyyətlərindən sui istifadə etməklə xalqdan oğurlayıb özlərinə var-dövlət yığan, hətda bundan sonra nəvə-nəticələrinə belə mülk miras qoymuş, sadə vətəndaşa gün ağlamağı unudan bir çox icra başçıları var .Sosial şəbəkələrdə biraz araşdırma etdikdə söhbətin kimlərdən getdiyini bilmək elə də çətin deyil.Çünki Balaca padişahların da böyük nağıllarının hər zaman gündəmin ən aktual mövzusu olub. Qısası ölkə rəhbərinin tapşırıqlarına məhəl qoymayan, özlərini padişah sayan Bakının bir neçə rayonunun icra başçsının vaxtı yetişib, prezidentin də səbr kasası daşıb.

Xeberfakt.az "TV8" -ə istinadən xəbər veririk ki, son zamanlar DTX-nın bölgələrdə həyata keçirdiyi əməliyyatlar vətəndaşlar tərəfindən müsbət qarşılanır.Sosial şəbəkə istifadəçiləri bu əməliyyatların Bakının bir sıra rayonlarında keçirilməsini məqbul hesab edirlər.Çünki paytaxın bir sıra rayonlarında problemlər pik həddə çatıb,vətəndaşlar etiraz edir,amma rayon rəhbərləri heç bir reaksiya vermir. Sosial ekspertlər internet üzərində kiçik bir araşdırma apardıqda ən çox narazılıqların olduğu rayon kimi diqqəti Nərimanov rayonu çəkir deyə qeyd edirlər. Şikayətlər çox,həlli isə yox dərəcəsində.Sosial şəbəkələrdə Nərimanov rayonu və onu idarə edənlər haqqında yazılanlar isə insanı dəhşətə gətirir.

Nərimanovla bağlı yazılanları araşdıran zaman rayon rəhbəri Abidin Fərzəliyevin heç də süddən çıxma ağ qaşıq olduğunu deyə bilmərik deyə, saytda qeyd olunub. Martın 25-i tarixində teref.info saytında cumhuriyyet.az-a istinadən yayılan məlumatda “Fərzəliyevi bitirən adlar Nurlan,”Quska” ve “Altun ” adlı xəbər diqqəti xüsusilə çəkir.Bu arada qeyd edək ki, məlumatı yayan cumhuriyyet.az saytı daha sonra naməlum səbəblərdən yazını səhifələrindən siliblər.Görünür Fərzəliyev bu məlumatdan narahat olub.Qayıdaq mövzuya,yazıda qeyd olunur ki,Abidin Fərzəliyevin adının hallandığı gözdən əlillər üçün tikilmiş 12 milyonluq mənzil korrupsiyası ilə bağlı məhkəmə heç də arxivə təhvil verilməyib və bu onun vəzifədən getməyinin əsas arqumentlərindən biri olacaq. Amma bu da yeganə amil deyil. Nərimanov icra başçısının fəaliyyəti və tərcümeyi halı ciddi qalmaqallarla zəngindir.

Abdin Fərzəliyevin Nurlan adlı müəmmalı adamı kimdir?

Nərimanov icra hakimiyyəti başçısının adı hallanan qalmaqallardan biri də Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovla bağlıdır. Belə ki, Bakıda çoxsaylı mülklərə sahib olan məhkəmə sədrinin Abdin Fərzəliyevlə ciddi biznes əlaqələrində olması haqda yerli mediada iddialar səslənib. Həmin iddialara görə,.Qafarov paytaxtda sahib olduğu mülkləri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin yaxın adamı olan Nurlan adlı şəxsin vasitəsilə idarə edir: “Daha doğrusu, ona bu işlərdə yardımı Abdin Fərzəliyev edir”. Məlumati yayıb, sonra silən cumhuriyyet.az saytınn apardığı araşdırma zamanı məlum olub ki, icra başçısının həmyerlisi olan Nurlan adlı şəxs yaşca Abdin Fərzəliyevdən kiçik olsa da, onun ən etibarlı adamı kimi tanınıb və icra başçısının qeyri-rəsmi işlərinə rəhbərliyi məhz bu şəxs həyata keçirir. Mənbənin sözlərinə görə bütün “qara işlər”ə Fərzəliyevin “sağ əli”, faktiki, özünü birinci müavin kimi aparan icra hakimiyyətinin hüquqşünası Nurlan Həsənov rəhbərlik edir. O, ortada çox görünməsə də, hər kəs bilir ki, Nurlan Həsənov Fərzəliyevin “sağ əli” olmaqla, onun bütün “işlərilə” şəxsən özü məşğul olur

Nərimanov icra başçısının keçmişi ilə bağlı yaşadığı ciddi problemlərdən biri onun keçmiş deputat Hüseyn Abdullayevlə isti münasibətlərinin olmasıdır. Bununla bağlı bildirək ki, Abdin Fərzəliyevin hakimiyyətdəki rəqibləri bu məsələ barədə vaxtaşırı mediaya faktlar ötürürlər. Eyni zamanda bu barədə Prezident Administrasiyasına dosye göndərilib. Abdin Fərzəliyev karyerasında ən böyük narahatlığı Gülər Əhmədova olayında keçirib. Bunun səbəbi isə icra başçısının bu hadisələrdə əsas fiqurlardan olan mərhum Sevinc Babayeva amili idi. İcra başçısı və Sevinc Babayeva münasibətləri ilə bağlı mediada ciddi iddialar səsləndirilib.
Nərimanov icra hakimiyyəti başçısı Abdin Fərzəliyevin karyerasına son verəcək səbəblərdən biri də illər əvvəl onun inşa etdirdiyi “Altun” şadlq sarayıdır. Belə ki, icra başçısı gününü çox hissəsini icra hakimiyyətinin binasında yox,elə bu məkanda keçirir.Özünə ofis qurub bütün işlərini də “Altun” da həyata keçirdiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan digər ilginc məlumatlarda bildirilir ki,icra başçısı həm bahalı hədiyyə verməyi,həm də qəbul etməyi sevir.Zəhmətsiz qazanılan pullar hesabına tikdirib hədiyyə verməyə öyrəşən icra başçısının prezidentin sabiq köməkçisi Əli Həsənov və onun ailəsinə bağışladığı mülklərin də siyahısını diqqətinizə çatdırırq.Keçmiş Montin parkı,indi isə şəhid Samir Xasıyevin adını daşıyan parkda 20 sot ərazidə tikilib 4 mərtəbəli villa Abidin Fərzeliyev tərəfindən tikilib,tam təmir edilib və Əli Həsənova peşkəş olaraq verilib.Elə Nərimanov rayonunda yerləşən Əhməd Rəcəbli 29 ünvanında 4 min kv metr sahəni əhatə edən 5 mərtəbəli bina.Hansı ki, iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib.Qalan 3 mərtəbəsində isə Həsənovların aile şirkəti olan “Kaspi kids”,”Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir.Bu bina da Fərzəliyev tərəfindən Həsənovlara hədiyyə edilib.Heydər Əliyev mərkəzinin yaxınlığında ,Heydər Əliyev prospektində yerləşən və prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilən binalarda ümumi sahəsi 400 kv metrdən artıq olan 3 mənzil də icra başçıs tərəfindən prezidentin sabiq köməkçisinə hədiyyə olaraq verilib.Hədiyyələr bununla bitmir, Fərzeliyevin Əli Həsənova bağışladığı daha bir obyekt elə həmin ünvanda yerləşən 1 ci mərtəbədə üzü prospekte baxan ,sahəsi 300 kv metr olan qeyri yaşayış sahəsidir. Təbii ki, faktların doğruluğunu hüquq mühafizə orqanları araşdıraraq obyektiv qiymət verəcək.

O da qeyd olunur ki, icra başçı özünə kimlərinsə yanında “yer” etdiyi kimi vəzifəcə üstün olduqlarından istifadə etməyi də bacarıb.Belə ki,”Erməni qəbisranlığı” adlanan ərazidə Fərzəliyevin çox sayda obyektlerinin olduğu heç kimə sirr deyil.Bu obyektlər özəl şirkətlərə icarəyə verilməklə başçının sərvətini artırır.Eyni zamanda sözügedən ərazidə tikilən çoxsaylı binalar küllü miqdarda maliyyə vəsaiti hesabına ayrı-ayrı şəxslərə satılıb.Qeyd edək ki,50 hektar ərazisi olan “erməni qəbirsanlığı” adlanan ərazinin 5 hektarında park salınıb.Hansı ki o park da baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir.Qalan hissələr isə sotu 250-300 min olmaqla sahibkarlara satılıb. 15 il əzində 1200 sahibkara 500 obyektin torpağını satan icra başçısının təkcə “erməni qəbirsanlığından” qazandıqları 1 milyarddan artıq hesablanır.Xatırladaq ki ,Nurlan və Abidin cütlüyünün sözügedən ərazidə özlərinə məxsus 40a yaxın obyektləri var,hansı ki otel,biznes mərkəzləri,xəstəxanaları da aid etmək olar.

Etibarlı mənbələrin verdiyi məlumatda qeyd olunur ki, tikinti sektorundan qazanmağı yaxşı bacaran icra başçısı Pilot layihələr hesabına da kifayət qədər sanballı qazanc əldə edib. Nərimanov ərazisindəki pilot layihələr dövlət hesabına aparılsalar da Abdin Fərzəliyevin və Nurlan Həsənovun “xeyir-duası” olmadan inşa işlərinə başlamırlar.50 –dən yuxarı müxtəlif ünvanlarda pilot layihə həyata keçirən şirkətlər bu cütlüyün razılığını almaq üçün milyonar xərcləməli olurlar.Xatırladaq ki,pilot layihələrdə hər bloka görə limit 300 mindir.5 bloklu bina tikmət istəyənlər 1 milyon 500 min manatlarından keçməli olurlar.Bundan başqa rayon ərazisində tikinti işləri aparan şirkətlər mütləq şəkildə Fərzəliyevə “Şapka” verməlidir.Yoxsa Nərimanovda daşı –daş üstə qoymaq müşkül məsələdir.Bütün bu “alış-veriş” məsələlərini də başçının köməkçisi Nurlan adlı şəxs həyata keçirir.Nəzərə alsaq ki ,rayon ərazisində hər məhlədə obyekt tikilib və hər obyektin tikintisində Nurlanın “şapka” alıb icra başçısına təhvil verdiyi milyonarın hesablanması dodaq uçurdur.Fərzəliyevin dövründə tikilən minlərlə obyekt və qazanılan milyonlarla pul sahibkarlardan birbaşa Nurlanın əli ilə yığılıb.Yığılan milyonlarla vəsaitdən tikilən obyektlərə nəzər saldıqda isə rayonun Abdin və Nurlanın mülkü olduğu qənaətinə gəlməyə bilmir insan.Belə ki,Azadlıq prospekti,Həsən Əliyev küçəsi və Metroparkın qarşısında tikilən binlar, Asan Xidmətlə üzbəüz tikilən kompleks,Nərimanov metrosu ətrafnda tikilən hündürmərtəbəli binala şəxsən bu ikiliyə məxsusdur.Bundan əlavə özlərinə məxsus binaları tikən şirkətlər maşın yuyulma yerlərində və bağban işləyən şəxslərin adına sənədləşdirilib.Gözdən pərdə asmaq məsəli...

Rayonun yaşıllıq ərazilərinə də göz dikən Fərzəliyevin göstərişi ilə bir çox parkların,xiyabanların məhv edildiyi iddialar sırasındadır.Ayri-ayrı iş adamlarına,məmurlara satılan yaşıllıq ərazilərində hal-hazırda dəyəri milyonlarla ölçülən villalar ucalıb.Adi parkları anladıq,satılır,tikilir,qazanılır...bəs şəhid adını daşıyan parkın ərazisini məhv edib obyektlərin tikintisinə icazə verməyə nə ad verək?Görünür başı qazanc əldə etməyə öyrəşən bir çox məmur kimi Nərimanov rəhbərliyi də vətən,şəhid məhfumuna biganə yanaşır.Əvvəllər yaşıllığı ilə göz oxşayan,insanların istirahəti üçün yararlı olan keçmiş “Montin”,indiki şəhid Samir Xasyevin adını daşıyan park ticarət obyekinə çevrilib.Qeyd edək ki,bu parkda əkilən ağacları mərhum prezident Heydər Əliyev öz əlləri ilə əkmişdi.Amma Fərzəliyevin qazanmaq hərisliyi illərlə quluq tələb edən və becərilən ağacların bir saatın içində məhv olmsına sıbəb olub.

Haşiyəyə çıxaraq qeyd edək ki, Fərzəliyev ilk əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb. Fəhllikdən icra başçısınadək yol qət edən Abidin Fərzəliyevin ov həvəskarı,cins itlərə düşünmədən 20 min manat verə biləcək qədər comərd olduğunu hər kəs bilir.Belə getsə başçının bilinməyən bir çox işlərindən hamı xəbərdar olacaq...Hər şeydə olduğu kimi bunun da bir zamanı var...

Səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.

P.S Kanal24 yazıda dərc olunan faktlara görə məsuliyyət daşımır. Ona görə ki, məqalə sosial şəbəkələrdə yayılan informasiyalar əsasında yazılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ