Daha bir ölkədə koronavirus pandemiyası başa çatdı
Tarix: 12-05-2020, 16:46
Baxılıb: 311
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir ölkədə koronavirus pandemiyası başa çatdı

12-05-2020, 16:46

Şərqi Afrika ölkəsi Mavrikidə koronavirus pandemiyası başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, pandemiya ərzində 332 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 10 nəfəri dünyasını dəyişib. Qalanı isə sağalıb.
Son 15 gün ərzində yeni yoluxma qeydə alınmayıb. Xaricdən gətirilən vətəndaşlar isə hələ də karantində saxlanılır. Ölkədə 73 min 572 nəfər testdən keçirilib.
Qeyd edək ki, Mavrikidə 1,2 milyon insan yaşayır. Ölkə qitədə inkişaf etmiş səhiyyə sistemi ilə tanınır.
Xatırladaq ki, daha əvvəl Yeni Zelandiya hökuməti ölkədə pandemiyanın başa çatdığını açıqlamışdı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ