Yemək və ya qablaşdırmadan koronavirusa yoluxma mümkündürmü?
Tarix: 19-04-2020, 01:52
Baxılıb: 202
Google+ Paylaş
Tumblr Paylaş

Yemək və ya qablaşdırmadan koronavirusa yoluxma mümkündürmü?

19-04-2020, 01:52

“Koronavirusa yoluxma ehtimalı azdır, çünki respirator xəstəliklər qida məhsulları və ya onların qablaşdırılmasından ötürülmür”.

“Report” “Daily Post”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin dərc etdiyi koronavirusla bağlı təlimatda deyilir.

Belə ki, əgər koronavirus qidanın üzərində olubsa, o, qızdırıldıqdan sonra məhv olur. Mütəxəssislər ictimaiyyəti təzə məhsulları aldıqdan sonra onları qaynar su ilə diqqətlə yumağa çağırır, yemədən öncə isə məhsulun qabığını soymaq tövsiyə edilir.

Qablaşdırma ilə hər təmasdan sonra əlləri yumaq məsləhət görülür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 297 000-i ötüb. Bunların 588 045 nəfəri sağalıb, 157 974 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ