Keçmişin kabusu yenidən oyana bilər: alimlər “COVİD-19”dan daha betər xəstəliklərin qayıda biləcəyini söyləyirlər
Tarix: 18-04-2020, 22:06
Baxılıb: 296
Google+ Paylaş
Tumblr Paylaş

Keçmişin kabusu yenidən oyana bilər: alimlər “COVİD-19”dan daha betər xəstəliklərin qayıda biləcəyini söyləyirlər

18-04-2020, 22:06

İqlim dəyişikliyi və qlobal istiləşmə Rusiya və ABŞ-ın buzlu bölgələrində, habelə laboratoriyalarında basdırılan xüsusi təhlükəli virus və xəstəlikləri yenidən geri qaytara bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mirror” qəzetində maraqlı yazı dərc olunub.
Məqalədə “COVİD-19”un koronavirusun hələ ki, dərman və ya peyvəndi tapılmayan yeni virus ştammı olduğu qeyd edilir. Lakin insanların təkamül qabiliyyəti onları dəf  etməyə qadirdir.
Buna baxmayaraq insan orqanizminin və immun sisteminin öhdəsindən gələ bilməyəcəyi viruslar da var.
Alimlər Yer kürəsində temperaturun artması ilə əlaqədar bu vaxta qədər soyuq ərazilərin əriməsinə diqqət çəkiblər. Elə bölgələr var ki, min ilərdir buzlaqlarla örtülüdür. Onların daxilində isə donmuş vəziyətdə qalan, təhlükəli virus və bakteriyalar var.
Məsələn cəmi 4 il əvvəl Rusiyada 12 yaşlı oğlan Sibir xorasından ölüb. Balaca uşaq hətta 12 nəfəri də yoluxdurub.
Hələ həmin vaxt virusun donmuş halda qalan bir maral cəsədindən yayılması ortaya çıxmışdı. 
Bundan başqa Rusiyanın ərazisində təbii çiçək və bubon taunu qurbanlarının basdırıldığı, buzların altında qalan bir çox yerlər mövcuddur.
1918-1920-ci illərdə 50 milyon insanın ölümünə səbəb olan ispan qripinin də “dirilməsi” ilə bağlı qayğılar artıb. Hazırda Alyaskada həmin xəstəliyin DNT-lərinin qaldığı “qardaş qəbirləri” mövcuddur.
Hətta çoxlu sayda neandertalları öldürən xəstliklər belə geri qayıda bilər.
“Bizlərin çoxdan ölmüş neandertalların virusları ilə tanış ola bilməyimiz onu göstərir ki, vaxtilə həmin mikroorqanizmlərin yoxa çıxdığı barədə hipotezlər doğru deyil. Ona görə də peyvənd ehtiyatları hər ehtimala qarşı saxlanılmalıdır”, -deyə Fransanın Eks-Marsel universtitetinin təkamülçü bioloqu Jan Mişel Klaveri qəzetə danışıb.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ