Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?
Tarix: 24-03-2020, 23:13
Baxılıb: 2 444
Google+ Paylaş
Tumblr Paylaş

Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?

24-03-2020, 23:13

Beyləqan rayonunda abadlıq quruculuq işlərini həyata keçirən “Vaqif” firmasının rəhbəri Qəhrəman Qəhrəmanovla bağlı "Reportyor.Tv"-nın elektron poçtun ünvanına müvəssəl məlumatlar daxil olub. Beyləqandan saytımıza ünvanlanmış məlumatların bəzilərini oxucularımıza təqdim edirik:
Səhiyyə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin “tender kralı”, eləcə də nazir Oqtay Şirəliyevin yaxın adamı kimi tanınan “Vaqif Firması” MMC-nin sahibi, Beyləqan rayonunda mal bazarının müdiri, tikinti maxinatoru Qəhraman Qəhramanovdu. Kimdir bu Qəhraman Qəhramanov? O, necə tikinti maxinatoru, iş adamı oldu? Bu şəxs elədə əzablı əziyyətli, keçmə-keşli yollarla, halal qazanmaqla iş adamı, tikinti maxinatoruna çevirilməyib. Sadəcə olaraq birdən birə ulduzu parlayıb. Bəxti üzünə gülüb. Gəzən söz, söhbətlərə görə Q. Qəhramanov Səhiyyə Naziri Oqtay Şirəliyevlə yaxın münasibət qurması onu “iş adamına”, tikinti maxinatoruna çevirdi. Elə bu üzdən də O. Şirəliyev onu qanadı altına çəkib Nazirliyin Əsaslı Tikinti İdarəsində iş verib. Beləliklə də Qəhraman Qəhramanovun direktoru olduğu 20 manatlıq “Vaqif” firmasını Səhiyyə Nazirliyinin milyonluq tenderlərinin “qalibi” edir. Sirr deyil ki, səhiyyə sistemində əsas korrupsiya mənbələrindən biri əsaslı tikinti və təmir işləri sahəsidir. “Vaqif” firması illərdir səhiyyə nazirliyinin xəstəxanalarını, klinikalarını tikərək, təmir etməkdədir. Bu yollada dövlətin milyon manatlarla vəsaitini təmir, tikinti adı altında manipulyasiya edib. Gəlin “Vaqif” firmasının 2013-2016-cı illərdə Tenderdə gördüyü işləri və ayrılan pullara gözardı edək: 1. Bakı şəhərində M.Ə Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı BXŞ-nın təmiri -4830000.00 AZN 2. Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasınının təmiri – 13846234.00 AZN 3. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmişnləşdirilməsi İnstitunun təmiri-650000.00 AZN 4. Sumqayıt şəhər 1 saylı Xəstəxanasının təmiri-9502478.00 AZN 5. Buzovna qəsəbəsi Respublika Uşaq Sanatoriyasının təmiri – 4738000.00 AZN 6. Nizami rayon 11 saylı BŞX-nın təmiri – 5066650.00 AZN 7. Yeni Yasamal massivində pol-ka, TTY və Uşaq Poliklinkasının tikintisi – 13400000.00 AZN 8. Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təmiri – 4476500.00 2019-cu ildə isə “Vaqif” firması Beyləqan rayonunda abadlıq, quruculuq işlərinin qalibi elan ounub və hesabına 1milyon manat vəsait köçürülüb. Prezident İlham Əliyev 2019 cu il 13 fevral tarixində Beyləqana etdiyi səfərdən geri qayıdandan sonra rayonun abadlaşdırılması üçün 1 milyon manat vəsait ayırmışdı ki,. həmin abadlaşdırma tenderini "Vaqif" firması “udub”. Hazırda isə rayonun abadlaşdırılması prosesi vəsait çatışmamazlığından dayandırılıb. Qəhraman Qəhramanov daha nə işlərlə məşğuldur? Qəhraman Qəhramanov Beyləqan rayonunda mal bazarına müdirlik də edir. Hərçəndki, bazar oğlu Fərid Qəhramanovun adına olsa da, əsas sahibi Qəhraman Qəhramanovdur. Bildirilir ki, Q. Qəhramanov hər həftə bazara heyvan satmağa gələn şəxslərdən 5.000 min manata pul yığır, bunun müqabilində isə az bir məbləğini vergiyə ödəyir. Bütün bunlar, Q. Qəhramanovun korrupsiya yolu ilə əldə etdiyi qazancının cüzi bir hissəsidir. Araşdırmamız davam edir
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ