Bundan sonra təyyarələrdə sərnişinlərə yalnız tibbi maskalarla uçmağa icazə veriləcək
Tarix: 6-05-2020, 16:47
Baxılıb: 72
Google+ Paylaş
Tumblr Paylaş

Bundan sonra təyyarələrdə sərnişinlərə yalnız tibbi maskalarla uçmağa icazə veriləcək

6-05-2020, 16:47

Beynəlxalq hava nəqliyyatı assosiasiyası (İATA) beynəlxalq hava rabitəsinin tam şəkildə işə düşməsindən sonra belə, təyyarə göyərtələrində tibbi maskaların geyinilməsi məcburiyyətini gətirir.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, İATA tərfəindən bununla bağlı rəsmi məlumat yayılıb.
Təşkilat bununla bərabər göyərtələrdə sosial məsafə tədbirlərinin əleyhinə çıxış edib. Belə ki, əvvəl gələn məlumatlarda sərnişinlər arasında boş oturacaqların saxlanılması nəzərdə tutulurdu.
“Əlimizdə olan bilgilər göstərir ki, hava gəmisi göyərtəsində infeksiyanın keçməsi riski olduqca aşağıdır. Sərnişinlər tərəfindən maska daşınması onsuz da bu riski daha da azaldacaq. Bundan başqa sosial məsafə qaydası sərnişin biletlərinin qiymətlərini artıra bilər”, - deyə xəbərdə deyilir.
Qeyd etmək lazımdır ki, dünyanın ən iri 18 hava yolu şirkəti arasında bu ilin yanvar-mart aylarında keçrilən qeyri-rəsmi yoxlama zamanı uçuş dövründə “COVİD-19”la sadəcə 3 yoluxma, özü də sadəcə, sərnişindən təyyarənin ekipajına keçməsi halı müəyyən edilb. 
“Qalan 4 epizod təyyarə pilotları arasında baş verib. Sərnişinlərin bir-birlərinə infeksiya ilə yoluxdurması vaqiəsinə isə hələ rastlanmayıb”, - deyə məlumatda göstərilib.
Bundan başqa rəsmi informasiyada sosial məsafə qaydalarının iqtisadi yönləri bir daha xatırladılaraq, avişirkətlərin dəyən zərəri örtmək üçün tarifləri 43-45%-ə qədər qaldıra biləcəkləri vurğulanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ