10 minlik hidrogen bombası Moskvaya atılsa... - Qalmaqal
Tarix: 8-05-2020, 08:32
Baxılıb: 321
Google+ Paylaş
Tumblr Paylaş

10 minlik hidrogen bombası Moskvaya atılsa... - Qalmaqal

8-05-2020, 08:32

ABŞ-ın "Biz Qüdrətliyik" (We Are The Mighty) portalında Rusiya ilə bağlı yayımlanan məqalə böyük əks-səda doğurub.
Axar.az xəbər verir ki, Loqan Nay qələmə aldığı yazıda Moskvaya 10 min meqaton gücündə hidrogen bombası atılması durumunda nələrin yaşanacağına diqqət çəkib.
Bildirilib ki, hələ ötən əsrdə Edvard Teller adlı alim tərəfindən hidrogen bombası üzərində iş aparılırdı. Lakin milyonlarla dinc insanın ölümünə yol açacağı səbəbindən ABŞ belə silahları modernləşdirməyi dayandırdı:
“Yalnız bir hidrogen bombası İngiltərə, Fransa, Koreya yarımadası böyüklüyündə ərazini yox edə bilər. Nəzəri olaraq belə bir silahın yaradılması mümkündür. Lakin onu yaratmaq üçün axmaq beyinə sahib heyəti heç kim toplaya bilməz. Bundan əlavə, dünyanı bir neçə dəfə yox etmək imkanına sahib nüvə arsenalımız var. Başqa bombaya nə ehtiyac? 100 meqaton gücündə hidrogen bombası Moskvaya atılsa, sıçrayışları 1,5 min km uzaqlıqdakı Komi Respublikasına qədər çata bilər. ABŞ-a təsir etməsi ehtimal xaricindədir. Lakin 10 min meqaton gücündə bomba nəticəni 100 dəfə artıra bilər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ