Beyləqanda PETrolçu hacının sərgüzəştləri: Atasının əməlləri məmur oğlunun karyerasını bitirə bilər
Tarix: 28-05-2020, 21:30
Baxılıb: 2 447
Google+ Paylaş
Tumblr Paylaş

Beyləqanda PETrolçu hacının sərgüzəştləri: Atasının əməlləri məmur oğlunun karyerasını bitirə bilər

28-05-2020, 21:30

Ötən həftə Beyləqanda PETrolçu hacı İlqar İmamverdi oğlu Məmmədovun vicdanlı vergi ödəyicisi olmaması, sahibi olduğu yanacaq doldurma məntəqələrində vergidən yayınma hallarına görə məsuliyyətdən yaxa qurtarmaq üçün ərazi vergi orqanının vəzifəli şəxslərinə qarşı şantaja əl atdığı barədə yazmışdıq. Beyləqandakı etibarlı mənbəmizin RealMedia.az-ın redaksiyasına verdiyi məlumata görə artıq tamahlılığı ucbatından rəvac verdiyi qanunsuzlaqlara görə layiqli cəzasını almayan Hacı İlqarın ambisiyaları təsəvvür olunmayacaq qədər uzaq hədəflərə istiqamətlənib. Belə ki, hacı öz üç oğlundan Amil adlı (hacının yanacaq doldurma məntəqələrindən biri – “Amil Petrol” məhz həmin oğlunun adını daşıyır-red.) birini hazırda daşıdığı Beyləqan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən irəli çəkdirib başçısının sabiq müavini Məhəmməd Qələndərovun hələlik boş qalan kreslosunda oturtmaq istəyir. Mənbənin bildirdiyinə görə, hacı bu məqsədinə nail olmaq üçün nüfuzlu şəxslərin kabinetlərinin arxa qapılarından girib-çıxıb, yaxın günlərdə məsələ reallaşmaq üzrədir.
Hacı digər oğlunu da Prezident yanında Dövlət İdarəçilik Akademiyasında oxudur və öz haram pulları ilə ona da karyera yüksəlişi təmin etmək fikrindədir.
Amma oğul Məmmədovlardan üçüncüsü necə deyərlər, “zay çıxıb”. İddialara görə kiçik oğul narkotik maddə satarkən saxlanılıb, hətta barəsində məhkəmə hökmünün olduğu da bildirilir. O da bildirilir ki, hacının güclü əlaqələri və başqa təsir vasitələri hesabına narkoman oğul həbs olunmayıb, sərbəst buraxılıb. Məlumatda qeyd olunur ki, indiyədək Amil Məmmədovun vəzifədə irəli çəkilməsi yolunda duran əsas əngəl də məhz kiçik qardaşının yaramazlığı, daşıdığı soyada başucalığı gətirməyən zərərli vərdişləri olub. Görünür, hacı bu kriteriləri dəyərləndirmək vəzifəsi daşıyan şəxslərə elə bir cazibədar təkliflər edib ki, vaz keçə bilməyiblər, dövlət qulluqçusunun məhkumluğu olan qohumunun olduğuna, adını daşıyan sahibkarlıq subyektinin mövcudluğuna göz yummaq qərarına gəliblər.
Daş atdığı şeytanla dostluq edən Hacı İlqar Məmmədovun müstəqilliyimizin ilk illərində Vətənin, xalqın, dövlətin mənafeyini öz şəxsi maraqlarına qurban verməsinə dair əlimizdə olan məlumatları da yaxın vaxtlarda ictimailəşdirmək fikrindəyik. O halda məlum olacaq ki, hacının oğulları elə dünyaya göz açan gündən haram tikə ilə böyüyüblər. Yoxsa, böyüyüb şəxsiyyət olandan sonra layiq olmadıqları, atanın çirkli gəlirləri hesabına əldə olunan üstün imtiyazları rahatlıqla həzm etməzdilər.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ