Azərbaycanda koronavirusla bağlı son durum - Foto
Tarix: 28-05-2020, 22:08
Baxılıb: 357
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda koronavirusla bağlı son durum - Foto

28-05-2020, 22:08

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 28-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 006 test edildiyi bildirilib.
Bildirilib ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 284 669 test aparılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 2 nəfər isə vəfat edib.
Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 4 759 nəfərə, sağalanların sayı 3 022 nəfərə, ölənlərin sayı isə 56 nəfərə çatıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ