Koronavirusa qalib gələn ilk ölkə məlum oldu - FOTO
Tarix: 17-04-2020, 08:53
Baxılıb: 290
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusa qalib gələn ilk ölkə məlum oldu - FOTO

17-04-2020, 08:53

Qrenlandiya hökuməti ölkənin koronavirus üzərində qələbə qazandığını bildirib.
“Report”xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən məlumatda deyilib.
Aprelin 4-dən ölkədə virusa yeni yoluxma qeydə alınmayıb. Qrenlandiyada koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb.
Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb. Qrenlandiyanın baş naziri Kim Kilsen yeni yoluxma hallarının olmayacağı təqdirdə ölkə paytaxtının tədricən açılışı haqqında bildirib.
Qeyd edək ki, Qrenlandiya hazırda koronavirusdan ölüm hadisəsinin baş verməməsi ilə pandemiyaya qalib gələn ilk ölkədir.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ