Həkimdən ürəkağrıdan etiraflar - "Süni tənəffüs aparatını söndürəndə ona söz verdim ki... "
Tarix: 19-04-2020, 00:41
Baxılıb: 2 186
Google+ Paylaş
Tumblr Paylaş

Həkimdən ürəkağrıdan etiraflar - "Süni tənəffüs aparatını söndürəndə ona söz verdim ki... "

19-04-2020, 00:41

Yeni növ koronavirus xəstələrinə xidmət edən 42 yaşlı tibb bacısı BBC-ə COVİD-19-a yoluxanlarla bağlı yeni məlumatlar verib. 
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, mətbuata açıqlama verən 42 yaşlı tibb bacısı xəstəxanada əsas işlərindən birinin də süni tənəffüs aparatlarına nəzarət etmək olduğunu olduğunu deyib. İngiltərənin paytaxtı Londonda "Royal Free" xəstəxanasında çalışan Yuanita Nittla adlı tibb bacısı koronavirus xəstələri ilə bağlı yaşadığı ən təsirli hadisəni danışıb: "Xəstəxanada bəzi COVİD-19 xəstələrinin vəziyyəti çox ağırlaşır və müalicəyə cavab vermirlər. Bu vaxt edə biləcəyimiz heç bir şey qalmır. Belə hadisələrdən biri də son günlərdə yaşandı. Həkim məni çağırıb ağır koronavirus xəstələrindən birinin süni nəfəs aparatını bağlamağımı bildirdi. Bunu etdiyimiz ancaq xəstə dünyasını dəyişəcəkdi, ancaq əlimizdən gələn başqa bir şey yox idi. Üstəlik 50 yaşındakı həmin xəstə də tibb bacısı idi. 8 yataqlı bir otaqda idi. Digər xəstələrin də vəziyyəti ürəkaçan deyildi. Xəstənin qızına zəng etdim anası ilə bağlı etməsini istədiyi bir şeyin olub-olmadığını soruşdum. Sonra telefonu anasının qulağına tutdum. Anasına son bir neçə söz demək istəyirdi. Bu anlar çox təsirli idi. Ona xəstə anasının heç ağrı hiss etməyəcəyi barədə söz verdim. Sonra süni tənəffüs aparatını söndürdüm, həmin vaxt yanımda olan bütün tibb işçiləri susaraq yerlərində dayanmışdılar". 
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ