Karantin günlərində polis postlarında yoxlamalar belə aparılır - VİDEO (FOTOLAR)
Tarix: 19-04-2020, 21:44
Baxılıb: 267
Google+ Paylaş
Tumblr Paylaş

Karantin günlərində polis postlarında yoxlamalar belə aparılır - VİDEO (FOTOLAR)

19-04-2020, 21:44

Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində, o cümlədən paytaxt Bakıda ciddi tədbirlər görülür. Bakının demək olar ki, əsas magistral yollarında polis postları qurulub, sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir.
Onu da bildirək ki, yaşadığı ərazini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər. Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər saxlanılaraq məhkəmələrin qərarı ilə həbs olunurlar.
Musavat.com olaraq nəqliyyatın intensiv hərəkət etdiyi magistral yollara baş çəkib, polis postlarındakı vəziyyətlə maraqlandıq. Ərazidə yol patrul xidməti və Daxili qoşunların hərbi qulluqçularının nəzarət etdiyinin şahidi olduq. Postlarda ciddi yoxlamalar aparılır, sürücülər və sərnişinlərdən sms-icazə və yaxud müvafiq icazə arayışı tələb olunur. Qeyd edək ki, çəkiliş zamanı hər hansı qanun pozuntusuna rast gəlmədik.
Xatırladaq ki, koronavirus təhlükəsinin yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilib. Qoyulan qaydalara əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir.
Qeydə aldığımız görüntüləri şərhsiz təqdim edirik.
Məğrur Salmanov
Musavat.com

polis.JPG (40 KB)
polis 1.jpeg (25 KB)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ