Avropadan Ermənistana zərbə - Bakının diplomatik hücumu İrəvanın planlarını pozdu
Tarix: 14-05-2020, 09:34
Baxılıb: 272
Google+ Paylaş
Tumblr Paylaş

Avropadan Ermənistana zərbə - Bakının diplomatik hücumu İrəvanın planlarını pozdu

14-05-2020, 09:34

Avropa Birliyindən Qarabağ məsələsində prinsipial mövqe - ərazi bütövlüyü prinsipi öndə; Brüsseli Bakının yanında yer almağa vadar edən üç vazkeçilməz səbəb...

Mayın 11-də Avropa İttifaqı Şurası Azərbaycanın da üzv olduğu “Şərq Tərəfdaşlığı” ölkələrinə münasibətdə Avropa Birliyi (AB) siyasətinin əsas parametrlərinin yer aldığı sənədi təsdiqləyib. Sənəddə regional münaqişələr, o cümlədən həlli uzanan Dağlıq Qarabağ konflikti ilə bağlı da mühüm və prinsipial yanaşma əksini tapıb.
Belə ki, bildirilir ki, bu konfliktlərə yanaşmada AB Şurası beynəlxalq düzənin, Helsinki Yekun Aktının və ATƏT-in Paris Xartiyasının prinsiplərində göstərildiyi kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik də daxil, beynəlxalq hüququn qaydalarına, həmçinin fundamental dəyərlərə istinad edir.
Qeyd edək ki, AB (Avropa Parlamenti) ölkəmizin ərazi bütövlüyünə dəstəyini və sərhədlərin toxunulmazlığına hörmətini bir neçə dəfə, qəbul elədiyi sənədlərlə ifadə edib. Həmin sənədlərdə açıq-aydın şəkildə erməni işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Amma indi həm də rəsmən bəyan edilir ki, ərazi bütövlüyü demokratiya və insan haqlarından heç də az önəm kəsb etmir.
Sənəddə həmçinin Dağlıq Qarabağ konfliktinin dinc nizamlanması üçün mövcud danışıqlar formatının vacibliyi də vurğulanır. Yəni münaqişə tərəfləri qismində bir daha Azərbaycan və Ermənistan tanınır. Qarabağdakı oyuncaq qurum qeyri-legitim “törəmə” kimi iqnor edilir. Ayrı sözlə, İrəvanın, Paşinyan hökumətinin separatçı rejimi konfliktin üçüncü müstəqil tərəfi kimi danışıqlara qoşub Ermənistan üzərindən işğalçı yarlığı götürmək təşəbbüsü rədd edilir.   
Avropa Birliyi
Siyasi müşahidəçilərə  görə, təşkilatın belə yanaşması işğalçı Ermənistan üçün əsl diplomatik fəlakətdir. Bunu rəsmi İrəvandan ötrü “soyuq duş” effekti də adlandırmaq olar. Hər necə olmasa, Avropa siyasətini, Avropanın postsovet ölkələrinə münasibətini məhz Avropa Birliyi müəyyən edir.
*****
Xatırladaq ki, Avropa Birliyinin əsas orqanı olan Avropa Parlamenti indiyədək iki dəfə saxta “erməni soyqırımı” məsələsini təsdiqləyən sənəd qəbul edib. Həmçinin təşkilata üzv ölkələrin mütləq əksəriyyəti ayrı-ayrılıqda uydurma iddianı tanıyan qərarlar çıxarıb. Ancaq aydın göründüyü kimi, bu reallıq təşkilatın Azərbaycana, Dağlıq Qarabağ ixtilafına yanaşmasına neqativ təsir etməyib - nəyə ki, ermənilər, erməni lobbisi illərdir səy göstərir.
Bunun birinci səbəbi şübhəsiz ki, qurumun beynəlxalq hüquqa, sərhədlərin toxunulmazlığı prinsipinə sayğılı olması ilə bağlıdır. Təbii ki, zorla sərhəd dəyişikliklərinin nə olduğunu iki dünya müharibəsi yaşamış Avropa hamıdan yaxşı bilir. Başqa yandan, rəsmi Brüssel dağıdıcı separatizmin Avropaya vəd elədiyi potensial təhlükələr və dezinteqrasiya proseslərinin də fərqindədir.
Avropa ölkələrindən ermənilərin kütləvi deportasiyası Ermənistan ...
İkinci səbəb Azərbaycanın Avropa Birliyi üçün mühüm energetik dəyərdə olması, habelə ölkəmizin proqnoza yatımlı, stabil, özünə hörmət edən və müstəqil balanslı xarici siyasət kursuna malik uğurlu dövlət imicidir. Onun özünü Güney Qafqazın favorit və kilid dövləti kimi təsdiqləyə bilməsidir. İstənilən halda, son olay Bakının Avropa üçün İrəvanla, Rusiyanın satelliti Ermənistanla müqayisədə qat-qat böyük dəyərdə olduğunun bariz təsdiqi sayılmalıdır.
Üçüncü səbəb əlbəttə ki, Ermənistanın yeni rəhbərliyinin hələ də “iki stul” siyasətinə ümid edib, eyni vaxtda həm Avropa (Qərb) ilə, həm də Rusiya ilə strateji müttəfiqlik (tərəfdaşlıq) əlaqələri saxlamaq, onlardan böyük maliyyə-siyasi köməkliklər qoparmaq istəyi ilə bağlıdır. İrəvan çox çalışdı və çalışır ki, işğalçının bir “əli”ndən Rusiya, o birindən isə Avropa (ABŞ) tutsun.
Avropa Birliyindən Bakıya ilginc jest - İrəvan təlaşda » İnter Press
Bu isə mümkünsüzdür. Özünü neçə vaxtdır “gizli qərbçi” və “demokrat” kimi Avropaya sırımağa çalışan inqilabçı baş nazir Paşinyana bununla bağlı, eləcə də separatçı rejimi danışıqlara qoşmağın qeyri-mümkünlüyü barədə əvvəllər də Avropadan, ABŞ-dan da birmənalı və aydın imtina cavabları verilib. Habelə xəbərdarlıq edilib ki, İrəvan Dağlıq Qarabağ konfliktinin həllində konstruktiv mövqe tutub iki əsas qonşusu  - Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmayınca, bunun davamı kimi, Rusiya orbitindən tədricən uzaqlşmayınca, ona müstəqil söz sahibi olan ölkə kimi yox, Moskvanın vassalı kimi baxılmağa davam edəcək.
Demək, Qərbin ciddi iqtisadi-maliyyə “inyeksiyaları”nı gözləməyə dəyməz. Bu xüsusda Avropa İttifaqı Şurasının “Şərq Tərəfdaşlığı”na üzv ölkələrlə bağlı qəbul etdiyi son sənəd doğrudan da Avropadan Ermənistana növbəti şok sayılmalıdır. Növbəti dəfə “barmağı” yanan Paşinyan nəticə çıxaracaqmı?..


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ