Fransa ticarət mərkəzini morqa çevirir - Alış-veriş də davam edəcək
Tarix: 2-05-2020, 19:31
Baxılıb: 186
Google+ Paylaş
Tumblr Paylaş

Fransa ticarət mərkəzini morqa çevirir - Alış-veriş də davam edəcək

2-05-2020, 19:31

Fransa paytaxt Parisdə yerləşən və Avropanın ən böyük ticarət mərkəzinin soyuducu salonunu morqa çevriləcək. Orada 800-1000 arası tabutun yerləşdirilməsi nəzrdə tutulub. Bu barədə Almaniyanın “Deutsche Welle” saytı məlumat yayıb.

O da maraqlıdır ki, ərzaq mərkəzində ticarət davam edəcək.

Bu addım məcburiyyətdən doğur. Çünki Fransada koronavirusdan ölənlərin sayı çoxdur və vəfat edən insanların dəfn olunmasında ciddi problemlər yaşanır.

Parisdə yerləşən Rungis topdansatış ərzaq bazarının soyuducu salonunun meyitxanaya çevrilməsi şəhər rəhbərliyinin qərarıdır. Bu barədə Paris polisi cümə axşamı açıqlama yayıb.

Qeyd edək ki, bu barədə Fransız xəbər agentliyi “AFP” də məlumat yayıb. Paris şəhərinin təhlükəsizlik üzrə rəhbəri Didier Lallement bildirib ki, Fransa paytaxtı ciddi çətinliklərlə üzləşib. Dəfn prosesində sıxlıq yaranıb, dəfnlə bağlı müxtəlif idarələrin işini uzlaşdırmaq çətinləşib. Hal-hazırda üzləşdiyimiz çətinliklərən xilas olmaq üçün belə bir tədbir görülüb.

Coronavirus in Italien Särge vor Krematorium von Piacenza (picture-alliance/dpa/AP/LaPresse/C. Furlan)

O qeyd edib ki, Fransada bir gündə 4.000-dən çox insan koronavirusdan ölüb. Böhranın "bir neçə həftə davam edəcəyi" gözlənilir. Fransanın koronavirus epidemiyasından ən çox təsirlənənən şəhəri də Parisdir.
Cümə günündən etibarən morqa ilk tabutlar daxil olacaq. Bazar ertəsi günündən etibarən isə ailə üzvlərinə mərhumla vidalaşmağa icazəsi veriləcək. Eyni zamanda ciddi şəkildə gigiyena qaydalarına əməl ediləcək.
Xəbərdə vurğulanır ki, Fransa Avropanın koronavirusdan ən çox əziyyət çəkən ölkələri arasında öndə gedir.

Ticarət mərkəzinin morq kimi fəaliyyət göstərən hissəsi isə kənarında yerləşir və "digər pavilyonlardan təcrid olunmuşdur".

Mərkəzdə yerləşdirilmiş tabutlar Fransa və ya xaricdəki qəbiristanlıqlara göndəriləcək. Tabutların mərhumun istəyinə uyğun olaraq krematoriyalarda yandırılması da nəzərdə tutulub.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://www.dw.com/en/french-market-to-convert-refrigerated-hall-to-hold-coffins


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ