Polis postlarda karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir-FOTO
Tarix: 17-04-2020, 16:15
Baxılıb: 224
Google+ Paylaş
Tumblr Paylaş

Polis postlarda karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir-FOTO

17-04-2020, 16:15

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir. Baş Dövlət Yol Polisi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında polis əməkdaşları,yol polisi ilə birgə fasiləsiz olaraq növbə ilə xidmət göstərir. Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar nəzarət keçid postlarında qaydaları pozan  şəxslər məsuliyyətə cəlb edilir,icazəsi olmayan  nəqliyyat vasitələri geri qaytarılır. Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kompaniyasına qoşulmaq tövsiyyə olunur.
BÖLGƏ TV-nin əməkdaşları Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postunda  polis əməkdaşlarının xidmət etdiyi ərazidən çəkilişlər aparıblar.Əməkdaşlarımızın çəkdiyi fotoları təqdim edirik:

















 













Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ