ÜST dünyada COVID-19-la bağlı son vəziyyəti açıqladı
Tarix: 15-05-2020, 06:35
Baxılıb: 75
Google+ Paylaş
Tumblr Paylaş

ÜST dünyada COVID-19-la bağlı son vəziyyəti açıqladı

15-05-2020, 06:35

Dünyada COVID-19-a yoluxma hallarının sayı 4 milyon 200 mini ötüb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada 294 mindən çox insan koronavirusun qurbanı olub. ÜST qeyd edib ki, son bir gün ərzində koronavirusa 77 965 yeni yoluxma qeydə alınıb, dünyada daha 6 647 nəfər pandemiyanın qurbanı olub.
Beləliklə, ayrı-ayrı ölkələrdə virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 4 248 389 təşkil edir. Pandemiya ərzində dünyada ümumilikdə 294 046 nəfər COVID-19-dan ölüb.
Koronavirusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 1 819 553 nəfər yeni virusa yoluxub. Qeyd edək ki, daha əvvəl virusa yoluxma ilə bağlı siyahıya Avropa qitəsi başçılıq edirdi.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ