DTX-nin saxladığı general kimdir?
Tarix: 15-05-2020, 06:43
Baxılıb: 1 637
Google+ Paylaş
Tumblr Paylaş

DTX-nin saxladığı general kimdir?

15-05-2020, 06:43

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Əfqan Vəli oğlu Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Bəs Dövlət Sərhəd Xidmətinin rəisi müavini Əfqan Vəli oğlu Nağıyev kimidr?
Onun barəsində açıq mənbələrdə geniş informasiyanın olmamasına rəğmən generalın Sahil Mühafizəsinə uzun illər rəhbərlik etdiyi məlumdur. O, həmçinin, Xəzər dənizində keçirilən hərbi təlimlərə rəhbərlik edib.
Əfqan Nağıyevin general-leytenat rütbəsini 2018-ci il avqustun 16-da aldığı məlumdur.
Ə.Nağıyev 30 iyul 2004-cü ildə "Azərbaycan bayrağı", 14 avqust 2009-cu ildə "Vətən uğrunda", 15 avqust 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden və medalları ilə təltif olunub.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan prezidentinin sərəncamı ilə yaradılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ