Prezidentin trendə çevrilən fotosunun AÇIQLAMASI - Şamil Ayrım yazdı
Tarix: 7-10-2020, 15:49
Baxılıb: 652
Google+ Paylaş
Tumblr Paylaş

Prezidentin trendə çevrilən fotosunun AÇIQLAMASI - Şamil Ayrım yazdı

7-10-2020, 15:49

“Fotoda Azərbaycan prezidenti son dərəcədə müsbət əhvaldadır. Azərbaycanın uğurları, milli ruhla mücadiləni davam etdirməsi, hər gün yeni əraziləri azad etməsidir onun bu sevincinə səbəb. Özü də 24 saat yatmadan bütün prosesləri izləyir. Bizim Xarici İşlər naziriylə ikilikdə görüşdükdən sonra birlikdə çıxdılar. Prezident İlham Əliyev qapıya qədər gəldi. Mən ona ən qısa zamanda inşallah hər şeyin yaxşı olacağını, Qarabağın azad ediləcəyini bildirdim. İlham Əliyev tezliklə Qarabağa Azərbaycan bayrağını sancacacaqlarını ifadə etdi”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ötən gün Prezident İlham Əliyevin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra çəkilmiş fotosu barədə qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ