Ukraynalı diplomatın orta barmağı, rus diplomatın reaksiyası
Tarix: 2-12-2022, 10:20
Baxılıb: 108
Google+ Paylaş
Tumblr Paylaş

Ukraynalı diplomatın orta barmağı, rus diplomatın reaksiyası

2-12-2022, 10:20

"Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa xüsusi hərbi əməliyyat başlamazdan əvvəl də son dərəcə təmasda olmayan və qeyri-konstruktiv bir şəxs idi".
Musavat.com xəbər verir ki, bu fikirləri Lenta.ru-ya müsahibəsində Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Polyanskinin sözlərinə görə, Kislitsa Nyu-Yorka gəldikdən sonra Rusiya missiyası onunla heç bir əlaqə saxlamayıb. Diplomat həmçinin ukraynalı həmkarını BMT-nin yerli diplomatik korpusunda ən populyar şəxs olmaqdan uzaq adlandırıb.
"Sadəcə, indi o, diqqət mərkəzindədir, çünki BMT-də Ukraynanın başqa nümayəndələri yoxdur", - Polyanski deyib.
Onun fikrincə, Kislitsanın davranışı çaşqınlıq yaradırmış, ona görə də dərhal məlum olub ki, heç bir dialoqdan söhbət gedə bilməz.
Noyabrın sonunda, BMT Təhlükəsizlik Şurasının növbəti iclasından sonra Kislitsa Twitter-də orta barmağı ilə bir fotoşəkil yerləşdirib və yazıb ki, Rusiyadan olan həmkarını dinləmək "ən ağır işlərdən biri"dir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın daimi nümayəndəsinin hərəkətini Ukraynanın “rüsvayçı simvolu” adlandırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ