DİN iş adamının silahının itməsinə münasibət bildirib
Tarix: 14-05-2020, 10:33
Baxılıb: 117
Google+ Paylaş
Tumblr Paylaş

DİN iş adamının silahının itməsinə münasibət bildirib

14-05-2020, 10:33

Daxili İşlər Nazirliyi (DİN) “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus “MLS 2121” markalı tüfənginin naməlum şəraitdə itməsi barədə məlumata münasibət bildiirb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.
Hazırda İmişli RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ