Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Vəzifəli şəxsin porno videoları yayıldı: partnyorları arasında nazir arvadları da var
Vəzifəli şəxsin porno videoları yayıldı: partnyorları arasında nazir arvadları da var

İnternetdə Ekvatorial Qvineya rəsmisinin yer aldığı 300 porno videosu peyda olub.
Publika.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, naməlum şəxslər 300-dən çox həvəskar porno videosunu internetə sızdırıblar. Videolarda Ekvatorial Qvineyanın Milli Maliyyə Təhqiqat Agentliyinin rəhbəri Baltazar Ebanq Enqonqa "bənzəyən şəxs" diqqət çəkir.
“New Stories Africa” yazır ki, videolar Enqonq korrupsiya işi ilə bağlı saxlanıldıqdan və onun ofisində axtarış aparıldıqdan sonra internetdə üzə çıxıb. Ehtimal olunur ki, bir çoxu məmurun öz ofisində çəkilən videolar polislər tərəfindən yayılıb.
Videoda iştirak edən kişinin partnyorları arasında baş prokurorun qızına və nazirlərin arvadlarına "oxşayan" qadınlar da var.
Hazırda Enqonq cinsi yolla ötürülən xəstəliklərə görə yoxlanılır. Baş Prokurorluq onu əhali arasında infeksiya yaydığına görə cinayət məsuliyyətinə cəlb etmək istəyir.

Şərhlər