Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq

  • Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur.

Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir:

"Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın. Biz dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq. Bu qədər bir-birini dəstəkləsin, dostluq etsin. Bu, xalqlarımızın böyük zəngliyidir. Biz birgə daha güclüyük. Bu həmçinin regional sabitliyin mühüm meyarıdır"./Report

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti