ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərəcək
Tarix: 2-11-2024, 09:21
Baxılıb: 117
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərəcək

2-11-2024, 09:21

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə destroyer, qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib.
Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
“Yaxın Şərqdə ABŞ vətəndaşlarını qorumaq, İsraili müdafiə etmək, çəkindirmə və diplomatiya yolu ilə gərginliyi azaltmaq üzrə öhdəliklərimizə uyğun olaraq, müdafiə naziri əlavə raket əleyhinə müdafiə sistemləri ilə təchiz olunmuş destroyerlərin, qırıcı və tanker təyyarələrinin eskadrilyasının, həmçinin bir neçə strateji bombardmançı olan ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 təyyarəsinin yerləşdirilməsi üçün göstəriş verib.”, - deyə ABŞ ordusunun sözçüsü bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ