www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)
İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)
"Helloza" musiqisinin məşhur ifaçısı neçə maliyyə rəisi oldu - Əlnazim Quliyev kimdir?
TƏCİLİ!Tərtərdə sahibkarlar icra başçısına qarşı AYAĞA QALXDI - Etiraz (VİDEO)
TƏCİLİ!Tərtərdə sahibkarlar icra başçısına qarşı AYAĞA QALXDI - Etiraz (VİDEO)
İcra başçısı aranı qatı - İsmayıllıda namizədin şəkilləri çırılıb zibilliyə atılır(İDDİA)
İcra başçısı aranı qatı - İsmayıllıda namizədin şəkilləri çırılıb zibilliyə atılır(İDDİA)
Xəbərlər>Hadisə
11-12-2019, 18:46

Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib

Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 dəstə üzvünün cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

"Report" xəbər verir ki, cinayət işinə hakim Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxacaq. Hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərrəçəkmiş qismində tanınnıb.

Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Ağcabədi sakinləri prezidentdən yalvararaq kömək istəyir-FOTOLAR
Ağcabədi sakinləri prezidentdən yalvararaq kömək istəyir-FOTOLAR
Salyanda polis qıza təcavüz edibmi? — RƏSMİ AÇIQLAMA
Salyanda polis qıza təcavüz edibmi? — RƏSMİ AÇIQLAMA
İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)
İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)
"Helloza" musiqisinin məşhur ifaçısı neçə maliyyə rəisi oldu - Əlnazim Quliyev kimdir?
Ata 1 yaşlı oğlunu öldürdü - DƏHŞƏTLİ OLAY
Ata 1 yaşlı oğlunu öldürdü - DƏHŞƏTLİ OLAY
Azərbaycanlı rəqqasə:
Azərbaycanlı rəqqasə: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi" - FOTO
İranda sərnişin təyyarəsi avtomobil yoluna enib - VİDEO
İranda sərnişin təyyarəsi avtomobil yoluna enib - VİDEO
Bakıda mənzildən 70 min dollar oğurlayan dəstə üzvləri barəsindəki hökm ləğv edilib

Azərbaycanda poçt müdiri ailə üzvləri ilə birgə öldü – DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI
Azərbaycanda poçt müdiri ailə üzvləri ilə birgə öldü – DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI