Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Qaradağ rayonu Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov fəxri fərmanla təltif olunub — FOTOLAR
Qaradağ rayonu Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov fəxri fərmanla təltif olunub — FOTOLAR

Mayın 8-də Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu öndərin siyasi kursu – müasir Azərbaycanın uğur modeli” adlı birgə tədbir keçirilib.

Reportyor.tv Demokrat.az-a istinadən xəbər verir ki, tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət qurumları ilə səmərəli və qarşılıqlı əməkdaşlığı ilə seçilən bir sıra təşkilat və müəssisələrin nümayəndələri mükafatlandırılıblar.

Sultan Əmiraslanov rayonda həyata keçirilən ictimai əhəmiyyətli layihələrdə fəal iştirakına, səmərəli fəaliyyətinə və qarşılıqlı əməkdaşlığa verdiyi töhfəyə görə fəxri fərmanla təltif olunub.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin dövlətçilik ənənələrinin bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd ediblər.

Reportyor.tv kollektivi olaraq Sultan müəllimi təbrik edir, ona yeni uğurlar arzulayırıq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti