Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » "Rusiya səmasında dron yağışı"- Moskva və Rostov eyni vaxtda hədəf alındı: Zavodlarda nəhəng yanğınlar
"Rusiya səmasında dron yağışı"- Moskva və Rostov eyni vaxtda hədəf alındı: Zavodlarda nəhəng yanğınlar

Mayın 8-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir neçə regionuna, o cümlədən Rostov və Moskva istiqamətlərinə genişmiqyaslı pilotsuz təyyarə hücumu təşkil edib.

Reportyor.tv xəbər verir ki, Rostov-na-Donu şəhərində "Empils" lak-boya zavodu və Müdafiə Nazirliyinə tabe olan "Radar" elmi-texniki mərkəzinin filialı yerləşən sənaye zonasında güclü yanğınlar qeydə alınıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar PUA qalıqlarının Tahanroq, Bataysk və Rostovun müxtəlif rayonlarında dağıntılara səbəb olduğunu təsdiqləyib. Məlumata görə, Miasnikov rayonunda yerləşən "Rostovaqropromzapçast" müəssisəsinə endirilən zərbə nəticəsində ərazidə genişmiqyaslı yanğın başlayıb və binaların dam örtüyü çöküb. Eyni zamanda Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan 26 pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Hücumların miqyası Rusiyanın bir neçə vilayətini, o cümlədən Yaroslavl və Permi də əhatə edib. Yaroslavldakı "Slavneft-Yanos" neft emalı zavodunda dron zərbəsindən sonra yanğın başladığı bildirilir. Analitiklər bu kütləvi hücumun mayın 9-da keçiriləcək Qələbə paradı ərəfəsində Moskvanın hərbi və iqtisadi potensialına ciddi zərbə vurmaq məqsədi daşıdığını qeyd edirlər.

Rusiya tərəfi ümumilikdə 260-dan çox dronun zərərsizləşdirildiyini iddia etsə də, strateji obyektlərdəki yanğınlar və tüstü dumanı hücumun effektivliyini göstərir. Hazırda Rostov və Moskva ətrafında fövqəladə vəziyyət davam edir, xilasetmə qrupları yanğınların söndürülməsinə cəlb olunub.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti